Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-2739/2022 04.11.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi, X2 oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh1 iştirakı ilə, İddiaçı Qeyri-Bank Kredit Təşkilatı MMM-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «borc» tələbinə dair iddiası üzrə mülki işə Qaradağ rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Qeyri-Bank Kredit Təşkilatı MMM-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «borc» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddianın təmin edilməsi,cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada, əsas borc üzrə 1058.00 AZN, faiz borcu üzrə 123.82 AZN, cərimə borcuna görə 18.91 AZN olmaqla cəmi 1200.73 (min iki yüz manat,yetmiş üç qəpik) AZN məbləğində borcun və 32 manat məbləğində ödənilmiş dövlət rüsumunun “FİNCA Azerbaijan” MMQBKT-nın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, **********57 saylı kredit müqaviləsinə əsasən şəxsə istehlak məqsədləri və həyat səviyyəsinin yaxşılaşdırılması üçün illik 40% faiz dərəcəsi olmaqla 12 ay müddətinə 1600 (min altı yüz) AZN məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə Əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun hər ay 165 AZN olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Həmçinin, kredit müqaviləsinə əsasən yaranmış öhdəliklərin icrasına təminat olaraq Cavabdeh1 zamin qismində sözü Dövlət rüsumunun ödənilməsi haqqında məlumat Ərizəni imzalayan şəxs haqqında məlumat: gedən kredit müqaviləsinin tərəfi olmuşdur. Kredit müqaviləsinin 1.1-ci maddəsinə əsasən, Zamin, Kredit Alan tərə8indən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl edilmədiyi hallarda əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri Kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürür. Tərə8lər arasında bağlanmış kredit müqavilələrinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərə8indən nəzərdə tutulmuşdur. Lakin, cavabdeh, Əhmədova Zöhrə Abdulla qızı üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Həmçinin, xx.xx.2015-ci il tarixli, 02**********57 saylı kredit müqaviləsi xx.xx.2015-cı il tarixli eyni hesab nömrəli sazişlə restrukturizasiya olunmuş və öhdəliyin icra olunmamış hissəsi, əsas borc 1293.00 AZN, faiz 0,00 AZN, cərimə 0,00 AZN müəyyən edilmişdir. Beləliklə, xx.xx.2022-ci il tarixinə olan Maliyyə arayışına əsasən Əhmədova Zöhrə Abdulla qızınun borc məbləği, əsas borc üzrə 1058.00 AZN, faiz borcu üzrə 123.82 AZN, cərimə borcuna görə 18.91 AZN olmaqla cəmi 1200.73 (min iki yüz manat,yetmiş üç qəpik) AZN təşkil edir.Qeyd olunan halların nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinin məzmununa və dəlillərinə uyğun izahat verərək, iddia tələbini müdafiə edərək, öz izahatında girov müqaviləsinin formal olaraq tərtib ediliyini, əslində əşyaların təhvil alınmadığını, ona görə də borcun ödənilməsinin yalnız əsas müqavilə üzrə tələb edildiyini, habelə hazırki mülki iş üzrə borcun müvafiq Fərmanın təsiri dairəsinə düşməsi ilə bağlı Mərkəzi Bank tərəfindən onlara heç bir məlumat daxil olmadığını, ona görə də həmin Fərmanla bağlı heç bir tədbir görülmədiyini, zaminliyə aid hissədə isə məhkəmənin mülahizəsinə buraxıldığını bildirərək, bu halların nəzərə alınaraq,iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında izahat verərək, iddia tələbini qəbul etməyərək, izahatında onun zamin olduğunu, lakin pulu əsas borclu götürdüyünü, ölmüyüb sağdır, gəlib borcunu ödəsin,cavabdehi də tapa bilmədiyini, gəlib borcunu ödəsin, sosial işdə işlədiyini cəmi 284 manat əmək haqqı aldığını, onu da borclu olmadığı bir işə görə niyə ödəməli olduğunu, zaminlik müqaviləsinin müddətinin bitdiyini bu halın nəzərə alınaraq, zaminlik müqaviləsinə xitam verilməsini istədiyini bildirərək, iddia tələbinin ona aid hissədə təmin eidlməməsini məhkəmədən xahiş etdi. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan xx.xx.2015-ci il tarixli kredit razılaşmasının məzmunundan aydın olur ki, iddiaçı “FİNCA Azerbaijan” MMQBKT tərəfindən Cavabdeh2 illik 40 % dərəcəsi ilə 12 ay müddətinə 1600 manat məbləğində kredit verilmişdir. İş materiallarından görünür ki, iddiaçı “FİNCA Azerbaijan” MMQBKT ilə Cavabdeh2 arasında xx.xx.2015-ci il tarixli Saziş imzlanmış, həmin Sazişə əsasən Cavabdeh2 xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə qalıq kredit məbləğinin xx.xx.2015-ci il tarixli Sazişə əlavə olunan ödəniş planına uyğun ödənilməsi barədə öhdəlik götürmüşdür. İş materiallarına əlavə olunmuş xx.xx.2015-ci il tarixli 02**********57-BGM saylı girov müqaviləsinin məzmunundan görünür ki, kredit müqaviləsi üzrə Cavabdeh2 xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 750 manat dəyərində qarışıq mallar,qab-qacaq girov qoyulmuşdur. İş materiallarına əlavə olunmuş zaminlik müqaviləsinin məzmunundan görünür ki, kredit müqaviləsi üzrə Cavabdeh1 xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə Cavabdeh2 il birgə kreditor qarşısında birgə məsuliyyət daşımasına dair öhdəlik götürmüşdür. İş materiallarında olan xx.xx.2015-ci il tarixli ödəniş cədvəlinin məzmunundan aydın olur ki, Cavabdeh2 xx.xx.2015-cu il tarixli kredit müqaviləsi üzrə restruktruzasiya məbləği 1293 manat, 20ay müddətində hər ay 75 manat ödəniş etməklə, cəmi 1482 manat məbləğində krediti qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş arayışın məzmunundan görünür ki, "xxxx" QSC-nin müştərisi olan Cavabdeh2 xx.xx.2015-cu il tarixli kredit razılaşması üzrə əsas məbləğ üzrə borc 1058 manat, faiz üzrə 123.82 manat, cərimə borcu 18.912 manat, cəmi 1482 manat borcu mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) kredit müqaviləsi üzrə borca və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq kredit müqaviləsi üzrə borc və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı kredit müqaviləsi üzrə borc məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 427.4-cü maddəsinə əsasən ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. Həmin Məcəllənin 428.4-cü maddəsinə əsasən öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 472.1-ci və 472.2-ci maddələrində müəyyən olunmuşdur ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh2 illik 40 faizlə 12 ay müddətinə 1600 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi digər Cavabdeh1 ilə xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsi bağlanılmış və o, kredit müqaviləsi üzrə öhdəliklərin icrası üçün onunla birgə məsuliyyəti öz üzərinə götürmüşdür. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı bank müvafiq kredit müqaviləsi üzrə öz üzərində düşən öhdəliyi icra etdiyi halda, Cavabdeh2 iddiaçı qarşısında götürdüyü öhdəlikləri icra etməmiş, müqavilə şərtlərini pozmuş, bununla da bank qarşısında onun mülki hüquqi məsuliyyətinə səbəb olan borc öhdəliyi yaranmışdır. Həmçinin, hazırki mülki iş üzrə kredit müqaviləsi üzrə borcun müvafiq Fərmanın təsiri dairəsinə düşməsi halının müəyyən edilməsi mümkün olmamışdır.Bu halda,məhkəmə hesab edir ki, iddiaçı Cavabdeh2 qarşı belə bir tələb irəli sürməkdə haqlı olmuş və borc alan Cavabdeh2 onun risk dairəsinə daxil olan öhdəlikləri icra etmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliklərinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu iddiaçıya ödəməlidir. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi əsas və faiz borcunun tutulması hissəsində əsaslı olmaqla, təmin edilməlidir. Bununla yanaşı, məhkəmə hesab edir ki, iddiaçı cərimə borcunun tutulmasına dair tələb irəli sürərkən cərimə borcunun məbləği tənasübsüz surətdə yüksək hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, 10 manat məbləğində cərimə borcunun tutulması ədalətli olmaqla yanaşı, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri qorunmuş olur. Həmçinin,məhkəmə iddia tələbinin Cavabdeh1 aid olan hissəsi ilə bağlı hesab edir ki, iddia tələbi Cavabdeh1 aid olan hissədə rədd olunmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsinin məzmunundan aydın olur ki, xx.xx.2015-ci il tarixli 02**********57 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi digər Cavabdeh1 ilə xx.xx.2015-ci il tarixli 02**********57 saylı zaminlik müqaviləsi bağlanılmış və o, kredit müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərin icrası üçün birgə məsuliyyəti öz üzərinə götürmüşdür. Zaminlik müqaviləsində onun qüvvədə olma müddəti qeyd olunmamış, kredit müqaviləsində isə kredit borcunun qaytarılması müddəti 12 ay nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminlik müqaviləsinə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Məhkəmə hesab edir ki, zaminlik müqaviləsində onun qüvvədə olma müddəti müəyyən edilməmiş, həmin müqavilənin təmin etdiyi öhdəliklərin icrası vaxtının çatmasından 1 ildən çox müddət keçmişdir bu səbəbdən Cavabdeh1nın zaminliyinə xitam verilməlidir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh1 aid olan hissədə təmin edilə bilməz. İş materiallarından görünür ki, iddiaçı tərəfindən 32 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bu halda, məhkəmə hesab edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 32 manat məbləğində dövlət rüsumunun 31.92 manat məbləğində olan hissəsi (iddia tələbinin təmin edilmiş hissəsinə uyğun olaraq) cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan hissədə iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə kredit müqaviləsi üzrə iddiaçı tərəfindən hesablanmış əsas borc, faiz borcu və cərimə borclarını ayrı-ayrılıqda nəzərdən keçirərərək, hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh2 xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış 1058 manat əsas borc, 123.82 manat faiz borcu, 10 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 1191.82 manat borc pul vəsaiti və ödənilmiş 31.92 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı “FİNCA Azerbaijan” MMQBKT-nın xeyrinə ödənilməli, qalan hissədə iddia tələbi təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2 xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə yaranmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış 1058 manat əsas borc, 123.82 manat faiz borcu, 10 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 1191.82 manat borc pul vəsaiti və ödənilmiş 31.92 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı “FİNCA Azerbaijan” MMQBKT-nın xeyrinə ödənilsin. Qalan hissədə iddia tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilsin. Qətnamədən, qətnamənin tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Gülnar Əhmədova
Məhkəmə qərarları › İş №e-2(002)-2739/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-2739/2022
04.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver