Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-3254/2022 05.12.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi, X1 oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə Cavabdeh iştirakı ilə İddiaçı Ləğv prosesində olan İddiaçı ASC -nin Cavabdeh qarşı «kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi» tələbinə dair iddiası üzrə mülki işə Qaradağ rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC Cavabdeh qarşı «kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi » tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin 1 saylı filialı ilə ilə Cavabdeharasında bağlanmış xx.xx.2011-ci il tarixli və 8885 saylı kredit müqaviləsinə əsasən kredit müqaviləsi üzrə öhdəlikləri icra etməməsinə görə Cavabdeh 2874,7 ( iki min səkkiz yüz doxsan yeddi manat, 70 qəpik) manat əsas borc, 82,26 ( səksən iki manat, 26 qəpik) manat müqavilə müddəti üçün nəzərdə tutulmuş faiz borcu, 790,80 ( yeddi yüz doxsan manat.ş 80 qəpik) manat AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış gecikdirilmiş faiz borcu olmaqla cəmi 3747,43 manat borcun və ödənilmiş 58 manat dövlət rüsumunun tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi, Tutmanın kredit müqaviləsinin təminatı olaraq bağlanmış xx.xx.2011-ci il tarixli ipoteka müqaviləsi ilə kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək üçün Daewoo Nexia minik markalı, Qara metallik rəngli, XWB3L32BD9A055724.Ş **-LV-*** Dövlət qeydiyyat nişanlı avtomobila yönəldilməsi, ipoteka predmetinin açıq hərracdan satılması və borcun ipoteka predmetinin hərracdan satışından əldə olunan vəsait hesabına ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi, Satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Ləğv prosesində olan İddiaçı ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin 1 saylı filialı ilə ilə Cavabdeh arasında bağlanmış xx.xx.2011- ci il tarixli və 8885 saylı kredit müqaviləsinə əsasən cavabdehə 30 (otuz ) ay müddətinə illik 22 (iyirmi iki ) faiz dərəcəsi ilə 7000 (yeddi min) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 1.3-cü bəndinə əsasən borcalana kredit “avtomobilin alınması” məqsədilə verilmişdir. Həmin kredit müqaviləsinin təminatı olaraq bağlanmış xx.xx.2011-ci il tarixli ipoteka müqaviləsi ilə kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək üçün Daewoo Nexia minik markalı, Qara rəngli, XWB3L32BD9A055724, **-LV-*** Dövlət qeydiyyat nişanlı avtomobil ipoteka ilə yüklü edilmiş, ipoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq reyestrindən AA131770 saylı, xx.xx.2011-ci il tarixli çıxarış verilmişdir. Kredit müqaviləsinin 6.1.3-ci bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehə bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Cavabdeh 2874,7 ( iki min səkkiz yüz doxsan yeddi manat, 70 qəpik) manat əsas borc, 82,26 ( səksən iki manat, 26 qəpik) manat müqavilə müddəti üçün nəzərdə tutulmuş faiz borcu, 790,80 ( yeddi yüz doxsan manat.ş 80 qəpik) manat AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış gecikdirilmiş faiz borcu olmaqla cəmi 3747,43 manat borcu vardır. İddiaçı Ləğv prosesində olan İddiaçı ASC -nin nümayəndəsi məhkəmə iclasında iştirak edərək,iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa və dəlillərinə uyğun izahat verərək, öz iz\ahatında cavabdehin iddiaçı bank qarşısında qalıq borcunun olduğunu, sonuncu ödənişin 2013-cü ildə edildiyini, iddia müddətinin ötürülsə də, iddia tələbini müdafiə etdiyini, iddia müddətinin ötürülməsi səbəbi bankın fəaliyyətinin dayandırılması, ləğv prosesində olması ilə bağlı olduğunu, iddia müddətinin tətbiq edilibedilməməsini məhkəmənin mülahizəsinə buraxdığını, iddia tələblərini müdafiə etdiklərini, bu halların nəzərə alınaraq, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında iştirak edərək, iddia müddətinin tətbiqi barədə yazılı ərizə təqdim edərək, iddia tələbinə etiraz edərək, ərizənin məzmununa uyğun izahat verərək, öz izahatında bank qarşısında borcunun olmadığını bütün ödənişlərini etdiyini, sonra bank bağlandığından ona heç bir məlumat verilmədiyini, halbuki ona borcunun olmaması barədə arayış verməli olduqlarını, borcunun ödənilməsi barədə qəbzlərini saxlamadığını, həmin hadisədən bu qədər müddət keçdiyi halda indi necə borcun qaytarılmasını istədiklərini bilmədiyini, hazırki mülki iş üzrə iddia müddətinin ötürüldüyünü, çünki müqavilənin müddətinin xx.xx.2014-cü il tarixdə bitdiyini, həmin vaxtdan da iddia müddətinin axımının başladığını, 3 illik iddia müddəti xx.xx.2017-ci il tarixdə başa çatdığını, bank isə məhkəməyə iddia müddəti başa çatdıqdan sonra 5 il sonra müraciət etdiyini, bu halların nəzərə alınaraq, iddia müddətinin tətbiq edilməklə, iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, cavabdehin iddia müddətinin tətbiqi barədə yazılı ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, hazırki mülki iş üzrə iddia müddəti tətbiq edilməklə, iddia tələbi rədd edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş sənədlər: xx.xx.2011-ci il tarixli kredit müqaviləsinin məzmunundan görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında kredit verilməsi haqqında müqavilə bağlanmış, həmin müqaviləyə əsasən borcluya 30 ay müddətinə illik 22 faiz dərəcəsi ilə 7.000 manat məbləğində kredit verilmişdir. xx.xx.2011-ci il tarixli kredit müqaviləsinə 1 saylı Əlavənin məzmunundan görünür ki, Cavabdeh 7000 manat məbləğində krediti 30 ay müddətində hər ay 305,43 manat öədniş etməklə geri qaytarmağı öhdəsinə götürmüşdür. 02 avqust 2011-ci il tarixli ipoteka müqaviləsinin məzmunundan görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2011-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı qismində ipoteka müqaviləsi bağlanılmış, ipoteka predmeti qismində Daevoo,Nexia, 2009 buraxılış ili olan avtomobil çıxış etmiş, əmlak 8000 manat qiymətləndirilmişdir. xx.xx.2019-cu il tarixli tutma yönəldilməsi barədə bildirişin qeydiyyata alınması barədə ərizənin məzmunundan görünür ki, xx.xx.2011-ci il tarixli ipoteka müqaviləsinin predmeti olan əmlaka tutma yönəldilməsi barədə bildiriş dövlət qeydiyyatına alınmışdır. xx.xx.2019-cu il tarixli Pretenziya məktubunun məzmunundan görünür ki, iddiaçı bank tərəfindən Cavabdeh xx.xx.2011-ci il tarixli kredit müqaviləsi üzrə qalıq borcunun olduğunu, ödənilməsinin tələb edildiyi, əks halda borcun tutulması və tutmanın ipoteka predmeti olan əmlaka yönəldilməsi barədə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq olunmuşdur. Hesabdan çıxarış məlumatından görünür ki, avtomaşın alınması məqəsdilə Cavabdeh tərəfindən 7000 manat məbləğində kredit təhvil alınmış, qalıq borcu 2874,97 manat, ödənilmiş məbləğ 4125,03 manat odluğu qeyd edilmişdir. xx.xx.2019-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh borcu aşağıdakı kimidir: - cəmi borcu 6900.65 manat - bundan 2874.97 manat əsas, 82.26 manat faiz, 3152.62 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 790.80 manat faiz borcu mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 373.2-ci maddsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 376-cı maddəsinə əsasən əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər üzrə də iddia müddəti keçir. Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmədə tədqiq edilmiş sənədlər əsasında müəyyən edilmişdir ki, tərəflər arasında kredit müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən iddiaçı bank tərəfindən cavabdehə 7000 manat məbləğində kredit verilmiş, cavabdeh isə həmin kredit məbləğini təhvil almaqla, hər ay ödəniş etməklə geri qaytarmağı öhdəsinə götürmüşdür. Həmçinin, tərəflər arasında kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı qismində ipoteka müqaviləsi bağlanmışdır. Lakin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh müqavilə üzrə öz üzərinə götürdüyü öhədlikləri tam və vaxtında lazimi qaydada icra etməmiş, nəticədə müqavilə üzrə qalıq kredit borcu yaranmışdır. cavabdeh həmin müqavilə üzrə borcunu tam ödədiyini bildirsə də, həmin hala dair heç bir sübutu (ödəniş qəbzi və digər) məhkəməyə təqdim etməmişdir. Bununla da, məhkəmə araşdırması zamanı etirazın əsası kimi istinad olunan halın müəyyən edilməsi mümkün olmamışdır. Bu halda, məhkəmə hesab edir ki, cavabdehin kredit müqaviləsi üzrə qalıq borcu yaranmışdır. Bununla yanaşı, məhkəmə onu qeyd edir ki, cavabdeh hazırki mülki iş üzrə iddia müddətinin tətbiq edilməsi barədə yazılı ərizə vermişdir. Bu halda, məhkəmə hesab edir ki, hazırki mülki iş üzrə cavabdehin iddiaçı bank qarşısında kredit borcu mövcud olsa da, iddia müddəti tətbiq edilməklə, iddia tələbi rədd olunmalıdır. Belə ki, məhkəmə hesab edir ki, hazırki mülki iş üzrə iddiaçı bank tərəfindən mülki qanunvericilikdə qeyd edilmiş 3 illik iddia müddəti ötürülmüşdür. İş materiallarından görünür ki, hazırki mülki iş üzrə tərəflər arasında bağlanmış kredit müqaviləsinin müddəti xx.xx.2014-cü il tarixdə bitmiş, müqavilə üzrə son öədnişxx.xx.2013-cü il tarixdə həyata keçirilmişdir. İndiki halda mülki qanunvericiliklə müəyyən edilmiş iddia müddəti xx.xx.2017-ci il tarixdə başa çatsa da, iddiaçı bank tərəfindən məhkəməyə xeyli müddət (5 il) keçdikdən sonra iddia ərizəsi ilə müraciət olunmuşdur. həmçinin, məhkəmə araşıdrması zamanı qeyd edilən müddətin üzrlü səbəbdən ötürülməsi halı da aşkar olunmamışdır. Ona görə də məhkəmə hesab edir ki, hazırki mülki iş üzrə iddia müddəti tətbiq edilməklə, iddia tələbi təmin edilməməlidir. Həmçinin, məhkəmə hazırki mülki iş üzrə iddia tələbinin tutmanın ipoteka predmetinə yönəldilməsi hissəsi ilə bağlı onu qeyd edir ki, hazırki mülki iş üzrə qeyd edilən hissədə iddia tələbi əlavə tələb (əsas tələbdən törəmə) qismində çıxış etdiyindən, habelə mülki qanunvericiliyin tələbinə əsasən əsas tələb üzrə iddia müddəti ötürülməsi halı əlavə tələb üzrə də iddia müddətinin ötürülməsinə səbəb olduğundan, qeyd edilən hissədə də iddia müddəti tətbiq edilməklə, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçı Ləğv prosesində olan İddiaçı ASC -nin Cavabdeh qarşı «kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi» tələbinə dair iddia ərizəsi iddia müddəti tətbiq edilməklə rədd edilməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC -nin Cavabdeh qarşı «kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi» tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş 58 manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə) Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Əhmədova
Məhkəmə qərarları › İş №e-2(002)-3254/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-3254/2022
05.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver