Məhkəmə qərarları › İş №e-2(002)-3815/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-3815/2023

12.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-3815/2023 12.12.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Bağırova Mehriban Yaşar qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı ASC Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 30 iyul 2020-ci il tariхli, 102804-911141/1 nömrəli krеdit müqaviləsi üzrə 3734,33 manat əsas borc və 30,77 manat faiz borcu olmaqla, cəmi 3765,10 manat borcun və 58,06 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədəbarədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə X3 arasında bağlanmış 30 iyul 2020-ci il tariхli, 102804-911141/1 nömrəli krеdit müqaviləsinə əsasən borcalana 24 ay müddətinə illik 16,5% dərəcəsi ilə 5000 (beş min) manat məbləğində krеdit vеrilmişdir. X3 19 yanvar 2021-ci il tarixdə vəfat etmişdir. X1 vərəsələrinin olub-olmaması araşdırılarkən məlum olmuşdur ki, X2 dair Bakı şəhəri 8 saylı notariat ofisində vərəsəlik işi açılmışdır. Bundan sonra Bakı şəhəri 8 saylı notariat ofisinə vəkil sorğusu verilmiş və sorğu nəticəsində müəyyən edilmişdir ki, X1 vərəsəsi kimi Cavabdeh tanınmış və bu barədə xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Həmin şəhadətnaməyə əsasən, Cavabdeh ünvan 1 ünvanında yerləşən miras əmlakdan tam hissədə pay almışdır. Bundan sonra cavabdehə kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsi ilə bağlı xəbərdarlıq məktubu göndərilmiş, lakin banka olan borc ödənilməmişdir. Kredit müqaviləsi üzrə 3734,33 manat əsas borc və 30,77 manat faiz borcu olmaqla, cəmi 3765,10 manat məbləğində kredit bоrcu yaranmışdır. Bu səbəbdən iddiaçı təşkilat iddia tələbi ilə məhkəməyə müraciət etmişdir və məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş edir. İddiaçı ASC-nin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq mülki işə iddiaçı təşkilatın səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını və təqdim olunan sübutlar əsasında iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı Cavabdeh izahat verərək bildirdi ki, həqiqətən mərhum anası X3 30 iyul 2020-ci il tariхli kredit müqaviləsinə əsasən 24 ay müddətinə illik 16,5% dərəcəsi ilə 5000 (beş min) manat məbləğində kredit götürmüş, lakin 19 yanvar 2021-ci il tarixdə vəfat etmişdir, anasının vəfatı barədə banka məlumat vermişdir. Miras əmlakdan vərəsə kimi mənzil qəbul etmişdir. Hazırda tələb olunan borc məbləği ilə razıdır, lakin maddi imkanı olmadığı üçün birdəfəyə ödəmək imkanı yoxdur, iş yeri olmamaqla qazancı yoxdur, borcu gələcəkdə hissəhissə ödəyə bilər. Məhkəmə, izahatı dinləyib, iş materiallarında olan sənədləri tədqiq edərək belə qənaətə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan 30 iyul 2020-ci il tariхli, 102804-911141/1 nömrəli kredit müqaviləsindən və ödəniş cədvəlindən görünür ki, İddiaçı ASC ilə X3 arasında bağlanmış həmin kredit müqaviləsinə əsasən iddiaçı təşkilat tərəfindən X2 illik 16,5% olmaq şərti ilə 24 ay müddətinə 5000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 23 avqust 2023-cü il tarixli maliyyə arayışından görünür ki, X1 30 iyul 2020-ci il tariхli, 102804-911141/1 nömrəli kredit müqaviləsi üzrə 3734,33 manat məbləğində əsas borc, 30,7 manat məbləğində faiz borcu olmaqla, cəmi 3765,10 manat məbləğində borcu vardır. İş materiallarında olan AZ-İİ No 142607 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 19 yanvar 2021-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. Bu barədə Qaradağ rayon Qeydiyyat şöbəsində ölüm haqqında akt qeydləri kitabında 26 yanvar 2021-ci il tarixində 96 nömrəsi ilə qeydiyyat aparılmışdır. İş materiallarında olan Bakı şəhəri 8 saylı Notariat Ofisinin vəkil Nümayəndə ünvanladığı 930 saylı, xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, xx.xx.2021-ci il tarixda ölmüş X1 vərəsəsí Notariat Ofisinə xx.xx.2021-ci il tarixdə mirasın qəbulu barədə ərizə ilə müraciət etmiş və tərəflərindən 82/2021 nömrəli vərəsəlik işi açılmışdır. X1 vərəsəsi ünvan 3 ünvanında qeydiyyatda olan qızı Cavabdeh Əhmadovnaya miras qalmış ünvan 4 ünvanında yerləşən mənzilə dair xx.xx.2021-ci il tarixdə 2V-289 reyestr nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Məhkəmə mülki iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək müəyyən edir ki, iddia əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 743.1-ci maddəsinə əsasən, kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Sadalanan hüquq normalarının tələblərinə əsasən məhkəmə müəyyən edir ki, Cavabdeh vərəsə kimi mərhum borcludan miras qalmış əmlakı qəbul etməsinə baxmayaraq, borclunun iddiaçı təşkilat qarşısında kredit müqaviləsi üzrə öhdəliyini yerinə yetirməmişdir. Buna görə də iddiaçı təşkilatın kredit müqaviləsi üzrə əsas borc və faiz borcunun tutulması ilə bağlı tələbi tam əsaslıdır. Məhkəmə iddianın dövlət rüsumunun cavabdehdən tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, dövlət rüsumu ilə bağlı tələb də təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə mülki iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 3734,33 manat məbləğində əsas borc, 30,7 manat məbləğində faiz borcu olmaqla, cəmi 3765,10 manat (üç min yeddi yüz altmış beş manat on qəpik) məbləğində borc pul vəsaiti və 58,06 manat dövlət rüsumu tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar