Məhkəmə qərarları › İş №e-2(002)-2943/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-2943/2022

07.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-2943/2022 07.12.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızı, X6, İddiaçının nümayəndəsi Nümayəndə2, Cavabdeh3 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1,Cavabdeh2,Cavabdeh3,Cavabdeh4 və Cavabdeh5 qarşı kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması tələbinə dair iddiası üzrə mülki işə Qaradağ rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1,Cavabdeh2,Cavabdeh3,Cavabdeh4 və Cavabdeh5 qarşı ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh4,Cavabdeh5,Cavabdeh1,Cavabdeh2,Cavabdeh3 iddiaçı "xxxx" ASC-in xeyrinə 949.71 manat borc,ödənilmiş 30 manat dövlət rüsumunun və 0.40 qəpik xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı "xxxx" ASC-nin Bakıxanov şöbəsi iləX7arasında bağlanmış xx.xx.2019- cu il tarixli, BPM**********59 №-likredit müqaviləsinə əsasən Bank tərəfindən X5 24ay müddətinə, illik 20 faiz dərəcəsi ilə hesablanmaqla, 1500 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış Kredit müqaviləsinin 1.1-ci bəndi ilə müəyyən edilmişdir ki, borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. X1xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Bakı şəhəri 8 saylı notariat ofisi tərəfindən verilən məlumata əsasən X3vərəsələri Cavabdeh4, Cavabdeh5, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3xx.xx.2021-ci il tarixdə 83/2020 nömrəli vərəsəlik işi açılmış və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən, X3Banka ödənilməmiş qalan 949.71 manat borcu qalmışdır. Cavabdehlər Cavabdeh4, Cavabdeh5, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3vərəsə kimi müəyyən olunmasına baxmayaraq, "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Qeyd olunan halların nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak edərək,iddia tələbini müdafiə edərək,iddia ərizəsinin məzmununa və dəlillərinə uyğun izahat verərək, öz izahatında vəfat etmiş şəxsin kredit müqaviləsi üzrə borcunun qaldığını, bu barədə onun vərəslərinin məlumatlı olduğunu, çünki borclu şəxs vəfat etdikdə onun ölüm haqqın şəhadətnaməsi banka təqdim edilmiş, həmin şəxslər bu barədə məölumatlı olmuşlar, miras əmlak barədə onlar 2022-ci ilin iyul ayında məlumat əldə etdiklərini, avqust ayında bununla bağlı məktub göndərdiklərini, bağışlama müqaviləsi barədə məlumatlı olmadıqlarını, hesab edir ki, şəxs onun borcunu ödədikdən sonra həmin bağışlamanı həyata keçirməli idi, miras əmlakın dəyəri ilə bağlı isə həmin əmlak daşınmaz əmlak, ev və torpaq sahəsi olduğundan, hesab edir ki, borcun miqdarı həmin miras əmlakın dəyəri ilə müqayisədə çox aşkar şəkildə fərqi görünür, ona görə də bütün bu halların nəzərə alınaraq , idddianın tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh3 məhkəmə iclasında iştirak edərək,iddia tələbini qismən qəbul edərək, iddia tələbinə etiraz edərək, etirazını onunla əsaslandırmışdır ki, vəfat edən şəxs onun həyat yoldaşı olduğunu, onun bankdan kredit götürdüyünü bildiyini, həmin pulu da qardaşının qəbir daşının göütürlməsi üçün götürdüyünü, həmin borcu ödəməyə razı olduğunu, lakin onun etiraz etdiyi məsələnin onun hüquqlarının pzoulduğunu, çünki bank vaxtında ona məlumat vermiş olsaydı, o həmin əmlakdan onun borcunu ödəyib, sonra bağışlayardı, lakin üstündən nəqədər müddət keçdikdən sonra həmin pulun istənilməsinin doğru omadığını, çünki o banka ölüm haqqında şəhadətnamə verərəkən, ona borcun ödənilməli olması barədə heç bir məlumat verilmədiyini, bankın etdiyi hərəkətlərin onun hüququnu pozduğunu hesab etdiyini bildirərək, bütün bu halların nəzərə alınaraq, iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2019-ci il tarixli BPM**********59 nömrəli kredit müqaviləsinin məzmunundan görünür ki, "xxxx" ASC tərəfindən X5 24 ay müddətinə, 20 faiz dərəcəsi ilə, 1500 manat məbləğində krediti borcalanın mülkiyyətinə verməyi, borcalan isə həmin krediti müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə Banka qaytarmağı öhdəsinə götürmüşdür. Kredit müqaviləsinə 1 №li Əlavənin məzmunundan görünür ki, X7 1500 manat məbləğində krediti 24 ay müddətində hər ay 76,4 manat məbləğində öədniş etməklə, qaytarmağı öhdəsinə götürmüşdür. Hesabdan çıxarış məlumatından və kassa məxaric orderinin məzmunundan görünür ki, Fərzəliyev Xanımnaz Adil qızı 1500 manat məbləğində krediti təhvil alaraq, neçə ay müddətində ödənişlər etmişdir. xx.xx.2022-ci il tarixli 1542 nömrəli Bakı şəhəri 8 saylı Notariat ofisinin məktubundan görünür ki,xx.xx.2020ci il tarixdə ölmüş X4 ölümündən sonra Bakı şəhəri 8 saylı notariat ofisinə müraciət daxil olmuş 83/2020 nömrəli vərəsəlik işi açılmış və tərəfindən: xx.xx.2021-ci il tarixdə Bakı şəh,Lökbatan qəs,20 Yanvar küç,ev 21 ünvanda qeydiyyatda olan-qızı Cavabdeh4,Bakı şəh,Qaradağ ray,Lökbatan Ə/D,Lökbatan qəs,Üzeyir Hacıbəyov küç,ev 12 ünvanda qeydiyyatda olan-oğlu-Cavabdeh5 Bakı şəh,Qaradağ ray,Lökbatan qəs,Ü.Hacıbəyov küç,ev 12 ünvanda qeydiyyatda olan-qızı-Cavabdeh1,Bakı şəh,Lökbatan qəs,Ü.Hacıbəyov küç,ev 12 ünvanda qeydiyyatda olan-oğlu-Cavabdeh2 Bakı şəh,Lökbatan qəs,Hacıbəyov küç,ev 12 ünvanda qeydiyyatda olan-əri- Cavabdeh3 vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. AZ-İİ №101308 ölüm haqqında şəhadətnamənin məzmunundan görünür ki, X7 09 iyul 2020-ci il tarixdə vəfat etmişdir. xx.xx.2022-ci il tarixli bildirişin məzmunundan görünür ki, X3 vərəsələrinə "xxxx" ASC -yə olan borcunu 7 iş günü ərzində ödəməyi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Maliyyə Arayışının məzmunundan görünür ki, Fərzəliyev Xanımnaz Adil qızının kredit müqaviləsi üzrə 943,04 manat əsas borcu, vəfat etdiyi tarixə 6,67 manat faiz borcu olmaqla, cəmi 949,71 manat borcu qalmışdır. Qanun üzrə vərəsəlik şəhadətnaməsinin məzmunundan görünür ki, X3 xx.xx.2020-ci ildə ölməsi ilə əlaqədar miras onun irsi transmissiyası üzrə vərəsələri: Cavabdeh4 2/20 hissədə, Cavabdeh5 2/20 hissədə, Cavabdeh1 2/20 hissədə ,Cavabdeh2 2/20 hissədə,Cavabdeh3 2/20 hissədə pay almalı olduğunu, miras əmlakın ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 0,06703 ha olan torpaq sahəsindən və üzərindəki ümumi sahəsi 125,4 kv.m olan fərdi yaşayış evindən ibarət olduğu qeyd edilmişdir. 23 aprel 2022-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin məzmunundan görünür ki, hədiyyə verən qismində Cavabdeh1,Cavabdeh2,Cavabdeh3,Cavabdeh4 və Cavabdeh5 Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Rəfail Salmanov küçəsi, ev 11 ünvanında yerləşən ümumi sahəsi 125,4 kv.m olan fərdi yaşayış evinin paylı mülkiyyət üzrə onlara məxsus hissəsindən hədiyyə alan X10 mülkiyyətinə verir. Azərbaycan Respublikası Mülki Məcəllənin 1306-cı maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 427.3-cü mçaddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına əsasən, mirası qəbul etmiş vərəsələr miras qoyanın kreditoru qarşısında məsuliyyət daşımalıdırlar. Vərəsələrin məsuliyyətinin həddi ilə bağlı qeyd olunmalıdır ki, miras qoyanın borcuna görə vərəsələrin məsuliyyəti mirasın həcmi ilə məhdudlaşır. Belə ki, Mülki Məcəllənin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı ilə X7 arasında bağlanmış xx.xx.2019-ci il tarixli kredit müqaviləsinə əsasən borclu şəxsə illik 20 faizlə 24 ay müddətinə 1500 manat məbləğində kredit verilmişdir. X1 xx.xx.2020-cu il tarixində vəfat etmişdir. Bakı şəhəri 8 saylı Notariat ofisində vərəsəlik işi açılmış və X4 vərəsələri Cavabdeh1,Cavabdeh2,Cavabdeh3,Cavabdeh4 və Cavabdeh5 adına miras əmlakdan (0,06703 ha torpaq sahəsi və üzərində yerləşən 125,4 kv.m olan fərdi yaşayış evi) bərabər 2/20 hissədə pay əldə edilməsinə dair xx.xx.2021-ci il tarixli vərəsəlik şəhadətnaməsi verilmişdir. Həmçinin, məhkəmədə tədqiq edilmiş sənədlər əsasında müəyyən edilmişdir ki, vərəsələrin miras əmlakdakı hər birinin payı 2/20 hissədə olmaqla, bərabərdir.Bank tərəfindən təqdim edilmiş maliyyə arayışına əsasən, X4 vəfat etdiyi tarixə banka ödənilməmiş 949.71 manat kredit borcu qalmışdır. Cavabdehlər mərhum X2 qalmış mirası qəbul etməsinə baxmayaraq onlara çatan miras payı həcmində miras qoyanın iddiaçı qarşısında olan öhdəliyini icra etməmişdir. Qeyd olunan halları əsas götürərək, məhkəmə hesab edir ki, iddiaçı cavabdehlərə belə bir tələb irəli sürməkdə haqlı olmuş və mərhum şəxsin vərəsələri qismində çıxış edən cavabdehlər vərəsə qismində əldə etdiyi miras əmlak dəyərində kreditor qarşısında bərabər mülki hüquqi məsuliyyət daşıyaraq, miras əmlak dəyərində kredit borcunu iddiaçıya ödəməlidir. Həmçinin, məhkəmə cavabdehin iddia tələbinə etirazın əsası kimi istinad etdiyi hallarla bağlı onu qeyd edir ki, miras əmlak toplusuna miras aktivi və miras passivi daxil olduğundan,vərəsələr həmin miras əmlakı əldə etdiyindən, onların əldə etdikləri miras əmlakın dəyəri həddində miras qoyanın öhdəlikləri üzrə mülki hüquqi məsuliyyəti yaranmış olur, həmin əmlakın əldə etdikdən sonra miras qoyanın öhdəiklərini icra etmədən özgəninkiləşdirilməsi qeyd edilən mülki hüquqi məsuliyyətin aradan qalxmasının əsası qismində çıxış etmir, Miras qoyanın borc öhdəlikləri üzrə vərəsələrinin qeyd edilən əsasla mülki hüquqi məsuliyyətdən azad olunması halına dair hər hansı müstəqil əsas mülki qanunvericilikdə əks olunmamışdır. Ona görə də məhkəmə qeyd eidlən halları əsas götürərək, hesab edir ki, iddia tələbi təmin edilməlidir. Həmçinin, iş materiallarına əlavə edilmiş qəbzin məzmunundan aydın olur ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bu halda, məhkəmə hesab edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1,Cavabdeh2,Cavabdeh3,Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada xx.xx.2019-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış 949.71 manat məbləğində borc pul vəsaiti və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC -nin xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-230, 227, 212, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1,Cavabdeh2,Cavabdeh3,Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada xx.xx.2019-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış 949.71 manat məbləğində borc pul vəsaiti və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC -nin xeyrinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə) Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Gülnar Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar