Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-3872/2023 27.12.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi, X7 oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. "xxxx" ASC ilə X6 arasında bağlanmış xx.xx.2020-ci il tarixli BPM**********96 saylı kredit müqaviləsinə əsasən, Azərbaycan Beynəlxalq Bankı ASC X4 40 ay müddətinə illik 24 faiz dərəcəsi ilə 2330 AZN məbləğində kredit verməyi, borcalan isə kredit məbləğini şərtləşdirilmiş qaydada geri qaytarmağı öhdəsinə götürmüşdür. Kredit müqaviləsi Əlavə olan ödəniş qrafikindən görünür ki, qeyd edilən kreditin aylıq ödəniş məbləği 85.18 manat təşkil edir.
2. "xxxx" ASC Problemli kreditlərin hüquqi tətbiqi departamentinin məhkəmələrlə İş Şöbəsi tərəfindən verilmiş maliyyə arayışına əsasən, cavabdeh X2 xx.xx.2023-cü il tarixə “Azərbaycan Beynəlxalq Bankı ASC-yə xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən 1941.08 AZN əsas; cəmi 1941.08 AZN məbləğində borcu yaranmışdır.
3. Bakı şəhər Qaradağ rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli ölüm haqqında şəhadətnaməyə əsasən, X6 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir.
4. İşə əlavə edilmiş, xx.xx.2023-cü il tarixli 1150№-li Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 8 saylı notariat ofisinin məktubundan görünür ki, xx.xx.2020-ci il tarixində vəfat etmiş X3 vərəsələrinə 8 saylı notariat ofisində xx.xx.2021-ci il tarixli, 2V-403 reyestr nömrəli “Qanun üzrə Vərəsəlik hüququ haqqında Şəhadətnamə” verilmişdir.
5. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 8 Saylı Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli Qanun üzrə vərəsəlik haqqında şəhadətnaməyə əsasən, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X2 vərəsələri: şəhadətnamə verilən miras əmlak: Cavabdeh6 (arvadı) 1/6 hissə, Cavabdeh4 (qızı) 1/6 hissə, Cavabdeh1 (oğlu) 1/6 hissə, Cavabdeh5 (oğlu) 1/6 hissə, Cavabdeh3 (oğlu) 1/6 hissə, Cavabdeh2 (oğlu) 1/6 hissə və onların hər biri miras əmlakdan 1/6 hissədə pay almalıdırlar. Miras əmlakı: Lənkəran rayon cra və Probasiya Şöbəsinin xx.xx.2021-ci il tarixli, 641-2 nömrəli məktubuna əsasən icra sənədi üzrə ETA Group MMC tərəfindən Lənkəran rayon İcra və probasiya Şöbəsinin depozit hesabına köçürülmüş 8600 manat pul vəsaitindən ibarətdir.
6. "xxxx" ASC tərəfindən X2 vərəsələri Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 ünvanlanmış 6-2-22/2-27470/2023 nömrəli, xx.xx.2023-cü il tarixli bildiriş vərəqəsinin surətindən görünür ki, yuxarıda adı çəkilən BPM**********96 nömrəli xx.xx.2020-ci il tarixli Kredit müqaviləsinə əsasən X3 vərəsələrinin nağd kredit üzrə isə 2241.08 AZN əsas borc və buna müvafiq olaraq hesablanmış faiz borcu mövcuddur. Öhdəlik 5 gün ərzində yerinə yetirilməyəcəyi təqdirdə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəməyə müraciət ediləcək və məhkəmədən borc məbləğindən başqa borcun tutulması ilə bağlı yaranmış bütün xərclərin tutulması barədə məhkəmə qərarının çıxarılması xahiş olunacaqdır. İddia tələbi
7. İddiaçı Azərbaycan Beynəlxalq Bankı» ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X3 vərəsələri Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh1, Cavabdeh4, Cavabdeh6 iddiaçı "xxxx" ASC-nin xeyrinə nağd kredit üzrə 2141.08 manat əsas borc və ödənilmiş 41.42 manat dövlət rüsumunun və 0,4 manat xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddiaçı "xxxx" ASC iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh1, Cavabdeh4, Cavabdeh6 iddiaçı "xxxx" ASC-nin xeyrinə nağd kredit üzrə 1941.08 manat əsas borc, ödənilmiş 41.42 manat dövlət rüsumunun və 0,4 manat xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. İddia ərizəsi belə əsaslandırılmışdır ki, "xxxx" ASC ilə X6 arasında xx.xx.2020-ci il tarixli BPM**********96 nömrəli Kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən X4 illik 24 %-lə, 40 ay müddətinə 2330 manat nağd kredit verilmişdir. Tərəflər arasında bağlanmış Kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. 124463 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən,X6 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Bakı şəhəri 8 saylı notariat ofisi tərəfindən verilmiş 1150 nömrəli məktubdan görünür ki, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5,Cavabdeh1, Cavabdeh4, Cavabdeh6 Bakı şəhəri 8 saylı notariat ofisi tərəfindən vərəsəlik işi açılmış və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bankın Qaradağ filialı tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən,X3 xx.xx.2023-cü ilədək Banka ödənilməmiş nağd kredit üzrə 2141.08 manat əsas borcu qalmışdır. Cavabdehlər mərhumX6ndan qalmış mirası qəbul etməsinə baxmayaraqona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir.Mübahisənin məhkəmədən kənar həlli üçün cavabdehə xx.xx.2023cü il tarixində 6-2-22/2-27470/2023 nömrəli xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Bütün bunları nəzərə alaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir.
10. İddiaçı tələbin hüququ əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 443.1, 445.1, 445.2.1, 449.4, 741-ci maddələrinə istinad etmişdir. İddia tələbinə etiraz və qarşılıqlı iddia verilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları
11. İddiaçı "xxxx" ASC-in nümayəndəsi X5 məhkəmə iclaslarında iddia tələbini müdafiə etdiklərini bildirərək hazırkı işdə zaminlik olmadığını, qrafikdən kənar ödənişlər edildiyini, məhkəmə araşdırması zamanı verilən son ödənişlər nəzərə alınmaqla yeni maliyyə arayışına əsasən iddianın dəyişdirilməsi ərizəsinin verildiyinivə həmin həddə iddianın təmin edilməsini xahiş etmişdir.
12. Cavabdeh6 xx.xx.2023-cü il tarixli məhkəmə hazırlıq iclasında izahat verərək borcunu qəbul etdiyini, son ödənişi bu ilin noyabr ayında 100 manat ödədiklərini, borcu birdəfəyə ödəyə bilmədiklərini və hissə-hissə ödəyə biləcəklərini bildirmişdir.
13. Cavabdehlərə məhkəmə baxış iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin mövqeyi a) Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin:
14. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
15. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.
16. 443.1 maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.
17. 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
18. 448.2-ci maddəsinə görə, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
19. 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar.
20. 1255-ci maddəsinə əsasən, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
21. 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.
22. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır.
23. 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
24. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
25. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;
26. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
27. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
28. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
29. 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarı:
30. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. b) Əsaslandırma
31. İddia əsaslıdır.
32. Belə ki, işin mübahisəsiz halları bundan ibarətdir ki, iddiaçı "xxxx" ASC ilə cavabdeh X6 arasında kredit müqaviləsi bağlanmışdır, həmin müqavilə etibarlıdır. İddiaçı bank tərəfindən müqaviləyə əsasən cavabdehə 2330 manat kredit verilmiş, cavabdeh qeyd edilən məbləğdə kredit məbləğini 40 ay müddətində illik 24 faiz dərəcəsi ilə iddiaçı banka hər ay 85.18 manat ödəniş etməklə qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh X6 xx.xx.2020-ci il tarixində vəfat etmiş və onun vərəsələri Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 8 saylı notariat ofisində xx.xx.2021-ci il tarixli, 2V-403 reyestr nömrəli “Qanun üzrə Vərəsəlik hüququ haqqında Şəhadətnamə” verilmiş, eyni zamanda cavabdeh məhkəmə araşdırması zamanı tələbi qəbul etdiyini qeyd etmiş və son ödənişlərin nəzərə alınmasını xahiş etmişdir. "xxxx" ASC pretenziya qaydasına riayət edərək, mərhum X2 oğlu, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 borcu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. İşdə olan sənədlərdən aydın olur ki, cavabdeh öhdəliyi icra etməmiş, iddiaçıya olan qalıq kredit borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Bununla da müqavilənin şərtləri pozulmuşdur.
33. Bununla yanaşı, məhkəmə araşdırması gedişində cavabdeh tərəfindən kredit müqaviləsi üzrə ödəniş həyata keçirilməkləmiş, iddiaçı tərəfindən həmin ödənişlər nəzərə alınmaqla yeni hesabdan çıxarış sənədi verilmişdir. İşə əlavə edilmiş xx.xx.2023-cü il tarixli həmin hesabdan çıxarışdan görünür ki, borclu tərəfindən kredit borcu üzrə sonuncu ödəniş xx.xx.2023-cü il tarixdə həyata keçirilməklə həmin tarixə qeyd edilən müqavilə üzrə əsas borcu 1941.08 manat təşkil edir. Həmçinin, cavabdehlər tərəfindən borcun qeyd edilən məbləğinə dair heç bir etiraz və etirazın əsaslarına dair heç bir sübut məhkəməyə təqdim edilməmişdir.
34. Beləliklə, borclunun vərəsəsinə ünvanlanmış pretenziya məktubunda tələb edilən məbləğ 2241.08 manat olmuş, cavabdeh məhkəmə araşdırması zamanı 300 manat ödəniş etdiyi üçün tələb azaldılaraq 1941.08 manat tələb edilmişdir. Ona görə də məhkəmə göstərilənləri əsas götürərək cavabdehin kredit müqaviləsi üzrə yaranmış borcunun aşkar olduğunu nəzərə alaraq hesab edir ki, cavabdehin miras payına münasib olmaqla iddia tələbi təmin olunmalıdır.
35. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 16 oktyabr 2020-ci il tarixli qərarının məzmunundan aydın olur ki, Mülki Məcəllənin mirasın qəbulu qaydasını müəyyənləşdirən 1243-cü maddəsinə uyğun olaraq, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir....Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır (Mülki Məcəllənin 1255-ci maddəsi). Mirasın qəbulu şəxsin iradəsi ilə bağlı olan hüquqi hərəkət olmaqla, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə razılığın ifadə edilməsidir. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur....Mirasın formal və qeyri-formal üsulla qəbul edilməsindən asılı olmayaraq, mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Bu isə onu göstərir ki, miras qoyanın kreditoru mənafelərinin təmin edilməsi məqsədi ilə tələb hüququnu mirası faktiki qəbul etmiş vərəsələrə qarşı da irəli sürə bilər. 04 iyun 2018-ci il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarının məzmunundan aydın olur ki, vərəsələrin məsuliyyətinin həddi ilə bağlı qeyd olunmalıdır ki, miras qoyanın borcuna görə vərəsələrin məsuliyyəti mirasın həcmi ilə məhdudlaşır. Belə ki, Mülki Məcəllənin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar.
36. Bundan əlavə, iş materiallarından görünür ki, iddiaçı tərəfindən 41.82 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu halda məhkəmə hesab edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən iddia təmin edildiyindən və iddiaçının rüsumla bağlı tələbi olduğu üçün hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 41.82 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
37. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 müştərək qaydada borclu olduğu 1941.08 manat məbləğində pul vəsaiti və 41.82 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməlidir.
38. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq
QƏT ETDİ:
İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 müştərək 1941.08 manat məbləğində pul vəsaiti və 41.48 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq iddiaçı "xxxx" ASC-in xeyrinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, elektron qaydada, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Gülnar Aslanova