Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-2769/2022 20.10.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi, X2 oğlunun katibliyi, İddiaçının nümayəndəsinin, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı « borcun və dəymiş maddi zərərin əvəzinin ödənilməsi» tələbinə tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «borcun və dəymiş maddi zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən İddiaçı İB-yə vurulmuş 6296.55 manatməbləğində zərərin və iddiaçı tərəfindən ödənilmiş 83.00 manat məbləğində dövlət rüsumunun, ümumilikdəisə 6 379.55 ( altı min üç yüz yetmiş doqquz manat 55 qəpik)manat məbləğində pulun cavabdehdənməcburi qaydadatutularaq İddiaçı İBnın "xxxx" ASC-nin İddiaçı şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçıİstehsalat Birliyi iləabonent Cavabdeh arasında xx.xx.2017-ci il tarixində 09/18338 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqısatqısı barədə” müqavilə imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçıİB abonent Cavabdeh məxsus Qarqadağ rayonu, Lökbatan qəsəbəsi, Qəhrəmanov küç, ev 1 ünvanında yerləşən fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Həmin ünvan üzrə əvvəlki istehlakçı Cavabdeh varisi olduğu ŞıxməmmədovaQızılgülXasay qızı olmuşdur. Qeyd olunan ünvanaİddiaçıİB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00010 nömrəli abonent kodu verilmişdir. Həmin ünvanda mənzili təbii qazlatəchiz edən qaz xəttinin üzərindəsonuncu dəfə xx.xx.2016-ci il tarixdə Ester G-6T mexanika tipli, 28255674 nömrəli qaz sayğacı quraşdırılmışdır. İddiaçıİB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayışevinəçəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacınamüxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən, həmçinin sayğaca müdaxilə faktları aşkar olunmuş, aşkar olunmuş fakt aktlaşdırılmaqla, laboratoriya rəyi verilməklə rəsmiləşdirilmişdir. Belə ki, SOCAR-ın informasiya texnologiyaları və rabitə idarəsinin “Qaz sayğaclarının yoxlanması barədə” xx.xx.2015-ci il tarixli, 15-2900/xx-xx- 000052 saylı aktınaəsasən “05002083 nömrəlisayğacın plastmast qapağının alt hissəsi deşici alətlə deşilmişdir” şəklində rəy verilmişdir. İtirilmiş qazın dəyərinin ödənilməsi üçün komissiya tərəfindən hesablama aparılmış, istifadəedilmiş qazınməbləği 874.80 manatmüəyyən edilmişdir. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” tərtib edilmiş xx.xx.2016-ci il tarixli 089799 saylı akt əsasında “Dəymişziyanın bərpasına dair” tələbnamə üzrə 874.80 manat miqdarında maddi ziyan hesablanmışdır. Cavabdehin ünvanında xx.xx.2016-ci il tarixdə Ester G-6T mexanika tipli, 28255674 nömrəli qaz sayğacı quraşdırılmışdır. Həmi mexanikisayğacın göstəriciləri üzrə həray abonentətəqdimedilən sərfiyyat borcları üzrə bildirişdə qeyd edilən borcməbləği (cəmi: 6752.20manat) vəlimitdən artıq istifadəyə görə hesablanan borcməbləği (cəmi: 302.75) istehlakçı tərəfindən tamödənilməmişdir. Beləliklə, xx.xx.2022-ci il tarixəistehlakçı Cavabdeh İddiaçıİB-yə borcu : 6 296.55manat təşkileməkdədir. Həminməbləğin açıqlamasıaşağıdakı kimidir: Mexanikisayğacın göstəricisi üzrəistehlak olunmuş qazın qiyməti – 6752.20manat Limitdən artıq istifadəyə görə yaranmış məbləğ: 302.75 01/2014-cü il tarixə qalıq borc: 0.20manat Sayğacamüdaxiləyə görəakt əsasında hesablanmış borc: 874.80manat Həyata keçirilmiş ödəniş: 1633.40manat Yekun borc: (0.20 manat+874.80 manat+ 6752.20 manat+302.75 manat) – 1633.40 manat = 6296.55 manat. Qeyd edilən halalrın nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qətnamə çxıarılmaısnı məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclaısında iştirak edərək,iddia tələbini müdafiə edərək,iddia ərizəsinin məzmununa və dəlillərinə uyğun izahat verərək, öz izahatında iddia tələbində qeyd edi874,80 manat məbləğində olan hissəsinin vurulmuş ziyana görə akt əsasında yazıldığını, qalan isə borca görə yazıldığını, akt sayğaca qanunsuz müdaxilə ilə bağlı olduğunu, həmin hala dair sübut qismində yalnız aktı təqdim edə bildiklərini qeyd edərək, bu halların nəzərə alınaraq, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iştirak edərək,iddia tələbini qismən qəbul edərək,izahat verərək, öz izahatında borcuna görə yazılmış hissədə iddia tələbini qəbul etdiyini, lakin akt əsasında sayğaca müdaxilə edilməklə bağlı hissədə qəbul etmədiyini, sayğaca heç bir müdaxilə etmədiyini, həmin aktı necə tərtib ediblər ki, həmin aktın tərtib olundğu tarixdə qaynanası vəfat etmişdir, ölmüş adam akta necə imza ata bilərdi, ona görə də həmin halların aydınlaşdırılmasını, o hissədə iddia tələbinin təmin edilməməsini, qalan hissədə isə təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sənədlər: xx.xx.2017-ci il tarilxi 09/18338 saylı qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqısatqısı müqaviləsinin məzmunundan aydın olur ki, Cavabdeh ilə Azəriqaz İB arasında qazdan istifadə olunmasına dair müqavilə bağlanılmışdır. Abonet saldosu məlumatından görünür ki, ünvan 2 ünvanında xx.xx.2016-ci il tarixdə sayğac quraşdırılmış, sayğac üzrə 5421,75 manat qazdan istifadə üzrə yaranmış borc, 874,80 manat akt üzrə hesablanmış borc kimi, ümumilikdə 6296,55 manat borc olduğu qeyd edilmişdir. xx.xx.2016-ci il tarixli İddiaçı İB-in 089799 nömrəli aktdan görünür ki,X1 qəsəbəsi,Qəhərmanov küçəsi,ev1,mənzil 1 ünvanında sayğaca müdaxilə olunur, itiirlmiş qazın bərpası üzrə dəymiş ziyan hesablanmalı olduğu qeyd eidlmişdir. xx.xx.2016-ci il tarixli dəymiş ziyanın hesablanması haqqında tələbnamənin məzmunundan aydın olur ki, xx.xx.2016-ci il tarixli 089799 №li akta əsasən hesabat aparılmış, hesablanmış məbləğ 8748 m3 qeyd edilmişdir. «İstehlakçıların müdafiəsi haqqında» xx.xx.1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 17ci maddəsinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Buqaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 2.1-ci bəndinə əsasən yalnız tikintisi və ya yenidən qurulması nəzərdə tutulan, habelə qaz təchizatı sxemi dəyişdirilən qaz qurğularının qazpaylayıcı şəbəkəyə qoşulması üçün qaz paylayıcından texniki şərtlər alınmalıdır. İstehlakçıların qaz təchizatı üçün texniki şərtlərin verilməsi və qaz qurğularının qazpaylayıcı şəbəkəyə qoşulması qaydası Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir Həmin Qaydaların 4.2-ci bəndinə əsasən, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.8-ci bəndinəəsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 6-cı bəndinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qaydaların 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinnin 3-cü bəndinə əsasən qaz təchizatçılarının qaz paylayıcıları tərəfindən təchizatının ümumi şərtləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydalarla təyin edilə bilər. İstehlakçıların qaz təchizatı üçün texniki şərtlərin verilməsi və qaz qurğularının qazpaylayıcı şəbəkəyə qoşulması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfüzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlildir. İşin mübahisəsiz halı ondan ibarətdir ki, tərəflər arasında qazdan istifadə olunması xidmətlərinə dair alqı-satqı müqaviləsi bağlanılmış, həmin müqavilə əsasında istesalhçı qismində iddiaçı tərəfindən cavabdeh istehlakçı qarşısında xidmətlər göstərmiş, cavabdeh tərəfindən isə həmin qazdan istifadə olunmasına görə yaranmış xidmət haqqı ödənilməmiş, nəticədə 5421,75 manat borcu yaranmışdır. Cavabdeh bu hissədə iddia tələbinin qəbul edilməsinə dair yazılı ərizə təqdim etmişdir. Bu halda, məhkəmə hesab edir ki, cavabdehin qazdan istifadə olunmasına görə borcunun olması halı aşkar olduğundan, yaranmış borcun məbləği cavabdeh tərəfindən qəbul edildiyindən, həmin borc məbləğinə görə cavabdehin mülki hüquqi məsuliyyət daşıdığından, iddia tələbi borcun tutulması hisssəsində təmin edilməlidir. Həmçinin, məhkəmə iddia tələbinin vurulmuş ziyanın ödənilməsi hissəsi ilə bağlı onu qeyd edir ki, qeyd edilən hissədə iddia tələbi üzrə sübutetmə yükü bilavasitə iddiaçı tərəfin üzərinə düşür. Belə ki, iddiaçı iddia tələbini əsası kimi cavabdehin qanunsuz olaraq qaz xəttinə qoşulmasına dair hərəkətləri nəticəsində ona maddi ziyan vurulması halına istinad edir ki, həmin halın da sübut edilməsi öhdəliyi məhz iddiaçının üzərinə düşür. Məhkəmədə tədqiq edilmiş sənədlər əsasında müəyyən edilmişdir ki, iddiaçı cavabdehin hərəkətləri nəticəsində ona maddi ziyanın vurulduğunu bildirsə də, ona vurulmuş maddi ziyanın məhz cavabdehin təqsirli hərəkət və ya hərəkətsizliyi nəticəsində vurulmasına, habelə cavabdehin təqsirli hərəkətləri ilə ona dəymiş maddi ziyan arasında səbəbli əlaqənin olmasına dair heç bir sübutu məhkəməyə təqdim edə bilməmiş, həmçinin, həmin hallar məhkəmə araşdırması çərçivəsində də öz təsdiqini tapmamışdır. Həmçinin, məhkəmə iddiaçı tərəfindən təqdim olunmuş sübut vasitəsi qismində müvafiq akta bağlı onu qeyd edir ki qeyd edilən xx.xx.2016-ci il tarixli 089799 №li akt iddiaçının özü tərəfindən tərtib edilmiş, cavabdehin həmin aktın tərtib edilməsində iştirakı təmin edilməmişdir. Qeyd edilən hallara əsasən iddiaçı tərəfindən sübut qismində təqdim edilmiş həmin akt hazırki mülki iş üzrə mötəbər sübut qismində qəbul edilə bilməz. İddiaçı tərəfindən isə həmin hallara dair başqa sübut vasitəsi təqdim edilməmişdir. Bununla da, hazırki mülki iş üzrə iddia tələbinin vurulmuş ziyanla bağlı hissədə cavabdehin hansı təqsirli hərəkəti nəticəsində iddiaçıya maddi ziyan vurulması, vurulmuş ziyanla onun hərəkətləri arasında səbəbli əlaqənin olması halının müəyyən eidlməsi mümkün olmamışdır. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi qeyd edilən hissədə təmin edilməməlidir. Həmçinin, iş materiallarından görünür ki, iddiaçı tərəfindən 83 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bu halda, məhkəmə hazırki mülki iş üzrə iddia tələbinin təmin edilmiş hissəsini nəzərə alaraq, hesab edir ki, hazırki mülki iş üzrə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 74,22 manat məbləğində olan hissəsi cavabdehdən alınaraq iddiaçıya ödənilməli, qalan hissədə iddiaçıya aid edilməlidir. Həmçinin, məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.(MPM, maddə 14.2, 77.1 və 88 maddələri). Bununla bağlı, Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı" 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, novensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli Qərarı). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 218.1-ci maddəsinə görə, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh qaz təchizatı obyektlərindən istifadə edilməsi xidmətlərinə görə yaranmış 5421,75 manat məbləğində borc pul vəsaiti tutularaq İddiaçı İB-nin xeyrinə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh qaz təchizatı obyektlərindən istifadə edilməsi xidmətlərinə görə yaranmış 5421,75 manat borc pul vəsaiti və 74,22 manat dövlət rüsumu tutularaq İddiaçı İB-nın xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun qalan hissədə iddiaçıya aid edilsin. Qətnamədən, qətnamənin tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə) Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Əhmədova
Məhkəmə qərarları › İş №e-2(002)-2769/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-2769/2022
20.10.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver