Məhkəmə qərarları › İş №e-2(002)-2759/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-2759/2022

26.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-2759/2022 26.10.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi, X1 oğlunun katibliyi, İddiaçı “X2 Azərbaycan” QSC-nin Cavabdeh qarşı «kredit borcunun qaytarılması» tələbinə dair iddiası üzrə mülki işə Qaradağ rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “X2 Azərbaycan” QSC Cavabdeh qarşı «kredit borcunun qaytarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh, əsas məbləğ üzrə borc: 7603 manat faiz borcu: 33.87 manat cərimə borcu: 1.79 manat cəmi borc: 7638.66 manat məbləğində kredit borcu , həmçinin ərizəsi üçün dövlət büdcəsinə köçürülmüş 96.38 manat dövlət rüsumunun,«X2 Azərbaycan» QSC-nin хeyrinə tutulması (ödənilməsi) barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2021 -cü il ildə «X2 Azərbaycan» QSC vəCavabdeh arasında kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə görə, Bankımız tərəfindən borcalanCavabdeh istehlak yönümlü 7603 manat məbləğində pul ayrılmışdır və о, 60 ay müddətində kreditin əsas məbləğivə оnaillik 1% dərəcəsi olmaqla hesablanmış faizləri razılaşdırılmış qaydada ödəniş cədvəlinə əsasən geri ödəməli idi. «X2 Azərbaycan» QSC müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini tam icra etsə də, bоrcalanCavabdeh kredit müqaviləsinin şərtlərini pоzaraq krediVn əsas məbləğinivə оna hesablanmış faizlərin ödənilməsinikredit ayrılan vaхtdan mütəmadi оlaraq gecikdirmişdir. Borcalana dəfələrlə bu barədə şifahivə yazılıхəbərdarlıq edilməsinə baхmayaraq, öhdəliyi icra etməmiş və bu günədək bоrcu ödəməmişdir. cavabdehin kredit müqaviləsinə əsasən «X2 Azərbaycan» QSC-yə оlan bоrcu: əsas məbləğ üzrə borc: 7603 manat faiz borcu: 33.87 manat cərimə borcu: 1.79 manat cəmi borc: 7638.66 manat təşkil edir.Qeyd olunan halların nəzərə alınaraq, iddianın təmin edilməsi barədə məhkəmə qətnaməsi çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmənin ünvanına ərizə yazaraq, işə onun iştirakı olmadan baxılaraq idddianın tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin ərizəsini nəzərə alaraq, işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarında olan sənədləri araşdıraraq, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2021-ci il tarixli kredit müqaviləsinin məzmunundan görünür ki, bank (“X2 Azərbaycan” QSC) müştəriyə (Cavabdeh) cari hesab açmağı, açılmış hesaba daxil olan pul vəsaitini qəbul etməyi, hesabdan müvafiq məbləğlərin köçürülməsinə və verilməsinə dair Müştərinin sərəncamlarını yerinə yetirməyi, Müştəri isə bank tərəfindən aparılan bu əməliyyatlara görə şərtləşdirilmiş qaydada və məbləğdə haqqı ödəməyi öhdəsinə götürmüşdür, 7603 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə Əlavə Ödəniş cədvəlinin məzmunundan görünür ki, borcalan Cavabdeh kredit məbləğini hər ay aylıq ödənişlər etməklə geri qaytarmağı öhdəsinə götürmüşdür. xx.xx.2022-ci il tarixli maliyyə arayışının məzmunundan görünür ki, Cavabdeh “X2 Azərbaycan” QSC-yə əsas məbləğ üzrə borc 7603 AZN kredit üzrə əsas məbləğ borcunun, 33.87 AZN hesablanmış faiz borcunun, 1.79 AZN cərimə borcu olmaqla, cəmi 7638.66 AZN təşkil edir. xx.xx.2022-ci il tarixli bildirişin məzmunundan görünür ki, Cavabdeh “X2 Azərbaycan” QSC-yə 9275.63 AZN məbləğində borcunu 5 iş günü ərzində ödəməyi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 428.4-cü maddəsinə əsasən öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Həmin Məcəllənin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, tərəflər arasında xx.xx.2021-ci il tarixli, 272252 saylı kredit müqaviləsi bağlanılmış və həmin müqaviləyə əsasən, iddiaçı cavabdehə 7603 manat məbləğində pul vəsaitini kredit verməyi, cavabdeh isə həmin kredit məbləğini 60 ay müddətində həmin krediti qaytarmağı öz öhdəsinə götürmüşdür. Lakin məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı kredit müqaviləsi üzrə öz üzərinə götürdüyü öhdəlikləri icra etdiyi halda, digər tərəf olan Cavabdeh isə müqavilə üzrə götürdüyü öhdəlikləri icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Hazırda cavabdehin qeyd edilən kredit müqaviləsi üzrə qalıq kredit borcu yaranmışdır. Bu halda, məhkəmə kredit müqaviləsi üzrə həm əsas, həm faiz borcunun hər birini ayrı-ayrılıqda nəzərdən keçirərək, hesab edir ki, iddia tələbi həm əsas, həm də faiz borcunun tutulması hissəsində əsaslı olmaqla, təmin edilməlidir. Həmçinin, məhkəmə iddia tələbinin borca görə hesablanmış cərimə borcunun məbləğinə münasibətdə hesab edir ki, tərəflər arasında qarşılıqlı razılıq əsasında bağlanılmış müqavilələrin şərtlərinə əsasən hesablanmış cərimə borcunun məbləği indiyədək ödənilməyən əsas borcun məbləğinə mütənasib olmaqla, ədalətli olmuşdur. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi cərimə borcunun tutulması hissəsində də təmin olunmalıdır. Həmçinin, iş materiallarından görünür ki, iddiaçı tərəfindən 96.38 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu halda, məhkəmə mülki prosessual qanunvericiliyin tələbini əsas götürərək, hesab edir ki, hazırki mülki iş üzrə iddia tələbi təmin edildiyindən, iddia tələbi ödənilmiş dövlət rüsumu tutulması hissəsində də təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iş üzrə toplanmış sübutlar məcmuəsinə hüquqi qiymət verərək, iddia tələbi üzrə həm əsas, həm də fazi borcunun hər birini ayrı-ayrılıqda nəzərdən keçirərək, hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, Cavabdeh xx.xx.2021-ci il tarixli, kredit müqaviləsi üzrə yaranmış 7603 manat məbləğində əsas borc, 33.87 manat məbləğində faiz borcu, 1.79 manat məbləğində cərimə borcu olmaqla,cəmi 7638.66 manat məbləğində borc və ödənilmiş 96.38 manat dövlət rüsumu tutularaq iddiaçı “X2 Azərbaycan” ASC-nin xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış 7603 manat məbləğində əsas borc, 33.87 manat məbləğində faiz borcu, 1.79 manat məbləğində cərimə borcu olmaqla,cəmi 7638.66 manat məbləğində borc və ödənilmiş 96.38 manat dövlət rüsumu tutularaq iddiaçı “X2 Azərbaycan” ASC-nin xeyrinə ödənilsin. Qətnamədən, qətnamənin tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə) Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar