Məhkəmə qərarları › İş №e-2(002)-2989/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-2989/2025

01.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-2989/2025 01.09.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı «vəfat etmiş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsədən tutulması» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı «vəfat etmiş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsədən tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2013-cü il tarixli BAL094001/13 saylı müqaviləyə əsasən 982,21 manat əsas borc, 2.008,98 manat faiz, 27,76 manat cərimə; xx.xx.2012-ci il tarixli DK004841/12 saylı müqaviləyə əsasən 150 manat əsas borc, 5 manat faiz, 120 manat cərimə; xx.xx.2013-cü il tarixli CC090451U/13A saylı müqaviləyə əsasən 2.413,03 manat əsas borc, 4.018,18 manat faiz olmaqla ümumilikdə cəmi 9.725,16 manat pul vəsaiti və ödənilmiş 136 manat dövlət rüsumunun Cavabdeh İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, X6 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2013-cü il tarixli BAL094001/13 saylı; xx.xx.2012-ci il tarixli DK004841/12 saylı; xx.xx.2013-cü il tarixli CC090451U/13A saylı müqavilələrə əsasən X4 müvafiq olaraq 1.000 manat, 150 manat, 5.250 manat məbləğində kredit verilmişdir. X6 16 fevral 2015-ci il tarixdə vəfat etmişdir. X1 banka cəmi 9.725,16 manat borcu var. Bakı şəhəri 45 saylı notariat ofisinin verdiyi şəhadətnaməyə əsasən Cavabdeh mərhum X3 vərəsəsi olmaqla, miras qoyana məxsus əmlak vərəsəlik qaydasında ona keçmişdir. İddiaçının nümayəndəsi X2 məhkəməyə ərizə göndərərək, üzürlü səbəbdən məhkəmə iclasına gələ bilmədiyini qeyd etmiş, mülki işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə qeyd edilən ərizəni nəzərə alaraq mülki işə iddiaçının nümayəndəsinin işitrakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə Cavabdeh iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, X6 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2013-cü il tarixli BAL094001/13 saylı; xx.xx.2012-ci il tarixli DK004841/12 saylı; xx.xx.2013-cü il tarixli CC090451U/13A saylı müqavilələrə əsasən həmin müqavilələrin şərtlərinə riayət edilməklə X4 müvafiq olaraq 1.000 manat, 150 manat, 5.250 manat məbləğində kredit verilmişdir. Hər üç müqavilə üzrə kredit məbləğləri X6 tərəfindən qəbul edilmişdir. xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, X3 İddiaçı ASC-yə xx.xx.2013-cü il tarixli BAL094001/13 saylı müqaviləyə əsasən 982,21 manat əsas borc, 2.008,98 manat faiz, 27,76 manat cərimə; xx.xx.2012-ci il tarixli DK004841/12 saylı müqaviləyə əsasən 150 manat əsas borc, 5 manat faiz, 120 manat cərimə; xx.xx.2013-cü il tarixli CC090451U/13A saylı müqaviləyə əsasən 2.413,03 manat əsas borc, 4.018,18 manat faiz olmaqla ümumilikdə cəmi 9.725,16 manat borcu mövcuddur. Təqdim olunmuş digər sənədlərdən görünür ki, borc alan X6 xx.xx.2015-ci il tarixdə vəfat etmiş, səlahiyyətli orqan tərəfindən müvafiq akt qeydləri kitabında ölüm haqqında akt qeydi icra olunmuş, mərhumun adına ölüm haqqında şəhadətnamə verilmişdir. Mərhumun vərəsəsi olan Cavabdeh Bakı şəhəri 45 saylı notariat ofisinə müraciət etmiş, notariat ofisində vərəsəlik işi açılmış və vərəsəyə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. 14 sentyabr 2015-ci il tarixli 2V-45 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, miras əmlak Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi Şahlar Əsgərov küçəsi 7 saylı evin 44 saylı ümumi sahəsi 68,67 m2 olan mənzilidir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 iyun 2018-ci il tarixli qərarında təsbit olunmuş hüquqi mövqeyə görə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. İşin faktiki hallarından göründüyü kimi, vəfat etmiş borcalanın varisi olan cavabdeh mirası qəbul etməsinə baxmayaraq, ona çatan miras payı həcmində miras qoyanın İddiaçı ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Xəbərdarlıq məktubundan görünür ki, İddiaçı ASC pretenziya qaydasına riayət edərək, cavabdehdən qeyd olunan məbləği ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 136 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2013-cü il tarixli BAL094001/13 saylı müqaviləyə əsasən 982,21 manat əsas borc, 2.008,98 manat faiz, 27,76 manat cərimə; xx.xx.2012-ci il tarixli DK004841/12 saylı müqaviləyə əsasən 150 manat əsas borc, 5 manat faiz, 10 manat cərimə; xx.xx.2013-cü il tarixli CC090451U/13A saylı müqaviləyə əsasən 2.413,03 manat əsas borc, 4.018,18 manat faiz olmaqla ümumilikdə cəmi 9.615,16 manat pul vəsaiti və ödənilmiş 136 manat dövlət rüsumu Cavabdeh İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Belə ki, iddiaçı xx.xx.2012-ci il tarixli DK004841/12 saylı müqavilə üzrə dəbbə pulunun tutulmasına dair tələb irəli sürərkən, dəbbə pulunun məbləği tənasübsüz surətdə yüksək hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, xx.xx.2012-ci il tarixli DK004841/12 saylı müqavilə üzrə 10 manat məbləğində dəbbə pulunun tutulması ədalətli olmaqla yanaşı, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri qorunmuş olur. Digər tərəfdən, həmin müqavilə üzrə əsas borcun və faizin tutulması ilə yanaşı, qeyd olunan məbləğdə dəbbə pulunun tutulması iddiaçıya dəymiş real zərəri kompensasiya edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2013-cü il tarixli BAL094001/13 saylı müqaviləyə əsasən 982,21 manat əsas borc, 2.008,98 manat faiz, 27,76 manat cərimə; xx.xx.2012-ci il tarixli DK004841/12 saylı müqaviləyə əsasən 150 manat əsas borc, 5 manat faiz, 10 manat cərimə; xx.xx.2013-cü il tarixli CC090451U/13A saylı müqaviləyə əsasən 2.413,03 manat əsas borc, 4.018,18 manat faiz olmaqla ümumilikdə cəmi 9.615,16 manat pul vəsaiti və ödənilmiş 136 manat dövlət rüsumu Cavabdeh İddiaçı ASC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar