Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-3317/2022 14.12.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi, X2 oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" KB QSC-nin (Ləğv prosesindədir) Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" QSC (Ləğv prosesindədir) Cavabdeh qarşı sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, QSC "xxxx" KB ilə Cavabdeh arasında bağlanmış 14 may 2014-cü il tarixli 1xx/xx/113420/14 saylı kredit müqaviləsi üzrə cavabdehdən 242.99 (iki yüz qırx iki manat, 99 qəpik) manat məbləğində əsas borc, 195.48 (yüz doxsan beş manat, 48 qəpik) manat məbləğində faiz borcu, 275.04 (iki yüz yetmiş beş manat, 04 qəpik) manat məbləğində cərimə borcu, 69.69 (altmış doqquz manat, 69 qəpik) manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, ümumilikdə isə 783.20 (yeddi yüz səksən üç manat, 20 qəpik) manat məbləğində pulun, 30 (otuz) manat dövlət rüsumunun ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankının xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdırki, QSC "xxxx" KB (bundan sonra – Bank) ilə Cavabdeh (bundan sonra – Cavabdeh) arasında 14 may 2014-cü il tarixində kredit verilməsi haqqında 1xx/xx/113420/14 saylı müqavilə (bundan sonra – Kredit Müqaviləsi) bağlanmış, həmin sənədlərə əsasən Bank tərəfindən Cavabdehə illik 25 (iyirmi beş) faiz ödənilməsi şərti ilə 24 (iyirmi dörd) ay müddətinə 560 (beş yüz altmış) manat məbləğində kredit verilmişdir. Lakin Cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində CavabdehinBanka 242.99 (iki yüz qırx iki manat, 99 qəpik) manat məbləğində əsas borc, 195.48 (yüz doxsan beş manat, 48 qəpik) manat məbləğində faiz borcu, 275.04 (iki yüz yetmiş beş manat, 04 qəpik) manat məbləğində cərimə borcu, 69.69 (altmış doqquz manat, 69 qəpik) manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, ümumilikdə isə 783.20 (yeddi yüz səksən üç manat, 20 qəpik) manat məbləğində borcu qalmışdır. Qeyd olunan hallarının nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbini müdafiə edərək, iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sənədlər: xx.xx.2014-ci il tarixli kredit müqaviləsindən görünür ki, "xxxx" QSC (Ləğv prosesindədir) tərəfindən Cavabdeh 24 ay müddətinə illik 25 faiz ödəmək şərtiilə 560 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əlavə olan ödəniş cədvəlinin məzmunundan görünür ki, "xxxx" QSC (Ləğv prosesindədir) ilə Cavabdeh arasında bağlanmış müqaviləyə görə əsas borc 560 manat məbləğində, 24 ay kredit müddəti müəyyən edilməklə hər ay üçün 28.89 manat ödəniş məbləği müəyyən edilmişdir. Maliyyə arayışının məzmunundan aydın olur ki, xx.xx.2014-ci il tarixli 1xx/xx/113420/14 saylı kredit müqaviləsi üzrə Banka 242.99 manat məbləğində əsas borc, 195.48 faiz borcu, 69.69 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği,275.04 manat cərimə məbləği,ümumilikdə isə 783.20 manat məbləği təşkil edir. Hesabdan çıxarış məlumatından görünür ki, Cavabdeh kredit müqaviləsi üzrə 560 manat məbləğində krediti təhvil almışdır. xx.xx.2022-ci il tarixli Bildirişin məzmunundan görünür ki, iddiaçı bank tərəfindən Cavabdeh olan borcu 783.20 manat məbləğində borcunun ödənilməsini tələb etmiş, əks halda məhkəməyə müraciət olunması barədə xəbərdar olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1 maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 443.7-ci maddəsinə əsasən əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.4-cü maddəsinə əsasən borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, tərəflər arasında xx.xx.2014-ci il tarixli kredit müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən iddiaçı 560 manat məbləğində krediti cavabdehə verməyi, cavabdeh isə həmin kredit məbləğini təhvil alaraq, aylıq ödənişlər etməklə geri qaytarmağı öhdəsinə götürmüşdür. Lakin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı müqavilə üzrə öz öhdəliklərini icra etsə də, cavabdeh müqavilə üzrə öhədliklərini lazimi qaydada və vaxtında icra etməmiş, bununla da, müqavilə şərtlərini pozmuşdur. Həmçinin, məhkəmədə tədqiq edilmiş sənədlər əsasında müəyyən edilmişdir ki,cavabdehin qeyd edilən kredit müqaviləsi üzrə qalıq borcu yaranmışdır. Bu halda, məhkəmə kredit müqaviləsi üzrə əsas və faiz borcunun hər birini ayrı-ayrılıqda nəzərdən keçirərək, hesab edir ki, iddia tələbi qeyd edilən hissədə təmin edilməlidir. Bununla yanaşı, məhkəmə hesab edir ki, iddiaçı cərimə borcunun tutulmasına dair tələb irəli sürərkən cərimə borcunun məbləği tənasübsüz surətdə yüksək hesablanmışdır. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə iddianın əsas borca hesablanmış 275.04 manat cərimə (dəbbə pulu) tələbi hissəsi ilə bağlı belə qənaətə gəlir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli, hesablanmış cərimə məbləği əsas borc məbləğinə mütənasib olmadığından azaldılmalı və 24 manat məbləğində müəyyən edilməli, həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin, məhkəmə iddia tələbinin müqavilə müddəti bitdikdən sonra hesablanmış faiz borcunun tutulması hissəsi ilə bağlı hesab edir ki, iddia tələbi qeyd edilən hissədə təmin edilməməlidir. Belə ki, mülki qanunvericiliyin tələbinə əsasən borclu şəxs təqsirli olaraq (qəsd və ya ehtiyatsızlıq formasında) vurduğu zərərə görə mülki hüquqi məsuliyyət daşıyır, borclu şəxs onun cavabdeh olmadığı hallara görə məsuliyyət daşımır. İndiki halda məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, qeyd edilən kredit müqaviləsi üzrə müqavilə müddəti bitdikdən sonra hazırki dövrə qədər olan müddətdə borcun ödənilməsinin gecikdirilməsinin məhz cavabdehin təqsiri (qəsd və ya ehtiyatsızlıq) nəticəsində baş verməsi halının müəyyən edilməsi mümkün olmamışdır. Belə ki, kredit müqaviləsi üzrə borcun ödənilməsinin cavabdehdən tələb edilməsi, habelə müvafiq Fərmana uyğun tədbir görülüməsi ilə bağlı banka müraciət etmək hüququnun olmasının izah edilməsinə dair bildirişin cavabdehə göndərilməsi və cavabdeh tərəfindən təhvil alması halı müəyyən edilməmişdir (hansı ki iddiaçı bank ləğvetmə prosesində olmuş və qeyd edilən məlumatın borc alan şəxsə çatdırılması zəruri olmuşdur), qeyd edilən halla bağlı yalnız xx.xx.2022-ci il tarixli bildiriş mövcud olmuşdur. Bu halda, məhkəmə gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu ilə bağlı hesab edir ki, borcun ödənilməsinin gecikdirilməsi məhz borclu şəxsin təqsiri nəticəsində baş verməlidir. İndiki halda isə müvafiq kredit müqaviləsi üzrə yaranmış qalıq borcun müqavilə müddəti bitdikdən sonra ödənilməsinin gecikdirilməsi halının məhz cavabdehin təqsiri nəticəsində baş verməsinin müəyyən edilməsi mümkün olmamışdır. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi qeyd edilən hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddia tələbinin 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutulması hissəsi ilə bağlı hesab edir ki, 30 manat məbləğində ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya öədnilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2014-ci il tarixli 1xx/xx/113420/14 saylı kredit müqaviləsi üzrə 242.99 manat məbləğində əsas borc, 195.48 manat faiz borcu, 24 manat cərimə borcu olmaqla, ümumilikdə isə 462.47 manat məbləğində borc pul vəsaiti və ödənilmiş 30 manat dövlət rüsümu tutularaq iddiaçı Ləğv Prosesində olan "xxxx" KB QSC-yə ödənilməli,iddia tələbi qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2014-ci il tarixli 1xx/xx/113420/14 saylı kredit müqaviləsi üzrə 242.99 manat məbləğində əsas borc, 195.48 manat faiz borcu, 24 manat cərimə borcu olmaqla, ümumilikdə isə 462.47 manat məbləğində borc pul vəsaiti və ödənilmiş 30 manat dövlət rüsümu tutularaq iddiaçı Ləğv Prosesində olan "xxxx" KB QSC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumunun qalan hisəssi iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə) Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Gülnar Əhmədova
Məhkəmə qərarları › İş №e-2(002)-3317/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-3317/2022
14.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver