Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-3646/2025 26.11.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi ilə Məhkəmə iclas katibi Məcidli Aysel Əli qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 24 iyun 2019-cu il tarixli MBNP ***- *******FİMSA(B)240619-01 nömrəli kredit müqaviləsi üzrə banka ödənilməmiş cəmi 3.334,70 (üç min üç yüz otuz dörd manat 70 qəpik) manat məbləğində borcun-bundan 3.194,34 (üç min yüz doxsan dörd manat 34 qəpik) manat əsas borcun və 140,36 (bir yüz qırx manat 36 qəpik) manat kredit müqaviləsinin müddəti bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5%-lə əsas borca hesablanmış faiz borcunun və iş üzrə ödənilmiş 53.35 (əlli üç manat 35 qəpik) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1birgə qaydada tutularaq ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı «Bank VTB (Azərbaycan)» ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin 28 may filialı ilə Cavabdeh2 arasında “Azərbaycan Respublikasında Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına uyğun olaraq bağlanmış 24 iyun 2019-cu il tarixli MBNP ***-*******FİMSA(B)240619-01nömrəli kredit müqaviləsinə əsasən 17 oktyabr 2014-cü il tarixli 03-MK/0923 nömrəli kredit müqaviləsi üzrə əsas borc məbləğinin restrukturizasiyası məqsədilə Cavabdeh2 5 il müddətinə, illik 1 (bir) faiz dərəcəsi ilə 3.458,70 (üç min dörd yüz əlli səkkiz manat 70 qəpik) manat məbləğində güzəştli şərtlərlə kredit verilmişdir. Cavabdeh2 kredit verilərkən bank ilə Cavabdeh1 arasında 24 iyun 2019-cu il tarixli MBNP ***- *******FİMSA(B)240619-01/ZM/2Zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin 2.2-ci bəndinə əsasən zamin durmuş şəxs borc alanın kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi və ya lazımınca yerinə yetirmədiyi nəticəsində əmələ gələn faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və bununla əlaqədar digər zərərin əvəzinin ödənilməsinə görə bank qarşısında borcalanla eyni həcmdə məsuliyyət daşıyır. Kredit müqaviləsinin 1.1 və 2.4.4-cü bəndlərinə əsasən Cavabdeh2 kredit müqaviləsi ilə müəyyən edilmiş müddətdə və qaydada kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə bank qarşısında öhdəlik götürsə də, o, bu öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Bu səbəbdən də Cavabdeh2 24 iyun 2019-cu il tarixli MBNP ***-*******FİMSA(B)240619-01 nömrəli kredit müqaviləsi üzrə 13 may2025-ci il tarixə banka ödənilməmiş cəmi 3.334,70 (üç min üç yüz otuz dörd manat 70 qəpik) manat məbləğində borcu vardır. Bundan 3.194,34 (üç min yüz doxsan dörd manat 34 qəpik) manat əsas borc və 140,36 (bir yüz qırx manat 36 qəpik) manat kredit müqaviləsinin müddəti bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenumqərarına əsasən illik 5%-lə əsas borca hesablanmış faiz borcu təşkil edir. Bank tərəfindən kredit borcunun qaytarılması tələbi ilə cavabdehlərə bir neçə dəfə şifahi müraciət olunmasına və 16 may 2025-ci il tarixli 12-5/2-B-41-8313/2025 nömrəli bildirişlə isə yazılı qaydada müraciət edilməsinə baxmayaraq cavabdehlər kredit borcunun banka qaytarılmasını təmin etməmişlər. Göründüyü kimi bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. İddiaçı ASC-nin nümayəndəsi X2 məhkəmə iclasında izahatında iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh1 oğlu bildirdi ki, müqavilə fərmana uyğun olaraq bağlanılıb. 5 ilə 18 faiz kredit verilib. Məhkəmədən qanuni qərar qəbul olunmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh2 bildirdi ki, məbləğdən narazı deyil, amma ayda 100 manat ödəyər. Məhkəmə iddiaçı tərəfindən tələb edilən borc məbləğini nəzərdən keçirib, o cümlədən iddiaçı tərəfindən ərizəyə əlavə edilən və cavabdehlərin borcunu əks etdirən maliyyə arayışını əsas götürüb, hesab edir ki, iddia tələbi təmin olunmalıdır. İş materiallarına əlavə olunmuş İddiaçı ASC və Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli MBNP ***-*******FİMSA(B)240619-01 nömrəli kredit müqaviləsinə əsasən borcverən borcalanın öhdəliklərinin icra edilməməsi və ya lazımınca icra edilməməsi səbəbindən yaranmış(ödənilməmiş) borclarının geri qaytarılmasının təmin edilməsi məqsədi ilə borcun qaytarılmasını üçüncü şəxslərə tapşırmaq və bu məqsədlə qanunvericilkdə nəzərdə tutulmuş müvafiq tədbirlərin həyata keçirilməsi üçün (məhkəmə instansiyalarına/ orqanlarına müraciət) borcalana aild olan məlumatları həmin şəxslərə təqdim etmək, bu işlərin aparılmasına görə həmin şəxslərə ödənilən xərclər və yaxud çəkilən(çəkiolməli olan) məsrəfləri borcalandan tələb etmək (tutmaq\almaq) hüququna malikdir. İş materiallarına əlavə olunmuş İddiaçı ASC və Cavabdeh1 arasında bağlanmış 24 iyun 2019cu il tarixli MBNP ***-*******FİMSA(B)240619-01/ZM/2 nömrəli Zaminlik müqaviləsinin 2.2-ci bəndinə əsasən zamin durmuş şəxs borc alanın kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi və ya lazımınca yerinə yetirmədiyi nəticəsində əmələ gələn faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və bununla əlaqədar digər zərərin əvəzinin ödənilməsinə görə bank qarşısında borcalanla eyni həcmdə məsuliyyət daşıyır. İş materiallarına əlavə olunmuş 16 may2025-ci il tarixli bildirişdən görünür ki, İddiaçı ASC pretenziya qaydasına riayət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 borcu ödəmələrini tələb etmiş, əks təqdirdə borcun ödənilməsi barədə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2019-cu il tarixli ödəniş cədvəlindən görünür ki,Cavabdeh2 iddiaçı banka 3.458,70 (üç min dörd yüz əlli səkkiz manat 70 qəpik) manat krediti 60 ay müddətinə, illik 1% dərəcəsi ilə, ilk 12 ay 2,88 manat, 12 ay bitdikdən sonra hər ay 73,52 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2019-cu il tarixli MBNP ***-*******FİMSA(B)240619-01 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixinə 3194,34 manat əsas borc, 140,36 manat faiz borcu olmaqla, cəmi 3334,70 manat borc mövcuddur. Cavabdehlər isə məhkəmə iclasının vaxtı və yeri barəsində qanunla müəyyən edilmiş qaydada xəbərdar edilərək, məlumatlı olmasına baxmayaraq məhkəmə iclaslarına gəlməmiş və iddia tələbinə münasibətini bildirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 328.1-ci maddəsinin tələbinə görə, əgər tərəflər hüquq və vəzifələrin əmələ gəlməsini baş verib-verməyəcəyi məlum olmayan hallardan asılı etmişlərsə, əqd şərtlə bağlanmış sayılır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehlərdir. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 474.2-ci maddəsinə əsasən zamin kreditorun tələbini ödəyənədək bu barədə borclunu xəbərdar etməyə, zaminə qarşı iddia irəli sürüldükdə isə borclunu işdə iştiraka cəlb etməyə borcludur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Yuxarıda sadalanan qanunvericilik normalarını əsas götürərək, məhkəmə qeyd edir ki, iş materiallarından göründüyü kimi, iddiaçı müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımi qaydada icra etmiş, lakin qarşı tərəf müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımi qaydada icra etməmişdir. Nəticədə iddiaçı bank cavabdehlər dən müqavilə üzrə borcun geri alınması üçün göstərilən hüquqi xidmətlərə görə onun tərəfindən hüquq bürosuna ödənilmiş xidmət haqqını tələb edir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, cavabdeh onun ilə iddiaçı bank arasında bağlanmış kredit müqaviləsi ilə öz üzərinə borcun geri qaytarılmasına görə iddiaçı bank tərəfindən çəkilmiş xərclərin(məsrəflərin) iddiaçı banka ödənilməsinə dair öz üzərinə öhdəlik götürmüşdür. Beləliklə, məhkəmə qeyd edilənlərə əsasən hesab edir hazırda iddiaçının tələbi qanuni və əsaslıdır, bu səbəbdən iddia tələbi təmin edilməlidir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 53.35 (əlli üç manat otuz beş qəpik) manat məbləğində dövlət rüsumu cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı ASC-nin xeyrinə 3194,34 manat əsas borc, 140,36 manat faiz borcu və 53.35 (əlli üç manat otuz beş qəpik) manat dövlət rüsumu tutulmalıdır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçı AmrahBank» ASC-nin xeyrinə 3194,34 (üç min yüz doxsan dörd manat otuz dörd qəpik) manat məbləğində əsas borc, 140,36 (yüz qırx manat otuzaltı qəpik) manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 3334,70 ( üç min üç yüz otuz dörd manat yetmiş qəpik) manat borc və 53,35 (əlli üç manat otuz beş qəpik) manat dövlət rüsumu tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə elektron kabinet vasitəsilə apelyasiya şikayəti verilə bilər. Hakim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №e-2(002)-3646/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-3646/2025
26.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver