Məhkəmə qərarları › İş №e-2(002)-3231/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №e-2(002)-3231/2022

24.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(002)-3231/2022 24.10.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızı İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət etmişdir. İş üzrə daxil olmuş sənədləri araşdıraraq hesab edirəm ki, ərizənin icraata qəbul olunmasından imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 25.2-ci maddəsinə əsasən fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. Beyinin fəaliyyətinin dayanması ölüm anı sayılır; Həmin Məcəllənin 48-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs eyni dərəcədə qanunla müəyyən edilən və qanunla yol verilən mülki prosessual hüquqlar əldə etmək və vəzifələr daşımaq qabiliyyətinə (mülki-prosessual hüquq qabiliyyəti) malikdir. İş materiallarından görünür ki, hazırki mülki iş üzrə iddiaçı tərəfindən iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Elektron məhkəmə informasiya sistemindən əldə edilmiş çıxarışdan görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə ölmüşdür. Göründüyü kimi, hazırki mülki iş üzrə iddiaçı tərəfindən vəfat etmiş şəxs barəsində iddia tələbi irəli sürülmüşdür. Halbuki mülki prosessual qanunvericiliyində vəfat etmiş şəxsə qarşı məhkəmədə iddia qaldırılması nəzərdə tutulmamışdır. Həmçinin, məhkəmə hesab edir ki, şəxsin mülki prosessual hüquq münasibətlərinin subyekti qismində çıxış etməsi üçün zəruri olan şərtlərdən biri də şəxsin məhz prosessual hüquq qabiliyyətinə, yəni mülki prosessual hüquq və vəzifələr daşımaq qabiliyyətinə malik olması şərtidir, hüquq qabiliyyəti isə şəxsin ölümü ilə xitam olunur. Ona görə də, ölmüş şəxsə qarşı iddia irəli sürülməsi, eyni zamanda məhkəmə tərəfindən həmin şəxsin tərəf kimi qəbul edilməsi prosessual baxımdan qeyri-mümkündür. Deməli vəfat etmiş şəxs mülki prosessual hüquq qabiliyyətinə (prosessual hüquq və vəzifələr daşımaq qabiliyyətinə) malik deyildir. Ona görə də, məhkəmə qeyd edilən halaları əsas götürərək, hazırki mülki iş üzrə iddia tələbi vəfat etmiş (prosessual hüquq qabiliyyəti olmayan) şəxsə qarşı irəli sürüldüyündən, iddia tələbi məhkəmədə baxılmalı olmaması əsası ilə ərizənin qəbul edilməsindən imtina edilməlidir Azərbaycan Respublikası Mülki Məcəlləsinin 153.5.-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Həmin Məcəllənin 153.4-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Həmin Məcəllənin 153.6-ci maddəsinə əsasən iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qeyd olanlara əsasən və MPM-in 284-4-cü, 263-264-cü maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsinin qəbul olunmasından imtina edilsin və ərizə, ona əlavə edilmiş sənədlər və 30,40 manat dövlət rüsumu ilə birlikdə iddiaçıya geri qaytarılsın. Ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Qərardaddan qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar