Məhkəmə qərarları › İş №e-2(002)-2762/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-2762/2022

02.11.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-2762/2022 02.11.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi, X5 oğlunun katibliyi, İddiaçının nümayəndəsinin X1, Cavabdehnın iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «dəymiş maddi zərərin əvəzinin və borcun ödənilməsi» tələbinə tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «dəymiş maddi zərərin əvəzinin və borcun ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh HüseynovAlxanbəySərvər oğlu tərəfindən İddiaçı İB-yə vurulmuş 1088,64 (bir min səksən səkkiz manat 64 qəpik) manat məbləğində zərərin, debitor borc (sayğac vasitəsi ilə istifadə) üzrə 53,56 (əlli üç manat 56 qəpik) manat pulun və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu əvəzinin, ümumilikdə 1173,63 (bir min bir yüz yetmiş üç manat 63 qəpik) manat pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nın Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı ilə abonent Cavabdeh arasında xx.xx.2021-ci il tarixində AKX-02933xx/xx-2021 saylı «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqısatqısı Müqavilə»si imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonentə məxsus fərdi yaşayış evini təbii qazla təchizetmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********05699 nömrəli abonent kodu verilmiş, fərdi yaşayış evini təbii qazla təchizedən qazxəttinin üzərində isəG-4Tmarkalı qazsayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “X4”nın tələblərinə əməl etmək) və “X4”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır (cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır). İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qazsayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qazxəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuzolaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii X4nın pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 1088,64 manat məbləğində İddiaçı İB-yə maddi zərərin dəyimiş olduğu müəyyən olunmuşdur (sözügedən akt iddia ərizəsinə əlavə edilir). Bildiririk ki, cavabdehin ödənilməmiş 2021-ci ilin aprel-dekabr ayları üzrə 102,92 manat borcu, 2022-ci ilin yanvar-iyul ayları üzrə 189,20 manat sərfiyyat borcu və limitdən əlavə 9,60 manat sərfiyyat borcu, cəmi 301,72 manat sərfiyyat borcu qalmışdır. 2021-ci ilinaprel ayından2022-ci iliniyul ayına qədər cavabdeh cəmi 248,16 manat məbləğində ödəniş etmişdir. Yuxarda qeyd olunlardan əlavə cavabdehin sayğac üzrə faktiki istifadə edilmiş və dəyəri ödənilməmiş 53,56 (əlli üç manat 56 qəpik) manat borcu (debitor borc) da qalmışdır. Beləliklə, cavabdehin İddiaçı İB-yə ödənilməli borc məbləği hazırda Abonentin SALDOüzrə ümumi 1142,20 (bir minbir yüz qırx iki manat 20 qəpik) manat təşkil etməkdədir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində İddiaçı İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün tərəfimizdən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır.Qeyd edilən halalrın nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qətnamə çxıarılmaısnı məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclaısında iştirak edərək,iddia tələbini müdafiə edərək,iddia ərizəsinin məzmununa və dəlillərinə uyğun izahat verərək, öz izahatında iddia tələbində qeyd etdiyi 1088.64 manat məbləğində olan hissəsinin vurulmuş ziyana görə akt əsasında yazıldığını, qalan isə borca görə yazıldığını, akt sayğaca qanunsuz müdaxilə ilə bağlı olduğunu, həmin hala dair sübut qismində aktı və aktı tərtib edən şəxslərin şahid qismində ifadələrini təqdim edə bildiklərini, həmin ünvanda sayğacın xx.xx.2021-ci il tarixdə quraşdırıldığını, aktın mart ayında tərtib edildiyini, ona qədər istifadə edilmiş qaz say tərkibinə görə ödənildiyini qeyd edərək, bu halların nəzərə alınaraq, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iştirak edərək,iddia tələbini qismən qəbul edərək,izahat verərək, öz izahatında borca görə hissədə iddia tələbini qəbul etdiyini, qalan hissədə iddia tələbini qəbul etmədiyini, sayğacın, qaz xəttinin onun evindən çöldə yerləşdiyini, kimsə ora nəsə xətt çəkəcəksə, ona görə o niyə məsuliyyət daşımalıdır, həmin xətt onun evinə getmirsə, necə deyə bilirlər ki, o xəttə o qanunsuz qoşulubdur, hətta aktı tərtib edən şəxslər də onun evində olmuşlar, görüblər ki, o xətt onun evinə gəlmir, orda o çıxışı kim edib necə edib onun heç bir məlumatı yoxdur,orada heç bir akt tərtib etmədiklərini, ona da bu barədə heç bir şey demədiklərini bildirərək, bütün bu halların nəzərə alınaraq, iddia tələbinin qismən təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını, şahid ifadələrini dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sənədlər: Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadə verərək, öz ifadəsində həmin işçi qrupunun rəhbəri o olduğundan, səhəri o da həmin ünvana getdiyini, orada baxış gecə saatlarında olduğunu, aktı tərtib edərkən orada olmasa da, səhəri orada olmuş, evə də daxil olaraq, baxış keçirtmişlr, həmin qoşulma olan xətt cavabdehə məxsus qarajla qonşunun evi arasında olan hissədə olmuşdur, yalnız akt tərtib etdiklərini, şəkil çəksələr də, videoçəkiliş etmədiklərini, cavabdeh özü onlara məlumat vermişdir ki, qarajda xaş bişirir, ona görə də qanunsuz qoşulmanın onun tərəfindən edildiyi üçün akt tərtib edilmiş, vurulmuş ziyan hesablanmşdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadə verərək, öz ifadəsində onlara əlavə xətt çəkilməsi barədə məlumat gəldiyini,həmin ünvana getdiklərini, orada həmin xttin qoşulduğu qaz xəttinin evin çölündə qarajla qonşunun evi arasında olan sahədə olduğunu, cavabdehin evində də olduqlarını, həmin xəttdən evə heç bir qoşulma görmədiklərini, həmin xəttin ağzı bağlı olmuşdur, “saçoku” ora cavabdehin yerləşdirdiyini ehtimal etdiklərini, çünki onun qarajının yanında yerləşdiyini, başqa ora kim müdaxilə edə bilərdi, cavabdehin özünün də orada olduğunu, heç bir qoşulma olmadığını bildirdiyini, akt barədə məlumat verdiklərini, imtina etdiyini bildirdi. xx.xx.2021-ci il tarilxi AKX-02933xx/xx-2021 saylı qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı müqaviləsinin məzmunundan aydın olur ki, Cavabdeh ilə Azəriqaz İB arasında qazdan istifadə olunmasına dair müqavilə bağlanılmışdır. Abonet saldosu məlumatından görünür ki, Qaradağ rayonu, Sənqaçal qəsəbəsi ünvanında xx.xx.2021-ci il tarixdə sayğac quraşdırılmış, sayğac üzrə 53,88 manat qazdan istifadə üzrə yaranmış borc qeyd edilmişdir. xx.xx.2022-ci il tarixli İddiaçı İB-in ******* nömrəli aktdan görünür ki,Cavabdeh Qaradağ rayonu,Sanqaçal qəsəbəsi ünvanında qazdan əlavə xəttlə qeyri-qanuni istifadə olunur, itirilmiş qazın həcmi 9072 m3, itiirlmiş qazın bərpası üzrə dəymiş ziyan hesablanmalı olduğu qeyd eidlmişdir. «İstehlakçıların müdafiəsi haqqında» xx.xx.1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 17ci maddəsinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Buqaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş «X4»nın 2.1-ci bəndinə əsasən yalnız tikintisi və ya yenidən qurulması nəzərdə tutulan, habelə qaz təchizatı sxemi dəyişdirilən qaz qurğularının qazpaylayıcı şəbəkəyə qoşulması üçün qaz paylayıcından texniki şərtlər alınmalıdır. İstehlakçıların qaz təchizatı üçün texniki şərtlərin verilməsi və qaz qurğularının qazpaylayıcı şəbəkəyə qoşulması qaydası Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir Həmin Qaydaların 4.2-ci bəndinə əsasən, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.8-ci bəndinəəsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 6-cı bəndinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər X4 ilə tənzimlənir. X4 müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qaydaların 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinnin 3-cü bəndinə əsasən qaz təchizatçılarının qaz paylayıcıları tərəfindən təchizatının ümumi şərtləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydalarla təyin edilə bilər. İstehlakçıların qaz təchizatı üçün texniki şərtlərin verilməsi və qaz qurğularının qazpaylayıcı şəbəkəyə qoşulması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfüzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlildir. İşin mübahisəsiz halı ondan ibarətdir ki, tərəflər arasında qazdan istifadə olunması xidmətlərinə dair alqısatqı müqaviləsi bağlanılmış, həmin müqavilə əsasında istesalhçı qismində iddiaçı tərəfindən cavabdeh istehlakçı qarşısında xidmətlər göstərmiş, cavabdeh tərəfindən isə həmin qazdan istifadə olunmasına görə yaranmış xidmət haqqı ödənilməmiş, nəticədə 53,56 manat borcu yaranmışdır. Cavabdeh bu hissədə iddia tələbinin qəbul edilməsinə dair yazılı ərizə təqdim etmişdir. Bu halda, məhkəmə hesab edir ki, cavabdehin qazdan istifadə olunmasına görə borcunun olması halı aşkar olduğundan, yaranmış borcun məbləği cavabdeh tərəfindən qəbul edildiyindən, həmin borc məbləğinə görə cavabdehin mülki hüquqi məsuliyyət daşıdığından, iddia tələbi borcun tutulması hisssəsində təmin edilməlidir. Həmçinin, məhkəmə iddia tələbinin vurulmuş ziyanın ödənilməsi hissəsi ilə bağlı onu qeyd edir ki, qeyd edilən hissədə iddia tələbi üzrə sübutetmə yükü bilavasitə iddiaçı tərəfin üzərinə düşür. Belə ki, iddiaçı iddia tələbini əsası kimi cavabdehin qanunsuz olaraq qaz xəttinə qoşulmasına dair hərəkətləri nəticəsində ona maddi ziyan vurulması halına istinad edir ki, həmin halın da sübut edilməsi öhdəliyi məhz iddiaçının üzərinə düşür. Məhkəmədə tədqiq edilmiş sənədlər əsasında müəyyən edilmişdir ki, iddiaçı cavabdehin hərəkətləri nəticəsində ona maddi ziyanın vurulduğunu bildirsə də, ona vurulmuş maddi ziyanın məhz cavabdehin təqsirli hərəkət və ya hərəkətsizliyi nəticəsində vurulmasına, habelə cavabdehin təqsirli hərəkətləri ilə ona dəymiş maddi ziyan arasında səbəbli əlaqənin olmasına dair heç bir sübutu məhkəməyə təqdim edə bilməmiş, həmçinin, həmin hallar məhkəmə araşdırması çərçivəsində də öz təsdiqini tapmamışdır. Həmçinin, məhkəmə iddiaçı tərəfindən təqdim olunmuş sübut vasitəsi qismində müvafiq akta bağlı onu qeyd edir ki qeyd edilən xx.xx.2022-ci il tarixli ******* №li akt iddiaçının özü tərəfindən tərtib edilmiş, cavabdehin həmin aktın tərtib edilməsində iştirakı təmin edilməmişdir. Qeyd edilən hallara əsasən iddiaçı tərəfindən sübut qismində təqdim edilmiş həmin akt hazırki mülki iş üzrə mötəbər sübut qismində qəbul edilə bilməz. Həmçinin, digər sübut vasitəsi olan məhkəmədə tədqiq edilmiş şahid ifadələri əsasında isə iddia tələbinin əsası kimi istinad olunan halları birbaşa təsdiq etməməklə, qaz xəttinə məhz cavabdeh tərəfindən qanunsuz qoşulma, cavabdehin yaşayış ünvanı üzrə qeyri-qanuni qaz xəttindən istifadə olunması halı müəyyən edilməmişdir. Belə ki, həmin şahid ifadələrinin məzmunundan görünür ki, şahid qismində dindirilmiş şəxslər qaz xəttini və ona əlavə xəttinin cavabdehin yaşayış ünvanından kənarda yerləşdiyini, həmin xətdən cavabdehin yaşayış ünvanı üzrə xətt çəkilməsini görmədiklərini qeyd etmişlər. İddiaçı tərəfindən isə həmin hallara dair başqa sübut vasitəsi təqdim edilməmişdir. Bununla da, hazırki mülki iş üzrə iddia tələbinin vurulmuş ziyanla bağlı hissədə cavabdehin hansı təqsirli hərəkəti nəticəsində iddiaçıya maddi ziyan vurulması, vurulmuş ziyanla onun hərəkətləri arasında səbəbli əlaqənin olması halının müəyyən edilməsi mümkün olmamışdır. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi qeyd edilən hissədə təmin edilməməlidir. Həmçinin, iş materiallarından görünür ki, iddiaçı tərəfindən 53,66 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bu halda, məhkəmə hazırki mülki iş üzrə iddia tələbinin təmin edilmiş hissəsini nəzərə alaraq, hesab edir ki, hazırki mülki iş üzrə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 30 manat məbləğində olan hissəsi cavabdehdən alınaraq iddiaçıya ödənilməli, qalan hissədə iddiaçıya aid edilməlidir. Həmçinin, məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.(MPM, maddə 14.2, 77.1 və 88 maddələri). Bununla bağlı, Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı" 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, novensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli Qərarı). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 218.1-ci maddəsinə görə, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək, təqdim edilmiş hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh qaz təchizatı obyektlərindən istifadə edilməsi xidmətlərinə görə yaranmış 53,56 manat məbləğində borc pul vəsaiti və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı İB-nin xeyrinə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh qaz təchizatı obyektlərindən istifadə edilməsi xidmətlərinə görə yaranmış 53,56 manat borc pul vəsaiti və 30 manat dövlət rüsumu tutularaq İddiaçı İB-nın xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun qalan hissədə iddiaçıya aid edilsin. Qətnamədən, qətnamənin tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə) Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar