Məhkəmə qərarları › İş №e-2(002)-2916/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-2916/2022

02.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-2916/2022 02.11.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi, X2 oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı “Bank VTB (Azərbaycan) ASC-nin Cavabdeh qarşı «nağd pul krediti müqaviləsi üzrə borcun tutulması» tələbinə dair iddiası üzrə mülki işə Qaradağ rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Bank VTB (Azərbaycan) ASC Cavabdeh qarşı «nağd pul krediti müqaviləsi üzrə borcun tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 340509-CNS-32184 №-likredit müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixə Banka borclu olduğu 11.579,00 (on bir min beş yüz yetmiş doqquz manat 00 qəpik) AZN məbləğində əsas borc, 1.122,12 (bir min bir yüz iyirmi iki manat 12 qəpik) AZN məbləğində faiz borcu və 575,00 (beş yüz yetmiş beş manat 00 qəpik) AZN məbləğində cərimə üzrə borc olmaqla, ümumilikdə 13.276,12 (on üç min iki yüz yetmiş altı manat 12 qəpik) AZNpul məbləğinin, məhkəməyə müraciət etmək üçün ödənilmiş 129,83 (bir yüz iyirmi doqquz manat 83 qəpik) AZN məbləğində dövlət rüsumunun və onun ödənilməsi üçün 0,40 (qırx qəpik) AZNməbləğində xidmət haqqının CavabdehCeyhun oğlundan tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Bank VTB (Azərbaycan) ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh (bundan sonra mətndə Cavabdeh) xx.xx.2021-ci il tarixli “Bank Xidmətlərinin Göstərilməsi X1 Şərtləri” ilə tanış olub həmin şərtləri qəbul edərək, xx.xx.2022-ci il tarixli340509-CNS-32184 №-li Nağd pul kreditinin əsas şərtlərinə dair Müştəri Ərizəsi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə (bundan sonra mətndə Bank) müraciət etmiş və ona istehlak məqsədilə illik 18,5 (on səkkiz tam onda beş) faiz hesablanması şərti ilə 60 (altmış) aymüddətinə 11.579,00 (on bir min beş yüz yetmiş doqquz manat 00 qəpik) AZN məbləğində kredit verilməsini xahiş etmiş, yəni təklif (oferta) vermiş, Bank isə aksept etmişdir, yəni təklifi qəbul etmişdir. Bununla da, tərəflər arasında bağlanmış müqaviləyə əsasən Cavabdeh ərizəsində qeyd edilən şərtlərlə və qeyd olunan məbləğdə kredit verilmiş və kredit vəsaiti Bank Xidmətlərinin göstərilməsi X1 şərtlərinin 7.25.3-cü bəndinə əsasən cavabdehin kart hesabına köçürülmüşdür. “Bank Xidmətlərinin Göstərilməsi X1 Şərtləri”nin 7.25.3-cü bəndinə əsasənBank krediti ümumi şərtlər rəsmiləşdirildikdən və komisyon haqqı ödənildikdən sonra Müştərinin müvafiq Ərizədə göstərdiyi cari hesabına köçürür. Bank kredit vəsaitini əldə etmək üçün Müştəriyə Ödəniş kartı təqdim edir və Müştəri onun “cari hesabın”dan “kart hesabı”na akseptsiz qaydada köçürülməsinə razılıq verir. ... Cavabdeh kredit vəsaitindən istifadə etmiş, lakin öz üzərinə götürdüyü kredit öhdəliklərini xx.xx.2022-ci il tarixdən icra etməmiş və nəticədə cavabdehin Banka xx.xx.2022-ci il tarixə 11.579,00 (on bir min beş yüz yetmiş doqquz manat 00 qəpik) AZN məbləğində əsas borc, 1.122,12 (bir min bir yüz iyirmi iki manat 12 qəpik) AZN məbləğində faiz borcu və 575,00 (beş yüz yetmiş beş manat 00 qəpik) AZN məbləğində cərimə üzrə borc olmaqla, ümumilikdə 13.276,12 (on üç min iki yüz yetmiş altı manat 12 qəpik) AZN məbləğində borcu qalmışdır. Qeyd olunan halların nəzrə alınaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak edərək, iddia ərizəsinin məzmununa və dəlillərinə uyğun izahat verərək,iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh xx.xx.2022-ci il tarixli məhkəmə hazırlıq iclasında iştirak edərək, iddia tələbinin qəbul edilməsinə dair yazılı ərizə təqdim etmişdir. Cavabdehə məhkəmə iclaısnın yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə mülki prosessual qnaunvericiliyin tələbinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmaısnı mümkün hesab etdi. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş sənədlər: xx.xx.2022-ci il tarixli 340509-CNS-32184 nömrəli nağd pul kredit müqaviləsindən görünür ki, Bank VTB (Azərbaycan) ASC tərəfindən Cavabdeh 60 ay müddətinə, illik 18.5 faiz dərəcəsi ilə, 11579 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əlavə olan ödəniş cədvəlinin məzmunundan görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli 340509-CNS-32184 saylı müqavilə üzrə 17842.34 manat borcunu 60 ay müddətinə hər ay 297.06 manat ödəməklə ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2022-ci il tarixli maliyyə arayışının məzmunundan görünür ki, Cavabdeh iddiaçı “Bank VTB (Azərbaycan) ASC-yə xx.xx.2022-ci il tarixinə qədər olan borcu əsas borc üzrə 11579 manat, faiz borc üzrə 1122.12 manat,cərimə borcu üzrə 575 manat olmaqla, cəmi 13276.12 manat təşkil etməkdədir. xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubunun məzmunundan görünür ki, Cavabdeh 12167.47 manat məbləğində borcun 3 iş günü ərzində ödənilməsi tələb olunmuş, əks halda məhkəmə qaydasında qanunvericiliyə uyğun tədbirlər görüləcəyi bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 443.1 maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, tərəflər arasında xx.xx.2022-cu il tarixli nağd pul krediti müqaviləsinə əsasən tərəflər arasında bağlanılmış kredit müqavilələri əsas kredit borcunun qalığının ödənilməsi məqəsdilə iddiaçı bank tərəfindən cavabdehə 5 il müddətinə illik 18.5% dərəcəsə ilə 11579 manat məbləğində kredit verilmişdir. Cavabdeh isə həmin məbləğdə kredit borcunu iddiaçı banka müqavilə ilə şərtləşdirilmiş qaydada və müddətdə ödəməyi öhdəsinə götürmüşdür. Lakin məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı kredit müqaviləsi üzrə öz üzərinə götürdüyü öhdəliyi icra etdiyi halda, digər tərəf olan cavabdeh isə kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi icra etməmiş, iddiaçıya olan qalıq borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Bununla da müqavilənin şərtlərini pozmuşdur. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdehin iddiaçı bank qarşısında qalıq borcunun ümumi məbləği 11579 manat əsas borcu və 1122.12 manat məbləğində faiz borcu təşkil edir. Həmçinin, cavabdeh iddia tələbini qəbul etmişdir. Məhkəmə qeyd olunan halları əsas götürərək, həmin müqavilə üzrə həm əsas, həm də faiz borcunun hər birini ayrı-ayrılıqda nəzərdən keçirərək, hesab edir ki, iddia tələbi əsaslı olmaqla, təmin edilməldir. Həmçinin, məhkəmə cərimə borcunun tutulması hissəsində münasibətdə hesab edir ki, iddia tələbinin borca görə hesablanmış cərimə borcunun tərəflər arasında qarşılıqlı razılıq əsasında bağlanılmış müqavilənin şərtlərinə əsasən hesablanmış cərimə borcunun məbləği indiyədək ödənilməyən əsas borcun məbləğinə mütənasib olmaqla, ədalətli olmuşdur. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi cərimə borcunun tutulması hissəsində də təmin olunmalıdır. İş materiallarından görünür ki, iddiaçı tərəfindən 129.83 manat məbləğində məbləğində dövlət rüsumu və 0.4 manat məbləğində dövlət rüsumunun ödənilməsi üçün xidmət haqqı ödənilmişdir. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2022-cu il tarixli kredit müqaviləsi üzrə yaranmış 11579 manat əsas borc, 1122.12 manat faiz borcu, 575 manat cərimə borcu olmaqla, cəmi 13276.12 manat məbləğində borcun, ödənilmiş 129.83 manat dövlət rüsumunun və xidmət haqqının tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2022-cu il tarixli kredit müqaviləsi üzrə yaranmış 11579 manat əsas borc, 1122.12 manat faiz borcu, 575 manat cərimə borcu olmaqla, cəmi 13276.12 manat məbləğində borc pul vəsaiti, ödənilmiş 129.83 manat dövlət rüsumu və xidmət haqqı tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə) Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Gülnar Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar