Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(002)-3262/2025 05.08.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin hakimi Hüseynov Fuad Ələsgər oğlu, iddiaçı “X1 Azərbaycan” QSC-nin Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verdiyi ərizəsini və ona əlavə edilən sənədləri araşdıraraq, МÜƏYYƏNЕТDİМ: İddiaçı “X1 Azərbaycan” QSC Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə, iddia ərizəsini və ona əlavə olunmuş sənədləri tədqiq edərkən müəyyən etmişdir ki, iddia ərizəsində iddiaçı xx.xx.2024-cü il tarixli qətnamə üzrə tutulmalı məbləğin indiyə kimi cavabdeh tərəfindən ödənilmədiyini qeyd etsə də, həmin qətnamə üzrə icra hərəkətlərini həyata keçirən müvafiq İcra şöbəsinin bu barədə hər hansı arayışını və ya yazılı məlumatını iddia ərizəsinə əlavə etməmişdir. Beləliklə, tələbi təsdiq edən sənədlər ərizəyə əlavə edilməmişdir. Belə olan halda, ərizəni qəbul etməkdən imtina barədə qərardad qəbul edilməli, iddiaçıya həmin tələb üzrə iddia icraatı qaydasında iddia vermək hüququ izah olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 284-4.1.3-cü maddəsinə əsasən, məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa imtina edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-4.3-cü maddəsinə əsasən, ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Həmçinin izah olunmalıdır ki, eyni nöqsan e-2(002)-3240/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadda da göstərilmiş, lakin ərizəçi onu aradan qaldırmadan yenidən məhkəməyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında müraciət etmişdir. Bundan əlavə, məhkəmə iddia ərizəsini, ona əlavə edilən sənədləri, habelə dövlət rüsumu barədə **********90 saylı qəbzin surətini tədqiq edərək müəyyən edir ki, iddia ərizəsinə əlavə edilmiş həmin qəbz bundan əvvəl e-2(002)-3240/2025 saylı mülki iş üzrə iddia ərizəsi vermək üçün istifadə edilmiş və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 05 avqust 2025-ci il tarixli, e- 2(002)-3262/2025 saylı qərardadı ilə həmin dövlət rüsumunun iddiaçı “X1 Azərbaycan” QSC-nə geri qaytarılması qərara alınmışdır. Belə olan halda, hazırda iddia ərizəsinin icraata götürülməsi qeyri-mümkündür. Azərbaycan Respublikasının MPM-nin 152.1.5-ci maddəsinə əsasən, müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Həmin Məcəllənin 284-3.5-ci maddəsinə əsasən, ərizənin bu Məcəllənin 284-3.1-ci və 284-3.2-ci maddələri ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, yaxud bu Məcəllənin 152.1.2-152.1.9-cu maddələrində müəyyən edilmiş əsaslar olduqda hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Ərizənin qaytarılması həmin nöqsan aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1 – 284-4-cü maddələrini rəhbər tutaraq, QƏRARAALDİM: İddiaçı “X1 Azərbaycan” QSC-nin Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verdiyi ərizəsinin və ona əlavə edilən sənədlərin qəbul olunmasından imtina edilsin. İddiaçı “X1 Azərbaycan” QSC-nə izah edilsin ki, onun həmin tələb üzrə iddia icraatı qaydasında iddia ərizəsi vermək hüququ vardır. Qərardaddan şikayət verilə bilməz. Hakim : Fuad Hüseynov
Məhkəmə qərarları › İş №e-2(002)-3262/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №e-2(002)-3262/2025
05.08.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver