Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-39/2025 18.02.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi, X9 oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. "xxxx" ASC ilə X6 arasında bağlanmış xx.xx.2020-ci il tarixli BPM**********36 saylı kredit müqaviləsinə əsasən, Azərbaycan Beynəlxalq Bankı ASC X5 48 ay müddətinə 6450 AZN məbləğində kredit verməyi, borcalan isə kredit məbləğini şərtləşdirilmiş qaydada geri qaytarmağı öhdəsinə götürmüşdür.
2. "xxxx" ASC ilə X6 arasında bağlanmış xx.xx.2020-ci il tarixli BPM**********36 saylı ta kart çərçivə müqaviləsinə əsasən, Azərbaycan Beynəlxalq Bankı ASC X5 36 ay müddətinə 1800 AZN məbləğində kredit verməyi, borcalan isə kredit məbləğini şərtləşdirilmiş qaydada geri qaytarmağı öhdəsinə götürmüşdür.
3. Bakı şəhər Qaradağ rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli ölüm haqqında şəhadətnaməyə əsasən, X6 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir.
4. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 8 saylı notariat ofisi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 2V-120 №-li Qanun üzrə vərəsəlik haqqında şəhadətnaməyə əsasən, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X2 vərəsələri: şəhadətnamə verilən miras əmlak: Cavabdeh1 (atası), miras əmlakdan 1/2 hissə, Cavabdeh2 (anası), miras əmlakdan ½ hissədə pay almalıdırlar. Miras əmlakı: Financa Progress MMC-in 1 saylı Filialı tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 06 saylı məktubuna əsasən girov predmeti olan zinyət əşyalarından ibarətdir.
5. "xxxx" MMC, qiymətləndirici X3 və “Girov Qoyan” X8 tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli 0201/20 №-li qiymətləndirmə aktına əsasən, 1 üzük 583 əyarı 3.09 qram, qiymət 206 AZN və 1 ədəd qolbaq 583 əyarı 10.07 qram, qiyməti 672 manat qiymətləndirilmişdir.
6. "xxxx" ASC Problemli kreditlərin hüquqi tətbiqi departamentinin məhkəmələrlə İş Şöbəsi tərəfindən verilmiş maliyyə arayışına əsasən, cavabdeh X2 xx.xx.2024-cü il tarixə “Azərbaycan Beynəlxalq Bankı ASC-yə xx.xx.2020-ci il tarixli kredit xətti müqaviləsinə əsasən 1796.5 AZN əsas; 337.12 manat faiz; cəmi 2133.62 AZN məbləğində borcu yaranmışdır.
7. "xxxx" ASC Problemli kreditlərin hüquqi tətbiqi departamentinin məhkəmələrlə İş Şöbəsi tərəfindən verilmiş maliyyə arayışına əsasən, cavabdeh X2 xx.xx.2024-cü il tarixə “Azərbaycan Beynəlxalq Bankı ASC-yə xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən 5981.59 AZN əsas; 233.61 manat faiz; cəmi 6215.22 AZN məbləğində borcu yaranmışdır.
8. "xxxx" ASC tərəfindən Cavabdeh1 və Cavabdeh2 ünvanlanmış 6-2-22/2- 30434/2023 nömrəli, xx.xx.2023-cü il tarixli bildiriş vərəqəsinin surətindən görünür ki, yuxarıda adı çəkilən BPM**********36 nömrəli xx.xx.2020-ci il tarixli Kredit müqaviləsinə əsasən X2 vərəsələrinin nağd kredit üzrə isə 6215.22 AZN əsas borc və buna müvafiq olaraq hesablanmış faiz borcu mövcuddur. Öhdəlik 5 gün ərzində yerinə yetirilməyəcəyi təqdirdə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəməyə müraciət ediləcək və məhkəmədən borc məbləğindən başqa borcun tutulması ilə bağlı yaranmış bütün xərclərin tutulması barədə məhkəmə qərarının çıxarılması xahiş olunacaqdır.
9. "xxxx" ASC tərəfindən Cavabdeh1 və Cavabdeh2 ünvanlanmış 6-2-22/2- 27279/2023 nömrəli, xx.xx.2023-cü il tarixli bildiriş vərəqəsinin surətindən görünür ki, yuxarıda adı çəkilən BPM**********36 nömrəli xx.xx.2020-ci il tarixli tam kart kredit müqaviləsinə əsasən X2 vərəsələrinin nağd kredit üzrə isə 1796.5 AZN əsas borc və buna müvafiq olaraq hesablanmış faiz borcu mövcuddur. Öhdəlik 5 gün ərzində yerinə yetirilməyəcəyi təqdirdə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəməyə müraciət ediləcək və məhkəmədən borc məbləğindən başqa borcun tutulması ilə bağlı yaranmış bütün xərclərin tutulması barədə məhkəmə qərarının çıxarılması xahiş olunacaqdır. İddia tələbi
10. İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçı "xxxx" ASCnin xeyrinə xx.xx.2020-ci il tarixli, BPM**********836 nömrəli kredit müqaviləsinə əsasən, tam kart kredit borcu üzrə 1796.5 manat əsas borcu və 337.12 manat faiz borcu, nağd kredit müqaviləsi üzrə 5981.59 manat əsas borcu və 233.61 manat faiz borcu olmaqla, ümumilikdə 8348.84 manat pul vəsaitinin, həmçinin ödənilmiş 103.34 manat dövlət rüsumu və 1.20 manat bank xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
11. İddia ərizəsi belə əsaslandırılmışdır ki, "xxxx" ASC ilə X6 arasında xx.xx.2020-ci il tarixli, BPM**********836 saylı Kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən X5 36 ay müddətinə illik 24 faiz ödəmək şərtilə 1800 manat məbləğində kredit limiti açılmışdır. Həmçinin, "xxxx" ASC ilə X6 arasında xx.xx.2020-ci il tarixli, BPM**********836 saylı Kredit müqaviləsinə əsasən, X5 48 ay müddətinə illik 19 faiz ödəmək şərtilə 6450 manat məbləğində nağd kredit verilmişdir. Tərəflər arasında bağlanmış Kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. AZ-İİ №1244090 saylı ölüm haqqında şəhadətnaməyə əsasən X6 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Bakı şəhəri 8 saylı notariat ofisinin xx.xx.2023-cü il tarixli, 1151 saylı məktubuna əsasən X2 mirası qəbul etmiş vərəsələrinin Cavabdeh1 və Cavabdeh2 olduğu müəyyən edilmişdir. Miras əmlak, Finance Progress MMC-nin 1 saylı filialı tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 06 saylı məktuba əsasən, girov predmeti olan zinyət əşyalarından ibarətdir. Bankın Qaradağ filialı tərəfindən təqdim edilmiş maliyyə arayışından görünür ki, X2 tam kart kredit borcu üzrə Banka ödənilməmiş 1796.5 manat əsas borcu və 337.12 manat faiz borcu qalmışdır. Eyni zamanda, Qaradağ filialı tərəfindən təqdim edilmiş maliyyə arayışından görünür ki, X2 tam kart çərçivə müqaviləsi üzrə nağd kredit borcuna əsasən, Banka ödənilməmiş 5981.59 manat əsas borcu və 233.61 manat faiz borcu qalmışdır. Cavabdehlər mərhum X4 qalmış mirası qəbul etməsinə baxmayaraq onlara çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdirlər. Mübahisənin məhkəmədənkənar həlli üçün cavabdehlərə xx.xx.2023-cü il tarixində 6-2-22/2-27279/2023 nömrəli xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq sonuncu öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Bütün bunları nəzərə alaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir.
12. İddiaçı tələbin hüququ əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 443.1, 445.1, 445.2.1, 449.4, 741-ci maddələrinə istinad etmişdir. İddia tələbinə etiraz və qarşılıqlı iddia verilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları
13. İddiaçının nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirdi ki, cavabdehlər kredit müqaviləsi üzrə öhdəliklərin icra edilməməsinə görə mirası qəbul etmiş vərəsələr olaraq məsuliyyət daşıyırlar. Borclunun faiz borcu vəfat etdiyi andan dayandırılmışdır. Miras əmlakın həcminin borc məbləğindən aşağı olmasını sübut etmə yükü vərəsələrin üzərindədir. Bu barədə məhəmə təcrübəsi formalaşmışdır. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir.
14. Cavabdeh1 məhkəmə hazırlıq iclasında izahat verərək bildirmişdir ki, iddia tələbini qəbul etmir, oğlunun kredit götürməsindən məlumatı olmamışdır və miras qoyandan heç bir əmlak qalmamışdır.
15. Cavabdehlərə məhkəmə baxış iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq:
16. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: xx.xx.2023-cü il tarixə qədər qüvvədə olan 739.1-ci maddəsinə görə, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. xx.xx.2023-cü il tarixə qədər qüvvədə olan 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. xx.xx.2023-cü il tarixə qədər qüvvədə olan 740.1-ci maddəsinə görə, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. xx.xx.2023-cü il tarixə qədər qüvvədə olan 740.2-ci maddəsinə əsasən, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. xx.xx.2023-cü il tarixə qədər qüvvədə olan 742.2-ci maddəsinə əsasən, yüz on manatdan çox məbləğdə borclar üçün borc müqaviləsinin ləğv edilməsi haqqında xəbərdarlıq müddəti üç ay, daha az məbləğdə borclar üçün bir ay təşkil edir. Əgər borc üzrə faizlər şərtləşdirilməyibsə, borc alanın ləğvetməyə dair bildiriş vermədən də borcu qaytarmaq hüququ vardır. 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. 1255-ci maddəsinə əsasən, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır.
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
18. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarı: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır.
19. “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 16 oktyabr 2020-ci il tarixli Qərar: “Beləliklə, mirasın formal və qeyri-formal üsulla qəbul edilməsindən asılı olmayaraq, mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Bu isə onu göstərir ki, miras qoyanın kreditoru mənafelərinin təmin edilməsi məqsədi ilə tələb hüququnu mirası faktiki qəbul etmiş vərəsələrə qarşı da irəli sürə bilər.
20. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli Qərar: “... vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması, susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya-hüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil etdiyindən, Mülki Məcəllənin 1273-1-ci maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə uyğun olmayan hesab edilməlidir. Bu baxımdan qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir.” Əsaslandırma
19. İddia qismən əsaslıdır.
20. Belə ki, işin mübahisəsiz halları bundan ibarətdir ki, iddiaçı "xxxx" ASC ilə cavabdeh X6 arasında kredit müqaviləsi və təm kart kredit müqaviləsi bağlanmışdır, həmin müqavilə etibarlıdır. İddiaçı bank tərəfindən müqavilələrə əsasən cavabdehə 1800 manat və 6450 manat kredit verilmiş, cavabdeh qeyd edilən məbləğdə kredit məbləğini 36 ay və 48 ay müddətində qaytarmağı öhdəsinə götürmüşdür. İşdə olan sənədlərdən aydın olur ki, borclular öhdəliyi icra etməmiş, iddiaçıya olan qalıq kredit borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Bununla da, müqavilənin şərtləri pozulmuşdur.
21. Cavabdeh X6 xx.xx.2020-ci il tarixində vəfat etmiş və onun vərəsələri Cavabdeh1 və Cavabdeh2 8 saylı notariat ofisində xx.xx.2021-ci il tarixli, 2V-120 reyestr nömrəli “Qanun üzrə Vərəsəlik hüququ haqqında Şəhadətnamə” verilmişdir.
22. "xxxx" ASC pretenziya qaydasına riayət edərək, mərhum X2 vərəsələri cavabdehlər Cavabdeh1 və Cavabdeh2 borcun ödənilməsini tələb etmişdir.
23. Cavabdeh1 məhkəmə araşdırması zamanı miras əmlakın borcu əhatə etmədiyini və ümumiyyətlə, mərhum oğlunun borcundan xəbəri olmadığı üçün iddia tələbini qəbul etmədiyini bildirmişdir.
24. Bununla bağlı məhkəmə qeyd edir ki, vərəsəlik hüququ mülkiyyətçinin sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlərin ölümündən sonra onun iradəsinə uyğun olaraq müəyyən etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçməsini ehtiva edir. Mülki Məcəllənin 1256-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Miras açıldıqdan sonra vərəsə susmuşsa, yəni mirası qəbul və ya ondan imtina etməmişsə, qanunverici vərəsənin mirasdan imtina etmədiyini ehtimal etmiş və müvafiq olaraq mirasdan imtinanın nəticələrinin ona tətbiq edilməməsini nəzərdə tutmuşdur.
25. Bu mənada, mülkiyyəti təsdiq edən sənəddə adı qeyd olunmuş əşyanın mülkiyyətçisi vəfat edərsə, bu əmlakın sahibi onun vərəsələridir. Vərəsələr bu əşya üzərində mülkiyyət hüququnu miras qoyanın ölümündən sonra qanunla müəyyən edilmiş qaydada qeydiyyata alınmadan əldə edirlər.
26. Mirasın formal və qeyri-formal üsulla qəbul edilməsindən asılı olmayaraq, mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Bu isə onu göstərir ki, miras qoyanın kreditoru mənafelərinin təmin edilməsi məqsədi ilə tələb hüququnu mirası faktiki qəbul etmiş vərəsələrə qarşı da irəli sürə bilər.
27. Mülki məhkəmə icraatında sübutetmə institutu və sübutetmə yükünə dair qeyd olunmalıdır ki, hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır.
28. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını MPM-in 77.1ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız MPM-in 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir.
29. Hazırkı işdə əsas borclunun vəfatından sonra onun vərəsəlik qaydasında keçən miras əmlakının olması hallarının mövcudluğu kreditor tərəfindən deyil, vərəsələr tərəfindən sübuta yetirilməlidir. İş üzrə sübutetmə yükünün tərəflər arasında bu qaydada bölüşdürülməsi həm prosessual hüquq normalarına, həm də konkret vəziyyətdə sübutetmə yükünün kimə aid olmasını tənzimləyən maddi hüquq normasına uyğundur. Belə ki, Mülki Məcəllənin “Vərəsələr tərəfindən kreditorların təmin edilməsi zamanı sübutetmə yükü” adlanan 1307-ci maddəsində təsbit edilmişdir ki, mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir.
30. Miras əmlakın bütün kütləsi barədə sübutları təqdim etmək vəzifəsi vərəsələrin üzərində olmasına baxmayaraq, cavabdehlər tərəfindən miras aktivinin dairəsi barədə sübutlar təqdim edilməmiş və ya notarius tərəfindən əmlakın siyahıya alınması halı hazırkı işdə mövcud olmamışdır.
31. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehlərə verilmiş qanun üzrə vərəsəlik şəhadətnaməsində göstərilən miras əmlakın əsas borclunun kredit müqaviləsi üzrə borcundan az olması tələbin rəddi üçün əsas ola bilməz.
32. Miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır (Mülki Məcəllənin 1255-ci maddəsi). “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 04 iyun 2018-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarına əsasən, vərəsələrin məsuliyyətinin həddi ilə bağlı qeyd olunmalıdır ki, miras qoyanın borcuna görə vərəsələrin məsuliyyəti mirasın həcmi ilə məhdudlaşır. Göstərilənlərə və Mülki Məcəllənin 1306.1-ci maddəsinə əsasən məhkəmə qeyd edir ki, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar.
33. İddia tələbinin hansı həcmdə təmin edilməsinə gəldikdə isə məhkəmə qeyd edir ki, "xxxx" ASC tərəfindən borclunun vərəsələrinə ünvanlanmış pretenziya məktublarında nağd kredit müqaviləsi üzrə 6215.22 manat, tam kart kredit müqaviləsi üzrə 1796.5 manat və müvafiq faizin tutulması tələb edilmişdir. Məhkəmə araşdırması zamanı Cavabdeh1 bank tərəfindən hesablanmış borc məbləği ilə razı olmadığını bildirdiyindən iş üzrə məhkəməmühasibatlıq ekspertizası təyin edilmişdir.
34. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/8367 nömrəli ekspert rəyinə əsasən, xx.xx.2020-ci il tarixli BPM**********836 saylı tam kart çərçivə müqaviləsi üzrə, iş materiallarında olan hesabdan çıxarış məlumatlarına əsasən, X6 ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2020-ci il tarixli, BPM**********836 saylı tam kart çərçivə müqaviləsi üzrə banka ödəməli olan kredit borcu aşağıdakı kimi müəyyən olunur: xx.xx.2023-cü il tarixə əsas borc üzrə 1796.50 manat və faiz borcu üzrə 337.12 manat, xx.xx.2020-ci il tarixli, BPM**********836 saylı nağd kredit müqaviləsi üzrə: xx.xx.2023-cü il tarixə əsas borc üzrə 5981.58 manat və faiz borcu üzrə 233.61 manat.
35. Məhkəmə ekspert rəyini işdə olan sənədlərlə birlikdə qiymətləndirərək mötəbər sübut kimi qəbul edir.
36. Məhkəmə yuxarıda adı çəkilən Plenum Qərarının tələblərini nəzərə alaraq qeyd edir ki, pretenziya məktubunda kreditor bankın iradə ifadəsi müqavilə üzrə yaranmış gecikmə məbləğinin deyil, bütün borcun tutulması ilə bağlı olduğundan, həmin məktubunun göndərilməsi tarixindən tərəflər arasında bağlanmış müqavilə ləğv edilmiş hesab edilməlidir.
37. Məhkəmə qeyd edilən halları, cavabdehlər tərəfindən iddia tələbinə dair heç bir etiraz, etirazın əsaslarına dair heç bir sübutun məhkəməyə təqdim edilməməsini və borclunun kredit müqaviləsi üzrə yaranmış borcunun aşkar olduğunu və ekspert rəyini nəzərə alınaraq hesab edir ki, iddiaçı ilə X6 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, BPM**********836 saylı tam kart çərçivə müqaviləsi üzrə əsas borc olaraq 1796.5 manat, faiz borcu olaraq 337.12 manat, xx.xx.2020-ci il tarixli, BPM**********836 saylı nağd kredit müqaviləsi üzrə əsas borc olaraq 5981.58 manat, faiz borcu olaraq 233.61 manat həddində iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə xərcləri
38. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0-cı maddəsinə görə, işə baxılması ilə əlaqədar məsrəflərə aşağıdakılar daxildir: 115.0.1. şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;
39. İş materiallarından görünür ki, iddiaçı tərəfindən iddianın qiymətinə uyğun olaraq 130.49 manat məbləğində dövlət rüsumu və 1.20 manat bank xidməti ödənilmişdir. Bu halda məhkəmə hesab edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş rüsumun tələbin ödənilmiş hissəsinə uyğun olan 130.49 manat məbləğində dövlət rüsumu və 1.20 manat hissəsi cavabdehlərdən tutularaq iddiaçıya ödənilməli, eyni zamanda iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 manat məsrəfin tələbin təmin edilmiş hissəsinə uyğun olaraq 50 manat hissəsi isə cavabdehlərdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.
40. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçı "xxxx" ASC-nin xeyrinə xx.xx.2020-ci il tarixli, BPM**********836 nömrəli kredit müqaviləsinə əsasən, tam kart kredit borcu üzrə 1796.5 manat əsas borcu və 337.12 manat faiz borcu, nağd kredit müqaviləsi üzrə 5981.58 manat əsas borcu və 233.61 manat faiz borcu olmaqla, ümumilikdə 8348.81 manat pul vəsaitinin, həmçinin ödənilmiş 103.49 manat dövlət rüsumu və 1.20 manat bank xidmət haqqı tutularaq "xxxx" ASC-in xeyrinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.
41. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq
QƏT ETDİ:
İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçı "xxxx" ASC-nin xeyrinə xx.xx.2020-ci il tarixli, BPM**********836 nömrəli kredit müqaviləsinə əsasən, tam kart kredit borcu üzrə 1796.5 manat əsas borcu və 337.12 manat faiz borcu, nağd kredit müqaviləsi üzrə 5981.58 manat əsas borcu və 233.61 manat faiz borcu olmaqla, ümumilikdə 8348.81 manat pul vəsaitinin, həmçinin ödənilmiş 103.49 manat dövlət rüsumu və 1.20 manat bank xidmət haqqı tutularaq "xxxx" ASC-in xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan, 50 manat məsrəf cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq dövlət büdcəsinə (Büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3; X1, VÖEN **********; Müxbir hesab: AZ41NABZ**********0000003944; SWİFT BİK CTREAZ22; MEM VÖEN **********; Hesab AZ34CTRE********************) köçürülsün. Qətnamədən tərəflərə rəsmi verildiyi gündən 1 (bir) ay müddətində, elektron məhkəmə informasiya sistemi və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Gülnar Aslanova