Məhkəmə qərarları › İş №e-2(002)-3138/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-3138/2022

24.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-3138/2022 24.11.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi, X2 oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" KB QSC-nin (Ləğv prosesindədir) Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" QSC (Ləğv prosesindədir) Cavabdeh qarşı sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, QSC "xxxx" KB ilə Cavabdeh arasında bağlanmış 21 aprel 2014-cü il tarixli 1xx/xx/111522/14 saylı kredit müqaviləsi üzrə cavabdehdən 175 (yüz yetmiş beş) manat məbləğində əsas borc, 0 (sıfır) manat məbləğində faiz borcu, 261.46 (iki yüz altmış bir manat, 46 qəpik) manat məbləğində cərimə borcu, 46.92 (qırx altı manat, 92 qəpik) manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, ümumilikdə isə 483.38 (dörd yüz səksən üç manat, 38 qəpik) manat məbləğində pulun, 30 (otuz) manat dövlət rüsumunun ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankının xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdırki, QSC "xxxx" KB (bundan sonra – Bank) ilə Cavabdeh (bundan sonra – Cavabdeh) arasında 21 aprel 2014-cü il tarixində kredit verilməsi haqqında 1xx/xx/111522/14 saylı müqavilə (bundan sonra – Kredit Müqaviləsi) bağlanmış, həmin sənədlərə əsasən Bank tərəfindən Cavabdehə illik 25 (iyirmi beş) faiz ödənilməsi şərti ilə 24 (iyirmi dörd) ay müddətinə 1770 (min yeddi yüz yetmiş) manat məbləğində kredit verilmişdir. Lakin Cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində CavabdehinBanka 175 (yüz yetmiş beş) manat məbləğində əsas borc, 0 (sıfır) manat məbləğində faiz borcu, 261.46 (iki yüz altmış bir manat, 46 qəpik) manat məbləğində cərimə borcu, 46.92 (qırx altı manat, 92 qəpik) manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, ümumilikdə isə 483.38 (dörd yüz səksən üç manat, 38 qəpik) manat məbləğində borcu qalmışdır. Qeyd olunan hallarının nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbini müdafiə edərək, öz izahatında cavabdehin krediti fərmana düşmədiyini və faiz borcu olmadığını, bu halların nəzərə alınaraq, iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iştirak edərək,öz izahatında krediti özünün götürmədiyini və onun müdürünün krediti götürdüyünü və hal-hazırda işləmədiyini, əsas və faiz borcunu qəbul etdiyini bildirərək,bu barədə yazılı ərizə təqdim edərək, bu halların nəzərə alınaraq, iddia tələbinin qismən təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sənədlər: xx.xx.2014-ci il tarixli kredit müqaviləsindən görünür ki, "xxxx" QSC (Ləğv prosesindədir) tərəfindən Cavabdeh 24 ay müddətinə illik 25 faiz ödəmək şərtiilə 1770 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əlavə olan ödəniş cədvəlinin məzmunundan görünür ki, "xxxx" QSC (Ləğv prosesindədir) ilə Cavabdeh arasında bağlanmış müqaviləyə görə əsas borc 1770 manat məbləğində, 24 ay kredit müddəti müəyyən edilməklə hər ay üçün 94.46 manat ödəniş məbləği müəyyən edilmişdir. Maliyyə arayışının məzmunundan aydın olur ki, xx.xx.2014-ci il tarixli 1xx/xx/111522/14 saylı kredit müqaviləsi üzrə Banka 175 manat məbləğində əsas borc, 0 faiz borcu, 46.92 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği,261.46 manat cərimə məbləği,ümumilikdə isə 483.38 manat məbləği təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1 maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, tərəflər arasında xx.xx.2014-ci il tarixli kredit müqaviləsi bağlanılmış, cavabdeh tərəfindən müqavilənin predmeti olan 1770 manat məbləğində kredit təhvil alınmış və cavabdeh həmin kredit məbləğini aylıq ödəniş etməklə 24 ay müddətində geri qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçı cavabdeh tərəfindən müqavilə öhdəliklərinin icra edilməməsi nəticəsində qalıq borcun yarandığını və həmin borcu gecikdirilməsinə görə faiz borcunun yaranmasını əsas gətirərək, belə bir iddia tələbi irəli sürmüşdür. Cavabdeh iddia tələbi üzrə əsas borcu və faiz borcunu qəbul etdiyini bildirmişdir. Həmçinin, məhkəmədə tədqiq edilmiş sənədlər əsasında müəyyən edilmişdir ki, cavabdehin iddiaçı bank qarşısında müvafiq kredit müqaviləsi üzrə qalıq borcu mövcuddur.Bu halda, məhkəmə kredit müqaviləsi üzrə əsas və faiz borcunun hər birini ayrı-ayrılıqda nəzərdən keçirərək, hesab edir ki, iddia tələbi qeyd edilən hissədə təmin edilməlidir. Bununla yanaşı, məhkəmə hesab edir ki, iddiaçı cərimə borcunun tutulmasına dair tələb irəli sürərkən cərimə borcunun məbləği tənasübsüz surətdə yüksək hesablanmışdır. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə iddianın əsas borca hesablanmış 261,46 manat cərimə (dəbbə pulu) tələbi hissəsi ilə bağlı belə qənaətə gəlir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli, hesablanmış cərimə məbləği əsas borc məbləğinə mütənasib olmadığından azaldılmalı və 17,5 manat məbləğində müəyyən edilməli, həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edilən hüquq normalarının tələbini əsas götürərək, iddia tələbinin təmin eidlmiş hissəsini nəzərə alaraq, hesab edir ki, ödənilmiş dövlət rüsumunun 30 manat məbləğində olan hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2014-ci il tarixli 1xx/xx/111522/14 saylı kredit müqaviləsi üzrə 175 manat məbləğində əsas borc,17,5 manat cərimə borcu və 46.92 manat gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu olmaqla, ümumilikdə isə 239,42 manat məbləğində borc pul vəsaiti və ödənilmiş 30 manat dövlət rüsümu tutularaq iddiaçı Ləğv Prosesində olan "xxxx" KB QSC-yə ödənilməli,iddia tələbi qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2014-ci il tarixli 1xx/xx/111522/14 saylı kredit müqaviləsi üzrə 175 manat məbləğində əsas borc,17,5 manat cərimə borcu və 46.92 manat gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu olmaqla, ümumilikdə isə 239,42 manat məbləğində borc pul vəsaiti və ödənilmiş 30 manat dövlət rüsümu tutularaq iddiaçı Ləğv Prosesində olan "xxxx" KB QSC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə) Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Gülnar Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar