Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-3207/2022 22.12.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi, X2 oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehnun iştirakı ilə İddiaçı Ləğv prosesində olan "xxxx" ASC -nin Cavabdeh qarşı "xxxx" tələbinə dair iddiası üzrə mülki işə Qaradağ rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv prosesində olan "xxxx" ASC Cavabdeh qarşı "xxxx" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, QSC "xxxx" KB ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli 1xx/xx/122279/14 saylı kredit müqaviləsi üzrə cavabdehdən 478.71 (dörd yüz yetmiş səkkiz manat, 71 qəpik) manat məbləğində əsas borc, 322.80 (üç yüz iyirmi iki manat, 80 qəpik) manat məbləğində faiz borcu, 470.40 (dörd yüz yetmiş manat, 40 qəpik) manat məbləğində cərimə borcu, 154.91 (yüz əlli dörd manat, 91 qəpik) manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, ümumilikdə isə 1426.82 (min dörd yüz iyirmi altı manat, 82 qəpik) manat məbləğində pulun, 34.27 (otuz dörd manat 27 qəpik) manat dövlət rüsumunun ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankının xeyrinə tutulmasına barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Ləğv prosesində olan "xxxx" ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, QSC "xxxx" KB (bundan sonra – Bank) ilə Cavabdeh (bundan sonra – Cavabdeh) arasında xx.xx.2014-cü il tarixində kredit verilməsi haqqında 1xx/xx/122279/14 saylı müqavilə (bundan sonra – Kredit Müqaviləsi) bağlanmış, həmin sənədlərə əsasən Bank tərəfindən Cavabdehə illik 25 (iyirmi beş) faiz ödənilməsi şərti ilə 24 (iyirmi dörd) ay müddətinə 1066 (min altmış altı) manat məbləğində kredit verilmişdir. Lakin Cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində CavabdehinBanka 478.71 (dörd yüz yetmiş səkkiz manat, 71 qəpik) manat məbləğində əsas borc, 322.80 (üç yüz iyirmi iki manat, 80 qəpik) manat məbləğində faiz borcu, 470.40 (dörd yüz yetmiş manat, 40 qəpik) manat məbləğində cərimə borcu, 154.91 (yüz əlli dörd manat, 91 qəpik) manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, ümumilikdə isə 1426.82 (min dörd yüz iyirmi altı manat, 82 qəpik) manat məbləğində borcu qalmışdır. İddiaçı Ləğv prosesində olan "xxxx" ASC -nin nümayəndəsi məhkəmə iclasında iştirak edərək,iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa və dəlillərinə uyğun izahat verərək, öz izahatında cavabdehin iddiaçı bank qarşısında qalıq borcunun olduğunu, iddia müddətinin ötürülməsinə dair ərizə ilə bağlı isə hesab edir ki, iddia müddəti ötürülməmiş, həmin kredit müqaviləsi üzrə müddətin 2019-cu ilin 1 sentyabr tarixində bitdiyini, 2019-cu ilin avqustun 29-da məhkəməyə müraciət olunduğunu, daha sonra müvafiq Fərmanla bağlı olaraq, iddia ərizəsinin baxlmamış saxlanıldığını, indiki halda məhkəməyə iddia ərizəsi ilə 2022-ci ilin 19 oktyabr tarixində müraciət edildiyini, bu qədər uzun müddətin keçməsinə səbəb isə müvafiq Fərmanla bağlı tədbirin 2021-ci ilə kimi davam etdirildiyini , ona görə də həmin vaxta kimi gözlədiklərini, bundan sonra məhkəməyə müraciət etdiklərini bildirərək, hazırki mülki iş üzrə iddia müddətinin tətbiq edilməməli olduğunu, iddia tələblərini müdafiə etdiklərini, bu halların nəzərə alınaraq, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında iştirak edərək, iddia müddətinin tətbiqi barədə yazılı ərizə təqdim edərək, iddia tələbinə etiraz edərək, ərizənin məzmununa uyğun izahat verərək, öz izahatında borcunun olmadığını, bu barədə ona heç bir məlumat olmadığını, borcu olduğu halda, indiyə kimi niyə ona heç bir məlumat verilmədiyini, bank bağlandığından, bu barədə heç bir məlumat əldə edə bilmədiklərini bildirərək,bu halların nəzərə alınaraq, iddia müddətinin tətbiq edilməklə, iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, cavabdehin iddia müddətinin tətbiqi barədə yazılı ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, hazırki mülki iş üzrə iddia müddəti tətbiq edilməklə, iddia tələbi rədd edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş sənədlər: xx.xx.2014-ci il tarixli kredit müqaviləsinin məzmunundan görünür ki, iddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında kredit verilməsi haqqında müqavilə bağlanmış, həmin müqaviləyə əsasən borcluya 24 ay müddətinə illik 25 faiz dərəcəsi ilə 1066 manat məbləğində kredit verilmişdir. xx.xx.2014-ci il tarixli kredit müqaviləsinə 1 saylı Əlavənin məzmunundan görünür ki, Cavabdeh 1066 manat məbləğində krediti 24 ay müddətində hər ay 56.90 manat öədniş etməklə geri qaytarmağı öhdəsinə götürmüşdür. xx.xx.2019-cu il tarixli bildirişin məzmunundan görünür ki, iddiaçı bank tərəfindən Cavabdeh xx.xx.2014-ci il tarixli kredit müqaviləsi üzrə qalıq borcunun olduğunu, ödənilməsinin tələb edildiyi, əks halda borcun tutulması barədə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq olunmuşdur. xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdehnun borcu aşağıdakı kimidir: - cəmi borcu 6900.65 manat - bundan 478.71 manat əsas, 322.80 manat faiz, 470.40 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 154.91 manat faiz borcu mövcuddur. Azərbaycan Respublikası Mərkəzi Bankının xx.xx.2022-ci il tarixli məktubunun məzmunundan görünür ki, "xxxx" Ləğv Prosessində olan QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsi Fərmanın təsiri dairəsinə düşmüşdür.Fərmanın qüvvəyə mindiyi günə-xx.xx.2019-cu il tarixinə sözügedən kredit müqaviləsi üzrə cavabdehin vaxtı keçmiş əsas kredit borcu 478,71 manat təşkil etdiyindən, borcun restruktruzasiyası nəzərdə tutulmuşdur.bu məqsədlə mürcaiətlərin qəbulu 2019-cu ilin dekabrın 31-də başa çatmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 373.2-ci maddsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 376-cı maddəsinə əsasən əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər üzrə də iddia müddəti keçir. Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmədə tədqiq edilmiş sənədlər əsasında müəyyən edilmişdir ki, tərəflər arasında kredit müqaviləsi bağlanılmış, həmin müqvailəyə əsasən iddiaçı bank tərəfindən cavabdehə 1066 manat məbləğində kredit verilmiş, cavabdeh isə həmin kredit məbləğini təhvil almaqla, hər ay ödəniş etməklə geri qaytarmağı öhdəsinə götürmüşdür. Lakin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh müqavilə üzrə öz üzərinə götürdüyü öhədlikləri tam və vaxtında lazimi qaydada icra etməmiş, nəticədə müqavilə üzrə qalıq 478,71 manat kredit borcu yaranmışdır. cavabdeh həmin müqavilə üzrə borcunu tam ödədiyini bildirsə də, həmin hala dair heç bir sübutu (ödəniş qəbzi və digər) məhkəməyə təqdim etməmişdir. Bununla da, məhkəmə araşdırması zamanı etirazın əsası kimi istinad olunan halın müəyyən edilməsi mümkün olmamışdır. Bu halda, məhkəmə hesab edir ki, cavabdehin kredit müqaviləsi üzrə qalıq borcu yaranmışdır. Bununla yanaşı, məhkəmə onu qeyd edir ki, cavabdeh hazırki mülki iş üzrə iddia müddətinin tətbiq edilməsi barədə yazılı ərizə vermişdir. Bu halda, məhkəmə hesab edir ki, hazırki mülki iş üzrə cavabdehin iddiaçı bank qarşısında kredit borcu mövcud olsa da, iddia müddəti tətbiq edilməklə, iddia tələbi rədd olunmalıdır. Belə ki, məhkəmə hesab edir ki, hazırki mülki iş üzrə iddiaçı bank tərəfindən mülki qanunvericilikdə qeyd edilmiş 3 illik iddia müddəti ötürülmüşdür. İş materiallarından görünür ki, hazırki mülki iş üzrə tərəflər arasında bağlanmış kredit müqaviləsinin müddəti xx.xx.2016-cü il tarixdə bitmiş, müqavilə üzrə son ödəniş 02.2016-cü il tarixdə həyata keçirilmişdir. İndiki halda mülki qanunvericiliklə müəyyən edilmiş iddia müddəti xx.xx.2019-ci il tarixdə başa çatsa da, iddiaçı bank tərəfindən məhkəməyə xeyli müddət (3 il) keçdikdən sonra iddia ərizəsi ilə müraciət olunmuşdur. Həmçinin, məhkəmə araşıdrması zamanı qeyd edilən müddətin üzrlü səbəbdən ötürülməsi halı da aşkar olunmamışdır. Belə ki, iddiaçı hazırki mülki iş üzrə məhkəməyə vaxtında müraciət olunduğunu, lakin qeyd edilən kredit müqaviləsi müvafiq Fərmanın təsiri dairəsinə düşdüyündən, həmin tədbirlərin tətbiq edilməsi ilə bağlı indiyədək məhkəməyə müraciət edilmədiyini bildirmişdir. Məhkəmə qeyd edilən etirazın əsası ilə bağlı onu qeyd edir ki, müvafiq Fərmana uyğun tədirlərin tətbiq edilməsinin son tarixi xx.xx.2019-cu il olmuşdur. Lakin iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə (xeyli müddət-3 il keçdikdən sonra) müraciət edilmişdir ki, həmin müddətin ağlabatan müddət kimi qiymətləndirilməsi hüquqi müəyyənlik prinsipi baxımından məqsədəuyğun deyildir. Bundan əlavə, məhkəmə onu qeyd edir ki, mülki qanunvericiliyin analoji hüquq normalarının tələbi baxımından qeyd edilən tədbirin görülməsi ilə bağlı hal iddia müddətinin axımının kəsilməsinə səbəb olan hal kimi deyil, məhz iddia müddətinin axımın dayandırılmasına əsas olan hal kimi çıxış edə bilər. Bu baxımından da məhkəmə hesab edir ki, hazırki mülki iş üzrə (iddia müddətinin bitdiyi tarix xx.xx.2019-cu il olduğundan, ilk iddia ərizəsi ilə məhkəməyə xx.xx.2019-cu il tarixdə müraciət edildiyindən) iddia müddəti ötürülmüşdür. Ona görə də məhkəmə qeyd edilən halları əsas götürərək, hesab edir ki, hazırki mülki iş üzrə iddia müddəti tətbiq edilməklə, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçı Ləğv prosesində olan "xxxx" ASC -nin Cavabdeh qarşı "xxxx" tələbinə dair iddia ərizəsi iddia müddəti tətbiq edilməklə rədd edilməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Ləğv prosesində olan "xxxx" ASC -nin Cavabdeh qarşı "xxxx" tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş 34.27 manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə) Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Əhmədova
Məhkəmə qərarları › İş №e-2(002)-3207/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-3207/2022
22.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver