Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(002)-3232/2024 30.10.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Məcidli Aysel Əli qızının katibliyi ilə, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 3069,02 manat əsas borc, 56,44 manat faiz borcu olmaqla, 3125,46 manat məbləğində kredit borcunun və ödənilmiş 51,25 manat dövlət rüsumunun İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının xeyrinə tutlmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi X3 məhkəmə iclasında qeyd etdi ki, hazırki cavabdeh kredit müqaviləsi üzrə zamindir. Kredit müqaviləsi üzrə əsas borclu vəfat etmişdir. Onlar borclunun vərəsəlik məskləsi ilə əlaqədar olaraq dəflərlə sorğular vermişdir, lakin sorğular cavabsız qalmışdır. Hüquqi varisliyin müəyyən edilməsi üçün zərurət vardır, bu səbəbdən də icraatın dayandırılması məqsədəmüvafiqdir. Cavabdeh təyin olunmuş məhkəmə iclasının vaxtı barədə qanunla müəyyən edilmiş qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, o, heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə qeyd edir ki, hazırkı iddia zaminə qarşı irəli sürülmüşdür. Bu iddiadan əvvəl isə əsas borclu və zaminə qarşı iddia irəli sürülmüş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(002)-2409/2024 saylı qərardadı ilə İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının cavabdehlər X4 və Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi, ona əlavə olunmuş sənədlərin və 51,15 manat dövlət rüsumunun İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatına geri qaytarılması qərara alınmışdır. İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(002)-2409/2024 saylı qərardadından şikayət vermiş və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(002)-2409/2024 saylı qərardadı ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(002)-2409/2024 saylı qərardadından İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı tərəfindən verilmiş şikayət təmin edilməməiş və şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsininin xx.xx.2024-cü il tarixli 2(103)-5139/2024 saylı qərardadı ilə Aqrarkredit” QSC Bank Olmayan Kredit Təşkilatının şikayəti təmin edilməmiş və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(002)-2409/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. Qaradağ rayon Məhkəməsi xx.xx.2024-cü il tarixli 2(002)-2409/2024 saylı qərardadını onunla əsaslandırmışdır ki, iddiaçı məhkəməyə müraciət etməzdən əvvəl ölmüş borclunun vərəsələri ilə mübahisənin qabaqcadan məhkəmədən kənar həll edilməsi barədə qaydaya əməl etməmişdir. Bundan sonra iddiaçı hazırkı iddia ərizəsi ilə zaminə qarşı tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə əvvəla qeyd edir ki, hüquqi varisliyin müəyyən edilməsi üçün icraatın dayandırılması məqsədəmüvafiq deyildir. Belə ki, zaminlik müqaviləsinin 1.1-ci bəndindən müəyyən olunur ki, zamin birgə məsuliyyət daşıyır. Mülki Məcəllənin 472.3-cü maddəsnə əsasən, birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.4-cü maddəsinə əsasən isə zaminlik müqaviləsi ilə təmin edilmiş öhdəlik üzrə zaminin subsidiar məsuliyyəti nəzərdə tutulduğu halda, zaminin məsuliyyəti borclunun öldüyü gündən mirasın qəbul edildiyi günədək müddətdə dayandırılır.[423] Məhkəmə onu da qey edir ki, 472.4-cü maddəsi 19 aprel 2024-cü il tarixdə yeni dəyişiklik edilmişdir. Mülki Məcəllənin Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Məhkəmə qeyd edi ki, zaminlik müqaviləsi xx.xx.2021-ci il tarixdə bağlanmasını nəzərə alaraq hazıkı iddiada cavabdeh birgə zamin olduğundan və ona münasibətdə MM-nin 472-ci maddəsi şamil olunmadığından icraatın dayandırılmasını əsaslı hesab etmir. Bundn başqa məhkəmə hesab edir ki, hazırkı halda iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.1-ci maddəsinə əsasən məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 12 №-li Qərarının 5-ci bəndində “ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2011-ci il 31 mart tarixli 3 nömrəli qərarında dəyişikliklər edilərək “məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1-259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında xx.xx.2011-ci il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarından görünür ki, bəzi kateqoriya işlər üçün mübahisənin qabaqcadan məhkəmədənkənar həll edilməsi qaydası müəyyən edilə bilər. Azərbaycan Respublikası MPM-nin 259.0.1-ci maddəsinə görə həmin əsasla ərizənin baxılmamış saxlanılmasına yalnız o hallarda yol verilir ki, bu ya qanunvericilikdə, yaxud da tərəflər arasında bağlanılmış müqavilə ilə həll edilmiş olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, borclunun ölümü ilə onun öhdəliklərinin aradan qalxmasının və bununla da bağlanmış müqavilələrin hüquqi təminatdan məhrum olmasının qarşısının alınmasına xidmət edən institutlardan biri vərəsəlik institutudur. Vərəsəlik hüququ ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya vəsiyyət üzrə vərəsələrə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Mülki Məcəllənin 1151-ci maddəsinə müvafiq olaraq, mirasa (miras emlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Yəni mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Kreditorun zamindən öhdəliyin icrasını tələb edə bilməsi üçün, ilk öncə, borclunun,eləcə də onun vərəsələrinin öz vəzifələrini icra etməməsi və ya lazımınca icra etməməsi tələb olunur. Yalnız bundan sonra zaminə qarşı zaminlik müqaviləsindən irəli gələn öhdəliyin icrası barədə tələb irəli sürülə bilər. Plenum borclunun ölümü halında mirası qəbul etmiş vərəsələrin miras qoyanın öhdəlikləri üzrə borcluya çevrildiyini nəzərə alaraq hesab etmişdir ki, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras qoyanın kreditoru qarşısında məsuliyyət daşımalıdırlar. Vərəsələr əsas öhdəliyi icra etməkdən yayındıqları və ya lazımınca icra etmədikləri təqdirdə, eləcə də miras əmlakın həcmi vərəsələrə əsas öhdəliyi icra etməyə və ya lazımınca icra etməyə imkan vermədikdə, pozulmuş mənafeyinin təmin edilməsi üçün kreditorun zaminə qarşı tələb irəli sürmək hüququ yaranır. Beləliklə, məhkəmə Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda qeyd edilən Qərarındakı hüquqi mövqeyini nəzərə alaraq, qeyd edir ki, əsas borclu X5 iddia qaldırılmamışdan əvvəl vəfat etdiyindən, iddiaçı ilk növbədə həmin şəxsin vərəsələrini müəyyən edərək, öhdəliyin icrasını onlardan tələb etməli, vərəsələr öhdəliyi icra etməkdən yayındıqları və ya lazımınca icra etmədikləri təqdirdə, eləcə də miras əmlakın həcmi vərəsələrə əsas öhdəliyi icra etməyə və ya lazımınca icra etməyə imkan vermədikdə, bundan sonra zaminlərə qarşı tələb irəli sürməlidir. Məhkəmə tərəfindən müəyyən olundu ki, X5 barəsində vərəsəlik işi açılmamışdır. Məhkəmə bununla bağlı qeyd edir ki, portalda əsas borclu X2 ölümünə görə elektron portalda vərəsəlik işinin açılmaması onun vərəsələrinin olmamasına dəlalət etmir. Bank bu yolla yalnız formal üsulla qəbul etmiş vərəsələrin dairəsini müəyyən edə bilər, vərəsəliyin isə qəbul edilməsinin yeganə üsulu formal üsul deyildir, vərəsələr həm də qeyri-formal üsulla -faktiki yolla qəbul edə bilərlər. Beləliklə, məhkəmə qeyd edir ki, hazırki iddia tələbi üzrə iddiaçı bank əsl borclunun vərəsələrindən tələb etmək hüququ-imkanı itirilmədiyindən məhkəmə ərizəni baxılmamış saxlayaraq,hesab edir ki, iddiaçı ilk növbədə öhdəliyin icrasını borclunun vərəsələrindən tələb etməli, borcun ödənilməsinə dair prtenziya məktubu göndərməli, vərəsələr öhdəliyi icra etməkdən yayındıqları və ya lazımınca icra etmədikləri təqdirdə, eləcə də miras əmlakın həcmi vərəsələrə əsas öhdəliyi icra etməyə və ya lazımınca icra etməyə imkan vermədikdə, bundan sonra zaminlərə qarşı tələb irəli sürməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.1-cı maddəsinə əsasən iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1 və 114.1.5-ci maddələrinə əsasən ödənilmiş dövlət rüsumu bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa qaytarılır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 259.0.6, 260, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Ödənilmiş 51,25 manat məbləğində dövlət rüsumu İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatına geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №e-2(002)-3232/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №e-2(002)-3232/2024
30.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver