Məhkəmə qərarları › İş №e-2(002)-3613/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-3613/2022

28.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-3613/2022 28.12.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Mirzəliyev Amil Rəfayıl oğlunun katibliyi ilə, iddiaçı Bank VTB (Azərbaycan) ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbi barədə iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Bank VTB (Azərbaycan) ASC Cavabdeh qarşı borcun tutulması tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, Bank VTB (Azərbaycan) ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 140552-CNS-14782/2 nömrəli "xxxx"nə əsasən 12 sentyabr 2022-ci il tarixə 2980,05 manat əsas borc, 13,83 manat faiz borcu olmaqla, ümumilikdə 2993,88 manat məbləğində borc pulun, 49,94 manat dövlət rüsumunun və 0,40 manat xidmət haqqının Cavabdeh iddiaçı Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 140552-CNS-14782 nömrəli "xxxx"nə əsasən cavabdehə istehlak məqsədilə illik 22 faiz hesablanması şərti ilə 36 ay müddətinə 5500 ABŞ dolları məbləğində kredit verilmişdir. İddiaçı təşkilat ilə cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli 140552-CNS-14782 nömrəli "xxxx"nə dəyişiklik və əlavələr edilməsi barədə xx.xx.2015-ci il tarixli 01 saylı razılaşmaya əsasən cavabdehin 07 avqust 2015-ci il tarixə mövcud olan borcu kapitallaşdırılaraq 5910,53 ABŞ dolları məbləğində müəyyən edilmiş və cavabdeh həmin borcu 45 ay müddətinə, yəni xx.xx.2019-cu il tarixədək qaytarmağı və kreditdən istifadəyə görə illik 22% ödəməyi öhdəsinə götürmüşdür. Cavabdehin xx.xx.2014-cü il tarixli 140552-CNS-14782 nömrəli "xxxx" və həmin müqaviləyə dəyişiklik və əlavələr edilməsi barədə xx.xx.2015-ci il tarixli 01 saylı razılaşma üzrə banka olan əsas kredit borcunun “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanı ilə əlaqədar olaraq restruktruzasiya edilməsi məqsədilə bank ilə cavabdeh arasında xx.xx.2019-cu il tarixli 140552-CNS-14782/2 nömrəli "xxxx" bağlanmışdır. Həmin müqaviləyə əsasən kreditin məbləği 5053,96 manat məbləğində müəyyən edilmiş və cavabdeh həmin kredit məbləğini illik 1 (bir) faiz hesablanması şərti ilə 60 (altmış) ay müddətinə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin borclu öz üzərinə götürdüyü kredit öhdəliklərini xx.xx.2022ci il tarixdən lazımınca icra etməmiş və nəticədə cavabdehin banka xx.xx.2022-ci il tarixə 2980,05 məbləğində əsas borc, 13,83 məbləğində faiz borcu, ümumilikdə 2993,88 manat məbləğində borcu qalmışdır. Cavabdehə edilmiş xəbərdarlıqlar nəticə verməmiş, mübahisənin məhkəmədənkənar həlli mümkün olmamış, iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hazırda o, məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş edir. Cavabdeh Azərbaycan Respublikası MPM-nin 284-5.1 və 284-5.2-ci maddələrinə əsasən ona göndərilmiş rəsmi bildirişlə bağlı müəyyən edilmiş qaydada iddiaya qarşı hər hansı əsaslandırılmış yazılı etiraz bildirməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 284-5ci maddəsinə əsasən, iddia ərizəsinə təqdim edilmiş sənədlər əsasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab edir. Məhkəmə, iş materiallarında olan sübutları tədqiq edərək belə qənaətə gəlir ki, aşağıdakı əsaslara görə iddia əsaslı hesab edilərək təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2014-cü il tarixli, 140552-CNS-14782 nömrəli "xxxx"ndən görünür ki, Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış həmin müqavilə əsasında Bank VTB (Azərbaycan) ASC Cavabdeh 36 ay müddətinə illik 22% ödəmək şərti ilə 5500 manat məbləğində kredit vermiş, xx.xx.2014-cü il tarixli 140552-CNS-14782 nömrəli "xxxx"nə dəyişiklik və əlavələr edilməsi barədə xx.xx.2015-ci il tarixli 01 saylı razılaşmaya əsasən cavabdehin 07 avqust 2015-ci il tarixə mövcud olan borcu kapitallaşdırılaraq 5910,53 ABŞ dolları məbləğində müəyyən edilmiş və cavabdeh həmin borcu 45 ay müddətinə, yəni xx.xx.2019-cu il tarixədək qaytarmağı və keditdən istifadəyə görə illik 22% ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2019-cu il tarixli 140552-CNS-14782/2 nömrəli "xxxx"ndən və ödəniş cədvəlindən görünür ki, restrukturizasiya məqsədilə Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış həmin müqavilə əsasında Bank VTB (Azərbaycan) ASC Cavabdeh 60 ay müddətinə illik 1% ödəmək şərti ilə 5053,96 manat məbləğində kredit vermişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, kredit müqaviləsi üzrə borclu Cavabdeh banka 2980,05 manat məbləğində əsas borcu, 13,83 manat məbləğində faiz borcu olmaqla, cəmi 2993,88 manat məbləğində borcu vardır. Məhkəmə iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək müəyyən edir ki, iddia əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Sadalanan hüquq normalarının tələblərinə əsasən məhkəmə müəyyən edir ki, cavabdeh iddiaçı təşkilatdan aldığı kredit üzrə əsas borcu, faiz məbləğini iddiaçıya ödəməli olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin cavabdeh müqavilə öhdəliklərini icra etməyərək, iddiaçı təşkilat qarşısında həmin pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də əsas borc, faiz borcu tələbləri barədə iddia əsaslı hesab olunmalıdır. Məhkəmə iddianın dövlət rüsumunun və bank xidməti haqqının cavabdehdən tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, həmin tələb də təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220, 284- 1 - 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli 140552-CNS-14782/2 nömrəli "xxxx" üzrə 2980,05 manat əsas borc, 13,83 manat faiz borcu olmaqla, ümumilikdə 2993,88 manat məbləğində borc pul vəsaiti, 49,94 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı tutularaq iddiaçı Bank VTB (Azərbaycan) ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar