Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-3270/2025 22.10.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məcidli Aysel Əli qızının katibliyi, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh arasında Abşeron rayonu 2 saylı notariat ofisində təsdiq edilmiş xx.xx.2023-cü il tarixli bağlanmış borc müqaviləsi üzrə cavabdehdən 31000 manat pulun, hüquqi yardım üçün 420 manat xidmət haqqının və ödənilmiş 183,92 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə onun arasında bağlanmış və Abşeron rayonu 2 saylı Notariat ofisində təsdiq edilmiş xx.xx.2023-cü il tarixli Kredit müqaviləsinə əsasən cavabdehe 31000 (otuz bir min) manat pul borc vermişdir. Cavabdeh həmin borcu ona ödəməklə xx.xx.2025-ci il tarixinə kimi hər ay 1500 manat olmaqla hissə-hissə ödəməli idi. Lakin Cavabdeh bu günə qədər ona borc məbləğindən heç nə ödəməmişdir.Buna görə də o cavabdehə xx.xx.2025-ci il tarixində Pretenziya məktubu göndərərək, Abşeron rayonu 2 saylı Notariat ofisində təsdiq edilmiş xx.xx.2023-cü il tarixli Kredit müqaviləsinə əsasən ondan borc aldığı 31000 (otuz bir min) manat pulu bu məktubu aldığı gündən 10 gün ərzində ona geri ödəməsini tələb etmişdir. Lakin cavabdeh pretenziya məktubunu qəbul etməmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır və hesab edir ki 31000 manat pul və digər xərclərin cavabdehdən alınıb ona verilməsi barədə qətnamə qəbul edilməlidir. İddiaçı vəkili və nümayəndəsi Nümayəndə məhkəməyə ərizə göndərərək, məhkəmə baxış iclasının onlaun iştirakı olmadan keçirilməsini və iddia tələbinini təmin olunmasını xahiş etmiş, eyni zamanda iş üzrə qiyabi qətanmənin qəbul olunmasını xahiş etmişdir. İddiaçı vəkili və nümayəndəsi Nümayəndə əvvəlki məhkəmə iclaslarında izahatlarında iddia ərizəsinin məzmununa uyğun izahat verərərk, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş İddiaçı ilə Cavabdeh arasında Abşeron rayonu 2 saylı notariat ofisində təsdiq edilmiş xx.xx.2023-cü il tarixli bağlanmış borc müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, Əhmədov X1 Rəşid İman oğluna xx.xx.2025-ci il tarixədək hər ay 1500 manat geri qaytarmaqla 31000 manat məbləğində pul borc verir. İş materiallarına əlavə olunmuş qəbzdən görünür ki, İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixli bağlanmış borc müqaviləsi üzrə Abşeron rayonu 2 saylı notariat ofisinin notariusunun depozitinə 31000 manat məbləğində pul köçürmüşdür. İş materiallarına əlavə olunmuş ünvan ünvanlamnmış məktubundan görünür ki, İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixli bağlanmış borc müqaviləsi üzrə Cavabdeh ödəməli olduğu 31000 manat məbləğində pulun onun təqdim etdiyi depozit hesabına qəbul olunmasını xahiş etmişdir. İş materiallarına əlavə olunmuş İddiaçı ilə Nümayəndə(vəkil) arasında bağlanmış xx.xx.2025-ci il tarixli hüquqi yardımın göstərilməsi barədə müqavilədən görünür ki, müqavilə üzrə Nümayəndə(vəkil) tərəfindən İddiaçı göstərilən hüquqi xidmətin haqqı 420 manat təşkil etmişdir. İş materiallarına əlavə olunmuş qəbzdən görünür ki, İddiaçı tərəfindən 420 manat Nümayəndə adına olan hesaba köçürülmüşdür. İş materiallarına əlavə olunmuş qəbzdən görünür ki, İddiaçı tərəfindən məhkəməyə isddia ərizəsi ilə müraciət edilməsi üçün dövlət nəfinə 183 manat məbləğin dövlət rüsumu ösənilmişdir. İş materiallarına əlavə olunmuş pretenziya məktubundan görünür ki, İddiaçı tərəfindən Cavabdeh xx.xx.2023-cü il tarixli bağlanmış borc müqaviləsi üzrə 31000 manat məbləğində borc pul tələb edilmiş, həmin borcunun 10 gün ərzində ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyəti Başçısının Müşfiqabad qəsəbə inzibati dairəsi üzrə nümayəndəliyindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Cavabdeh göstərilən ünvanda yaşamır və bu səbəbdən məhkəmə bildirişini təqdim etmək mümkün olmamışdır. Məhkəmə hazırki mülki iş ilə bağlı qeyd edir ki, iddiaçı cavabdeh ilə aralarında bağlnmış borc müqaviləsinə əsaslanaraq cavabdehdən 31000 manat məbləğində borcunu, vəkil hüquqi yardım üçün ödənilmiş 420 manat məbləğində xidmət haqqını və məhkəməyə iddia ərizəsi ilə müraciət edilməsi üçün ödənilmiş 183 manat məbləğində dövlət rüsumunu tələb etmişdir, eyni zamanda iddia tələblərini əsaslandıran sübut kimi isə borc müqaviləsi, hüquqi xidmət üzrə müqavilə və ödəniş qəbzlərini məhkəməyə təqdim etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə bildiriş və həmçinin mobil nömrələrinə isə sms bildiriş göndərilmiş, lakin cavabdeh məhkəmə iclasların iştirak etməyərək, iddia tələbinə münasibət bildirməmişdir. Bu səbəbdən məhkəmə tərəfindən cavabdehin qeydiyyatı üzrə icra nümyəndəliyinə məhkəmə bildirşinin təqdim edilməsi həvalə edilmiş, icra nümayəndəliyindən məhkəməyə daxil olmuş məktuba əsaəsn cavabdeh qeydiyyat ünvanında yaşamıdığından məhkəmə bildirişini tədqim etmək mümkün olmamışdır. Beləliklə, məhkəmə tərəfindən mülki iş üzrə qiyabi qətnamənin qəbul edilməsinə iddiaçı tərəfindən də etiraz edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 743-cü maddəsinə əsasən, əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Həmin Məcəllənin 238.3-ci maddəsinə əsasən işdə cavabdehin lazımi qaydada xəbərdar edilməsi barədə məlumatlar olmalıdır. Həmin Məcəllənin 238.4-cü maddəsinə əsasən işə qiyabi baxılmasına iddiaçının razılığı yazılı formada olmalıdır. Həmin Məcəllənin 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Həmin Məcəllənin 241.3-cü maddəsinə əsasən işə qiyabi icraat qaydasında baxılarkən iddianın əsasları və ya predmeti dəyişdirilə və ya iddia tələblərinin məbləği artırıla bilməz. Həmin Məcəllənin 241.4-cü maddəsinə əsasən iddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir. Həmin Məcəllənin 241.5-ci maddəsinə əsasən iddiaçının dəlilləri iddia tələblərini tamamilə və ya qismən təsdiq etməsə, məhkəmə iddianın və ya onun hissəsinin rədd olunmasına dair qətnamə çıxarır və belə qətnamə, cavabdehin gəlməməsinə baxmayaraq, qiyabi hesab edilmir. Həmin Məcəllənin 242-ci maddəsinə əsasən qiyabi qətnamənin nəticə hissəsində qətnaməyə yenidən baxılması üçün ərizə vermə vaxtı və qaydası göstərilməlidir. Həmin Məcəllənin 244-cü maddəsinə əsasən cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verməyə haqlıdır. Həmin Məcəllənin 245.2-ci maddəsinə əsasən qiyabi qətnamənin ləğvi haqqında ərizə cavabdeh və ya onun səlahiyyətli nümayəndəsi və işdə iştirak edən şəxslərin sayına müvafiq surətdə tərtib edilərək, işə baxan məhkəməyə təqdim edilir. Həmin Məcəllənin 245.3-cü maddəsinə əsasən ərizədən dövlət rüsumu alınmır. Həmin Məcəllənin 253.3-cü maddəsinə əsasən qiyabi qətnamədən tərəflər, bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra şikayət verə bilərlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hazırki mübahisə üzrə qeyd edir ki, tərəflər arasında notarial qaydada təsdiqlənmiş borc müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdeh iddiaçıdan borc aldığı 31000 manatı xx.xx.2025-ci il tarixədək hər ay 1500 manat olmaqla geri qaytarılmasını öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilə üzrə öhdəliyini tam və vaxtında icra etmədiyindən hazırda iddiaçı cavabdehdən 31000 manat məbləğində pul tələb edir, cavabdehlə mümkün olan bütün əlaqə ünvanlarına məhkəmə iclaslarının vaxtı və yeri barədə bildiriş və həmçinin mobil nömrələrinə isə sms bildiriş göndərilmiş, lakin cavabdeh məhkəmə iclasların iştirak etməyərək, iddia tələbinə münasibət bildirməmişdir. İddiaçı tərəfindən mülki iş üzrə qiyabi qətnamənin qəbul edilməsinə etiraz edilməmiş və hazırki vəziyyətdə məhkəmə Mülki Prosesual Məcəllənin 241.1-ci maddəsinə əsasən tərəfin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənərək, iddiaçının tələbini əsaslı hesab edərək qiyabi qətnamə çıxarır. Məhkəmə məhkəmə iclaslarında tətqiq edilmiş sübutları və iddiaçının izahatlarını, nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilərək, qiyabi qətnamə qəbul edilməli, cavabdehdən iddiaçının xeyrinə borca görə 31000 manat məbləğində pul tutulmalıdır. Həmçinin məhkəmə iddia tələbininin vəkilə hüquqi xidmət üzrə ödənilmiş 420 manat məbləğində pulu tələbini iş materillarına əlaəv edilmiş tərəflər arasında bağölnmış xidmət müqaviləsi və ödəniş qəbzləri ilə öz təsdiqini tapdığından əsaslı hesab edərək, iddia tələbi həmin fhissədə təmin edilməli, cavabdehdən 420 manat xidmət haqqı iddiaçının xeyrinə tutlmalıdır. Ödəniş qəbzinin surətindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsinin təqdim olunması üçün 183 manat məbləğində dövlət rüsumu ödənilmişdir.Hazırki mülki iş üzrə iddia tələbi təmin edildiyindən ödənilmiş 183 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh borca görə 31000(otuz bir min) manat, vəkilə hüquqi xidmət üçün ödənilmiş 420 manat xidmət haqqı və 183 manat dövlət rüsumu olmaqla cəmi 31603(otuz bir min altı yüz üç) manat pul tutularaq İddiaçı xeyrinə ödənilsin. Cavabdehə izah edilsin ki, qətnamə ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni qətnaməni qəbul etmiş məhkəməyə ərizə verməyə haqlıdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qamət Əbilov
Məhkəmə qərarları › İş №e-2(002)-3270/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(002)-3270/2025
22.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver