Məhkəmə qərarları › İş №e-2(002)-316/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-316/2024

11.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-316/2024 11.01.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı (mərhum Şahaliyev Sabir Vəkil oğlunun vərəsəsi) qarşı «vəfat etmiş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsəsindən tutulması» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Şahaliyev Sabir Vəkil oğlunun vərəsəsi Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 1578.52 manat əsas, 73.24 manat faiz borcu olmaqla, cəmi 1651.76 manat borcun və ödənilmiş 36.52 manat dövlət rüsumunun və 0,40 manat bank xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" ASC ilə Şahaliyev Sabir Vəkil oğlu arasında xx.xx.2018-ci il tarixli, BPM**********97 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Şahaliyev Sabir Vəkil oğluna illik 25 %-lə, 60 ay müddətinə 2700 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış Kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. 168725 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən, Şahaliyev Sabir Vəkil oğlu xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Bakı şəhəri 8 saylı notariat ofisi tərəfindən verilmiş məktubdan görünür ki, Şahaliyev Sabir Vəkil oğlunun mirası qəbul etmiş vərəsəsi Cavabdeh Bakı şəhəri 8 saylı notariat ofisinə müraciət etmiş və notariat ofisi tərəfindən Cavabdeh xx.xx.2022-ci il tarixində 2V-18 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” verilmişdir. Bankın Qaradağ filialı tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən, Şahaliyev Sabir Vəkil oğlunun xx.xx.2023-cü ilədək Banka ödənilməmiş 1578.52 manat əsas, 73.24 manat faiz borcu olmaqla, cəmi 1651.76 manat borcu qalmışdır. Cavabdeh mərhum Şahaliyev Sabir Vəkil oğlundan qalmış mirası qəbul etməsinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün cavabdehə xx.xx.2023-cü il tarixində 6-2-22/2-20743/2023 nömrəli xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq cavabdeh öz öhdəliyini bu günədək yerinə yetirməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə1 iddianı müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul edərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasına etirazının olmadığını bildirdi. Məhkəmə iddiaçının nümayəndəsi Nümayəndə1 və Cavabdeh izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, "xxxx" ASC ilə Şahaliyev Sabir Vəkil oğlu arasında xx.xx.2018-ci il tarixdə BPM**********97 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Şahaliyev Sabir Vəkil oğluna illik 25 %-lə, 60 ay müddətinə 2700 manat kredit verilmişdir. 168725 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən, Şahaliyev Sabir Vəkil oğlu xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Bakı şəhəri 8 saylı notariat ofisi tərəfindən verilmiş məktubdan görünür ki, Şahaliyev Sabir Vəkil oğlunun mirası qəbul etmiş vərəsəsi Cavabdeh Bakı şəhəri 8 saylı notariat ofisinə müraciət etmiş və notariat ofisi tərəfindən Cavabdeh xx.xx.2022-ci il tarixində 2V- 18 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” verilmişdir. Bankın Qaradağ filialı tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən, Şahaliyev Sabir Vəkil oğlunun xx.xx.2023-cü ilədək Banka ödənilməmiş 1578.52 manat əsas, 73.24 manat faiz borcu olmaqla, cəmi 1651.76 manat borcu qalmışdır. Cavabdeh mərhum Şahaliyev Sabir Vəkil oğlundan qalmış mirası qəbul etməsinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün cavabdehə xx.xx.2023-cü il tarixində 6- 2-22/2-20743/2023 nömrəli xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq cavabdeh öz öhdəliyini bu günədək yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 iyun 2018-ci il tarixli qərarında təsbit olunmuş hüquqi mövqeyə görə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. İşin faktiki hallarından göründüyü kimi, vəfat etmiş borcalanın varisi olan cavabdeh X2 25 yanvar 2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi, ev 7, mənzil 9) qəbul etməsinə baxmayaraq, ona çatan miras pay həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Xəbərdarlıq məktubundan görünür ki, "xxxx" ASC pretenziya qaydasına riayət edərək, cavabdeh X1 qeyd olunan məbləği ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. Ödəniş tapşırığından görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 36 manat 52 qəpik məbləğində dövlət rüsumu, həmçinin 0,40 qəpik məbləğində xidmət (bank xidməti) haqqı ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Şahaliyev Sabir Vəkil oğlunun vərəsəsi Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 1578.52 manat əsas, 73.24 manat faiz borcu olmaqla, cəmi 1651.76 manat məbləğində vəsait olmaqla, ödənilmiş 36.52 manat dövlət rüsumu və 0,40 qəpik bank xidmət haqqı tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Şahaliyev Sabir Vəkil oğlunun vərəsəsi Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 1578.52 manat əsas, 73.24 manat faiz borcu olmaqla, cəmi 1651.76 manat məbləğində vəsait olmaqla, ödənilmiş 36.52 manat dövlət rüsumu və 0,40 qəpik bank xidmət haqqı tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar