Məhkəmə qərarları › İş №e-2(002)-3503/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-3503/2023

22.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-3503/2023 22.12.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi, X7 oğlunun katibliyi ilə, Cavabdehnın iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. "xxxx" ASC ilə X5 arasında bağlanmış xx.xx.2020-ci il tarixli BPM**********07 saylı kredit müqaviləsinə əsasən, Azərbaycan Beynəlxalq Bankı ASC X3 42 ay müddətinə illik 20 faiz dərəcəsi ilə 2030 AZN məbləğində kredit verməyi, borcalan isə kredit məbləğini şərtləşdirilmiş qaydada geri qaytarmağı öhdəsinə götürmüşdür. Kredit müqaviləsi Əlavə olan ödəniş qrafikindən görünür ki, qeyd edilən kreditin aylıq ödəniş məbləği 67.6 manat təşkil edir.

2. "xxxx" ASC Problemli kreditlərin hüquqi tətbiqi departamentinin məhkəmələrlə İş Şöbəsi tərəfindən verilmiş Maliyyə arayışına əsasən, cavabdeh X2 xx.xx.2023-cü il tarixə “Azərbaycan Beynəlxalq Bankı ASC-yə xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən 620.69 AZN əsas; cəmi 620.69 AZN məbləğində borcu yaranmışdır.

3. Bakı şəghər Qaradağ rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli ölüm haqqında şəhadətnaməyə əsasən, X5 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir.

4. İşə əlavə edilmiş, xx.xx.2023-cü il tarixli 1316№-li Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 3 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinin məktubundan görünür ki, xx.xx.2020-ci il tarixində vəfat etmiş X2 vərəsəsi- Cavabdeh 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat ofisində xx.xx.2020-ci il tarixli, 2V/775 reyestr nömrəli “Qanun üzrə Vərəsəlik hüququ haqqında Şəhadətnamə” verilmişdir.

5. 3 saylı Bakı Asan Xidmət Mərkəzi Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli Qanun üzrə vərəsəlik haqqında şəhadətnaməyə əsasən, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X2 vərəsəsi: Cavabdeh, şəhadətnamə verilən miras əmlak: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi İdarəsinin Daşınmaz Əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşmasına (yüklülüyünə) dair Dövlət Reyestrindən xx.xx.2020-ci il tarixli, ********** nömrəli Arayışa və ƏMDK-in yanına DƏDRX-in Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2018 tarixdə X3 verilmiş **********36-05101-093003 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən Çıxarışa əsasən Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 57.2 kv/m olan mənzildən ibarətdir.

6. "xxxx" ASC tərəfindən X2 vərəsəsi Cavabdeh ünvanlanmış 6-2-22/2-23237/2023 nömrəli, xx.xx.2023-cü il tarixli bildiriş vərəqəsinin surətindən görünür ki, borcluya kredit müqaviləsi üzrə öhdəliklərini tam şəkildə 3 gün müddətinə ödəməsi tələb olunmuş, ödəmədiyi təqdirdə isə məhkəməyə müraciət olunacağı bildirilmişdir. İddia tələbi

7. İddiaçı "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X2 mirası qəbul etmiş vərəsəsi Cavabdeh "xxxx" ASC-nin xeyrinə xx.xx.2020-ci il tarixli, BPM**********07 saylı Kredit müqaviləsi üzrə ödənilməmiş 650.69 manat əsas borcun, ödənilmiş 30.00 manat dövlət rüsumunun və 0.40 manat xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddiaçı "xxxx" ASC iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 620.69 manat əsas borc və ödənilmiş 30 manat dövlət rüsumu və 0.40 qəpik xidmət haqqının cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddia ərizəsi belə əsaslandırılmışdır ki, "xxxx" ASC ilə X5 arasında xx.xx.2020-ci il tarixli, BPM**********07 saylı Kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən X3 42 ay müddətinə illik 20 faiz ödəmək şərtilə 2030 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış Kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. AZ-İİ №086009 saylı ölüm haqqında şəhadətnaməyə əsasən X5 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. 3 saylı Bakı “ASAN” xidmət mərkəzində notariat ofisinin xx.xx.2023-cü il tarixli, 1316 saylı məktubuna əsasən X2 mirası qəbul etmiş vərəsəsinin Cavabdeh olduğu müəyyən edilmişdir. Bankın Qaradağ filialı tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, X2 xx.xx.2023-cü ilədək banka ödənilməmiş 650.69 manat əsas borcu qalmışdır. Cavabdeh mərhum X1 qalmış mirası qəbul etməsinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədənkənar həlli üçün cavabdehə xx.xx.2023-cü il tarixində 6-2-22/2-23237/2023 nömrəli xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq sonuncu öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Bütün bunları nəzərə alaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir.

10. İddiaçı tələbin hüququ əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 443.1, 445.1, 445.2.1, 449.4, 741-ci maddələrinə istinad etmişdir. İddia tələbinə etiraz və qarşılıqlı iddia verilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları

11. İddiaçı "xxxx" ASC-in nümayəndəsi X4 və X6 məhkəmə iclaslarında iddia tələbini müdafiə etdiklərini bildirərək iddianın təmin edilməsini xahiş etmişlər.

12. İddiaçı "xxxx" ASC tərəfindən məhkəməyə elektron ərizə ünvanlanaraq məhkəmə baxış iclasının bankın nümayəndəsinin iştirakı olmadan keçirilməsi xahiş edilmişdir.

13. Cavabdeh məhkəmə iclaslarında izahat verərək borcunu qəbul etdiyini, son ödənişinin nəzərə alınaraq iddia tələbinin həcminin azaldıldığını, həmin məbləği qəbul etdiyini, hər hansı ekspertizanın keçirilməsinə zərurət olmadığını, iddia təmin edilərsə hər ay 50 manat ödəniş edə biləcəyini bildirmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsinin:

14. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

15. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.

16. 443.1 maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.

17. 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

18. 448.2-ci maddəsinə görə, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

19. 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar.

20. 1255-ci maddəsinə əsasən, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

21. 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.

22. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır.

23. 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

24. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

25. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

26. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

27. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

28. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

29. 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Əsaslandırma

30. İddia əsaslıdır.

31. Belə ki, işin mübahisəsiz halları bundan ibarətdir ki, iddiaçı "xxxx" ASC ilə cavabdeh X5 arasında kredit müqaviləsi bağlanmışdır, həmin müqavilə etibarlıdır. İddiaçı bank tərəfindən müqaviləyə əsasən cavabdehə 2030 manat kredit verilmiş, cavabdeh qeyd edilən məbləğdə kredit məbləğini 42 ay müddətində illik 20 faiz dərəcəsi ilə iddiaçı banka hər ay 67.6 manat ödəniş etməklə qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh X5 xx.xx.2020ci il tarixində vəfat etmiş və onun vərəsəsi Cavabdeh 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat ofisində xx.xx.2020-ci il tarixli, 2V/775 reyestr nömrəli “Qanun üzrə Vərəsəlik hüququ haqqında Şəhadətnamə” verilmiş, eyni zamanda cavabdeh məhkəmə araşdırması zamanı tələbi qəbul etdiyini qeyd etmiş və son ödənişlərin nəzərə alınmasını xahiş etmişdir. "xxxx" ASC pretenziya qaydasına riayət edərək, mərhum X2 oğlu, Cavabdeh borcu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. İşdə olan sənədlərdən aydın olur ki, cavabdeh öhdəliyi icra etməmiş, iddiaçıya olan qalıq kredit borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Bununla da müqavilənin şərtləri pozulmuşdur.

32. Bununla yanaşı, məhkəmə araşdırması gedişində cavabdeh tərəfindən kredit müqaviləsi üzrə ödəniş həyata keçirilməklə müvafiq ödəniş qəbzi təqdim edilmiş, iddiaçı tərəfindən həmin ödənişlər nəzərə alınmaqla yeni hesabdan çıxarış sənədi verilmişdir. İşə əlavə edilmiş xx.xx.2023-cü il tarixli həmin hesabdan çıxarışdan görünür ki, borclu tərəfindən kredit borcu üzrə sonuncu ödəniş xx.xx.2023-cü il tarixdə həyata keçirilməklə həmin tarixə qeyd edilən müqavilə üzrə əsas borcu 620.59 manat təşkil edir. Həmçinin, cavabdeh tərəfindən borcun qeyd edilən məbləğinə dair heç bir etiraz və etirazın əsaslarına dair heç bir sübut məhkəməyə təqdim edilməmişdir.

33. Beləliklə, borclunun vərəsəsinə ünvanlanmış pretenziya məktubunda tələb edilən məbləğ 650,69 manat olmuş, cavabdeh məhkəmə araşdırması zamanı 30 manat ödəniş etdiyi üçün tələb azaldılaraq 620,69 manat tələb edilmişdir. Ona görə də məhkəmə göstərilənləri əsas götürərək, cavabdehin kredit müqaviləsi üzrə yaranmış borcunun aşkar olduğunu nəzərə alaraq hesab edir ki, cavabdehin miras payına münasib olmaqla iddia tələbi təmin olunmalıdır.

34. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 16 oktyabr 2020-ci il tarixli qərarının məzmunundan aydın olur ki, Mülki Məcəllənin mirasın qəbulu qaydasını müəyyənləşdirən 1243-cü maddəsinə uyğun olaraq, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir....Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır (Mülki Məcəllənin 1255-ci maddəsi). Mirasın qəbulu şəxsin iradəsi ilə bağlı olan hüquqi hərəkət olmaqla, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə razılığın ifadə edilməsidir. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur....Mirasın formal və qeyri-formal üsulla qəbul edilməsindən asılı olmayaraq, mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Bu isə onu göstərir ki, miras qoyanın kreditoru mənafelərinin təmin edilməsi məqsədi ilə tələb hüququnu mirası faktiki qəbul etmiş vərəsələrə qarşı da irəli sürə bilər. 04 iyun 2018ci il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarının məzmunundan aydın olur ki, vərəsələrin məsuliyyətinin həddi ilə bağlı qeyd olunmalıdır ki, miras qoyanın borcuna görə vərəsələrin məsuliyyəti mirasın həcmi ilə məhdudlaşır. Belə ki, Mülki Məcəllənin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar.

35. Bundan əlavə, iş materiallarından görünür ki, iddiaçı tərəfindən 30,40 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu halda məhkəmə hesab edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən iddia təmin edildiyindən və iddiaçının rüsumla bağlı tələbi olduğu üçün hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

36. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh borclu olduğu 620.69 manat məbləğində pul vəsaiti və 30,40 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.

37. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq

QƏT ETDİ:

İddia təmin edilsin. Cavabdeh 620.69 manat məbləğində pul vəsaiti və 30.4 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq iddiaçı "xxxx" ASC-in xeyrinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, elektron qaydada, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Gülnar Aslanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar