Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-2907/2022 27.10.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Mirzəliyev Amil Rəfayıl oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə əsas borcun, ona hesablanmış faiz və cərimənin cavabdehdən tutulması tələbi barədə iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı kredit müqaviləsi üzrə əsas borcun, ona hesablanmış faiz və cərimənin cavabdehdən tutulması tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 0104075AZN22627 saylı maliyyələşdirmə üçün ərizə üzrə 1143,44 manat (min yüz qırx üç manat qırx dörd qəpik) əsas borc, 369,16 manat (üç yüz altmış doqquz manat on altı qəpik) faiz borcu, 882,73 manat (səkkiz yüz səksən iki manat yetmiş üç qəpik) cərimə olmaqla, cəmi 2395,33 manat (iki min üç yüz doxsan beş manat otuz üç qəpik) borcun; 41010AZNFK********** saylı kart hesabı üzrə sms məlumatlandırma xidmətinə və texniki overdrafta əsasən 171,54 manat (yüz yetmiş bir manat əlli dörd qəpik) əsas borc, 22,96 manat (iyirmi iki manat doxsan altı qəpik) cərimə olmaqla, cəmi 194,5 manat (yüz doxsan dörd manat əlli qəpik) məbləğində borcun və dövlət rüsumu olaraq ödənilmiş 46 manat məbləğində pulun tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə Bank xidmətlərinin göstərilməsinə dair X1 xx.xx.2019-cu il tarixli 1.1.2 nömrəli versiyasının şərtlərinin qəbul edilməsi barədə GTC-12273İB/2019 saylı Razılıq ərizəsi imzalanmışdır. Cavabdeh həmin Razılıq ərizəsini imzalayaraq bankın rəsmi internet səhifəsində yerləşdirilmiş ümumi şərtlər toplusunda qeyd edilmiş şərtləri qəbul etmişdir. Həmçinin tərəflər arasında ÜŞT-yə əlavə olan 0104075AZN22627 saylı, xx.xx.2019-cu il tarixli maliyyətləşdirmə üçün ərizə imzalanmış və borcalana xx.xx.2020-ci il tarixədək illik faiz dərəcsi 26%, illik cərimə faizi 180% olmaqla, 1250 manat məbləğində istehlak xərcləri məqsədilə işçi krediti verilmişdir. Lakin borcalan həmin kredit üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icra etməmişdir. Kreditin müəyyənləşdirilən qaydada ödənilməsini həyata keçirmədiyi günlərin sayı 1204 gün, eyni zamanda 41010AZNFK********** saylı kart hesabı üzrə sms məlumatlandırma xidmətinə və texniki overdraft əməliyyatına əsasən gecikdirilmiş günlərin sayı 1028 gün təşkil edir. Bank tərəfindən borcalana xəbərdarlıq məktubu göndərilmiş və bank qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi xahiş olunmuş, əks halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. Borcalanın xx.xx.2022-ci il tarixə İddiaçı ASC qarşısında öhdəliyi aşağıdakı kimidir: 0104075AZN22627 saylı maliyyələşdirmə üçün ərizə üzrə 1143,44 manat əsas borc, 369,16 manat faiz borcu, 882,73 manat cərimə olmaqla, cəmi 2395,33 manat təşkil edir; 41Q10AZNFK********** saylı kart hesabı üzrə sms məlumatlandırma xidmətinə və texniki overdraft əməliyyatına əsasən 171,54 manat əsas borc, 22,96 manat cərimə olmaqla, cəmi 194,5 manat təşkil edir. X2 əsasən kreditin əsas məbləği və ona hesablanmış faizlər ödəniş qrafıkində və “Fərdi müştərilərin maliyyələşdirilməsi üçün ərizə” formasında göstərilən qaydada ödənilmədikdə gecikdirilmiş əsas məbləğə “Fərdi müştərilərin maliyyələşdirilməsi üçün ərizə” forması ilə müəyyən olunan qaydada və həcmdə cərimə faizi hesablanır. Cərimə faizi 2 qaydada müəyyən olunur: 1) kreditin müddəti bitənədək və 2) kreditin müddəti bitdikdən sonra. Kreditin müddəti bitənədək cərimə tətbiq olunduğu zaman kredit faizləri də öz növbəsində hesablanmağa davam edir. Eyni zamanda X1 Bank xidmətlərinin göstərilməsi ilə bağlı tərəflərin hüquq və vəzifələrinə dair hissəsinə əsasən Bankın qüvvədə olan tariflərində nəzərdə tutulmuş müvafiq xidmət haqqını Banka ödəmək müştərinin vəzifəsidir. Bundan başqa ÜŞT-nin Ödəniş Kartı bölməsi üzrə karta dair ümumi məlumatlar bölməsində qeyd edilir ki, kart üzrə texniki overdraft, yəni hesabın məzənnə fərqi və ya digər səbəblərdən mənfi balansa keçməsi halı baş verərsə, bu zaman, bu növdən olan kart üzrə Bankın mövcud cərimə faizləri tətbiq olunacaq. Cərimə faizləri möhlət müddəti tətbiq olunmadan, texniki overdraft halının baş verdiyi gündən hesablanmağa başlayır. Eyni zamanda X2 əsasən müştəri tərəfindən müqavilə öhdəlikləri yerinə yetirilmədikdə, Azərbaycan Respublikası qanunlarına əsasən məhkəmələrə və digər səlahiyyətli orqanlara müraciət etmək Bankın hüququdur. İddiaçı ASC iddia ərizəsinin məhkəmə icraatına qəbul olunması üçün 46 (qırx altı) manat dövlət rüsumu ödəmişdir. Bu səbəbdən də, iddiaçı təşkilat məcburiyyət qarşısında qalaraq iddia tələbi ilə məhkəməyə müraciət etmişdir və iddia tələbinin təmin olunmasını xahiş edir. Cavabdeh Azərbaycan Respublikası MPM-nin 284-5.1 və 284-5.2-ci maddələrinə əsasən ona göndərilmiş rəsmi bildirişlə bağlı müəyyən edilmiş qaydada iddiaya qarşı hər hansı əsaslandırılmış yazılı etiraz bildirməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 284-5ci maddəsinə əsasən, iddia ərizəsinə təqdim edilmiş sənədlər əsasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab edir. Məhkəmə, iş materiallarında olan sübutları tədqiq edərək belə qənaətə gəlir ki, aşağıdakı əsaslara görə iddia qismən əsaslı hesab edilərək qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bank xidmətlərinin göstərilməsinə dair X1, xx.xx.2019-cu il tarixli Bank xidmətlərinin göstərilməsinə dair X1 xx.xx.2019-cu il tarixli 1.1.2 saylı versiyasının şərtlərinin qəbul edilməsi barədə GTC-12273İB/2019 saylı Razılıq ərizəsinin, xx.xx.2019-cu il tarixli 0104075AZN22627 saylı “Fərdi müştərilərinin maliyyələşdirilməsi üçün ərizə”nin, ödəniş cədvəlinin və hesabdan çıxarışın surətlərindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış həmin razılaşmalar əsasında İddiaçı ASC Cavabdeh xx.xx.2020ci il tarixədək illik faiz dərəcəsi 26%, illik cərimə faizi 180% olmaq şərti ilə 1250 manat məbləğində kredit vermişdir. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli kart hesabından çıxarışdan görünür ki, Cavabdeh kart hesabı üzrə sms məlumatlandırma xidmətinə və texniki overdrafta əsasən 171,54 manat borcu qalmışdır. İş materiallarında olan 23 avqust 2022-ci il tarixli PB/PBL-OUT-01025-2022 saylı maliyyə arayışından görünür ki, cavabdehin xx.xx.2022-ci il tarixə İddiaçı ASC qarşısında öhdəliyi aşağıdakı kimidir: 0104075AZN22627 saylı maliyyələşdirmə üçün ərizə üzrə 1143,44 manat əsas borc, 369,16 manat faiz borcu, 882,73 manat cərimə olmaqla, cəmi 2395,33 manat təşkil edir; 41Q10AZNFK********** saylı kart hesabı üzrə sms məlumatlandırma xidmətinə və texniki overdraft əməliyyatına əsasən 171,54 manat əsas borc, 22,96 manat cərimə olmaqla, cəmi 194,5 manat təşkil edir. Məhkəmə iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək müəyyən edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən, icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Sadalanan hüquq normalarının tələblərinə əsasən məhkəmə müəyyən edir ki, cavabdeh aldığı kredit üzrə əsas borcu və faiz borcunu, habelə gecikməyə görə cərimə məbləğini ödəmək öhdəliyinin daşıyıcısı olmuşdur. Lakin cavabdeh müqavilələr üzrə öhdəliklərini icra etməyərək, həmin pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də kredit üzrə əsas borc, faiz borcu, habelə kart hesabı üzrə sms məlumatlandırma xidmətinə və texniki overdrafta görə yaranmış cərimə tələbləri barədə iddia əsaslı hesab olunmalıdır. Lakin 0104075AZN22627 saylı maliyyələşdirmə üçün ərizə üzrə cərimə hissəsində iddia qismən əsassız hesab olunmalıdır. Belə ki, müqavilədə cərimənin hesablanması qaydası yüksək həddə müəyyən edilmiş və cavabdehin maddi vəziyyəti nəzərə alınmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə müəyyən edilmiş yüksək dəbbə pulunu azalda bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Odur ki, məhkəmə borclunun və kreditorun əmlak mənafelərini, ümumi borc məbləğini nəzərə alaraq, həmin maliyyələşdirmə üçün ərizə üzrə cərimə tələbinin azaldılmasını və 300 manat həddində təmin olunmasını ağlabatan və ədalətli hesab edir. Məhkəmə iddianın dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, dövlət rüsumu ilə bağlı tələb də ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220, 284- 1 - 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 0104075AZN22627 saylı maliyyələşdirmə üçün ərizə üzrə 1143,44 manat (min yüz qırx üç manat qırx dörd qəpik) əsas borc, 369,16 manat (üç yüz altmış doqquz manat on altı qəpik) faiz borcu, 300 (üç yüz) manat cərimə olmaqla, cəmi 1812,6 manat (min səkkiz yüz on iki manat altmış qəpik) borc; 41010AZNFK********** saylı kart hesabı üzrə sms məlumatlandırma xidmətinə və texniki overdrafta əsasən 171,54 manat (yüz yetmiş bir manat əlli dörd qəpik) əsas borc, 22,96 manat (iyirmi iki manat doxsan altı qəpik) cərimə olmaqla, cəmi 194,5 manat (yüz doxsan dörd manat əlli qəpik) borc, ümumilikdə 2007,1 manat (iki min yeddi manat on qəpik) məbləğində borc pul vəsaiti və 36 (otuz altı) manat dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Hüseynov
Məhkəmə qərarları › İş №e-2(002)-2907/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-2907/2022
27.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver