Məhkəmə qərarları › İş №e-2(002)-3469/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №e-2(002)-3469/2023

13.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(002)-3469/2023 13.11.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Mirzəliyev Amil Rəfayıl oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbi barədə iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbi barədə iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2021-ci il tarixli 10051***-*******02L saylı kredit limiti müqaviləsinin ləğv edilməsi, Cavabdeh 23119,81 manat məbləğində əsas kredit borcunun, 1350,99 manat məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcunun, 15,25 manat məbləğində cərimənin, cəmi 24486,05 manat məbləğində pul vəsaitinin, həmçinin iddia qaldırılması üçün ödənilmiş 163,46 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəməyə elektron qaydada ərizə ünvanlayaraq mülki işə iddiaçı təşkilatın səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinin tələblərinə istinad edərək, mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin və Cavabdeh məhkəməyə ünvanladıqları xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, onlar icraatda olan hazırki mülki iş üzrə məhkəmə mübahisəsini barışıq sazişi ilə tamamlamaq barədə qarşılıqlı razılığa gəlmişlər. İmzalanmış barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş edirlər. Barışıq sazişinin məhkəmə tərəfindən təsdiq olunmasının qanunvericilikdə nəzərdə tutulmuş nəticələri (işin icraatına xitam verilməsi və eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilməməsi) onlara aydındır. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, tərəflər arasında bağlanmış 26 oktyabr 2023-cü il tarixli barışıq sazişi təsdiq edilərək iş üzrə icraata xitam verilməlidir. Belə ki, tərəflər arasında bağlanmış 26 oktyabr 2023-cü il tarixli Barışıq Sazişinə görə: “A. bundan sonra "Bank" adlandırılacaq iddiaçı "xxxx" ASC-nin adından etibarnamə üzrə nümayǝndəsi X1; B. bundan sonra "Borcalan" adlandırılacaq Cavabdeh Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin icraatında olan e-2(002)-3469/2023 nömrəli iş üzrə məhkəmə mübahisəsini barışıq sazişi ilə tamamlamaq üçün aşağıdakı şərtlərlə razılığa gəldilər:

1. Borcalan bankla bağladığı xx.xx.2021-ci il tarixli, 10051***-*******02L nömrəli əsas kredit limiti müqaviləsi üzrə 23 oktyabr 2023-cü il tarixə banka 23119,81 manat əsas borc, 1141,45 manat faiz borcu ve 28,66 manat cərimə olmaqla, cəmi 24289,92 manat (iyirmi dörd min iki yüz səksən doqquz manat doxsan iki qəpik) borcunun olduğunu qəbul və təsdiq edir.

2. Borcalan 24889,92 manat borcunu 26 noyabr 2023-ci ildən başlayaraq 26 sentyabr 2028-ci ilə qədər 59 (əlli doqquz) ay müddətində, həmin borc məbləğinə illik 16 % (on altı faiz) hesablanmaqla hissə-hissə (hər təqvim ayının 26-dan gec olmayaraq ayda 598 (beş yüz doxsan səkkiz) manat olmaqla banka ödəməyi öhdəsinə götürür.

3. Bu Saziş məhkəmə tərəfindən təsdiq olunduğu anda qüvvəyə minir və öhdəlik tam icra olunana qədər qüvvədədir.

4. Tərəflər bəyan edir ki, bu Sazişin məhkəmə tərəfindən təsdiq olunmasının qanunvericilikdə nəzərdə tutulmuş nəticələri (işin icraatına xitam verilməsi və eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilməməsi) onlara aydındır.

5. Saziş hər biri eyni hüquqi qüvvəyə malik olan 3 (üç) əsl nüsxədən ibarət tərtib olunmuşdur. Nüsxələrdən biri məhkəməyə təqdim olunur və digərləri hər birində bir nüsxə olmaqla tərəflərdə saxlanılır.

6. Tərəflər Sazişin şərtləri ilə tam razı olduqlarını və həmin şərtlərin onların həqiqi iradəsini ifadə etdiyini öz imzaları ilə təsdiq edirlər.” Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə müəyyən edir ki, tərəflər arasında mübahisə barışıq yolu ilə aradan qaldırılmışdır, barışıq sazişinin şərtləri tərəflərin və üçüncü şəxslərin mənafeyinə zidd deyildir. Odur ki, barışıq sazişi təsdiq edilərək mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 191, 261-262, 263-264 və 266- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:

Tərəflər arasında aşağıdakı məzmunda bağlanmış 26 oktyabr 2023-cü il tarixli Barışıq Sazişi təsdiq edilsin. “A. bundan sonra "Bank" adlandırılacaq iddiaçı "xxxx" ASC-nin adından etibarnamə üzrə nümayǝndəsi X1; B. bundan sonra "Borcalan" adlandırılacaq Cavabdeh Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin icraatında olan e-2(002)-3469/2023 nömrəli iş üzrə məhkəmə mübahisəsini barışıq sazişi ilə tamamlamaq üçün aşağıdakı şərtlərlə razılığa gəldilər:

1. Borcalan bankla bağladığı xx.xx.2021-ci il tarixli, 10051***-*******02L nömrəli əsas kredit limiti müqaviləsi üzrə 23 oktyabr 2023-cü il tarixə banka 23119,81 manat əsas borc, 1141,45 manat faiz borcu ve 28,66 manat cərimə olmaqla, cəmi 24289,92 manat (iyirmi dörd min iki yüz səksən doqquz manat doxsan iki qəpik) borcunun olduğunu qəbul və təsdiq edir.

2. Borcalan 24889,92 manat borcunu 26 noyabr 2023-ci ildən başlayaraq 26 sentyabr 2028-ci ilə qədər 59 (əlli doqquz) ay müddətində, həmin borc məbləğinə illik 16 % (on altı faiz) hesablanmaqla hissə-hissə (hər təqvim ayının 26-dan gec olmayaraq ayda 598 (beş yüz doxsan səkkiz) manat olmaqla banka ödəməyi öhdəsinə götürür.

3. Bu Saziş məhkəmə tərəfindən təsdiq olunduğu anda qüvvəyə minir və öhdəlik tam icra olunana qədər qüvvədədir.

4. Tərəflər bəyan edir ki, bu Sazişin məhkəmə tərəfindən təsdiq olunmasının qanunvericilikdə nəzərdə tutulmuş nəticələri (işin icraatına xitam verilməsi və eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilməməsi) onlara aydındır.

5. Saziş hər biri eyni hüquqi qüvvəyə malik olan 3 (üç) əsl nüsxədən ibarət tərtib olunmuşdur. Nüsxələrdən biri məhkəməyə təqdim olunur və digərləri hər birində bir nüsxə olmaqla tərəflərdə saxlanılır.

6. Tərəflər Sazişin şərtləri ilə tam razı olduqlarını və həmin şərtlərin onların həqiqi iradəsini ifadə etdiyini öz imzaları ilə təsdiq edirlər.” İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddiası barədə e-2(002)- 3469/2023 saylı mülki iş üzrə icraata xitam verilsin. Tərəflərə izah edilsin ki, Azərbaycan Respublikasının MPM-nin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər.

Hakim : Fuad Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar