Məhkəmə qərarları › İş №e-2(002)-348/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-348/2022

26.01.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-348/2022 26.01.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi, X5 oğlunun katibliyi, İddiaçı "xxxx" X1 nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə İddiaçı "xxxx" X1 Cavabdeh qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" X1 Cavabdeh oğluna qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" X2 vurulmuş maddi ziyandan qalıq olaraq qalan 591,60 (beş yüz doxsan bir manat 60 qəpik) manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırılmışdır ki, Cavabdeh 05.05.2020-ci il tarixdə Bakı şəhəri,Yasamal rayon ərazisində Ş.Mehdiyeva küçəsi ilə B.Vahabzadə küçəsinin kəsişməsində “X6 minik” markalı, **-MP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə yol nəqliyyat hadisəsi törətmiş və nəticədə "xxxx" X1 balansında olan 1 ədəd “H-9” tipli işıq dirəyini sıradan çıxardaraq müəssisələrinə 1685 (bir min altı yüz səksən beş) manat dəyərində maddi ziyan yetirmişdir.Hadisə ilə bağlı Bakı şəhər Yasamal RPİ-də 07 may 2020-ci il tarixdə “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərar qəbul etmişdir.Həmin qərara,Yasamal rayon DYPŞ-in əməkdaşı tərəfindən tərtib edilən İXP ******* saylı İnzibati xəta haqqında protokola və 27.05.2020-ci il tarixli,TP ******* saylı İnzibati tənbeh vermə haqqında qərara əsasən yol nəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxs “X6 minik” markalı, **-MP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Cavabdeh tanınmışdır.Cavabdeh tərəfindən idarə edilən “X6 minik” markalı,**-MP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülki məsuliyyətinin icbari sığortası "xxxx" ASC-də sığortalanmışdır.Bu səbəbdən "xxxx" ASC tərəfindən Bakı "xxxx" X1 bank hesabına mütənasib qaydada 1093,40 (bir min doxsan üç manat 40 qəpik) manat məbləğində sığorta ödənişi ödənilmişdir.Aşağıda göstərilənlərə əsasən,iddiasını qanuni və əsaslı sayaraq hesab edirlər ki,05.05.2020-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində müəssisələrinə dəymiş 1685 (bir min altı yüz səksən büş) manat məbləğində maddi ziyandan qalıq olaraq qalan 591,60 (beş yüz doxsan bir manat 60 qəpik) manat pul vəsaiti Cavabdeh tutularaq "xxxx" X2 ödənilməlidir.Cavabdeh maddi ziyanın ödənilməsi üçün Müəssisəsinə dəfələrlə dəvət edilsə də,gəlməməklə ödənişdən imtina etmişdir. Qeyd edilən halların nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İddiaçı "xxxx" X1 nümayəndəsi məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa və dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahat verərək, idida tələbini qəbul edərək, öz izahatında vurulmuş ziyanın məbləği ilə razı olduğunu, lakin onun narazı olduğu məsələnin iddiaçının vaxtında mürcaiət etməməsi ilə bağlı olduğunu, çünki o vaxt müraciət etsəydi, həmin pulu sığorta şirkəti ödəyəcəydi, indi isə onun həmin pulu ödəməyə imkanı yoxdur, yalnız hissə-hissə ödəyə bilər, bu halların nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq, hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş "xxxx" X4 tərəfindən tərtib edilmiş 05.05.2020-ci il tarixli aktın məzmunundan görünür ki, 05.05.2020-ci il tarixdə Yasamal rayonu Şəfayət Mehdiyeva küçəsi ilə Bəxtiyar Vahabzadə küçəsinin kəsişməsində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində,həmin ərazidə quraşdırılmış, H9MT işıq dirəyinə dəyən zərərin məbləği 1685 manatdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 05.05.2020-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan da görünür ki, yol nəqliyyat hadisəsi Yasamal rayonu Şəfayət Mehdiyeva küçəsi ilə Bəxtiyar Vahabzadə küçəsinin kəsişməsində yolun hərəkət istiqamətinin H.Cavid adına istirahət parkı istiqamətində olan və sağ tərəfində baş vermişdir.Hadisə yeri asfalt örtüklüdür.Hadisə yerinin sağ və sol tərəfi yaşayış binaları və iaşə obyektləri yerləşir.Hadisənin baş verməsinə səbəb sürücü Cavabdeh diqqətsizliyi olmuşdur.Belə ki o kəsişmədə olan “yol verin” nişanının tələblərinə riayət etməmişdir.Baxış zamanı hadisə yerində tormoz izləri,həmçinin iş üçün əhəmiyyət kəsb edəcək hər hansı əşya və ya predmet aşkar edilmədi.Hadisə zamanı yolun kənarında olan işıq dirəyinə zərər dəyməsi bildirilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 23.06.2021-ci il tarixli kompensasiya ödənişdən görünürki "xxxx" ASC-dən "xxxx" X1 hesabına 1093,4 manat ödəniş edilmişdir. İş materialalrında olan 06.07.2020-ci il tarixli Smetanın məzmunundan aydın olur ki, Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsində **-MP-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə vurulmuş dirəyin bərpasına sərf olunan xərclər- H9 met işıq dirəyi 1 ədəd, 987 manat, 250 Vt projektor 2 ədəd, 1 ədədinin qiyməti 349 manat olmaqla, cəmi 698 manat olduğu qeyd edilmişdir. İş materialalrında olan 10.12.2019-cu il tarixli aktın məzmunundan aydın olur ki, “X3 və İşıqlandırması” MMC tərəfindən “Bakı şəhəri İşığı” EŞM-in balansına təhvil verilmiş işıqlandırma sisteminin təhvil-təslim aktında H9 met işıq dirəyinin dəyəri 1 ədəd 1003 manat olduğu, 250 vt projektor 1 ədədi dəyəri 354 manat olduğu qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfüzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlildir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərər çəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə baxışında tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, Cavabdeh tərəfindən idarə olunan “X6 minik” markalı AZ **-MP-*** dövlət nömrə nişanlı avtomobil tərəfindən yol nəqliyyat hadisəsi törətmişdir. Həmçinin, məhkəmə araşdırması zamnaı müəyyən edilmidşir ki, cavabdeh tərəfindən törədilmiş yol-nəqliyyat hadisəsi nəticəsində "xxxx" X1 balansında olan 1 ədəd “H-9” tipli işıq dirəyinə və 2 əddə 250 vt projektora maddi ziyan vurulmuşdur. Həmçinin, iş materiallarından görünür ki, iddiaçının balansında olan qeyd edilən əmlaka vurulmuş maddi ziyanın ümumi məbləği 1685 manat olmaqla, həmin vurulmuş ziyanın məbləğindən 1093,40 manat məbləğində olan hissəsi sığorta şirkəti tərəfindən iddiaçıya ödənilmiş, 591,60 manat məbləği ödənilməmişdir. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh iddia tələbində qeyd edilən halları və vurulmuş ziyanın məbləği ilə razıdır. Bu halda, məhkəmə qeyd eidlən halları əsas götürərək, hesab edir ki, iddia tələbi əsaslı olmaqla, təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq, hesab edir ki, iddia təmin edilməli, Cavabdeh iddiaçı "xxxx" X2 məxsus əmlaka vurulmuş ziyanın əvəzi olaraq 591.6 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" X1 xeyrinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 119, 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh iddiaçı "xxxx" X2 məxsus əmlaka vurulmuş maddi ziyanın əvəzi kimi 591,60 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" X1 xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar