Məhkəmə qərarları › İş №e-2(002)-2779/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-2779/2025

08.10.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-2779/2025 08.10.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı «X1 Azərbaycan» QSC-nin Cavabdeh qarşı «maddi zərərin ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «X1 Azərbaycan» QSC Cavabdeh qarşı «maddi zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə (kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında) məhkəməyə müraciət edərək, 211,61 manat maddi zərər və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh iddiaçı «X1 Azərbaycan» QSC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(002)- 2779/2025 saylı qərardadı ilə iddiaçı «X1 Azərbaycan» QSC-nin Cavabdeh qarşı «maddi zərərin ödənilməsi» tələbinə dair işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə «X1 Azərbaycan» QSC arasında kredit müqaviləsi bağlanmışdır. Qeyd olunmuş müqavilə üzrə cavabdeh öhdəliklərini yerinə yetirməmiş, iddiaçıya olan borcunu ödəməkdən imtina etmişdir. Bu səbəbdən də borcun tutulması tələbi ilə məhkəməyə müraciət edilmiş və məhkəmənin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə bankın iddiası təmin edilmişdir. Nəticədə iddiaçı «X1 Azərbaycan» QSC "xxxx" MMC ilə bağlanmış xx.xx.2016-cı il tarixli «Hüquqi xidmət haqqında» müqaviləsinə əsasən məhkəmə qərarı üzrə borcun tələb edilməsini "xxxx" MMC-yə sifariş etmişdir. "xxxx" MMC öz növbəsində cavabdeh barəsində qeydiyyat ünvanına uyğun olaraq aidiyyəti orqanlara müraciət edərək borcun tam həcmdə geri ödətdirilməsini təmin etmişdir. «X1 Azərbaycan» QSC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2016-cı il tarixli Hüquqi Xidmət Haqqında müqavilənin şərtlərinə uyğun olaraq Cavabdeh tərəfindən cəmi 1.410,74 manat məbləğində ödənilən borc məbləği "xxxx" MMC tərəfindən təmin edilmiş və bu ödənişlərə görə də «X1 Azərbaycan» QSC tərəfindən "xxxx" MMC-yə 211,61 manat məbləğində xidmət haqqı ödənilmişdir. Yuxarıda qeyd edilən xx.xx.2016-cı il tarixli «Hüquqi xidmət haqqında» müqavilənin 5.1.1-ci bəndinə əsasən yerinə yetirmiş olduğu xidmətlərə görə "xxxx" MMC-yə cavabdeh tərəfindən «X1 Azərbaycan» QSC-yə ödənilmiş hər məbləğin 15 % həcmində, yəni ümumilikdə 211,61 manat məbləğində xidmət haqqı ödəmişdir. «X1 Azərbaycan» QSC ilə cavabdeh arasında bağlanmış kredit müqaviləsinin 5 və 6-cı bəndində «Borcverən»-in hüquq və vəzifələri / Borcalanın hüquq və vəzifələri(öhdəlikləri)ndə qeyd edilmişdir ki: «Borcalan» tərəfindən bu müqavilə üzrə öhdəlik ləri lazımınca yerinə yetirilmədikdə kredit və ona hesablanmış faiz borcunu, o cümlədən kredit üzrə gecikdirilmiş və\və ya ödənilməmiş əsas borcu və ondan istifadə üçün hesablanmış bütün faizləri, bu müqaviləyə müvafiq olaraq hesablanan cərimə məbləğlərini, kreditin geri qaytarılması ilə bağlı çəkdiyi və\və ya çəkməli olduğu (o cümlədən sığorta və hüquqi xidməti ilə bağlı çəkdiyi\çəkməli olduğu) bütün xərclərin (zərərin) əvəzinin, həbelə əldən çıxmış faydanın ödənilməsini tələb etmək (tutmaq\almaq); Bu müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirmədikdə kreditin geri qaytarılması ilə bağlı «Borcverənin» çəkdiyi və\və ya çəkməli olduğu bütün xərclərin (zərərin, məsrəflərin və s., o cümlədən sığorta və hüquq xidməti ilə bağlı çəkdiyi\çəkməli olduğu xərclərin) əvəzini, habelə «Borcverənin» əldən çıxmış faydasını ödəmək. İddiaçının nümayəndəsi Nümayəndə məhkəməyə ərizə göndərərək, mülki işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə qeyd edilən ərizəni nəzərə alaraq mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı etiraf etmiş və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş: - «X1 Azərbaycan» QSC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2016-cı il tarixli «Hüquqi xidmət haqqında» müqavilədən görünür ki, «X1 Azərbaycan» QSC məhkəmə qərarı üzrə borcun tələb edilməsini "xxxx" MMC-yə sifariş etmişdir. - Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(002)- 3055/2022 saylı qətnaməsindən görünür ki, iddiaçı «X1 Azərbaycan» QSC-nin Cavabdeh qarşı «borcun tutulması» tələbinə dair iddiası təmin edilmiş, Cavabdeh xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə yaranmış 1.250,04 manat məbləğində əsas borc, 109,01 manat məbləğində faiz, 17,93 manat məbləğində cərimə olmaqla, cəmi 1.376,98 manat məbləğində borc və ödənilmiş 33,76 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçı «X1 Azərbaycan» QSC-nin xeyrinə ödənilməsi qət edilmişdir. - xx.xx.2025-ci il tarixli **********15 saylı ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət olunması üçün 30 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə qeyd edir ki, cavabdehin iddianı etirafı qəbul edilməli və iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nın 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə iddianı etirafın qanunun tələblərinə zidd olmamasını, etirafın üçüncü şəxslərin mənafeyinə toxunmamasını nəzərə alaraq hesab edir ki, cavabdehin iddianı etirafı məhkəmə tərəfindən qəbul edilməli və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 211,61 manat maddi zərər və ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh iddiaçı «X1 Azərbaycan» QSC-nin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 211,61 manat maddi zərər və ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh iddiaçı «X1 Azərbaycan» QSC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar