Məhkəmə qərarları › İş №e-2(002)-3287/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-3287/2025

27.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-3287/2025 27.10.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məcidli Aysel Əli qızının katibliyi, İddiaçı, Cavabdeh vəkili və nümayəndəsi X3 iştirakları ilə, İddiaçı Cavabdeh Rafi oğluna qarşı «pul» tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh 5500 (beş min beş yüz) manat və dövlət rüsumu hesabına ödəmiş olduğu 75 (yetmiş beş) manat, cəmi 5575 (beş min beş yüz yetmiş beş) manat pulun alınaraq İddiaçı verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia ərizəsini onunla əsaslandırılmışdır ki, cavabdeh X13 ilə kürəkəni X7 vasitəsi ilə tanınış olmuşdur. Belə ki, onun oğlu X10 2021-ci ildan MN-nin N nömrəli hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi sürücü vəzifəsində xidmət keçirdi. Oğlunun yaşadığı əraziyə yaxın olduğuna görə MN-nin N nömrəli hərbi hissəsinin Yevlax rayonu Xaldan qəsabesində yerləşən bölməsinə dəyişdirmək istəyirdi. 2023-cü ilin yanvar ayında kürakəni Qurban Bilalov ona bildirdi ki, əvvəllar onunla bir yerdə xidmət etmiş mayor Cavabdeh adlı hərbi qulluqçu tanışı var və Fikrət həmin məsələni hall edə bilər, kürəkəni Cavabdeh istifada etdiyi özünə maxsus ***-***-**-** mobil telefon nömrəsini ona verərək onunla danışmağı təklif etmişdir. Bir gün sonra o, Fikrətə zəng edərək tanışlıq verib Qurbanın qayınatası olduğunu və oğlunun xidmət yerinin N nömrəli hərbi hissenin Xaldan qəsəbəsində yerlaşan bölməsinə dəyişilməsini istədiyini ona bildirdi. Cavabdeh pul qarşığında məsələni yoluna qoya biləcəyini ona dedi ve ve bir neçə gün sonra o onunla Bakı şəhərində 20 yanvar metrosunun yaxınlığındakı kafelərin birində görüşdü. Məsələnin həlli üçün məndən 5500 manat pul istədi. O d kürəkəninin tanışı olduğuna görə ona inanaraq bir neçə gündən sonra 20 Yanvar metrosunun yaxınlığındakı kafedə cavabdeh Fikrət ikilikdə görüşərək ona 5.500 manat pul vermişdir. Bundan sonra hər dəfə cavabdehla telefon danışıqları zamanı o məsələnin yaxın vaxtlarda müsbət həll olunacanını bildirməklə onu tam əmin edirdi. Sonradan eşitdi ki, cavabdeh tanışı Ramin adlı şəxslə əlbir olaraq bir neçə nəfəri bu qaydada aldadaraq pullarını mənimsədiklərinə görə onlar barasində cinayət işi başlanılaraq məsuliyyətə calb olunublar.Cavabdeh Baka Hərbi Məhkəməsinin 1-1(093)- 13/2025 saylı, xx.xx.2025-ci il taridi hökmü ilə Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.2, 178.2.3 vo 178.2.4-cü maddalarinda nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib 6000 (altı min) manat miqdarında cerimə cezasına məhkum edilmişdir. Cavabdeha 5500 manat pul verməyi Bakı Hərbi Məhkəməsinin həmin hökmü ilə tam sübut olunur. Cavabdeh barasində cinayət işi başlandıqdan sonra yaxın vaxtda ondan aldığı 5500 manat pulu tezliklə ona qaytaracağrı öhdəsinə götürsə də və ibtidai və məhkəmə istintaqı dövründə bir neçə nəfər zərərçəkmişlərdən aldığı pulu qaytarsa da, ondan aldatma yolu aldığı 5500 manat pulu qaytarmamışdır. Göründüyü kimi, cavabdeh ondan aldatma yolu ile aldığı 5500 manat pulu tezliklə ona qaytaracağı kimi öz üzərinə götürdüyü öhdəliyi pozduğuna görə və həmin məbləği ona qaytarmadığına görə ona qarşı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmek məcburiyyatində qalmışdır. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, o, pulu cavabdehə vermişdir, başqa şəxsləri tanımır. 5000 manat puldan on heçnə ödənilməyib. Cavabdeh hərbçi olub. O heç Ramini tanımır. Cavabdeh ona həmin pulun nazirlikdə başqa şəxsə veriləcəyini bildirmişdir. Cavabdeh vəkili və nümayəndəsi X11 məhkəmə iclasında izahatında qeyd etdi ki, 7-8 nəfər zərərçəkənlər idi. Maddi ziyanın məbləği 62500 manat təşkil etmişdir, cavabdeh zərərçəkənlərin 6-sının pulun ödəməklə, cəmi 51000 manat olan hissəsini ödəmişdir. Qalan məbləği cavabdehlə əlbir olan digər şəxs-Ramin ödəməlidir. Eyni zamanda hətta 51000 manata dair hissədə isə Raminə qarşı reqress hüquqlarından istifadə edəcəklər. Təşkilatçı Ramin olmuş, eyni zamanda bütün əməliyyatlarda Ramin cavabdehlə əlbir olmuşdur. Cavabdeh vəkili və nümayəndəsi X11 xx.xx.2025-ci il tarixdə vəkil çıxışını təqdim edərək, İddiaçı Cavabdeh qarşı verdiyi pul tələbinə dair iddia ərizəsi əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iddiaçı ərizədə bundan əvvəl ibtidai istintaq və Bakı Hərbi Məhkəməsinin hökmü ilə müəyyən olunmuş halları təhrif edərək qeyd etmişdir ki, oğlu Paşayev Nurlanın hərbi xidmətdə olduğu N nömrəli hərbi hissədən N nömrəli hərbi hissənin Yevlax rayonunun Xaldan qəsəbəsində yerləşən bölməsinə dəyişdirmək üçün 2023-cü ilin yanvar ayında mayor Cavabdeh Bakı şəhərində 5.500 manat məbləğində pul versə də, sonuncu onu aldadaraq vədinə əməl etməmişdir. Yəni, onun fikrincə Cavabdeh tək ona qarşı dələduzluq etmişdir.Halbuki, Bakı Hərbi Məhkəməsinin qüvvəyə minmiş 1-1(093)-13/2025 saylı xx.xx.2025-ci il tarixli hökmünə görə “Bundan başqa, X17 təkrarən, Cavabdeh ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşməklə cinayətkar əlaqəyə girib öz qulluq mövqeyindən istifadə edərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə 2023-cü ilin yanvar ayında Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi sürücü vəzifəsində xidmət edən övladı X4 xidmət yerinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin Xaldan qəsəbəsində yerləşən bölməsinə dəyişilməsinə köməklik göstərilməsi üçün İddiaçı X15 vasitəsilə qabaqcadan əlbir olduğu Cavabdeh, sonuncunun isə özünə müraciəti ilə əlaqədar, Cavabdehla əvvəlcədən aralarında olan razılaşmaya əsasən özlərinin guya Azərbaycan Respublikasının Müdafiə Nazirliyində yüksək vəzifədə işləyən tanışının olduğunu, həmin əlaqələrindən istifadə edərək Nurlan Paşayevin xidmət yerinin dəyişdirilməsini təmin etdirmək imkanına malik olduqlarını qeyd olunan tarixdə Cavabdehla İddiaçı arasında aparılan telefon danışığı zamanı sonuncuya yalandan bildirib, həmçinin 2023-cü ilin yanvar ayında Bakı şəhəri, Yasamal rayonu, "xxxx" QSC-nin 20 Yanvar metrostansiyasının yaxınlığında yerləşən, məlum olmayan kafelərin birində Cavabdehla İddiaçı görüşü zamanı həmin məsələnin müsbət həlli üçün özlərinin yaxın münasibətdə olduğu səlahiyyətli vəzifəli şəxsə Nurlan Paşayevin xeyrinə edəcəkləri hərəkətə görə 5.500 (beş min beş yüz) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını İddiaçı aldatmaqla bildirib, sonuncunun razılığını almaqla sövdələşdikdən sonra, 2023-cü ilin fevral ayının əvvəlində İddiaçı ilə Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti 67 ünvanında yerləşən "xxxx" ASC-in inzibati binası qarşısında yerləşən müəyyən edilməyən kafedə görüşləri zamanı sonuncudan 5.500 (beş min beş yüz) manat məbləğində pul vəsaitini Cavabdeh qəbul etməsindən sonra həmin pul vəsaitini sonuncu ilə aralarında bölərək şəxsi ehtiyaclarına sərf edib, Cavabdeh ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında öz qulluq mövqeyindən istifadə edərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə İddiaçı məxsus 5.500 (beş min beş yüz) manat məbləğində pul vəsaitini ələ keçirib ona xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdirlər”.Habelə hökmdə qeyd olunmuşdur ki, “Cavabdeh himayəsində bir azyaşlı (2014cü il təvəllüdlü X5) uşağının olması Azərbaycan Respublikası CM-in 59.1.4cü maddəsinə və dəymiş ziyanı qismən ödəməsi Azərbaycan Respublikası CM-in 59.1.14cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hallardır.Cavabdeh cəzasını ağırlaşdıran hal yoxdur.Bununla belə, məhkəmə X12 öz bildirdiyinə görə və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, o, dələduzluq cinayət əməli nəticəsində dəymiş ziyandan heç bir ödəmə etməmişdir. Belə olan-a.da, onun guya ki, dəymiş ziyanı qismən ödəməsi cəzasını yüngülləşdirən hal kimi qəbul edilməsi qeyri obyektiv olardı.Beləliklə, X12 cəzasını yüngülləşdirən və ağırlaşdıran hal yoxdur".Eyni zamanda, iddia ərizəsində Azərbaycan Respublikasının MPM-in 442, 443.1, 448.1 və 739.1 -ci maddələrinə istinad olunmasını doğru hesab etmirik. Çünki, iddiaçı ilə cavabdeh arasında hər hansı öhdəlik və ya borc müqaviləsi olmamışdır.Bildirirəm ki, cinayət işinin müvafiq materiallarında da əks olunduğu kimi, həmin iş üzrə zərərçəkmiş şəxslərə vurulmuş ümumilikdə 62500 manat məbləğində zərərdən Cavabdeh özünün adına 25000, həyat yoldaşı X2 adına 10200, atası X8 adına 10000 manat məbləğində bankdan kredit götürüb zərər çəkmiş şəxslərə ümumilikdə 51000 manat məbləğində pul qaytarmışdır. Yerdə qalan zərəri cinayətin təşkilatçısı olan X17 ödəməli olduğu halda, ödəməmişdir.İddia ərizəsində qeyd olunanların təsdiqi kimi İddiaçı Bakı Hərbi Məhkəməsinin müvafiq hökmünü ərizəsinə əlavə etsə də, bilərəkdən həmin hökmün zərərin ödənilməsi barədəki səhifələrini əlavə etməmişdir. Odur ki, İddiaçı Cavabdeh qarşı verdiyi pul tələbinə dair iddia ərizəsi əsassız olduğundan təmin olunmamalıdır. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Bakı Hərbi Məhkəməsinin qüvvəyə minmiş 1-1(093)-13/2025 saylı xx.xx.2025-ci il tarixli hökmündən görünür ki, X17 Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.2. 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib, 6.500 (altı min beş yüz) manat miqdarında cərimə cəzasına məhkum edilsin. X14 təyin edilmiş cərimə cəzasının icrası onun qeydiyyatda olduğu yeri üzrə Saatlı rayon icra və probasiya şöbəsinə həvalə edilməsi X12 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, Cavabdeh Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib 6.000 (altı min) manat miqdarında cərimə cəzasına məhkum edilməsi, Cavabdeh təyin edilmiş cərimə cəzasının icrası onun xidmət etdiyi yer üzrə fəaliyyət göstərən şəhər(rayon) icra şöbəsinə həvalə edilməsi, Cavabdeh barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. Bakı Hərbi Məhkəməsinin 1-1(093)-13/2025 saylı xx.xx.2025-ci il tarixli hökmündən görünür ki, X17 təkrarən Cavabdeh qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşməklə cinayətkar əlaqəyə girib öz qulluq mövqeyindən istifadə edərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə 2023-cü ilin yanvar ayında Azərbaycan Respublikasi Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi sürücü vəzifəsində xidmət edən övladı X4 xidmət yerinin Azerbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin Xaldan qəsəbəsində yerləşən bölməsinə dəyişilməsinə köməklik göstərilməsi üçün İddiaçı X15 vasitəsilə qabaqcadan əlbir olduğu Cavabdeh, sonuncunun isə özünə müraciəti ilə əlaqədar, Cavabdehla əvvəlcədən aralarında olan Respublikasının Müdafiə Nazirliyində yüksək vəzifədə işləyən tanışının olduğunu, həmin razılaşmaya əsasən özlərinin guya Azərbaycan əlaqələrindən istifadə edərək Nurlan Paşayevin xidmət yerinin dəyişdirilməsini təmin etdirmək imkanına malik olduqlarını qeyd olunan tarixdə Cavabdehla İddiaçı arasında aparılan telefon danışığı zamanı sonuncuya yalandan bildirib, həmçinin 2023-cü ilin yanvar ayında Bakı şəhəri, Yasamal rayonu, "xxxx" QSC-in 20 Yanvar metrostansiyasının yaxınlığında yerləşən, məlum olmayan kafelərin birində Cavabdehla İddiaçı görüşü zamanı həmin məsələnin müsbət həlli üçün özlərinin yaxın münasibətdə olduğu səlahiyyətli vəzifəli şəxsə Nurlan Paşayevin xeyrinə edəcəkləri hərəkətə görə 5.500 (beş min beş yüz) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını İddiaçı aldatmaqla bildirib, sonuncunun razılığını almaqla sövdələşdikdən sonra, 2023-cü ilin fevral ayının əvvəlində İddiaçı ilə Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti 67 ünvanında yerləşən "xxxx" ASC-in inzibati binası qarşısında yerləşən müəyyən edilməyən kafedə görüşləri zamanı sonuncudan 5.500 (beş min beş yüz) manat məbləğində pul vəsaitini Cavabdeh qəbul etməsindən sonra həmin pul vəsaitini sonuncu ilə aralarında bölərək şəxsi ehtiyaclarına sərf etmişdir. Eyni zamanda zərərçəkmiş şəxs İddiaçı göstərmişdir ki, oğlu Nurlan Paşayev 2021-ci ildən N nömrəli hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi sürücü vəzifəsində xidmət edir, kürəkəni X15 da hazırda N nömrəli hərbi hissəsinin Yevlax rayonu Xaldan qəsəbəsində yerləşən bölməsində gizir rütbəsində xidmət edir, Qurbanın xidmət etdiyi hərbi hissə ilə yaşadıqları ünvan arasında məsafə az olduğundan Qurban mütəmadi olaraq həm ata evinə, həm də onun yaşadığı evə gələrək onlara baş çəkmiş, 2023-cü ilin yanvar ayında Qurbana oğlu Nurlanın xidmət yerinin yaşadığı yerə yaxın hərbi hissələrdən birinə dəyişməsinin İstərməyini demiş. Qurban əvvəllər onunla bir yerdə xidmət etmiş mayor Cavabdeh adlı hərbi qulluqçu tanışı olduğunu, həmin məsələni həll edə biləcəyini deyərək Cavabdeh məxsus ***-***-**-** mobil telefon nömrəsini verib sonuncu ilə danışa biləcəyini bildirmiş, bir gün sonra Cavabdeh zəng edərək tanışlıq verib Qurbanın qayınatası olduğunu demiş və oğlunun xidmət yerinin N nömrəli hərbi hissənin Xaldan qəsəbəsində yerləşən bölməsinə dəyişilməsini istədiyini söyləmiş, Cavabdeh pul qarşılığında məsələni yoluna qoya biləcəyini demiş və bir neçə gün sonra görüş təyin etmiş, 20 yanvar metrosunun yaxınlığındakı kafelərin birində Cavabdehla görüşərkən sonuncu məsələnin həlli üçün 5.500 manat pul verməli olduğunu, Müdafiə Nazirliyində xidmət edən bir nəfər tanışı vasitəsi ilə işi həll edəcəyini deyərək həmin tanışının kimliyı barədə ona bir söz deməmiş, Cavabdeh təklifi ilə razılaşıb pulu yaxın müddətdə çatdıracağını bildirmiş, bir neçə gün keçdikdən sonra 20 Yanvar metrosunun yaxınlığındakı kafedə Cavabdehla ikilikdə görüşərək 5.500 manat pulu ona vermiş, Cavabdeh novruz bayramından sonra Nurlanın xidmət yerinin N nömrəli hərbi hissənin Xaldan qəsəbəsində yerləşən bölməsinə dəyişiləcəyini, narahat olmamaqlarını bildirmiş, 2023-cü ilin mart ayının sonlarında Cavabdeh ilə əlaqə saxlayaraq məsələ barədə maraqlandıqda sonuncu hər dəfə məsələnin həll olunacağını və gözləməklərini demiş, 2023-cü ilin oktyabr və noyabr aylarında iki dəfə 20 Yanvar metrosunun yaxınlığında görə Fikrətdə həmin şəxslərin pullarını taksi vasitəsilə ona göndərmiş və o da, hər kəsin pulunu özünə vermiş, Fikrətə verilən pullar tam şəkildə geri qaytarılmışdır. X1 tanışını işə düzəlmək istədikdə Fikrətlə onları əlaqələndirmiş. sonradan həmin məsələni də alınmadığını və pulun geri qaytarıldığını bilmiş, həmin yoldaşlar Bakıya çağırılmış, onlar kostyum, qalstuk geyərək FHN-in idarəsinə getmiş, buna görə də, bir işdən sonra digər işləridə Fikrətə demişdir. Fikrət ona bu işləri kimin vasitəsi ilə həll edəcəyi barədə heç bir söz deməmiş, Fikrət bu işlərə görə ona heç bir qazanc verməmiş və onun da bu məsələdə heç bir maddi marağı olmamışdır. Bakı şəhəri Apelyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1-1(103)-34/2025 saylı hökmünün surətindən görünür ki, apellyasiya şikayəti təmin edilərək, Cavabdeh CM-in 178.2.1, 178.2.2, 178.2.3 və 178.2.4-cü ilə təqsirli bilinməsinə dair Bakı Hərbi Məhkəməsinin 30 aprel 2025-ci il tarixli, 1-1(093) 13/2025 nömrəli hökmü təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Hərbi Məhkəməsinin 30 aprel 2025-ci il tarixli, 1-1(093) 13/2025 nömrəli hökmünün məzmunundan görünür ki, Cavabdeh Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməklə İddiaçı 5500 manat məbləğində pul götürməklə dələduzluq cinayətini törətmişdir. Hazırda iddiaçı həmin hökmə əsaslanaraq müvafiq məbləği cavabdehdən tələb edir, cavabdeh tərəf isə həmin məbləğin təkcə ondan yox, eyni zamanda onunla əlbir olan şəxsdən də tutulmasını xahiş etmiş və əlavə etmişdir ki, hökmdən də görünür ki, digər zərərçəkənlərin ziyanı cavabdeh tərəfindən tam ödənildiyindən, hazırki məbləği onunla əlbir olan şəxs olan X9 tutulmalıdır. İddiaçı isə cavabdehin digər cavabdehlə əvəz edilməsinə və yaxud digər şəxsin cavabdeh qismində cəlb olunmasına razı olmayaraq bildirmişdir ki, o pulu şəxsən cavabdehə vermişdir. Digər şəxsi heç tanımır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.2-ci və 14.2.6-cı maddələrinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi müəyyən edilmişdir; 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin; 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir; 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır; 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İddia ərizəsinin məzmunundan və iddiaçının məhkəmə iclasında verdiyi izahatının məzmunundan, həmçinin qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının məzmunundan görünür ki, iddiaçı hazırda Cavabdeh tərəfindən iddiaçıya 5500 manat ziyan vurulmuş və həmin ziyan ödənilməmişdir. Hazırda iddiaçı maddi ziyan kimi 5500 manat məbləğində pulu cavabdehdən tələb edir. Məhkəmə iddiaçı tərəfindən cavabdehə verilən pulun 5500 manat məbləğində olması məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təsdiqləndiyindən hesab edir ki, iddia tələbi əsaslı olmaqla təmin edilməllidir. Məhkəmə həmçinin cavabdehin digər şəxsdən tutulması barədə vəsatətinə dair qeyd edir ki, hazırda iddiaçı cavabdehin əvəz edilməsinə və yaxud əlavə cavabdehin cəlbinə razı olmadığından gələcəkdə cavabdeh X14 qarşı reqress hüquqlarından isitfadə edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 mart 2004-cü il tarixli qərarının izahına görə, qanunverici məhkəmənin icraatında olan mülki iş üzrə yalnız qanuni qüvvəyə minmiş məhkəmə hökmünün, qərarının, qətnaməsinin, qərardadının preyudisial əhəmiyyəti olduğunu göstərmişdir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" xx.xx.2015-ci il tarixli Qərarına istinadən qeyd edir ki, preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir. Avropa Məhkəməsi “Ryabıx Rusiya Federasiyasına qarşı” iş üzrə 24 iyul 2003-cü il tarixli qərarında qeyd etmişdir ki, “hüquqi müəyyənlik res judicata prinsipinə, yəni bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyi prinsipinə hörmət edilməsini nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni qüvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olubolmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Qeyd olunmalıdır ki, mülki-prosessual qanunvericiliyin göstərilən müddəası ilə müəyyənləşdirilmiş preyudisiya mexanizminə əsasən, cinayət işi üzrə məhkəmənin qüvvəyə minmiş qərarı hərəkətlərin olub-olmaması və bu hərəkətlərin kim tərəfindən edilməsi məsələlərində preyudisiya keyfiyyəti əldə edir, yəni maraqlı şəxslər tərəfindən yenidən təsdiq və inkar edilə bilməz. Bu mexanizm hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla yanaşı, həm də hüquqi müəyyənliyi təmin edir, hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Məhkəmə işə baxarkən və sübutlara qiymət verərkən nəzərə almışdır ki, mülki prosessual qanunvericilikdə birbaşa göstərilməsə də, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Belə ki, MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.Məhkəmə özü sübutları toplamamalı, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaratmalı, tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlməlidir. Məhkəmə işin hallarına Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4cü maddəsində təsbit edilmiş yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 5500 manat məbləğində pul və 75 manat dövlət rüsumu İddiaçı xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 119, 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 5500(beş min beş yüz) manat məbləğində pul və 75(yetmiş beş) manat dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01(bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar