Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-3798/2023 28.12.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi, X1 oğlunun katibliyi ilə, İddiaçı ASC-in Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli “Fiziki şəxslərə Bank Xidmətlərinin göstərilməsinə dair Müştəri ilə Bank arasında müqavilə bağlanmışdır.
2. İddiaçı ASC tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli 2501/128 nömrəli arayışdan görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixinə overdraft borcu 2639.71 AZN borcu qalmışdır.
3. İddiaçı ASC-in təqdim etdiyi kartın balansından görünür ki, **********313676 kart və AZ30RBTA******************** saylı kart hesabında Cavabdeh -2639.71 manat borcu qalmışdır.
4. Cavabdeh məxsus MC World salary kartı üzrə çıxarış məlumatlarından aydın olur ki, xx.xx.2022-ci il tarixində 469,38 AZN, xx.xx.2023-cü il tarixində 1190,62 AZN, xx.xx.2023-cü il tarixində 982,72 AZN, xx.xx.2023-cü il tarixində 1106,10 AZN, xx.xx.2023-cü il tarixində 839,27 AZN, xx.xx.2023-cü il tarixində 817,19 AZN, xx.xx.2023-cü il tarixində 1848,91 AZN məbləğlər əmək haqqından overdraft borca silinmişdir. İddia tələbi
5. İddiaçı ASC Cavabdeh qarşı əsassız varlanma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2860,51 manat məbləğinin, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 48,61 manat dövlət rüsumu məbləğinin İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia ərizəsi belə əsaslandırılmışdır ki, İddiaçı ASC-nin “Qaradağ” filialı ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixində MC World salary Kartmane kart müqaviləsi bağlanmışdır. Müqavilənin icra olunması üçün bank tərəfindən cavabdehə bank kartı verilmiş 5261********3676 kart və AZ30RBTA******************** saylı kart hesabı açılmışdır. Müştəri kartmane salary kartı şübhəli əməliyyatlar səbəbində blokda olunduğu halda 1330,07 AZN əmək haqqı məbləğini hesablanası əməliyyat apararaq digər kartına köçürmələr etmiş və nəticədə overdraft borcu yaranmışdır. Mədaxil xx.xx.2022-ci il tarixində 469,38 AZN Mədaxil xx.xx.2023-cü il tarixində 1190,62 AZN Mədaxil xx.xx.2023-cü il tarixində 982,72 AZN Mədaxil xx.xx.2023-cü il tarixində 1106,10 AZN Mədaxil xx.xx.2023-cü il tarixində 839,27 AZN Mədaxil xx.xx.2023-cü il tarixində 817,19 AZN Mədaxil xx.xx.2023-cü il tarixində 1848,91 AZN məbləğlər əmək haqqından overdraft borca silinmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixinə overdraft borcu 2860,51 AZN-dir. Bankın “Qaradağ” filialı tərəfindən cavabdehə bu barədə xx.xx.2023-cü il tarixli, 2501/110 saylı bildiriş məktubu göndərilmiş və artıq xərclənmiş pulun geri qaytarılması tələb edilmişdir. Lakin buna baxmayaraq, cavabdeh bu günədək banka məxsus olan 2860,51 manat pul vəsaitinin qaytarılmasını təmin etməmişdir. Beləliklə,cavabdeh bu günədək özgənin vəsaitini özündə qanunsuzsaxlamaqla bankımıza maddizərər vurur. Bütün bunları nəzərə alaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir.
7. İddiaçı tələbin hüququ əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135.1, 135.2, 1091.2, 1096.1, 1096.2, 1097.1, 449.1, 449.2, 449.4-cü maddələrinə istinad etmişdir.
8. İddia tələbinə etiraz və qarşılıqlı iddia verilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları
9. İddiaçı ASC tərəfindən məhkəməyə elektron ərizə ünvanlanaraq məhkəmə baxış iclasının bankın nümayəndəsinin iştirakı olmadan keçirilməsi xahiş edilmişdir.
10. Cavabdeh məhkəmə hazırlıq iclaslarında iştirak edərək izahatında bildirmişdir ki, iddia tələbini qəbul etdiyini, iddiaçı tərəf onun kartını blokladığını, əvvəllər kartına pul yüklənən kimi iddiaçı həmin məbləği silir, kartı blokda olduğu üçün maaşını başqa karta köçürdüyünü iddiaçı kartından ən son 233 manat sildiyini, amma ondan 2860.51 manat tələb etdiyini, onun 2639.71 manat borcu olduğunu, kartı blokda olduğu üçün 233 manatın silindiyini təqdim edə bilmədiyini, iddiaçının bank tətbiqi sistemində boşluq olduğu üçün kartına 10 dəfədən artıq pul köçürüldüyünü, işdən çıxmış, işdən çıxdıqdan sonra maaş kartına iş yerindən daxil olan 233 manatı da iddiaçı kartdan silmişdir, iddiaçı məhkəməyə müraciət etdikdən sonra borcunun üzərinə faiz borcu yükləndiyini bildirmişdir.
11. Cavabdehə məhkəmə baxış iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəmə baxış iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin mövqeyi: a) İddia tələbinin qanuni əsası Azərbaycan Respublikasının Mülki Məcəlləsi
12. 439.4-cü maddəsinə əsasən, öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər.
13. 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
14. 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
15. 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.
16. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır.
17. 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
18. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
19. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;
20. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
21. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
22. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
23. 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. b) Əsaslandırma
24. İddia qismən əsaslıdır.
25. İşin halları bundan ibarətdir ki, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, Cavabdeh İddiaçı ASC-yə məxsus “MC World salary” kartı istifadəçisidir. İddiaçı bankın texniki səhvinə görə cavabdehin kartına yüklənmiş artıq pulun, yəni banka aid vəsaitin cavabdeh tərəfindən əsassız mənimsənildiyini qeyd edərək həmin məbləğin və ona hesablanmış faizin geri qaytarılmasını tələb edir.
26. Məhkəmə ilkin olaraq sübutetmə yükünə qiymət verərək qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirilir. Mülki prosesdə məhkəmə həqiqətə nail olmaq üçün yalnız işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Hazırkı halda sübutetmə yükü iddiaçınn üzərinə düşür.
27. Mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
28. Bununla bağlı, Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı" 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, novensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.
29. İddiaçı tələbin əsaslılığını sübut etmək üçün plastik kart hesabından çıxarış məlumatları, ödəniş kartı üzrə çıxarış məlumatlarını (xx.xx.2022-xx.xx.2023-cü il dövrünü əhatə edən) təqdim etmişdir.
30. Cavabdeh məxsus MC World salary kartı üzrə çıxarış məlumatlarından aydın olur ki, xx.xx.2022-ci il tarixində 469,38 AZN, xx.xx.2023-cü il tarixində 1190,62 AZN, xx.xx.2023-cü il tarixində 982,72 AZN, xx.xx.2023-cü il tarixində 1106,10 AZN, xx.xx.2023-cü il tarixində 839,27 AZN, xx.xx.2023-cü il tarixində 817,19 AZN, xx.xx.2023-cü il tarixində 1848,91 AZN məbləğlər əmək haqqından overdraft borca silinmişdir.
31. Bundan başqa məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışından aydın olur ki, xx.xx.2023-cü il tarixdə 231,88 manat məbləğ əmək haqqında overdraft borca silinmiş və Cavabdeh xx.xx.2023-cü il tarixə overdraft borcunun 2639,71 manat qaldığı bildirilmişdir. Məhkəmə iclasında cavabdeh həmin borc məbləğini etiraf edərək sonuncu silinmədən sonra banka hər hansı ödənişi icra etmədiyini bildirmişdir.
32. Məhkəmə işin yuxarıda qeyd edilən faktiki hallarının tələbin qanuni əsasının dispozisiya şərtlərinə uyğunluğunu qiymətləndirərək hesab edir ki, cavabdehin iddiaçının hesabına əsassız varlanma halı baş verdiyindən iddiaçı Mülki Məcəllənin 1092.1-ci maddəsinə əsasən məhrum olduqlarının qaytarılmasını tələb etmək hüququna malikdir.
36. Belə ki, Mülki Məcəllənin 1091-ci maddəsinə görə, əsassız varlanma üçün şərtlər ondan ibarətdir ki, 1) borclu əmlak əldə etsin 2) həmin əmlak kreditorun əmlakı hesabına əldə edilsin 3) bu əldəetmə üçün heç bir hüquqi əsas olmasın.
37. Cavabdehin 2639.71 manat əldə etməsi yuxarıda qeyd edildiyi kimi sübuta yetirilmişdir. Əldə edilən pul vəsaiti əmlak xarakterlidir və həmin əmlak iddiaçının hesabına əldə edilmişdir. Nəticədə, cavabdehin varlanması iddiaçının hesabına baş verdiyi üçün Mülki Məcəllənin 1092.1-ci maddəsindən irəli gələn tələbin şərtləri mövcuddur, odur ki, cavabdeh tərəfindən həmin məbləğin qaytarılması barədə iddiaçının tələbi əsaslıdır. Məhkəmə xərcləri
38. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114-cü maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
39. İş materiallarından görünür ki, iddiaçı tərəfindən 48.61 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu halda məhkəmə hesab edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən iddia qismən təmin edildiyindən və iddiaçının rüsumla bağlı tələbi olduğu üçün hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 48.61 manat dövlət rüsumunun iddia tələbinin təmin edilmiş hissəsinə uyğun olan 46.4 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan hissədə isə iddiaçıya aid edilməlidir. Nəticə
40. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, iddia qismən təmin edilməli, Cavabdeh borclu olduğu 2639.71 manat məbləğində əsas borc pul vəsaiti və 46.4 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ASC-i xeyrinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.
41. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq
QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 2639.71 manat məbləğində əsas pul vəsaiti və 46.4 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, elektron qaydada, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Gülnar Aslanova