Məhkəmə qərarları › İş №e-2(002)-365/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-365/2025

16.12.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-365/2025 16.12.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi İsgəndərova Zöhrə Ədalət qızının katibliyi ilə , İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «subroqasiya qaydasında pul» tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 4904,00 (dörd min doqquz yüz dörd) manat sığorta ödənişi məbləğinin və 69,04 (altmış doqquz manat dörd qəpik) manat dövlət rüsumunun, cəmi 4973,04 (dörd min doqquz yüz yetmiş üç manat dörd qəpik) manat məbləğində pul vəsaitinin cavabdehdən tutulub iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, "xxxx" ASC ilə Cavabdeharasında xx.xx.2019cu il tarixində PAA********** saylı sığorta müqaviləsi bağlanmış və “Mercedes Benz 200” markalı, ** SA *** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Cavabdeh xx.xx.2019-cu il tarixində “Mercedes Benz 200” markalı, ** SA *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Bakı-Qazax yolunda yol-nəqliyyat hadisəsi törətmiş, “Renault Megane” markalı, ** RF *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurulmasına səbəb olmuşdur. Qeyd olunan sığorta hadisəsi ilə bağlı "xxxx" ASC tərəfindən 4904,00 (dörd min doqquz yüz dörd) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. AR DİN BDYPİ YPX-Anın "xxxx" ASC-yə təqdim etdiyi Qərara əsasən Cavabdeh yol-nəqliyyat hadisəsində təqsirli bilinmiş və nəticədə cavabdehin zərərin aradan qaldırılmasına dair mülki məsuliyyəti yaranmışdır. Həmçinin qeyd olunan Arayışda Cavabdeh yol-nəqliyyat hadisəsinin baş verdiyi vaxt “Mercedes Benz 200” markalı, ** SA *** dövlət qeydiyyat nişanlı avtomobili sərxoş vəziyyətdə idarə etdiyi qeyd olunmuşdur. Bütün bunları nəzərə alaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq iddia tələbini müdafiə etmiş və məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin icbari sığorta şəhadətnaməsindən görünür ki, **-SA-*** dövlət qeydiyyat nömrə nişanlı, “Mercedes Benz” markalı avtomobil xx.xx.2019-ci il tarixdə "xxxx" ASC tərəfindən icbari sığorta olunmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər X5 İXP xx.xx.2019-ci il tarixli ******* №li inzibati xəta haqqında protokolun məzmunundan görünür ki, Cavabdeh barəsində İXM-nin 327.1 və 333.3-cü maddələri ilə nəzərdə tutulan inzibati xətanın törədilməsi barədə protokol tərtib edilmiş, X2 tərəfindən imza edilmişdir. "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2019-ci il tarixli Sığorta Aktının məzmunundan görünür ki, sığortalanmış **-SA-*** dövlət qeydiyyat nömrə nişanlı, “Mercedes Benz” markalı avtomobil, zərərin ümumi həcminin 4904 manat, sığorta ödənişinin 4904 manat olduğu qeyd olunmuşdur. "xxxx" ASC tərəfindən təqdim edilmiş 017117 nömrəli ödəniş tapşırığına əsasən, xx.xx.2019-ci il tarixdə "xxxx" ASC tərəfindən 4904 manat X1 hesabına ödəniş həyata keçirilmişdir. "xxxx" MMC tərəfindən tərtib edilmiş qüsur aktına əsasən, **-RF-*** dövlət qeydiyyat nömrə nişanlı, “Renault Megane” markalı avtomobilə 4904 manat xərc çəkilmişdir. Sərxoşluq vəziyyətinin tibbi müayinəsinin 2/8439 №-li xx.xx.2019-cu il tarixli akta əsasən, Cavabdeh hadisə zamanı sərxoş olmuşdur. Bakı şəhəri Qaradağ Rayon Məkhəməsinin 3(002)-2375/2019 nömrəli xx.xx.2019-cu il tarixli qərarına əsasən, Cavabdeh Azərbaycan Respublikası İXM-in 333.3-cü maddəsinə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək nəqliyyat vasitələrini idarə etmək hüququ 2 il müddətə məhdudlaşdırılmaqla 700 manat məbləğində cərimə edilməsi qərara alınmışdır. İş materiallarında olan "xxxx" MMC-in xx.xx.2025-ci il tarixli AS 09-003/25 nömrəli ekspert rəyindən görünür ki, “Renasul Megane” markalı **-RF-*** dövlət qeydiyyat nişanlı, Ban nömrəsi VF1BZ0B********** olan minik avtomobilinə köhnəlmə faizi nəzərə alınmaqla Cavabdeh tərəfindən törədilmiş yol nəqliyyat hadisəsi nəticəsində dəymiş ziyan məbləği yuvarlaq olaraq 3340 manat təşkil etmişdir. Nəqliyyat vasitəsinin təmiri üçün tələb edilən məbləğin hesablanması zamanı ehtiyyat hissələrinin dəyəri (köhnəlmə faizi tətbiq edilmədən əvvəli dəyəri) ilə işçilik haqqının dəyərinin cəmindən ibarətdir və yuvarlaq olaraq 3900 manat təşkil etmişdir. İşin məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmiş mübahisəsiz hallarından görünür ki, xx.xx.2019-ci il tarixdə Bakı-Qazax yolunda baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində Cavabdeh tərəfindən idarə olunan **-SA-*** qeydiyyat nişanlı Mercedes Benz 200 markalı avtomobil “Renault Megane” markalı **-RF-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq onu zədələmişdir. Bakı şəhər DYPİ-nin qərarı ilə Cavabdeh 327.1 və 333.3-cü maddəsi ilə qeyd olunan yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmişdir. Hadisə baş verərkən Cavabdeh avtomobili içkili vəziyyətdə idarə etmişdir. Hazırda «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 25-ci maddələrinə əsasən iddiaçı subroqasiya hüququ yarandığı üçün həmin ödənişi cavabdehlərdən geri tələb edir. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsini e-2(002)-365/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. "xxxx" MMC-in xx.xx.2025-ci il tarixli AS 09-003/25 nömrəli ekspert rəyi ilə “Renasul Megane” markalı **- RF-*** dövlət qeydiyyat nişanlı, Ban nömrəsi VF1BZ0B********** olan minik avtomobilinə köhnəlmə faizi nəzərə alınmaqla Cavabdeh tərəfindən törədilmiş yol nəqliyyat hadisəsi nəticəsində köhnəlmə faiz dərəcəsi nəzərə alınmaqla dəymiş ziyan məbləği yuvarlaq olaraq 3340 manat təşkil etmişdir. Nəqliyyat vasitəsinin təmiri üçün tələb edilən məbləğin hesablanması zamanı ehtiyyat hissələrinin dəyəri (köhnəlmə faizi tətbiq edilmədən əvvəli dəyəri) ilə işçilik haqqının dəyərinin cəmindən ibarətdir və yuvarlaq olaraq 3900 manat təşkil etmişdir. Aparılmış tədqiqatın dəyəri 300 manat təşkil etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Mülki Məcəllənin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 926.3-cü maddəsinə əsasən sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunvericiliyi ilə, könüllü sığortada sığorta müqaviləsi ilə müəyyən edilir. Həmin Məcəllənin 936.1 və 936.2-ci maddələrinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən icbari sığorta müqaviləsi icbari sığortanın təmin edilməsi üçün sığortaçı ilə sığortalı arasında, müvafiq icbari sığorta şəhadətnaməsinin sığortalıya (müvafiq hallarda sığorta olunanlara) verilməsi yolu ilə bağlanan müqavilədir. Həmin Qanunun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Həmin Qanunun 25.2-ci maddəsinə əsasən bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Məhkəmə hesab edir ki, hazırki iş üzrə «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə əsasən iddiaçının Cavabdeh oğluna qarşı subroqasiya hüququ yarandığından, iddia tələbi qismən təmin edilərək, Cavabdeh ekspertiza rəyi ilə müəyyən edilən məbləğdə-3340 manat sığorta ödənişi tutulmalıdır. Belə ki, bu tip iddialarda nəqliyyat hadisəsi nəticəsində köhnəlmə faiz dərəcəsi nəzərə alınmaqla dəymiş ziyan məbləği əsas götürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə ki, iddiaçı iddia ərizəsinin məhkəməyə verməsinə görə 69.04 manat məbləğində dövlət rüsumu ödəmiş və həmin məbləği cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir. Hazırda iddia tələbi qismən təmin (3340 manat) edildiyindən məhkəmə hesab edir iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq 53.40 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə məhkəmə iclasında tədqiq olunmuş sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq qiymət verərək hesab edir ki, Cavabdeh 3340 manat məbləğində verilmiş sığorta ödənişi və 53.40 manat məbləğində ödənilmiş dövlət rüsumunun "xxxx" ASC-nin xeyrinə ödənilməli, 50300 manat ekspertiza xərci cavabdehə aid edilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 3340 manat və 53.40 manat məbləğində dövlət rüsumu "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. 300 manat mütəxəssis xərci Cavabdeh tutularaq "xxxx" MMC-in hesabına ödənilsin. İddia tələbi qalan hissədə təmin olunmasın. Qətnamədən, qətnamənin rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Qamət Əbilov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar