Məhkəmə qərarları › İş №e-2(002)-36/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-36/2024

24.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-36/2024 24.12.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" BOKT MMC-nin Cavabdeh qarşı «kredit müqaviləsinin ləğvi, kredit borcu və ona hesablanmış faizin ödənilməsi, tələbin ipoteka predmetinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, borcun əmlakın satılması nəticəsində əldə edilmiş vəsait hesabına ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Qaradağ rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" BOKT MMC Cavabdeh qarşı «kredit müqaviləsinin ləğvi, kredit borcu və ona hesablanmış faizin ödənilməsi, tələbin ipoteka predmetinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, borcun əmlakın satılması nəticəsində əldə edilmiş vəsait hesabına ödənilməsi və əmlakın boşaldılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli 2020/00759 saylı kredit müqaviləsinin ləğv edilməsi; Cavabdeh iddiaçı "xxxx" BOKT MMCnin xeyrinə xx.xx.2020-ci il tarixli 2020/00759 saylı kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə ümumilikdə 33.094,54 manat məbləğində (14.510,50 manat əsas borc, 7.499,04 manat faiz və 11.085 manat dəbbə) pul vəsaiti və ödənilmiş 190 manat dövlət rüsumunun tutulması; tələbin Cavabdeh məxsus olan ipoteka predmeti Bakı şəhəri Qaradağ rayonu Ələt qəsəbəsi ünvan 1 ünvanda 5 mərtəbəli binanın 3-cü mərtəbəsində yerləşən, 61,52 m2 ümumi, 35,72 m2 yaşayış sahəsindən ibarət 3 otaqlı 9 nömrəli mənzilə yönəldilməsi; həmin mənzilin açıq hərracdan satılması; onun satışından əldə olunmuş pul vəsaitinin hesabına ümumilikdə 33.094,54 manat məbləğində (14.510,50 manat əsas borc, 7.499,04 manat faiz və 11.085 manat dəbbə) pul vəsaiti və ödənilmiş 190 manat dövlət rüsumunun iddiaçı "xxxx" BOKT MMC-nin xeyrinə ödənilməsi; ipoteka predmeti açıq hərracda satıldıqdan sonra cavabdehin və ailə üzvlərinin ən geci 1 ay ərzində ipoteka predmeti olan əmlakdan əşyaları ilə birlikdə çıxarılmaları və istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 24 dekabr 2024-cü il tarixli, e-2(002)- 36/2024 saylı qərardadı ilə iş üzrə icraata «ipoteka predmeti açıq hərracda satıldıqdan sonra cavabdehin və ailə üzvlərinin ən geci 1 ay ərzində ipoteka predmeti olan əmlakdan əşyaları ilə birlikdə çıxarılmaları və istifadə hüququna xitam verilməsi» tələbinə dair hissədə xitam verilmişdir. İddiaçı "xxxx" BOKT MMC iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" BOKT MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli 2020/00759 saylı kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə şəxsi məqsədləri üçün 32 % olmaqla 36 ay müddətinə 15.000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh məxsus Bakı şəhəri Qaradağ rayonu Ələt qəsəbəsi ünvan 1 ünvanda 5 mərtəbəli binanın 3-cü mərtəbəsində yerləşən, 61,52 m2 ümumi, 35,72 m2 yaşayış sahəsindən ibarət 3 otaqlı 9 nömrəli mənzil (ƏMDK-nın yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş **********35-05101-093048 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış) ipoteka predmeti kimi BOKT-ya təqdim edilmiş və bu barədə xx.xx.2020-ci il tarixli 2020/00759-İP nömrəli ipoteka müqaviləsi bağlanmışdır. Lakin cavabdeh tərəfindən kredit müqaviləsi üzrə öhdəliklər lazımınca icra edilməmişdir. İddiaçı tərəfindən dəfələrlə edilən şifahi və yazılı xəbərdarlığa baxmayaraq cavabdeh tərəfindən kredit öhdəliyi yerinə yetirilməmişdir. Belə ki, xx.xx.2020-ci il tarixli 2020/00759 nömrəli kredit müqaviləsi üzrə ümumilikdə 33.094,54 manat məbləğində (14.510,50 manat əsas borc, 7.499,04 manat faiz və 11.085 manat dəbbə) borc yaranmışdır. Bu səbəbdən də, iddiaçı tərəfindən «İpoteka haqqında» Azərbaycan Respublikasının Qanununun tələbinə uyğun olaraq ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra qeydinin verilməsi üçün Bakı şəhər 8 saylı notariat ofisinə ərizə ilə müraciət etmişdir və xüsusi notarius tərəfindən ərizə təmin edilərək xx.xx.2022-ci il tarixdə 8İ-6791 reyestr nömrəli icra qeydi verilərək aidiyyatı üzrə icra orqanına göndərilmişdir. İpoteka predmetinə tutma yönəldilərək əmlakın satılması üçün açıq hərraca çıxarılmışdır. Görülən tədbirlərlə razılaşmayan cavabdeh tərəfində icra qeydinin ləğvi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin (hakim Fuad Hüseynov) tərəfindən iddia tələbi qismən təmin edilərək, sözügedən icra qeydinin ləğvi barədə xx.xx.2023-cü il tarixli 2(002)- 107/2023 saylı qətnamə qəbul edilmişdir. Qanunvericiliyə əsasən sözü gedən qətnamənin qəbul edilməsinə görə cavabdehdən kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququndan istifadə etmişlər. İddiaçının nümayəndəsi Nümayəndə xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilərək, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə qeyd edilənlərə əsasən mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini qəbul etmədi və məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş 28 fevral 2020-ci il tarixli 2020/00759 saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh "xxxx" BOKT MMC-dən 36 ay müddətinə illik 32 % dərəcəsi ilə 15.000 manat məbləğində kredit almışdır. Məhkəməyə təqdim olunmuş 17 fevral 2023-cü il tarixli 1304 saylı maliyyə arayışında qeyd olunmuşdur ki, borc alanın kredit müqaviləsi üzrə həmin tarixə 14.510,50 manat əsas borc, 7.499,04 manat faiz və 11.085 manat cərimə olmaqla, cəmi 33.094,54 manat borcu mövcuddur. Mülki işə obyektiv, tam və ədalətli hüquqi qiymət verilməsi üçün məhkəmənin qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspert qarşısında cavablandırılması zəruri olan suallar qoyulmuşdur. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/6841 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan hesabdan çıxarış məlumatlarına əsasən, Cavabdeh ilə "xxxx" BOKT MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli 2020/00759 saylı kredit müqaviləsi üzrə kreditora ödənilməli olan kredit borcu aşağıdakı kimi müəyyən olunur: xx.xx.2023-cü il tarixə: Əsas borc üzrə – 14.443 manat; Faiz üzrə – 6.873,89 manat. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İş materiallarında olan sənədlərdən göründüyü kimi, Cavabdeh yuxarıda qeyd edilən kredit müqaviləsi üzrə iddiaçıdan kredit almış, ayrılmış kredit məbləğinin ödəniş planına əsasən qaytarılmasını təmin etməsinə dair iddiaçı qarşısında öhdəlik götürmüş, lakin ödənişləri vaxtıvaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir. xx.xx.2020-ci il tarixli ipoteka müqaviləsindən görünür ki, yuxarıda qeyd olunan kredit müqaviləsi üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə Cavabdeh iddiaçı ilə ipoteka müqaviləsi bağlayaraq, mülkiyyətində olan Bakı şəhəri Qaradağ rayonu Ələt qəsəbəsi ünvan 1 ünvanda 5 mərtəbəli binanın 3-cü mərtəbəsində yerləşən, 61,52 m2 ümumi, 35,72 m2 yaşayış sahəsindən ibarət 3 otaqlı 9 nömrəli mənzilini BOKT-yə ipoteka qoymuşdur. İpoteka müqaviləsi qanunla müəyyən edilmiş notariat qaydasında təsdiq edilmişdir. Müqavilənin 2.3-cü bəndinə əsasən ipoteka predmetinin həmin dövrə bazar dəyəri 30.000 manat həddində müəyyən edilmişdir. Azərbaycan Respublikası ƏMDX DƏDK və Reyestri PHŞ-nın Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 04 mart 2020-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, mənzilin ipoteka yüklülüyü daşınmaz əmlakın dövlət reyestrində 2993 saylı reyestr kitabının 279412 saylı vərəqində qeydiyyata alınmışdır. Məhkəmənin qərardadı ilə iş üzrə məhkəmə-qiymətləndirmə ekspertizası təyin edilmiş, ekspertizanın aparılması "xxxx" MMC-yə həvalə edilmiş, ekspert qarşısında müvafiq sual qoyulmuşdur. İş materiallarına əlavə olunmuş "xxxx" MMC-nin 24 iyul 2023-cü il tarixli daşınmaz əmlakın qiymətləndirilməsi barədə hesabatından görünür ki, ipoteka predmeti olan mənzilin həmin tarixə likvid dəyəri 50.000 manat təşkil edir. Qiymətləndirmə xərci 350 manat təşkil etmişdir. Bildirişdən görünür ki, iddiaçı pretenziya qaydasına riayət edərək, borcun ödənilməsini cavabdehdən tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. Ödəniş qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün 190 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, tərəflər arasında bağlanmış xx.xx.2020ci il tarixli 2020/00759 saylı kredit müqaviləsi ləğv edilməli; 2020/00759 saylı kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə olan 14.443 manat əsas borc, 6.873,89 manat faiz və 200 manat dəbbə pulu olmaqla, cəmi 21.516,89 manat və iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 154,55 manat dövlət rüsumu Cavabdeh iddiaçı "xxxx" BOKT MMC-nin xeyrinə tutulmalı; tələb Cavabdeh məxsus olan Bakı şəhəri Qaradağ rayonu Ələt qəsəbəsi ünvan 1 ünvanda 5 mərtəbəli binanın 3-cü mərtəbəsində yerləşən, 61,52 m2 ümumi, 35,72 m2 yaşayış sahəsindən ibarət 3 otaqlı 9 nömrəli mənzilə yönəldilməli; mənzilin ilkin satış qiyməti (likvid dəyəri) 50.000 manat müəyyən edilməli; həmin mənzil açıq hərracdan satılmalı; mənzilin hərracdan satışından əldə olunan vəsait hesabına borc məbləği "xxxx" BOKT MMC-yə ödənilməli; satışdan əldə olunmuş vəsaitin qətnamənin icrasından sonra artıq qalan hissəsi Cavabdeh qaytarılmalıdır. Aparılmış ekspertiza tədqiqatına görə 50 manat xərc Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilməlidir. 350 manat qiymətləndirmə xərci Cavabdeh tutularaq "xxxx" MMC-yə ödənilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Belə ki, iddiaçı dəbbə pulunun tutulmasına dair tələb irəli sürərkən, dəbbə pulunun məbləği tənasübsüz surətdə yüksək hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, 200 manat məbləğində dəbbə pulunun tutulması ədalətli olmaqla yanaşı, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri qorunmuş olur. Digər tərəfdən, əsas borcun və faizin tutulması ilə yanaşı, qeyd olunan məbləğdə dəbbə pulunun tutulması iddiaçıya dəymiş real zərəri kompensasiya edir. Məhkəmə həmçinin hesab edir ki, ipoteka predmetinin satışından əldə olunan vəsait hesabına cavabdehin iddiaçı qarşısında öhdəlikləri icra edildikdən sonra qalan məbləğin cavabdehə qaytarılmasına dair göstərişin qətnamədə yer alması, digər sözlə ifadə etdikdə məhkəmə tərəfindən qətnamənin icra qaydasının müəyyən edilməsi zəruridir. Çünki, ipoteka predmetinin satışından əldə ediləcək vəsaitin borcun ödənilməsindən sonra artıq qalacaq hissəsinin müqəddəratına müvafiq hüquqi qiymət verilməlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 nömrəli qərarında məhkəmələrə izah edilmişdir ki, məhkəmə tərəfindən qətnamənin icra qaydası qanunun tələbindən və işin hallarından asılı olaraq müəyyən olunur. Əgər məhkəmə öz qətnaməsinin icrası üçün bu və ya digər qaydanı tətbiq etməyi məqsədəuyğun hesab edirsə və yaxud həmin qayda qanuna əsasən tətbiq edilməlidirsə, qətnamənin mətnində onun icra qaydası da müəyyənləşdirilməlidir. Bu səbəbdən, Azərbaycan Respublikası MPM-in 220.6-cı maddəsinin tələbləri baxımından yuxarıda qeyd olunan göstəriş qətnamənin nəticə hissəsində yer almalıdır və bu, qətnamənin icrası üçün məqsədəuyğun olmaqla, iddia tələblərindən kənara çıxma kimi qiymətləndirilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 2020/00759 saylı kredit müqaviləsi ləğv edilsin. 2020/00759 saylı kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə olan 14.443 manat əsas borc, 6.873,89 manat faiz və 200 manat dəbbə pulu olmaqla, cəmi 21.516,89 manat və iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 154,55 manat dövlət rüsumu Cavabdeh iddiaçı "xxxx" BOKT MMC-nin xeyrinə tutulsun. Tələb Cavabdeh məxsus olan Bakı şəhəri Qaradağ rayonu Ələt qəsəbəsi ünvan 1 ünvanda 5 mərtəbəli binanın 3-cü mərtəbəsində yerləşən, 61,52 m2 ümumi, 35,72 m2 yaşayış sahəsindən ibarət 3 otaqlı 9 nömrəli mənzilə yönəldilsin. Mənzilin ilkin satış qiyməti (likvid dəyəri) 50.000 manat müəyyən edilsin. Həmin mənzil açıq hərracdan satılsın. Mənzilin hərracdan satışından əldə olunan vəsait hesabına borc məbləği "xxxx" BOKT MMC-yə ödənilsin. Satışdan əldə olunmuş vəsaitin qətnamənin icrasından sonra artıq qalan hissəsi Cavabdeh qaytarılsın. Aparılmış ekspertiza tədqiqatına görə 50 manat xərc Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilsin. 350 manat qiymətləndirmə xərci Cavabdeh tutularaq "xxxx" MMC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar