Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(002)-2938/2022 30.09.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızı İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc pul tələbi və tələbin ipoteka predmetinə məhkəmə qaydasında yönəldilməsi” tələbinə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib MÜƏYYƏNETDİ: İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc pul tələbi və tələbin ipoteka predmetinə məhkəmə qaydasında yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə Qaradağ Rayon Məhkəməsinə müraciət edərək Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 kreditin əsas borcu üzrə13 584.53 manat məbləğində qalıq, müqavilə müddəti bitənə kimi ona hesablanmış 5524,49 manat məbləğində faiz borc, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 16 380 manat məbləğində dəbbə pulu, müqavilə müddəti bitdikdən sonra Mərkəzi Bankın uçot dərəcəsi əsasında hesablanan 1239,97 manat məbləğində faiz borcu olmaqla cəmi 36 728.99 manat borcun və dövlət rüsumu kimi ödənilmiş 200.19 manat məbləğində pulun tutulması, tələbin ünvan 1 ünvanında yerləşən 71.44 kv.m sahəsi olan fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın likvid dəyərinin 60000 AZN müəyyən olunmaqla açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına kreditin əsas borcu üzrə üzrə 13 584.53 manat məbləğində qalıq, müqavilə müddəti bitənə kimi ona hesablanmış 5524,49 manat məbləğində faiz borc, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 16 380 manat məbləğində dəbbə pulu, müqavilə müddəti bitdikdən sonra Mərkəzi Bankın uçot dərəcəsi əsasında hesablanan 1239,97 manat məbləğində faiz borcu olmaqla cəmi 36 728.99 manat məbləğində borcun və dövlət rüsumu kimi ödənilmiş 200.19 manat məbləğində pulun İddiaçı BOKT ASC-yə ödənilməsi, ipoteka predmeti açıq hərracda satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində ipoteka predmeti olan əmlakın boşaldılması və orada yaşayan şəxslərin əşyaları ilə birlikdə çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarının 24-cü bəndinə əsasən 11-ci bəndinə əsasən MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, hazırki mülki iş üzrə iddia tələbinin predmetini məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gələn kredit müqaviləsi və onun təminatı olaraq bağlanmış ipoteka müqaviləsi ilə bağlı hüquq münasibətləri təşkil edir. Belə ki, mübahisəli hüquq münasibətinin yaranmasının əsasında -İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC (VÖEN **********) və əsas borclu X3 ( VÖEN **********-fərdi sahibkar) arasında bağlanmış və məhz sahibkarlıq fəaliyyətinin (əsas məqsədi mənfəət əldə etməkdən ibarət olan fəaliyyətinin olması-hətta bu kredit müqaviləsinin 1.4-cü bəndində qeyd edilir ki, bu müqavilənin 1.1-ci bəndində ayrılmış kredit məbləği borc alanın “heyvandarlıq” yönümlü investisiya layihəsinə əsasən balıqçılığın inkişafı məqsədi üçün nəzərdə tutulmuşdu ) həyata keçırılməsi və inkişaf etdirilməsi ilə əlaqədar olaraq bağlanmış kredit müqaviləsi çıxış edir. Həmçinin məhkəmə qeyd edir ki, Cavabdeh2 oğlu ( VÖEN **********-fərdi sahibkar) fərdi sahibkar statusuna malikdir. Bundan başqa, əsas borclu X3 ( VÖEN **********-fərdi sahibkar) bankın iddia ərizəsi ilə məhkəməyə müraciət edilməmişdən əvvəl ölməsi faktı müəyyən edilməsi səbəbi ilə onun hüquq və öhdəlikləri vərəsəlik qaydasında digər cavabdehlərə keçmiş və onlar(Cavabdehlər Cavabdeh2 ( VÖEN **********-fərdi sahibkar) və Cavabdeh1) X2 iştirak etdiyi hüquq münasibətləri çərçivəsində həmin münasibətlər həddində və qaydasında hüquqi vərəsə kimi vərəsəlik üzrə öhdəliklər daşımışlar və hazırda mübahisənin predmetini məhz həmin sahibkarlıq fəaliyyəti nəticəsində yaranmış kredit borcunun ödənilməsi tələbi təşkil etmişdir. Subyektiv tərkib ilə əlaqədar cavabdehlərə münasibətdə qeyd edilməlidir ki, mübahisənin predmeti onların birbaşa sahibkarlıq fəaliyyəti ilə bağlı yaranmasa da, onlar vərəsə kimi krediti götürən zaman fərdi sahibkar statusuna malik olan ataları- X1 məqsədi üçün götürdüyü kreditin qaytarılması ilə əlaqədar məhkəmə icraatına cəlb edilmiş cavabdehlərdir. Həmçinin məhkəmə qeyd edir ki, əsas tələb (kredit müqaviləsi üzrə borcun ödənilməsi) tərəflərin (ASC və X2) sahibkarlıq fəaliyyətindən irəli gəldiyindən, əlavə tələblər də hazırki iş üzrə tərəflərinin subyektiv tərkibindən asılı olmayaraq kommersiya mübahisəsidir. Belə olan halda məhkəmə vurğulayır ki, iddiaçı ASC hüquqi şəxs və əsas tələb üzrə cavabdeh X3 fərdi sahibkar statusuna malik fiziki şəxs olmaqla hazırki mübahisə onun sahibkarlıq məqsədilə almış olduğu kreditin ödənilməsi ilə əlaqədar olduğundan, eyni zamanda hüquq münasibətləri sahibkarlıq fəaliyyəti ilə bağlı yarandığından bu mübahisəyə yuxarıda istinad edilən prosessual hüquq normalarının tələblərinə və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2020-ci il 18 sentyabr tarixli, 10 saylı Qərarının müddəalarına uyğun olaraq hazırki kommersiya mübahisəsi kimi mahiyyəti üzrə kommersiya məhkəməsində baxılmalıdır. Ona görə də, məhkəmə qeyd edilən halları əsas götürərək, hesab edir ki, hazırki mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.4-cü maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Həmin Məcəllənin 32.5-ci maddəsinə əsasən aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. Həmin Məcəllənin 32.6-cı maddəsinə əsasən iş bir məhkəmədən başqa məhkəməyə aidiyyət haqqında qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra göndərilir. Həmin Məcəllənin 32.7-ci maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda kassasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 26,35, 45, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC-nin Cavabdeh1 və Cavabdeh2 qarşı “borc pul tələbi və tələbin ipoteka predmetinə məhkəmə qaydasında yönəldilməsi” tələbinə dair iddiası üzrə mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim :Günay Həşimova
Məhkəmə qərarları › İş №e-2(002)-2938/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №e-2(002)-2938/2022
30.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver