Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-38/2025 01.12.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Babayeva Nərmin Sahib qızının katibliyi, İddiaçı ASC (Ləğv Prosesindədir)-in nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı ASC (Ləğv Prosesindədir)-in Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ipoteka predmetinə yönəlməsi və ipoteka ilə yüklü edilmiş əmlakın açıq hərracda satılaraq əldə olunmuş vəsait hesabına borcun ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC (Ləğv Prosesindədir)-in Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ipoteka predmetinə yönəlməsi və ipoteka ilə yüklü edilmiş əmlakın açıq hərracda satılaraq əldə olunmuş vəsait hesabına borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 21526.53 (iyirmi bir min beş yüz iyirmi altı manat, 53 qəpik) manat əsas borc, 9523.97 (doqquz min beş yüz iyirmi üç manat, 97 qəpik) manat faiz borcu, 10365.09 (on min üç yüz altmış beş manat 09 qəpik) manat cərimə, 10022.48 (on min iyirmi iki manat, 48 qəpik) manat kredit müqaviləsinin müddəti bitdikdən sonra Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış faiz borcu (MM 449.1-ci maddəsinə uyğun olaraq) olmaqla, cəmi 51438.07 (əlli bir min dörd yüz otuz səkkiz manat, 07 qəpik) manat məbləğində kredit borcunun və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün tərəfindən ödənilmiş 245 (iki yüz qırx beş) manat dövlət rüsumunun tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi, ipoteka qoyulmuş Cavabdeh xüsusi mülkiyyət hüququ ilə məxsus olan ünvan 2 yaşayış sahəsindən ibarət 2 otaqlı 1 saylı mənzilə tutmanın yönəldilməsi, əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin yaşayış sahəsinin 1 ay ərzində boşaldılaraq, alıcıya təhvil verilməsinə barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı ASC (Ləğv Prosesindədir) iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin “Biznes” filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 143 saylı kredit müqaviləsinə əsasən cavabdehə 24 (iyirmi dörd) ay müddətinə, illik faiz dərəcəsi 18% (on səkkiz) faiz ödənilmək şərtilə, 40000 (qırx min) manat məbləğində kredit vəsaiti verilmişdir. Həmin kredit müqaviləsinin təminatı olaraq Cavabdeh ilə həmin tarixdə 143 saylı ipoteka müqaviləsi bağlanmışdır, müqaviləyə əsasən Cavabdeh xüsusi mülkiyyət hüququ ilə məxsus olan ünvan 2 yaşayış sahəsindən ibarət 2 otaqlı 1 saylı mənzil (AR Texniki İnvertarlaşdırma və Mülkiyyət hüquqlarının qeydiyyat idarəsi tərəfindən 21 yanvar 2004-cü il tarixdə 178293 saylı ÖM seriyalı çıxarış verilmişdir) İddiaçı ASC-də ipoteka ilə yüklü edilmişdir. Kredit müqaviləsinin 3.2.2-ci maddəsinə əsasən borcalan tam və vaxtında kredit üzrə hesablanmış faizləri və əsas borc məbləğinin, həmçinin borc verən tərəfindən hesablanmış penya və cərimələri ödəməlidir. İpoteka müqaviləsinin 3.1-ci maddəsinə əsasən ipoteka verən tərəfindən götürülmüş kredit müqaviləsinin şərtlərində göstərilən məbləğdə kredit geri qaytarılmadıqda ipoteka qoyulmuş əmlakın satışından əldə edilən pul vəsaitinin hesabına götürülmüş kredit, onun faizləri, ipoteka saxlayan tərəfindən tələb edilir. Lakin buna baxmayaraq borclu Cavabdeh kredit müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə olunmuş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir. Hazırda borclunun xx.xx.2024-cü il tarixə hesablanmış banka ödənilməmiş pul borcu 21526.53 (iyirmi bir min beş yüz iyirmi altı manat, 53 qəpik) manat əsas borc, 9523.97 (doqquz min beş yüz iyirmi üç manat, 97 qəpik) manat faiz borcu, 10365.09 (on min üç yüz altmış beş manat 09 qəpik) manat cərimə, 10022.48 (on min iyirmi iki manat, 48 qəpik) manat kredit müqaviləsinin müddəti bitdikdən sonra Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış faizborcu (MM 449.1- ci maddəsinə uyğun olaraq) olmaqla, cəmi 51438.07 (əlli bir min dörd yüz otuz səkkiz manat, 07 qəpik) manat təşkil edir. İpoteka müqaviləsinin 5.2 –ci maddəsinə əsasən əsas öhdəliyin , yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəldilməsi hüququnun yaranmasına əsas verir. İddiaçı Cavabdeh tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı BakıƏrazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə, cavabdehlər LPO İddiaçı ASC və LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “ipotekaya xitam verilməsi və s” tələbinə dair iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2006-cı il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin mövcud olmaması səbəbindən iddia LPO İddiaçı ASC-yə münasibətdə qismən təmin edilmişdir. ünvan 1 ünvanında yerləşən 1 saylı mənzil xx.xx.2006-cı il tarixli kredit müqavilə üzrə ipoteka yüklülüyündən azad edilmişdir. İddia qalan hissədə, yəni xx.xx.2021-ci il tarixli, 143 saylı kredit müqaviləsi üzrə təmin edilməmişdir. İddiaçının nümayəndəsi X4 məhkəmə hazırlıq iclasında iştirak edərək iddia tələbini müdafiə edərək bildirmişdir ki, son ödənişi xx.xx.2015-ci il tarixdə etmişdir. Bank 2016-cı ilə kimi fəaliyyət göstərmişdir. Müddət ilə bağlı ərizəyə etiraz etmişdir. Konstitusiya Məhkəməsinin Plenum qərarı da var ki, müddətin keçməsi şəxsi öhdəlikdən azad etmir. İddiaçı ASC (Ləğv Prosesindədir)-in nümayəndəsi Nümayəndə məhəmə iclasında iddia tələbini müdafiə edərək iddianın təmin olunmasını xahiş etdi. Cavabdehin vəkili Vəkil məhkəmə hazırlıq iclasında iştirak edərək bildirmişdir ki, cavabdeh iddiaçı ilə razılığa gəlmək fikrində deyil. İpoteka müqaviləsi arxivdə yoxdur. DƏDRX iddiaçının məktubu əsasında əmlakı yüklü etmişdir. Cavabdeh 1 dəfə kredit götürmüşdür. İddia müddəti tətbiq edilməklə iddianın təmin olunmamasını xahiş etmişdir. Cavabdehin vəkili Vəkil məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd olunmalıdır. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2012-ci il tarıxli 143 saylı kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh 24 ay müddətinə 18 faiz ödəmək şərtilə 40000 manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə olunmuş 07 noyabr 2012-ci il tarixli 143 №-li sonrakı ipoteka müqaviləsinə əsasən, xx.xx.2012-ci il tarixdə İddiaçı ASC Cavabdeh arasında bağlanmış 143 saylı kredit müqaviləsinə əsasən İpoteka saxlayan tərəfindən Cavabdeh ayrılmış 40000 manat məbləğində kredit öhdəliyinin təminatı üçün İpoteka qoyan Cavabdeh şəxsi mülkiyyətində olan mənzili təkrar ipoteka qoyur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin 3-213-30/2-7105/2024 **********05 nömrəli xx.xx.2024-cü il tarixli məktubuna əsasən, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, S.Orucov küçəsi, 25 saylı evin 1 saylı mənzilinə dair tutmanın yönəldilməsi haqqında bildiriş qeydiyyata alınmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdehnun xx.xx.2012-ci il tarıxli saylı BİZ**********1040010 saylı kredit müqaviləsi üzrə borcu aşağıdakı kimidir: - əsas məbləğ üzrə borc-21526.53 manat hesablanmış və ödənilməmiş faiz borcu-9523.97 manat, cərimə borcu -10365.09 manat, gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği-10022.48 manat, cəmi borc-51438.07 manat məbləğində pul borcu mövcuddur. İş materiallarına əlavə olunmuş **********342 nömrəli xx.xx.2024-cü il tarixli bildirişə əsasən, bank tərəfindən verilmiş kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi X1 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 1 nömrəli mənzil İddiaçı ASC-ə ipoteka qoyulmuşdur. Həmin mənzil ipotekaya qoyulması barədə bank ilə onun arasında xx.xx.2012-ci il tarixli, 143 saylı ipoteka müqaviləsi bağlanmış və dövlət qeydiyyatına alındıqdan sonra həmin mənzil İddiaçı ASC-in xeyrinə yüklü edilmişdir. Kredit müqaviləsi üzrə götürülmüş öhdəlik borcu X2 tərəfindən lazımınca icra edilməmişdir. Bu səbəbdən də onun 51438.07 manat məbləğində vaxt keçmiş kredit borcu mövcuddur. Həmin borcun könüllü ödənilməsi barədə borcalana dəfələrlə şifahi və yazılı xəbərdarlıqlar edilməsinə baxmayaraq kredit borcunun qaytarılması təmin edilməmişdir. İş materiallarına əlavə olunmuş **********184 nömrəli xx.xx.2024-cü il tarixli bildirişə əsasən, onun 11 yanvar 2024-cü il tarixinə LPO Banka 21526.53 manat əsas, 9523.97 manat faiz, 10365.09 manat cərimə, AR MM-in 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün hesablanan 10022.48 manat faiz məbləği, ümumilikdə 51438.07 manat məbləğində borcu qalmışdır. Göstərilənlərə əsasən və tərəflər arasında olan münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə ondan tələb olunur 51438.07 manat məbləğində borcun ödənilməsi 3 gün ərzində təmin olunmalıdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin 3-213-30/2-29081/2024 **********81 nömrəli xx.xx.2024-cü il tarixli məktubuna əsasən, Cavabdeh məxsus Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 25 saylı evin 1 saylı mənzili İddiaçı ASC Biznes filialının xx.xx.2012-ci il tarixli müraciətinə əsasən İddiaçı ASC-in xeyrinə sonrakı ipoteka hüququ ilə yüklü edilmişdir və hal-hazırda yüklüdür. “Arxiv işinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2002-ci il tarixli 816 saylı Fərmanına və digər normativ-hüquqi sənədlərin tələblərinə uyğun olaraq müraciətdə qeyd edilən sənədlərin saxlanılması müddəti başa çatdığından məhv edilmişdir. (xx.xx.2017-ci il tarixli akt) Bu səbəbdən sənəd surətlərinin təqdim edilməsi mümkün olmamışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivinin 3-16-5/6-11- 942/24 saylı xx.xx.2024-cü il tarixli məktubuna əsasən, Bakı şəhəri 9 saylı notariat ofisində 2008-2024-cü illərə dair daşınmaz əmlakın özgəninkiləşdirilməsindən başqa digər müqavilələr və onların qeydə alındığı 3M indeksli notariat reyestrləri arxivə təhvil verilməmişdir. Qeyd olunanlarla bağlı Bakı şəhəri 9 saylı notariat ofisinə müraciə etmək məqsədəmüvafiqdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin 3-213-30/2-33039/2024 **********39 nömrəli xx.xx.2024-cü il tarixli məktubuna əsasən, Cavabdeh məxsus Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 25 saylı evin 1 saylı mənzili İddiaçı ASC Biznes filialının xx.xx.2012-ci il tarixli müraciətinə əsasən İddiaçı ASC-in xeyrinə sonrakı ipoteka hüququ ilə yüklü edilmişdir və hal-hazırda yüklüdür. Sözügedən əmlak daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır və bu səbəbdən yüklülük çıxarışının verilməsi mümkün olmamışdır. xx.xx.2004-cü il tarixli Qeydiyyat vəsiqəsinə əsasən Cavabdeh məxsus əmlaka dair 7 saylı reyestr kitabının 1184 saylı vərəqində sonrakı ipoteka müqaviləsinin qeydiyyatı aparılaraq **********2320 nömrəli cavab məktubu ipoteka saxlayan təqdim edilmişdir. “Arxiv işinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2002-ci il tarixli 816 saylı Fərmanına və digər normativ-hüquqi sənədlərin tələblərinə uyğun olaraq müraciətdə qeyd edilən sənədlərin saxlanılması müddəti başa çatdığından məhv edilmişdir (xx.xx.2017-ci il tarixli akt). Bu səbəbdən sənəd surətlərinin təqdim edilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli 9/8369 nömrəli rəyinə əsasən, 1-ci, 2-ci, 3-cü və 4-cü suallar üzrə rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh banka ödənilmiş pul vəsaitlərinə dair bankda olan hesabdan çıxarış məlumatları, xx.xx.2012-ci il tarixli, 143 nömrəli kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla və müqavilə dövründə illik 18%-lə, müqavilə dövründən sonra illik 5%-lə faiz hesablanmaqla Cavabdeh xx.xx.2014-cü il tarixədək (kredit müqaviləsinin son tarixi) banka olan əsas və faiz borcu 26301.52 manat məbləğində, xx.xx.2024-cü il tarixədək (iddia ərizəsinin məhkəməyə daxil olduğu tarixə) banka olan əsas, faiz və əldən çıxmış fayda borcu 28461.54 manat məbləğində və xx.xx.2024-cü il tarixədək (qərardad qəbul olunan tarixə) banka olan əsas, faiz və əldən çıxmış fayda borcu 28898.51 manat məbləğində müəyyən edilir. O cümlədən xx.xx.2014cü il tarixə: əsas borc üzrə-25722.75 manat, faiz borcu üzrə-578.76 manat (18%-lə), xx.xx.2024-cü il tarixə: əsas borc üzrə-19301.52 manat, faiz borcu üzrə-0 manat (18%-lə), əldən çıxmış fayda borcu üzrə-9160.03 manat (5%-lə), xx.xx.2024-cü il tarixə: əsas borc üzrə-19301.52 manat, faiz borcu üzrə-0 manat (18%-lə), əldən çıxmış fayda borcu üzrə- 9596.99 manat (5%-lə). 5-ci sual üzrə-Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 143 nömrəli kredit müqaviləsi üzrə sonuncu ödəniş, təqdim edilmiş ödəniş tapşırığına və Cavabdeh Bankda olan cari hesabdan çıxarış məlumatlarına əsasən xx.xx.2015-ci il tarixdə 7000 manat məbləğində müəyyən edilir. "xxxx" MMC tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli AS 10-034/25 nömrəli rəyə əsasən, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, S.Orucov küçəsi, 25 saylı evin 1 saylı mənzilinin 13 oktyabr 2025-ci il tarixinə bazar dəyəri 70000 manat, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, S.Orucov küçəsi, 25 saylı evin 1 saylı mənzilinin 13 oktyabr 2025-ci il tarixinə likvid dəyəri (bazar dəyərindən 10% aşağı) 63000 manat təşkil edir. Məhkəmə işin faktiki hallarına münasibətdə aşağıdakılar qeyd etməyi zəruri bilir. Cavabdeh ərizə verərək bildirir ki, iddia müddəti keçib, iddia müddətinin keçməsinə dair ərizə tətbiq edilməklə iddia tələbi rədd olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 328.1-ci maddəsinin tələbinə görə, əgər tərəflər hüquq və vəzifələrin əmələ gəlməsini baş verib-verməyəcəyi məlum olmayan hallardan asılı etmişlərsə, əqd şərtlə bağlanmış sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 373.2-ci maddsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır Həmin Məcəllənin 376-cı maddəsinə əsasən əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər üzrə də iddia müddəti keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2001-ci il tarixli Qərarından görünür ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarından görünür ki, Konstitusiya Məhkəməsi Plenumunun L.İ.Binnətovanın şikayəti üzrə 2008-ci il 8 may tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, iddia etmək hüququ iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarından ibarətdir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. Bu hüququn həyata keçirilməsi hər hansı iddia müddətinin keçməsindən asılı deyil. Buna görə də, iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəməyə iddianı təqdim etmək mümkündür. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. İddia müddətinin keçməsi məhz bu mümkünlüyün qarşısını alır və məhkəmə tərəfindən iddiadan imtina edilməsinə əsas kimi götürülür. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə ki, iş materiallarında olan xx.xx.2012-ci il tarıxli saylı kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh 24 ay müddətinə 40000 manat məbləğində kredit verilmiş, “Kredit alan” isə verilmiş krediti qəbul edərək, krediti və ona hesablanmış faizləri müqavilədə nəzərdə tutulan qaydada ödənişlər edilməsini öhdələrinə götürmüşdür. Cavabdeh iddiaçı qarşısında olan öhdəlikləri icra edilməmişdir. Bu səbəbdən, hazırda iddiaçı müvafiq kredit müqaviləsi üzrə yaranmış borcu tutulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh isə iş üzrə iddia müddətinin tətbiq olunmasına dair ərizə təqdim edərək, iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə cavabdehin iddia müddətinin keçməsi ilə əlaqədar ərizəsinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri bilir. Kredit müqaviləsi üzrə hesabdan çıxarışdan görünür ki, kredit müqaviləsi üzrə son ödəniş tarixi xx.xx.2015-ci il tarixə təsadüf edir. Kredit müqaviləsi üzrə son ödəniş tarixindən-xx.xx.2015-ci il tarixdən sonra iddia ərizəsi məhkəməyə xx.xx.2024-cü il tarixdə göndərilmişdir. Son ödəniş tarixindən 9 il 2 ay keçdikdən sonra iddia ərizəsi məhkəməyə daxil olmuşdur. Lakin bu müddət ərzində iddiaçı tərəfindən müvafiq iddia ilə bağlı tədbirlər görülməmişdir. Bu isə ona dəlalət edir ki, həmin kredit müqaviləsinə münasibətdə iddiaçı bank laqeyd yanaşmışdır. Cavabdeh isə ona verilən hüquqdan istifadə edərək iddia müddətinin tətbiqi barədə yazılı ərizə vermişdir. Məhkəmə iddiaçının nümayəndəsinin MM-nin 1309-cu maddəsinə əsasən vərəsələr əgər ölənin borcları onlara məlumdursa mirasın açılması barədə onlara məlumat verməyə borcludurlar fikrinə münasibətdə qeyd edir ki, bu barədə normanın olması ona əsas vermir ki, iddia müddəti tətbiq olunmasın. İddiaçı öz subyektiv hüquqlarından əgər istifadə etmirsə və bu hüquqlar iddia müddəti keçirilməklə itirilirsə, cavabdehin üzərinə düşən hüquqları onun üzərinə düşən vəzifələrə qarşı qoyulması hüquqda qeyri müəyyənlik yarada bilər. Belə k, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi rədd olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı ASC (Ləğv Prosesindədir)-in Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ipoteka predmetinə yönəlməsi və ipoteka ilə yüklü edilmiş əmlakın açıq hərracda satılaraq əldə olunmuş vəsait hesabına borcun ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Ekspetiza xərci 200 manat İddiaçı ASC (Ləğv Prosesindədir)-dən tutularaq dövlət büdcəsinə ödənilsin. Mütəxəssis xərci 300 manat İddiaçı ASC (Ləğv Prosesindədir)-dən tutularaq "xxxx" MMC-in hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qamət Əbilov
Məhkəmə qərarları › İş №e-2(002)-38/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-38/2025
01.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver