Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-4199/2025 12.01.2026 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Babayeva Nərmin Sahib qızının katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı müqavilə üzrə borcun tutulması barədə tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “müqavilə üzrə borcun tutulması” barədə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" ASCnin xeyrinə BPM**********39 nömrəli xx.xx.20218-ci il tarixli Kredit Müqaviləsinə əsasən verilmiş kredit üzrə 275.18 manat əsas borcu olmaqla, cəmi 275.18 manat məbləğində kredit borcunun, həmçinin, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun və bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" ASC-nin Qaradağ filialı ilə X5 arasında bağlanmış BPM**********39 nömrəli xx.xx.20218-ci il tarixli Kredit müqaviləsinə əsasən X3 illik 27 faizlə 36 ay müddətinə 1800 AZN məbləğində kredit verilmişdir. X5 xx.xx.2021-ci il tarixdə vəfat etmiş və ölüm faktı Qaradağ rayon qeydiyyat şöbəsi tərəfindən qeydə alınaraq, xx.xx.2021-ci il tarixdə ölüm haqqında şəhadətnamə verilmişdir. Kredit müqavilələri üzrə borc qaldığından tərəfimizdən sorğu verilmiş və Bakı şəhəri 45 saylı Notariat Ofisindən əldə edilən məlumata əsasən Cavabdeh X2 vərəsəsi olaraq tanınmışdır. Hazırda iddia ərizəsinə əlavə edilən maliyyə arayışından da göründüyü kimi, xx.xx.2025-ci il tarixə borc alanın Banka BPM**********39 nömrəli xx.xx.20218-ci il tarixli Kredit Müqaviləsinə əsasən verilmiş kredit (nağd kredit) üzrə 275.18 manat əsas borcu olmaqla, cəmi 275.18 manat məbləğində kredit borcu qaldığından, vərəsə olan cavabdehə öhdəliyin yerinə yetirilməsi haqqında tərəfindən xx.xx.2025-ci il tarixdə bildirişlər (mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınması barədə) göndərilmişdir. Beləliklə, borc alanın müqavilə üzrə kredit borcu mirası qəbul etmiş vərəsələr tərəfindən ödənilmədiyi üçün, borcun məhkəmə qaydasında tələb edilməsi zərurəti yaranmışdır. Bundan başqa, hazırki mübahisə üzrə iddia qiyməti ümumilikdə 275.18 manat olduğundan, tərəfimizdən 30 manat dövlət rüsumu və bank xidməti haqqı ödənilmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında izahatında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermişdir. Cavabdeh əvvəlki məhkəmə iclaslarında izahatında iddia tələbini qəbul edərək bildirdiki, ona həyat yoldaşından maşın qalmışdır. Yarasız vəziyyətdə olduğu üçün notariusa apara bilməmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Beynəlxalq Bankı" ASC-nin Müştəri Xidməti Departamenti ilə X5 arasında bağlanmış BPM**********39 nömrəli xx.xx.2018-cü il tarixli Kredit müqaviləsinə əsasən X3 illik 27 faizlə 36 ay müddətinə 1800 AZN məbləğində nağd krediti verilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışlarının surətlərindən görünür ki, X2 BPM**********39 nömrəli xx.xx.2018-cü il tarixli Kredit müqaviləsinə əsasən 275.18 manat məbləğində borcu vardır. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2018-ci il tarixli məxaric orderindən görünür ki, Azərbaycan Beynəxalq Bankı” ASC tərəfindən X3 1800 manat məbləğində pul ödənilmşdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş AZ-İİ seriyalı 142640 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2021-cü il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2021-cü il tarixdə 139 nömrəsi ilə qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 45 saylı notariat ofisinin xx.xx.2025-ci il tarixli məktubunun surətindən görünür ki, xx.xx.2021-cü il tarixdə ölmüş X2 adına vərəsəlik işi açılmışdır. Lakin hələ vərəsəlik hüququ haqqında şəhadətnamə verilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borcun tutulması ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı borcun tutulması məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində borcun tutulması borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1307-ci maddəsinə əsasən Mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 iyun 2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Borclunun ölümü zaminliyin xitamına səbəb olmur. Zaminin ölmüş borclunun kreditorları qarşısında məsuliyyətinin həddi miras əmlakın həcmi ilə məhdudlaşmır. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, eləcə də miras əmlakın həcmi vərəsələrə öhdəliyi icra etməyə imkan vermədikdə, zamin kreditor qarşısında tam məsuliyyət daşıyır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviriəsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iclasında müəyyən olundu ki, "xxxx" ASC ilə X5 arasında kredit müqaviləsi bağlanmış, X5 müqavilə üzrə öhdəlikləri yerinə yetirməyi öz öhdəsinə götürmüşdür. X5 xx.xx.2021-ci il tarixdə vəfat etmiş, X2 adına vərəsəlik işi açılmışdir. Həmin şəhadətnamə ilə cavabdehə mərhumdan qalmış mirasın dəyəri iddia ərizəsi ilə tələb olunan məbləğdən az olmamışdır. Beləliklə, məhkəmə qeyd edir ki, Cavabdeh mərhum X1 qalmış mirası qəbul etməsinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın iddiaçı qarşısında olan öhdəlikləri icra etməmişdir. Bu səbəbdən, məhkəmə hesab edir ki, Cavabdeh iddiaçının xeyrinə iddia tələbi təmin edilməlidir. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi təmin edilməli, xx.xx.2021-ci il tarixdə ölmüş X2 vərəsəsi-Cavabdeh iddiaçı "xxxx" ASCnin xeyrinə BPM**********39 nömrəli xx.xx.2018-cü il tarixli Kredit müqaviləsinə əsasən 275.18 manat məbləğində əsas borcu və 30 manat ödənilmiş dövlət rüsumu, habelə 40(qırx) qəpik xidmət haqqı tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə BPM**********39 nömrəli xx.xx.2018-cü il tarixli Kredit müqaviləsinə əsasən 275.18 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu, habelə 40(qırx) qəpik xidmət haqqı tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qamət Əbilov
Məhkəmə qərarları › İş №e-2(002)-4199/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-4199/2025
12.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver