Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-286/2025 17.02.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məcidli Aysel Əli qızının katibliyi, İddiaçı "xxxx" QSC-nin nümayəndəsi Nümayəndə2, Cavabdeh iştirakları ilə, İddiaçı "xxxx" QSC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun vərəsədən tutulması” tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" QSC Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun vərəsədən tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vərəsə Cavabdeh əsas məbləğ üzrə borc-9,775.75 manat, hesablanmış və ödənilməmiş faiz borcu-874.99 manat, cərimə borcu- 2,018.85 manat, müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borc-236.56 manat, bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərcləri-2.50 manat, cəmi borc-12,908.65 manat məbləğində kredit borcu və dövlət büdcəsinə köçürülmüş 128.72 manat məbləğində dövlət rüsumunun "xxxx" QSC-nin хeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı "xxxx" QSC iddia ərizəsini onunla əsaslandırmışdır ki xx.xx.2013-cü il tarixdə "xxxx" QSC və X10 arasında Bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə görə, Bank tərəfindən borcalan X7 istehlak yönümlü 10000 (on min) manat məbləğində, 5 (beş) il müddətinə kredit kart limiti (kredit xətti) açılmışdır. “Kart/əlavə kart sahibi” həmin kredit kart limiti (kredit xətti) üzrə istifadə etmiş olduğu vəsaiti (krediti) və ona hesablanmış faizləri, komisyonları və həmçinin nəzərdə tutulmuş digər ödənişləri (bütün borcları) bu müqavilə ilə müəyyən edilmiş şərtlərlə “Bank”-a qaytarmağı (ödəməyi) öhdəsinə götürmüşdür. AR DİN BPQMİ-nin MAPS Şöbəsinin xx.xx.2024-cü il tarixli Arayışından məlum olmuşdur ki, X10 vəfat etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, ünvan 1 ünvanlanan vəkil sorğusuna cavab olaraq Banka təqdim edilmiş xx.xx.2022-ci il tarixli, 1321 saylı məktubundan müəyyən olunmuşdur ki, vərəsəlik işi açılmış və onun vərəsəsi – arvadı Cavabdehdır. O mirası qəbul etmiş vərəsədir. Vərəsəyə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Vərəsə Cavabdeh rəhmətə getmiş X6 banka olan borcu barədə məlumatlı olmuşdur. Lakin üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. X6 vərəsəsi(ləri) Cavabdeh tərəfindən Bank ilə X10 arasında imzalanmış qarışıq müqavilə üzrə Bank qarşısında olan öhdəliklərini lazımıca icra edilməmişdir. «X25 Azərbaycan» QSC müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini tam icra etsə də, bоrcalanın vərəsəsi Cavabdeh kredit müqaviləsi üzrə tam ödəməyə borclu olduğu halda, müqavilə şərtlərini pоzaraq kreditin əsas məbləğini və оna hesablanmış faizlərin ödənilməsini kredit ayrılan vaхtdan mütəmadi оlaraq gecikdirmişdir. Borcalana dəfələrlə bu barədə şifahi və yazılı хəbərdarlıq edilməsinə baхmayaraq, öhdəliyi icra etməmiş və bu günədək bоrcu ödəməmişdir. Cavabdehin kredit müqaviləsinə əsasən "xxxx" QSC-yə оlan bоrcu: əsas məbləğ üzrə borc-9,775.75 manat hesablanmış və ödənilməmiş faiz borcu -874.99 manat, cərimə borcu -2,018.85 manat, müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borc-236.56 manat, bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərcləri- 2.50 manat, cəmi borc-12,908.65 manat. İddiaçı "xxxx" QSC-nin nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında qeyd etdi ki, iddia tələbini müdafiə edir və təmin olunmasını xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, vərəsəlikdən məlumatları olmamışdır. Kreditoru məlumatlandırmalıdırlar. Vərəsəliyi 2022-ci il tarixdə sorğu edilərək öyrənmişdilər. Əgər cavabdehin xeyrinə qərar çıxarılsa cavabdehə gələcəkdə müraciət edildiyində bank tərəfindən kredit verilmiyəcəkdir. O həmçinin bildirdi ki, MM-nin 1309-cu maddəsinə əsasən vərəsələr əgər ölənin borcları onlara məlumdursa mirasın açılması barədə onlara məlumat verməyə borcu idilər . Cavabdeh məhkəmə iclasında bildirdi ki, o məhkəməyə iddia müddətinin keçməsi ilə əlaqədar iddia müddətinin tətbiq edilməsi barədə ərizə göndərərək iddianın rədd olunmasını xahiş etmişdir. Bu səbəbdən də iddia rədd olunmalıdır Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd olunmalıdır. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2013-cü il tarıxli saylı kredit müqaviləsinin surətindən görünür ki, iddiaçı "xxxx" QSC tərəfindən cavabdeh X7 60 ay müddətinə 10000 manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2024cü il tarixli maliyyə arayışından görünür ki, X6 xx.xx.2013-cü il tarıxli saylı kredit müqaviləsi üzrə borcu aşağıdakı kimidir: - əsas məbləğ üzrə borc-9,775.75 manat hesablanmış və ödənilməmiş faiz borcu-874.99 manat, cərimə borcu -2,018.85 manat, müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borc-236.56 manat, bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərcləri-2.50 manat, cəmi borc-12,908.65 manat məbləğində pul borcu mövcuddur. İş materiallarına əlavə olunmuş Bakı şəhəri 8 saylı Notariat ofisinin məktubundan görünür ki, xx.xx.2014-cü il tarixdə ölmüş X6 ölümündən sonra ünvan 1 müraciət daxil olmuş 106/2014 nömrəli vərəsəlik iş açılmış və vərəsəsinə vərəsəlik hüquq haqqında şəhadətnamə verilmişdir. İş materiallarına əlavə olunmuş 3 saylı “ASAN xidmət mərkəzinin notarisu tərəfindən təsdiq edilən xx.xx.2014-cü il tarixli 7E-46973 nömrəsi ilə reyestrdə qeyd edilən ərizədən görünür ki,X16 xx.xx.2014-cü il tarixdə ölmüş atası X3 miras qalmış əmlak payından anası Cavabdeh xeyrinə imtina etmişdir və gələcəkdə bununla bağlı məhkəməyə müraciət etməyəcəkdir. İş materiallarına əlavə olunmuş 3 saylı “ASAN xidmət mərkəzinin notarisu tərəfindən təsdiq edilən xx.xx.2014-cü il tarixli 7E-46974 nömrəsi ilə reyestrdə qeyd edilən ərizədən görünür ki,X13 öz imzası ilə təsdiq etmişdir ki, xx.xx.2014-cü il tarixdə ölmüş atası X3 miras qalmış əmlak payından anası Cavabdeh xeyrinə imtina etmişdir və gələcəkdə bununla bağlı məhkəməyə müraciət etməyəcəkdir. İş materiallarına əlavə olunmuş 3 saylı “ASAN xidmət mərkəzinin notarisu tərəfindən təsdiq edilən xx.xx.2014-cü il tarixli 7E-46768 nömrəsi ilə reyestrdə qeyd edilən ərizədən görünür ki, X4 öz imzası ilə təsdiq etmişdir ki, xx.xx.2014-cü il tarixdə ölmüş oğlu X3 miras qalmış əmlak payından gəlini Cavabdeh xeyrinə imtina etmişdir və gələcəkdə bununla bağlı məhkəməyə müraciət etməyəcəkdir. İş materiallarına əlavə olunmuş AZ-İ seriyalı 557255 saylı ölüm haqqından şəhadətnamədən görünür ki, X14 xx.xx.2012-ci il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə olunmuş doğum haqqından şəhadətnamədən görünür ki,xx.xx.1958-ci il təvəllüdlü X6 anası X14, atası X2r. İş materiallarına əlavə olunmuş doğum haqqından Vİİİ-ЖГ seriyalı 290717 saylı şəhadətnamədən görünür ki,xx.xx.1989-cu il təvəllüdlü X8 anası Cavabdeh, atası X9r. İş materiallarına əlavə olunmuş doğum haqqından Vİ-ЖГ seriyalı 478678 saylı şəhadətnamədən görünür ki, xx.xx.1979-cu il təvəllüdlü X11 anası Cavabdeh, atası X9r İş materiallarına əlavə olunmuş nikahın bağlanmıası haqqında İİ-ЖГ seriyalı 274229 saylı şəhadətnamədən görünür ki, X10 ilə X15 arasında nikah xx.xx.1978-ci il tarixdə bağlanmışdır.Bu haqda qeydlər kitabında 1060 nömrə ilə qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2017-ci il tarixli şəhadətnamədən görünür ki, xx.xx.2014-cü il tarixdə ölmüş X1 qalmış arvadı - Cavabdeh onların nikah müddətində əldə etdikləri ümumi birgə əmlakın ½ hissəsinə müıliyyət hüququ vardır. Cavabdeh mülkiyyət hüquq haqqında şəhadətnamə verilən ümumi birgə əmlak Azərbaycan Respublikası DİN BDYPİ QİŞ-in xx.xx.2013-cü il tarixə verdiyi AC-101350 seriyalı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən X24 minik markalı, tipi universal, buraxılış ili 2012, mühhərik nömrəsi 1GRA538372,rəngi qara, qeydiyyat nömrəsi 90AA851 olan xx.xx.2013cü il tarixli daxili lizing müqaviləsinə və Qafqaz Lizing ASC-nin xx.xx.2017-ci il tarixli 35372 nömrəli məktubuna əsasən avtomobildəki hüquqdan ibarətdir. İş materiallarına əlavə olunmuş X24 minik markalı, **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobil Qafqaz Lizinq ASC-nin mülkiyyətindədir. İş materiallarına əlavə olunmuş xx.xx.2015-ci il tarixli şəhadətnamədən görünür ki, xx.xx.2014-cü il tarixdə ölmüş X1 qalmış arvadı - Cavabdehn ½ hissədə əmlakdan irs almalıdır. Şəhadətnamə verilən miras əmlak Azərbaycan Respublikası DİN BDYPİ QİŞ-in xx.xx.2014-cü il tarixdə verdiyi AC-086377 seriyalı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən Kamaz 6520 yük markalı, buraxılış ili 2008, mühhərik nömrəsi 82468823, ban nömrəsi KAB.2073728, Şassi XTC**********2753, qeydiyyat nömrəsi 90UX377 olan avtomobildən ibarətdir. Vərəsəyə mülkiyyət hüquqları haqqında şəhadətnamə verilmişdir. Həmin şəhadətnamə reyestrdə 2V-58 nömrə ilə qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin çıxarışından görünür ki, ünvan 2 ünvanında yerləşən əmlak kompleksi kimi müəssisə X6 xüsusi mülkiyyətindədir. İş materiallarına əlavə olunmuş xx.xx.2015-ci il tarixli 2V-1-55 reyestrli ər-arvadın ümumi payındakı paya sağ qalmış ərə verilən mülkiyyət hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2014-cü il tarixdə ölmüş X1 qalmış arvadı - Cavabdeh onların nikah müddətində əldə etdikləri ümumi birgə əmlakın ½ hissəsinə mülkiyyət hüququ vardır. Cavabdeh mülkiyyət hüquq haqqında şəhadətnamə verilən ümumi birgə əmlak real vaxt rejimində daşınmaz əmlaklın dövlət reyestrindən əldə edilmiş xx.xx.2015-ci il tarixli qeydiyyat nömrəsi ********** saylı arayışa əsasən Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX ******* seriyalı ********** qeydiyyat nömrəli çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 1072.8 kv metr olan əmlak kompleksi kimi müəssisədən ibarətdir.Ölmüş ərin ümumi əmlakdan payı ½ hissədən ibarətdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş bildiriş məktubundan görünür ki, "xxxx" QSC pretenziya qaydasına riayət edərək, Cavabdeh borcu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. Məhkəmə hazırkı kredit müqaviləsi üzrə «X25 Azərbaycan» QSC-nin X7 qarşı borcun tutulması tələbinə dair Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)- 4008/2015 saylı mülki işi məhkəmənin arxivindən götürərək hazırkı iş materiallarına əlavə etmiş və aşağdakı halları müəyyən etmişdir; Belə ki, iş materiallarına əlavə olunmuş Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-4008/2015 saylı xx.xx.2015-ci il tarixli məhkəmə əmrindən görünür ki, «X25 Azərbaycan» QSC-nin X7 qarşı borcun tutulması tələbinə dair ərizəsi üzrə 15 iyun 1958-ci il tarixində Ermənistan Respublikasının Amasiya rayonunda anadan olmuş Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, 1-ci massiv, 1-ci küçə, 53 saylı evdə yaşayan X5 9775,75 manat əsas borc, 874,99 manat faiz borcu, 2018,85 manat cərimə borcu, 236,56 manat müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borc, 2,50 manat bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xidməti xərcləri, cəmi 12908,65 manat borc,həmçinin ərizə üçün dövlət büdcəsinə köçürülmüş 20,40 manat dövlət rüsumu tutularaq "X25 Azərbaycan" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi əmr edilmişdir. İş materiallarına əlavə olunmuş X6 vərəsəsi Cavabdeh xx.xx.2015-cü il tarixli etiraz ərizəsindən görünür ki, Cavabdeh Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)- 4008/2015 saylı xx.xx.2015-ci il tarixli məhkəmə əmrinin ləğv edilməsini və mülki işin iddia icraatı qaydasında onun iştirakı ilə dava etdirilməsini xahiş etmişdir. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)- 4008/2015 saylı xx.xx.2015-ci il tarixli qərardadına əsasən borclu X6 hüquqi varisi Cavabdeh Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-4008/2015 saylı xx.xx.2015ci il tarixli məhkəmə əmrinin ləğvinə dair etiraz ərizəsi təmin edilərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-4008/2015 saylı xx.xx.2015-ci il tarixli məhkəmə əmri ləğv edilmiş və mülk iş üzrə hazırlıq iclası xx.xx.2015-ci il tarixə saat 16:40-a təyin edilmişdir. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)- 4008/2015 saylı xx.xx.2015-ci il tarixli qərardadına əsasən «X25 Azərbaycan» QSC-nin X7 qarşı borcun tutulması tələbinə dair ərizəsi baxılmamış saxlanılmışdır. İş materiallarına əlavə olunmuş «X25 Azərbaycan» QSC xx.xx.2015-ci il tarixli ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-4008/2015 saylı mülki iş üzrə icraatın təzələnməsini xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-4008/2015 saylı xx.xx.2015-ci il tarixli qərardadına əsasən «X25 Azərbaycan» QSC-nin Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-4008/2015 saylı xx.xx.2015-ci il tarixli qərardadının ləğv edilərək iş üzrə icraatın təzələnməsinə dair ərizəsi təmin edilməmiş və iddiaçıya izah edilmişdir ki, mülki işin materiallarındakı sənədləri geri götürərək yenidən məhkəmədə iddia qaldırmaq hüququna malikdir. İş materiallarına əlavə olunmuş sifarişli xəbərnamələrdən görünür ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-4008/2015 saylı xx.xx.2015-ci il tarixli qərardadı «X25 Azərbaycan» QSC və Cavabdeh tərəfindən xx.xx.2015-ci il tarixdə rəsmi qaydada təhvil alınmışlar. İş materiallarına əlavə olunmuş kredit müqaviləsi üzrə hesabdan çıxarışdan görünür ki, kredit müqaviləsi üzrə son ödəniş tarixi xx.xx.2014-cü il tarixə təsadüf edir. İş materiallarına əlavə olunmuş dövlət rüsumunun ödənişin təsdiq edən sistemdən çıxarışdan görünür ki, iddiaçı 128,72 manat dövlət rüsumu ödəmişdir. Beləliklə məhkəmə tərəfindən müəyyən edildi ki, xx.xx.2013-cü il tarixdə "xxxx" QSC ilə X10 arasında kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə görə, Bank tərəfindən borcalan X7 istehlak yönümlü 10000 (on min) manat məbləğində, 5 (beş) il müddətinə kredit kart limiti (kredit xətti) açılmışdır. “ X10 xx.xx.2014-cü il tarixdə vəfat etdikdən sonra xx.xx.2015-ci, xx.xx.2015-ci və xx.xx.2017-ci il tarixlərdə müvafiq olaraq ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 1072.8kv metr olan əmlak kompleksi kimi müəssisə, Kamaz 6520 yük markalı, buraxılış ili 2008, mühhərik nömrəsi 82468823, ban nömrəsi KAB.2073728, Şassi XTC**********2753, qeydiyyat nömrəsi 90UX377 olan avtomobil və X24 minik markalı, tipi universal, buraxılış ili 2012, mühhərik nömrəsi 1GRA538372,rəngi qara, qeydiyyat nömrəsi 90AA851 olan xx.xx.2013-cü il tarixli daxili lizing müqaviləsinə və Qafqaz Lizing ASC-nin xx.xx.2017-ci il tarixli 35372 nömrəli məktubuna əsasən avtomobildəki və Azərbaycan Respublikası DİN BDYPİ QİŞ-in xx.xx.2014-cü il tarixdə verdiyi AC-086377 seriyalı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən Kamaz 6520 yük markalı, buraxılış ili 2008, mühhərik nömrəsi 82468823, ban nömrəsi KAB.2073728, Şassi XTC**********2753, qeydiyyat nömrəsi 90UX377 olan avtomobildəki hüquqlara münasibətdə Cavabdeh adına vərəsəlik şəhadətnamələri verilmişdir. X10 xx.xx.2014-cü il tarixdə vəfat etdikdən sonra «X25 Azərbaycan» QSC-nin X7 qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə xx.xx.2015-ci il tarixdə məhkəməyə müraciət etmiş, Qaradağ Rayon Məhkəməsinin 2(002)-4008/2015 saylı xx.xx.2015-ci il tarixli məhkəmə əmri ilə tələbin təmin olunması əmr edilmişdir. Bundan sonra X6 vərəsəsi Cavabdeh əmrə etiraz etmiş, etiraz ərizəsi təmin edilərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-4008/2015 saylı xx.xx.2015-ci il tarixli məhkəmə əmri ləğv edilmiş və mülk iş üzrə hazırlıq iclası xx.xx.2015-ci il tarixə saat 16:40-a təyin edilmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-4008/2015 saylı xx.xx.2015-ci il tarixli qərardadına əsasən «X25 Azərbaycan» QSC-nin X7 qarşı borcun tutulması tələbinə dair ərizəsi baxılmamış saxlanılmış, lakin «X25 Azərbaycan» QSC xx.xx.2015-ci il tarixli ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-4008/2015 saylı mülki iş üzrə icraatın təzələnməsi xahiş edilsə də Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)- 4008/2015 saylı xx.xx.2015-ci il tarixli qərardadına əsasən ərizə təmin olunmamış və iddiaçıya izah edilmişdir ki, mülki işin materiallarındakı sənədləri geri götürərək yenidən məhkəmədə iddia qaldırmaq hüququna malikdir. Həmin qərardadın göndərilməsi üzrə sifarişli xəbərnamələrdən görünür ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-4008/2015 saylı xx.xx.2015-ci il tarixli qərardadı «X25 Azərbaycan» QSC və Cavabdeh tərəfindən xx.xx.2015-ci il tarixdə rəsmi qaydada təhvil alınmıdır. Məhkəmə işin faktiki hallarına münasibətdə aşağıdakılar qeyd etməyi zəruri bilir. Cavabdeh ərizə verərək bildirir ki, iddia müddəti keçib, iddia müddətinin keçməsinə dair ərizə tətbiq edilməklə iddia tələbi rədd olunmalıdır. İddiaçının nümayəndəsi isə bildirir ki, MM-nin 1309-cu maddəsinə əsasən vərəsələr əgər ölənin borcları onlara məlumdursa mirasın açılması barədə kreditorlara məlumat verməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 328.1-ci maddəsinin tələbinə görə, əgər tərəflər hüquq və vəzifələrin əmələ gəlməsini baş verib-verməyəcəyi məlum olmayan hallardan asılı etmişlərsə, əqd şərtlə bağlanmış sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 373.2-ci maddsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır Həmin Məcəllənin 376-cı maddəsinə əsasən əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər üzrə də iddia müddəti keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2001-ci il tarixli Qərarından görünür ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarından görünür ki, Konstitusiya Məhkəməsi Plenumunun L.İ.Binnətovanın şikayəti üzrə 2008-ci il 8 may tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, iddia etmək hüququ iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarından ibarətdir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. Bu hüququn həyata keçirilməsi hər hansı iddia müddətinin keçməsindən asılı deyil. Buna görə də, iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəməyə iddianı təqdim etmək mümkündür. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. İddia müddətinin keçməsi məhz bu mümkünlüyün qarşısını alır və məhkəmə tərəfindən iddiadan imtina edilməsinə əsas kimi götürülür. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə ki, iş materiallarında olan xx.xx.2013-cü il tarıxli saylı kredit müqaviləsinin surətindən görünür ki, iddiaçı "xxxx" QSC tərəfindən cavabdeh X7 60 ay müddətinə 10000 manat məbləğində kredit verilmiş, “Kredit alan” isə verilmiş krediti qəbul edərək, krediti və ona hesablanmış faizləri müqavilədə nəzərdə tutulan qaydada ödənişlər edilməsini öhdələrinə götürmüşdür. X10 xx.xx.2014-ci il tarixdə vəfat etmiş, X6 adına vərəsəlik işi açılmış və qanun üzrə vərəsəsi olan Cavabdeh qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. Vərəsə-Cavabdeh tərəfindən mərhum X3 qalmış miras qəbul edilməsinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın iddiaçı qarşısında olan öhdəlikləri icra edilməmişdir. Bu səbəbdən, hazırda iddiaçı müvafiq kredit müqaviləsi üzrə yaranmış borcu mərhumun vərəsəsindən tutulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mərhumun vərəsəsi olan cavabdeh isə iş üzrə iddia müddətinin tətbiq olunmasına dair ərizə təqdim edərək, iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququ vardır. Məhkəmə cavabdehin iddia müddətinin keçməsi ilə əlaqədar ərizəsinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri bilir. Hazırkı işin faktiki və baş vermiş məhkəmə prosesləri ilə müəyyən olunur ki, X10 vəfat edəndən sonra miras əmlakları hazırkı iş üzrə cavabdeh olan arvadı Cavabdeh vərəsəlik şəhadətnamələri üzrə müvafiq olaraq xx.xx.2015-ci, xx.xx.2015-ci və xx.xx.2017ci il tarixlərdə şəhadətnamələr almışdır. 2015-ci il üzrə yuxarıda qeyd edilən məhkəmə prosesləri keçirilmiş və iddia baxılmamış saxlanılmışdır. Tərəflər də həmin qərardaddan məlumatlı olmuşlar. Həmin qərardaddan iddiaçı şikayət verməmişdir. İddiaçı həmçinin həmin qərardadın alınma tarixindən-xx.xx.2015-ci il tarixdən 10 il keçməsinə baxmayaraq yenidən iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Kredit müqaviləsi üzrə hesabdan çıxarışdan görünür ki, kredit müqaviləsi üzrə son ödəniş tarixi xx.xx.2014-cü il tarixə təsadüf edir. Yəni kredit müqaviləsi üzrə son ödəniş tarixindən sonra xx.xx.2015-ci il tarixdə “YapıKredi Bank Azərbaycan» QSC tərəfindən X7 qarşı həmin kredit müqaviləsi üzrə əmr icraatı başlatmış, yuxarıda göstərilən prosessual məcəlləyə uyğun prosessual hərəkətlər həyata keçirilmiş, nəticədə məhkəmənin xx.xx.2015-ci il tarixli qərardadına əsasən «X25 Azərbaycan» QSC-nin X7 qarşı borcun tutulması tələbinə dair ərizəsi baxılmamış saxlanılmış, iddiaçı bank tərəfindən mülki iş üzrə icraatın təzələnməsi xahiş edilsə də Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-4008/2015 saylı xx.xx.2015-ci il tarixli qərardadına əsasən ərizə təmin olunmamış və iddiaçıya izah edilmişdir ki, mülki işin materiallarındakı sənədləri geri götürərək yenidən məhkəmədə iddia qaldırmaq hüququ izah edilmiş və həmin qərardad «X25 Azərbaycan» QSC tərəfindən xx.xx.2015-ci il tarixdə rəsmi qaydada təhvil alınmışdır. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 381.1-ci maddəsinə əsasən, əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir. Kredit müqaviləsi üzrə son ödəniş tarixindən-xx.xx.2014-cü il tarixdən ərizə məhkəməyə daxil olduğu xx.xx.2015-ci il tarixədək 1 il 2 ay keçmiş, iddianın baxılmamış saxlanılmasını təzələnilməməsi barədə ərizə üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-4008/2015 saylı xx.xx.2015-ci il tarixli qərardadından (1 il 9 ayadək) 2017-ci ilin sentyabr ayınadək iddia müddətinin axımı davam etmişdir. Lakin bu müddət ərzində iddiaçı tərəfindən müvafiq iddia ilə bağlı tədbirlər görülməmişdir. Həmçinin məhkəmə qeyd edir ki, ola bilər ki, iddiaçının vərəsəlik şəhadətnamələrindən xəbəri olmamışdır.Bununla belə iddiaçı mirasın faktiki qəbulu ilə bağlı məhkəməyə müraciət etməmişdir. Bu isə ona dəlalət edir ki, həmin kredit müqaviləsinə münasibətdə iddiaçı bank laqeyd yanaşmışdır. Cavabdeh isə ona verilən hüquqdan istifadə edərək iddia müddətinin tətbiqi barədə yazılı ərizə vermişdir. Məhkəmə iddiaçının nümayəndəsinin MM-nin 1309-cu maddəsinə əsasən vərəsələr əgər ölənin borcları onlara məlumdursa mirasın açılması barədə onlara məlumat verməyə borcludurlar fikrinə münasibətdə qeyd edir ki, bu barədə normanın olması ona əsas vermir ki, iddia müddəti tətbiq olunmasın. İddiaçı öz subyektiv hüquqlarından əgər istifadə etmirsə və bu hüquqlar iddia müddəti keçirilməklə itirilirsə, cavabdehin üzərinə düşən hüquqları onun üzərinə düşən vəzifələrə qarşı qoyulması hüquqda qeyri müəyyənlik yarada bilər. Belə k, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi rədd olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı "xxxx" QSC -nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun vərəsədən tutulması” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qamət Əbilov
Məhkəmə qərarları › İş №e-2(002)-286/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-286/2025
17.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver