Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-370/2025 16.04.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məcidli Aysel Əli qızının katibliyi, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 (qanuni nümayəndə X10) və Cavabdeh3 (qanuni nümayəndə X10) qarşı müqavilə üzrə borcun tutulması barədə tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC “müqavilə üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2, X13 və Cavabdeh3 iddiaçı "xxxx" ASC-nin xeyrinə BPM**********88 nömrəli, xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən, tam kart kredit borcu üzrə 467.74 manat əsas və 19.58 manat faiz borcu, BPM**********29 nömrəli, xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən, nağd kredit borcu üzrə, Banka ödənilməmiş 12071.49 manat əsas və ödənilmiş 128 manat dövlət rüsumunun, habelə 0.40 manat bank xidmət haqqının tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" ASC-nin “Hacıqabul” filialı ilə X17 arasında bağlanmış BPM**********29 nömrəli, xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən, 59 ay müddətinə 13000 manat məbləğində nağd kredit verilmişdir. Həmçinin, "xxxx" ASC-nin “Qaradağ” filialı ilə X17 arasında bağlanmış BPM**********88 nömrəli, xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən, Bank tərəfindən borcluya 36 ay müddətinə, illik 24 faiz dərəcəsi hesablanmaqla 500 manat məbləğində kredit limiti açılmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. X2 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Bakı şəhəri 45 saylı notariat ofisi tərəfindən verilən məlumata əsasən, mərhum X11 xx.xx.2023-cü il tarixdə vəfat etməsi ilə əlaqədar vərəsələrin dairəsinin müəyyənləşdirilməsi üçün xx.xx.2024-cü il tarixdə vərəsəlik işi açılmış, Cavabdeh2 oğlu, X13 və Cavabdeh3 xx.xx.2024-cü il tarixdə “Vərəsəlik hüququ haqqında şəhadətnamə” verilmişdir. xx.xx.2024cü il tarixli maliyyə arayışına əsasən, X11 BPM**********29 nömrəli, xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən, nağd kredit borcu üzrə, Banka ödənilməmiş– 12071.49 manat əsas borcu qalmışdır. xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən, X11 BPM**********88 nömrəli, xx.xx.2020-cü il tarixli kredit müqaviləsinə əsasən, tam kredit borcu üzrə, Banka ödənilməmiş– 467.74 manat əsas və 19.58 manat faiz borcu qalmışdır. Cavabdehlər Cavabdeh2 oğlu, X13 və Cavabdeh3, X11 vərəsələri kimi müəyyən olunmalarına baxmayaraq, "xxxx" ASC qarşısında olan öhdəliyi icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdehlər öz öhdəliklərini bu günədək tam şəkildə yerinə yetirməmişdirlər. Cavabdehlər Cavabdeh2 oğlu, X13 və Cavabdeh3 borcun qaytarılması haqqında tərəfimizdən bildiriş göndərilərək, xəbərdarlıq edilsə də, vəsait Banka geri qaytarılmamışdır. Bundan başqa, hazırki mübahisə üzrə iddia qiyməti cəmi 12558.81 manat olduğundan, 128 manat dövlət rüsumu və 0.40 manat bank xidməti haqqı ödənilmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi xx.xx.2025-ci il tarixdə iddia tələbinə dəqiqləşmə verərək, xx.xx.2025-ci il tarixlli məhkma hazırlıq iclası zamanı cavabdehler X22 qizinin xx.xx.2010-cu il təvəllüdlü və Cavabdeh3 Ram oğlunun xx.xx.2011-ci il təvəllüdlü olması məlum olmuşdur. X11 mirası qəbul etmiş vərəsələrinin X7, X13 (qanuni nümayəndəsi X19 qizi vasitəsi ilə) və Cavabdeh3 (qanuni nümayəndəsi X10 vasitəsi ilə) paylarına mütənasib qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə BPM**********88 nömrəli, xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən, tam kart kredit borcu üzrə 467.74 manat əsas və 19.58 manat faiz borcu, BPM**********29 nömrəli, xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən, nağd kredit borcu üzrə, Banka ödənilməmiş 12071.49 manat əsas və ödənilmiş 128 manat dövlət rüsumunun, habelə 0.40 manat bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002-370/2025 saylı xx.xx.2025-ci il tarixli məhkəmə iclasında X10 yetkinlik yaşına çatmayan cavabdelər- X13 və Cavabdeh3 qanuni nümayəndəsi kimi tanınmışdır. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X14 məhkəmə ərizə göndərərək məhkəmə baxış iclasının onun iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X14 məhkəmə iclasında izahatında qeyd etmişdir ki, mərhum borclu ilə bank arasında bağlanmış iki müqavilə üzrə borcları qalmışdır. Bir müqavilə 13000 manat nağd kredit verilmiş, digəri isə kredit limiti üzrə 500 manat məbləğində tam kart verilmişdir. Daha sonra borclu ölmüş və vərəsələrinə uşaqlarına qanun üzrə şəhadətnamələri üzrə GREAT WALL MİNİK markalı 99CY069 dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən və Azərbaycan Dəmir Yolları" QSC tərəfindən verilmiş 2779.21 (iki min yeddi yüz yetmiş doqquz manat iyirmi bir qəpik) manat pul miras qalmışdır. Cavabdehlər miras qalmış əmlakları qəbul etməsinə baxmayaraq kredit müqavilələri üzrə yaranmış borcları ödəməmişdir. Bu səbəbdən məhkəmədən iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. İş materiallarına əlavə olunmuş BPM**********29 nömrəli, xx.xx.2023-cü il tarixli kredit müqaviləsinin surətindən görünür ki, iddiaçı "xxxx" ASC tərəfindən cavabdeh mərhum X8 illik 21 faiz dərəcəsi ilə 59 ay müddətinə 13000 manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə olunmuş maliyyə arayışın surətindən görünür ki, X5 əsas borc üzrə 12071,49 manat və faiz borcu üzrə 0 olmaqla, cəmi 12071,49 manat borcu vardır. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli ödəniş cədvəlindən surətindən görünür ki, X15 BPM**********29 nömrəli, xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 13000 manatı 59 ay müddətinə hər ay 355,09 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli kassa məxaric orderindən görünür ki, X8 xx.xx.2023-cü il tarixdə kredit köçürülmüşdür. İş materiallarına əlavə olunmuş BPM**********88 nömrəli, xx.xx.2020-ci il tarixli müqaviləsinin surətindən görünür ki, iddiaçı "xxxx" ASC tərəfindən cavabdeh mərhum X8 36 ay müddətinə, illik 24 faiz dərəcəsi hesablanmaqla 500 manat məbləğində kredit limiti açılmışdır. İş materiallarına əlavə olunmuş maliyyə arayışın surətindən görünür ki, X5 BPM**********88 nömrəli, xx.xx.2020-cü il tarixli müqaviləsi üzrə əsas borc üzrə 467,74 manat və faiz borcu üzrə 19,58 olmaqla, cəmi 487,32 manat borcu vardır. İş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli kassa məxaric orderindən görünür ki, X5 hesabına xx.xx.2020-ci il tarixdə 500 manat məbləğində kredit köçürülmüşdür İş materiallarına əlavə olunmuş xəbərnamələrdən görünür ki, iddiaçı bank pretenziya qaydasına əməl edərək, mərhumun vərəsəsindən müqavilələr üzrə yaranmış borcu miras qalmış əmlak dəyərinin civarında tələb etmiş və əksi təqdirdə məhkəməyə müraciət olunacağına dair xəbərdarlıq etmişdir. İş materiallarına əlavə olunmuş Qaradağ rayon İcra Hakimiyyəti Başçısının Ələt qəsəbəs İnziabti Ərazi Dairəsi üzrə Nümayəndəliyinin məhkəməyə üvnanlanmış xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 üvanlanmış məhkəmə bildirişinin götürülməsi onların yaxın qohumu ilə əlaqə saxlanılaraq bildirişi götürməsi məlumatı verilsə də, bildirişi götürməkdən imtina etmişdir. İş materiallarına əlavə olunmuş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X15 xx.xx.2023-cü il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2023-cü il tarixdə 477 nömrəsi ilə qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş doğum haqqında şəhadətnamələrinin surətlərindən görünür ki, X12, X6 və Cavabdeh3 ataları X5 anaları Qanuni nümayəndədır İş materiallarına əlavə olunmuş Bakı şəhəri 45 saylı notariat ofisinin xx.xx.2024-cü il tarixli 225 saylı məktubdan görünür ki, xx.xx.2023-cü il tarixdə vəfat etmiş X5 vərəsələrinə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli reyestrdə 2V-15 nömrəsi ilə qeyd edilmiş qanun üzrə vərəsəlik şəhadətnaməsindən görünür ki, xx.xx.2023-cü il tarixdə ölmüş X5 vərəsələri Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 onların hər biri miras əmlakdan 1/3 hissədə pay almalıdır. Şəhadətnamə verilən əmlak AR DİN BDYPİ Qİl tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli AD880011 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi LGWEE2K52EE635590, mühərrikin nömrəsi --- və buraxılış ili 2014-cü il olan GREAT WALL MİNİK markalı 99CY069 dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən ibarətdir. Cavabdeh2 və Qanuni nümayəndə imzalayaraq qəbul etmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli reyestrdə 2V-35 nömrəsi ilə qeyd edilmiş qanun üzrə vərəsəlik şəhadətnaməsindən görünür ki, xx.xx.2023-cü il tarixdə ölmüş X5 vərəsələri Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 onların hər biri miras əmlakdan 1/3 hissədə pay almalıdır. Şəhadətnamə verilən əmlak Azərbaycan Dəmir Yolları" QSC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 13-1/2-2438/2024 nömrəli məktuba əsasən 2779.21 (iki min yeddi yüz yetmiş doqquz manat iyirmi bir qəpik) manat pul vəsaitindən ibarətdir. Cavabdeh2 və Qanuni nümayəndə imzalayaraq qəbul etmişdir. İş materiallarına əlavə olunmuş Bakı şəhəri 45 saylı notariat ofisinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, X9 miras qalmış əmlakların siyahıya alınması aparılmamışdır. Eyni zamanda bildirir ki, ölən şəxsin adına vərəsəlik işi bir dəfə açılır. Vərəsəlik işinin təkrar başqa notariat ofisində açılması qanunda nəzərdə tutulmamışdır. İş materiallarına əlavə olunmuş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, "Great Wall" markalı **-CY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2020-ci il tarixdən X5 mülkiyyətinə qeydiyyata alınmışdır. İş materiallarına əlavə olunmuş Ədliyyə Nazirliyinin Qaradağ rayonu Qeydiyyat şöbəsinin məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, X11 nikahı haqqında məlumatın verilməsinə dair sorğunuza baxılmışdır. Bildirir ki, "Vətəndaşlıq vəziyyəti aktları" avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində tərəfimizdən yoxlama aparılarkən Hacıqabul rayon Navahi icra nümayəndəliyi tərəfindən xx.xx.2003-cü il tarixdə 15 nömrəli akt ilə X10 ilə nikahının qeydə alındığı müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, 45 saylı Notariat ofisinin xx.xx.2024-cü il tarixli, 2V-15 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən vətəndaş Qanuni nümayəndə azyaşlı övladları xx.xx.2010-cu il təvəllüdlü X3 və xx.xx.2011-ci il təvəllüdlü Cavabdeh3 pay sahibi olduqları nəqliyyat vasitəsinin bacıları Cavabdeh2 adına qeydiyyata alınmasına və özgəninkiləşdirilməsinə icazə verilməsi ilə bağlı Qaradağ Rayon İcra Hakimiyyətinə ünvanlanmış müraciətinə baxılmışdır.Qaradağ Rayon İcra Hakimiyyəti başçısı aparatının nəzdində fəaliyyət göstərən "Qəyyumluq və Himayəçilik məsələləri üzrə komissiya"sı AR DİN BDYPİ QİŞ tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli AD880011 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi LGWEE2K52EE635590, mühərrikin nömrəsi və buraxılış ili 2014-cü il olan GREAT WALL MİNİK markalı 99CY069 dövlət nömrə nişanlı nəqliyyat vasitəsində olan Cavabdeh1 və Cavabdeh3 payını qanunvericiliklə müəyyən olunmuş qaydada qeydiyyata alaraq, qanunun tələblərinə uyğun şəkildə sənədləşdirməklə onların hüquqları pozulmadan və mənafelərinə toxunulmaması şərti ilə nəqliyyat vasitəsinin azyaşlıların bacıları Cavabdeh2 adına qeydiyyata alınmasına və özgəninkiləşdirilməsinə etiraz etmir. İş materiallarına əlavə olunmuş Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polis İdarəsinin məhkəmənin sorğusuna cavab olaraq ünvanladığı xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, "Great Wall" markalı **-CY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin əvvəlki qeydiyyat hərəkətlərinin aparılmasına əsas olmuş sənədlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 mart 1999-cu il tarixli 39 nömrəli Qərarı ilə təsdiq edilmiş Əsasnamədə müəyyən edilmiş saxlama müddəti bitdiyi üçün onlar müvafiq qaydada məhv edilmişdir.Həmin çıxarışdan və əlavə edilmiş müqavilələrdə görünür ki, "Great Wall" markalı **-CY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2020-ci il tarixdə "xxxx" MMC tərəfindən X1. "Great Wall" markalı **-CY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2024-cü il tarixdə vərəsəlik qaydasında Cavabdeh2 adına qeydiyyata alınmışdır. İş materiallarına əlavə olunmuş nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsindən görünür ki, xx.xx.2024-cü il tarixdə Cavabdeh2 tərəfindən "Great Wall" markalı **-CY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini X18 6000 manat məbləğində satılmışdır. İş materiallarına əlavə olunmuş dövlət rüsumundan görünür ki, iddiaçı hazırkı iddia ərizəsi üçün 128 manat dövlət rüsumu ödəmişdir. Beləliklə məhkəmə tərəfindən müəyyən olundu ki, "xxxx" ASC-nin “Hacıqabul” filialı ilə X17 arasında bağlanmış BPM**********29 nömrəli, xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən, 59 ay müddətinə 13000 manat məbləğində nağd kredit verilmişdir. Həmçinin "xxxx" ASC-nin “Qaradağ” filialı ilə X17 arasında bağlanmış BPM**********88 nömrəli, xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən, Bank tərəfindən borcluya 36 ay müddətinə, illik 24 faiz dərəcəsi hesablanmaqla 500 manat məbləğində kredit limiti açılmışdır. X2 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Bakı şəhəri 45 saylı notariat ofisi tərəfindən mərhum X11 xx.xx.2023-cü il tarixdə vəfat etməsi ilə əlaqədar vərəsələrin dairəsinin müəyyənləşdirilməsi üçün xx.xx.2024-cü il tarixdə vərəsəlik işi açılmış, Cavabdeh2, Cavabdeh1, və Cavabdeh3 onların hər biri miras əmlakdan 1/3 hissədə pay almalıdır. Şəhadətnamə verilən əmlak AR DİN BDYPİ Qİl tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli AD880011 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi LGWEE2K52EE635590, mühərrikin nömrəsi --- və buraxılış ili 2014-cü il olan GREAT WALL MİNİK markalı 99CY069 dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən ibarətdir. Həmçinin digər vərəsəlik şəhadətnaməsinə əsasən, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 onların hər biri miras əmlakdan 1/3 hissədə pay almalıdır. Şəhadətnamə verilən əmlak Azərbaycan Dəmir Yolları" QSC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 13-1/2-2438/2024 nömrəli məktuba əsasən 2779.21 (iki min yeddi yüz yetmiş doqquz manat iyirmi bir qəpik) manat pul vəsaitindən ibarətdir. Hər iki şəhadətnaməni Cavabdeh1 və Cavabdeh3 yetkinlik yaşına çatmayan şəxs olduqlarından onlara münasibətdə anaları Qanuni nümayəndə imzalayaraq qəbul etmişdir. GREAT WALL MİNİK markalı 99CY069 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi digər vərəsə Cavabdeh2 adına qeydiyyata alınmış, xx.xx.2024-cü il tarixdə Cavabdeh2 tərəfindən həmin nəqliyyat vasitəsi X18 6000 manata satılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borcun tutulması ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı borcun tutulması məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində borcun tutulması borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1307-ci maddəsinə əsasən Mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 iyun 2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Borclunun ölümü zaminliyin xitamına səbəb olmur. Zaminin ölmüş borclunun kreditorları qarşısında məsuliyyətinin həddi miras əmlakın həcmi ilə məhdudlaşmır. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, eləcə də miras əmlakın həcmi vərəsələrə öhdəliyi icra etməyə imkan vermədikdə, zamin kreditor qarşısında tam məsuliyyət daşıyır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviriəsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qeyd edir ki, Mülki Məcəlləsinin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə tam ödəməyə borcludurlar. Belə ki, hazırda vərəsələrə xx.xx.2023-cü il tarixdə vəfat etmiş X4 Azərbaycan Dəmir Yolları" QSC tərəfindən verilmiş 2779.21 manat və “GREAT WALL” minik markalı **-CY-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi miras qalmışdır. Daha sonra vərəsələr tərəfindən GREAT WALL” minik markalı **-CY-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi 6000 manat məbləği əvəzində özgəninkiləşdirilmişdir. Hazırda iddiaçı bank isə BPM**********88 nömrəli, xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə tam kart kredit borcu üzrə 467.74 manat əsas və 19.58 manat faiz borcu, BPM**********29 nömrəli, xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə isə nağd kredit borcu üzrə 12071.49 manat əsas borc olmaqla cəmi 12558,81 manat borcunun vərəsələr Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 "xxxx" ASC-nin xeyrinə tutulmasının tələb etmişdir. Məhkəmə isə hesab edir ki, hazırki iddia tələbi qismən təmin edilərək, miras qalmış 2779.21 manat və 6000 manat avtomobilin dəyəri olmaqla ümumilikdə 8779,2 manat məbləğində pul vərəsələrdən iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin məhkəmə əlavə edir ki, vərəsələrin hər biri miras qoyanın kreditorları qarşısında onlara çatan miras payı həcmində öhdəliklərini icra etməlidir. Bu səbəbdən vərəsələrin hər birindən iddiaçı bankın xeyrinə 1/3 payı olması nəzərə alınaraq 2926,40 manat (8779,2:3=2926,40) məbləğində borc tutulmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, MPM-nin 1307-ci maddəsinə əsasən vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Hazırkı halda məhkəmə notariat ofisinə sorğu ünvanlamış siyahıya alınmalı olan başqa əmlakın olmadığı müəyyən edilmişdir. Lakin bu vərəsələrin hər hansı başqa bir mirasın faktiki qəbulu barədə iddiaçı tərəfindən iddiası başqa bir məhkəmə prosessində sübut olunarsa qalan borcun tutulmasını istisna etmir. Hazırki iddia tələbi qismən təmin edildiyindən və iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumunun məbləği 107,79 manat etdiyindən məhkəmə hesab edir ki hazırda cavabdehlərdən iddiaçının xeyrinə həmin məbləğdə dövlət rüsumunu tutmalıdır. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi qismən təmin edilməli, xx.xx.2023-cü il tarixdə ölmüş X5 vərəsələri- Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 hər birindən paylarına mütənasib olaraq iddiaçı "xxxx" ASC-nin xeyrinə 2926,40 manat olmaqla, cəmi 8779,2 manat məbləğində borc və həmçinin, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 107,79 manat dövlət rüsumu və 0,40 (qırx) qəpik bank xidmət haqqı tutulmalıdır. İddia tələbi qalan hissədə təmin edilməmlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. X7, X13 (qanuni nümayəndəsi X10) və Cavabdeh3 (qanuni nümayəndəsi X10) paylarına mütənasib olaraq iddiaçı "xxxx" ASC-nin xeyrinə hər birindən 2926,40 manat olmaqla, cəmi 8779,2(səkkiz min yeddi yetmiş doqquz manat iyirmi qəpik) manat məbləğində borc və iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 107,79(yüz yeddi manat yetmiş doqquz qəpik) manat dövlət rüsumu və 0,40 (qırx) qəpik bank xidmət haqqı tutulsun. İddia tələbi qalan hissə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qamət Əbilov
Məhkəmə qərarları › İş №e-2(002)-370/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-370/2025
16.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver