Məhkəmə qərarları › İş №e-2(002)-3678/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-3678/2021

23.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-3678/2021 23.12.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər X2 və X3 qarşı borcun tutulması tələbi barədə iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏ N ETDİ: İddiaçı cavabdehlər X2 və X3 qarşı borcun tutulması tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı iddia tələbini bununla əsaslandırmışdır ki, cavabdeh X4 ilə 03.06.2020-ci il tarixdə bağlanmış VİP 18069 saylı nisyə alğı-satqı müqaviləsinə əsasən iddiaçı cavabdehə satış qiyməti 1400 manat olan “Xiomi Note 8 3-32 gb black” markalı 1 ədəd mobil telefon, Panasonic-na 127vb3wae” markalı 1 ədəd paltaryuyanı ödəniş qrafikinə əsasən nisyə satmışdır. Cavabdeh ilə iddiaçı arasında həmin müqavilə bağlandıqdan sonra cavabdeh 03.06.2020-cu il tarixdə 77 manat, 03.07.2020-ci il tarixdə 77 manat, 04.08.2020-cu il tarixdə 77 manat, 03.09.2020-cu il tarixdə 77 manat, 15.03.2021-cu il tarixdə 44 manat ödəniş etmişdir. X8 ilə 03.06.2020-ci il tarixdə bağlanmış VİP 18069 saylı nisyə alğı-satqı müqaviləsinə 03.06.2020-ci il tarixdə zamin durmuşdur. Göstərilənləri nəzərə alaraq, Cavabdeh1 ilə 03.06.2020-ci il tarixdə bağlanmış VİP 18069 saylı nisyə alğı-satqı müqaviləsi və X5 ilə 03.06.2020-ci il tarixdə bağlanmış VİP 18069 saylı zaminlik müqaviləsi üzrə ödənilməmiş 817 manat əsas (qalıq) borcun və ödənişin gecikdirildiyi hər gün üçün, məcmu borcun 1%(bir)-i həcmində 164 manat cərimə, cəmi 981 manat və 30 manat dövlət rüsumunun İddiaçı MMC xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və X5 Azərbaycan Respublikası MPM-in 284-5.1 və 284-5.2ci maddələrinə əsasən ona göndərilmiş rəsmi bildirişlə bağlı müəyyən edilmiş qaydada iddiaya qarşı hər hansı əsaslandırılmış yazılı etiraz bildirməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 284-5-ci maddəsinə əsasən, iddia ərizəsinə təqdim edilmiş sənədlər əsasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarında olan sübutları tədqiq edərək belə qənaətə gəlir ki, aşağıdakı əsaslara görə iddia əsaslı hesab edilərək təmin edilməlidir. Belə ki, iş materiallarında olan X4 ilə 03.06.2020-ci il tarixdə bağlanmış VİP 18069 saylı nisyə alğı-satqı müqaviləsinin surətindən görünür ki, iddiaçı cavabdehə satış qiyməti 1400 manat olan “Xiomi Note 8 3-32 gb black” markalı 1 ədəd mobil telefon, Panasonic-na 127vb3wae” markalı 1 ədəd paltaryuyanı ödəniş qrafikinə əsasən nisyə satmışdır. İş materiallarında olan X8 ilə 03.06.2020-ci il tarixdə bağlanmış VİP 18069 saylı nisyə alğı-satqı müqaviləsinin surətindən görünür ki X8 03.06.2020-ci il tarixində X1 zamin durmuşdur. Məhkəmə iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək, aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn pul ödəməli, əmlak verilməli, iş görməli, xidmətlər göstərməli, və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ var. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Göstərilən Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Qeyd edilən Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə görə mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1 və 8.1.2 maddələrinə əsasən məhkəmələrə verilən iddia ərizələrinə görə iddianın qiyməti 1000 manatadək olduqda 30 manat, iddianın qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu rüsumu ödənilir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 284-1 - 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh1 ilə 03.06.2020-ci il tarixdə bağlanmış VİP 18069 saylı nisyə alğı-satqı müqaviləsi və X5 ilə 03.06.2020-ci il tarixdə bağlanmış VİP 18069 saylı zaminlik müqaviləsi üzrə ödənilməmiş 817 manat əsas (qalıq) borc və ödənişin gecikdirildiyi hər gün üçün, məcmu borcun 1%(bir)-i həcmində 164 manat cərimə, cəmi 981 manat və 30 manat dövlət rüsumu cavabdehlərdən İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar