Məhkəmə qərarları › İş №e-2(002)-2757/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-2757/2023

04.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-2757/2023 04.10.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh (mərhum X5 vərəsəsi) qarşı «vəfat etmiş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması» tələbinə dair iddiası üzrə mülki işə Qaradağ rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh (mərhum X5 vərəsəsi) qarşı «vəfat etmiş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum X5 vərəsəsi Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 10.071 manat 79 qəpik əsas borc, ödənilmiş 120 manat 22 qəpik dövlət rüsumu və 40 qəpik xidmət (bank xidməti) haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, iddiaçı "xxxx" ASC Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, mərhum X5 vərəsəsi Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 10.011 manat 79 qəpik əsas borc, ödənilmiş 120 manat 22 qəpik dövlət rüsumu və 40 qəpik xidmət (bank xidməti) haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" ASC ilə X7 arasında xx.xx.2020-ci il tarixli BPM**********069 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən X6 illik 17 %-lə 43 ay müddətinə 16.000 manat kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. 138303 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən, X7 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Bakı şəhəri 8 saylı notariat ofisi tərəfindən verilmiş 638 nömrəli məktubdan görünür ki, X5 mirası qəbul etmiş vərəsə Cavabdeh Bakı şəhəri 8 saylı notariat ofisinə müraciət etmiş və notariat ofisi tərəfindən Cavabdeh xx.xx.2021-ci il tarixdə 2V-219 reyestr nömrəli «Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə» verilmişdir. Bankın Qaradağ filialı tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən, X5 xx.xx.2023-cü il tarixədək banka ödənilməmiş 10.071 manat 79 qəpik əsas borcu qalmışdır. Cavabdeh mərhum X3 qalmış mirası qəbul etməsinə baxmayaraq, ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün cavabdehə xx.xx.2023-cü il tarixdə 6-2-22/2-16026/2023 nömrəli xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Kredit müqaviləsinə əsasən, kreditor müqavilə ilə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. İddiaçının nümayəndəsi X4 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlər toplusundan görünür ki: - "xxxx" ASC ilə X7 arasında bağlanmış xx.xx.2020-ci il tarixli BPM**********069 saylı kredit müqaviləsinə əsasən borc alana 43 ay müddətinə 17 % dərəcəsi ilə 16.000 manat məbləğində kredit verilmişdir; - X1 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir; - Cavabdeh Bakı şəhəri 8 saylı notariat ofisinə müraciət edərək, X3 miras qalmış əmlakına dair vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır; - xx.xx.2023-cü il tarixə X5 banka ödənilməmiş 10.011 manat 79 qəpik borcu mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 iyun 2018-ci il tarixli qərarında təsbit olunmuş hüquqi mövqeyə görə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. İşin faktiki hallarından göründüyü kimi, vəfat etmiş borcalanın varisi olan Cavabdeh mirası (02 iyun 2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən cavabdehin qəbul etdiyi miras əmlak - Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi 1595-ci keçid ev 11 mənzil 57) qəbul etməsinə baxmayaraq, ona çatan miras pay həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Xəbərdarlıq məktubundan görünür ki, "xxxx" ASC pretenziya qaydasına riayət edərək, Cavabdeh qeyd olunan məbləği ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. Ödəniş tapşırığından görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 120 manat 22 qəpik məbləğində dövlət rüsumu, həmçinin 40 qəpik məbləğində xidmət (bank xidməti) haqqı ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 10.011 manat 79 qəpik məbləğində pul vəsaiti, ödənilmiş 120 manat 22 qəpik dövlət rüsumu və 40 qəpik xidmət (bank xidməti) haqqı Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 10.011 manat 79 qəpik məbləğində pul vəsaiti, ödənilmiş 120 manat 22 qəpik dövlət rüsumu və 40 qəpik xidmət (bank xidməti) haqqı Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar