Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(002)-3755/2021 26.11.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızı, İddiaçı QSC-in Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə mübahisələr tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı QSC-in Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə mübahisələr tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı QSC-in xeyrinə RHL000678 saylı 07.07.2020-ci il tarixli Nisyə Alqı-satqı müqaviləsi üzrə 111 AZN borcun,16.65 AZN cərimə borcunun,30 AZN məbləğində ödənilmiş dövlət rüsumunun və 0.40 AZN dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.0.2-ci maddəsinə əsasən dövlət rüsumunun ödənilməsi haqqında sənəd iddia ərizəsinə əlavə edilməlidir. Həmin Məcəllənin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə iddia ərizəsi geri qaytarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmçinin, 28 dekabr 2018-ci il tarixdən qüvvədə olan mülki prosessual qanunvericiliyə edilmiş dəyişikliyə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 108.3-cü maddəsinə əsasən dövlət rüsumu yalnız elektron ödəniş sistemləri vasitəsilə ödənilməlidir. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı tərəfindən hazırki işlə əlaqədar qanunvericiliklə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumu ödənilmiş olsa da, həmin ödəniş təyinatı üzrə həyata keçirilməmişdir. Belə ki, iş materiallarında olan 23.11.2021-ci il tarixli ********* nömrəli mədaxil qəbzinin məzmunundan görünür ki, müvafiq məbləğdə dövlət rüsumu Qəbələ Rayon Məhkəməsinə ödənilmişdir. Bu halda, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən hazırki iş üzrə qanunvericiliklə müəyyən edilmiş məbləğdə təyinatı üzrə Qaradağ Rayon Məhkəməsinə dövlət rüsumunun ödənilməsini təsdiq edən müvafiq qəbz iş materiallarına əlavə edilmədiyindən, hazırki iş üzrə dövlət rüsumu ödənilməmiş hesab edilməli, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə mülki prosessual qnaunvericiliyin tələbinə əsasən qeyd olunan əsasla iddiaçıya geri qaytarılmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, iddiaçıya iddia ərizəsinin ona geri qaytarılmasına əsas olan nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.2.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə, məhkəmə hesab edir ki, hazırki iş üzrə iddiaçı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada və məbləğdə təyinatı üzrə dövlət rüsumu ödənilmədiyindən, mülki prosessual qanunvericiliiyin tələbinə əsasən iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149, 150, 152.1.5, 152.2 və 152.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı QSC-in Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə mübahisələr tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin geri qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə yenidən məhkəməyə müraciət edə bilər. Qərardaddan, qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Gülnar Əhmədova
Məhkəmə qərarları › İş №e-2(002)-3755/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №e-2(002)-3755/2021
26.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver