Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-421/2024 13.02.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi ilə, İddiaçı LPO "xxxx" KB QSC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı «borc» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı LPO "xxxx" KB QSC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı «borc» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" KB QSC ilə Cavabdeh arasında bağlanmış 05 fevral 2015-ci il tarixli 1xx/xx/94327/15 saylı kredit müqaviləsi üzrə Cavabdeh 611,49 manat əsas borc, 391,45 manat faiz, 1.362,48 manat cərimə, 181,12 manat gecikdirilmiş vaxt üçün hesablanmış faiz olmaqla, cəmi 2.546,54 manat pul vəsaitinin və 45,47 manat dövlət rüsumunun iddiaçı LPO "xxxx" KB QSC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı LPO "xxxx" KB QSC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" KB QSC ilə Cavabdeh arasında 05 fevral 2015-ci il tarixdə kredit verilməsi haqqında 1xx/xx/94327/15 saylı müqavilə bağlanmışdır. Həmin sənədlərə əsasən bank tərəfindən cavabdehə illik 22 % ödənilməsi şərti ilə 24 ay müddətinə 2.000 manat məbləğində kredit verilmişdir. Lakin cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin banka 611,49 manat əsas borc, 391,45 manat faiz, 1.362,48 manat cərimə, 181,12 manat gecikdirilmiş vaxt üçün hesablanmış faiz olmaqla, cəmi 2.546,54 manat məbləğində borcu qalmışdır. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə bank tərəfindən cavabdehə yazılı xəbərdarlıq edilmiş, lakin bundan sonra da kredit müqaviləsi üzrə öhdəliklər onun tərəfindən lazımınca icra edilməmişdir. Bu səbəbdən, iddia ərizəsi ilə məhkəməyə müraciət olunmuşdur. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlmədiyindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Cavabdeh öncəki məhkəmə iclasında iddianı qəbul etmədi, iddia müddətinin tətbiq edilməsi barədə ərizə verdi və izahatında bildirdi ki, onunla iddiaçı LPO "xxxx" KB QSC arasında 05 fevral 2015-ci il tarixdə kredit müqaviləsi bağlanmışdır. İddiaçı tərəfindən iddia müddəti ötürülmüşdür. İddiaçı öz hüquqlarının cavabdeh tərəfindən pozulduğunu sonuncu ödənişin ödənildiyi vaxtdan bildiyi halda və ya bilməli olduğu halda ondan yaranmış borc məbləğini xx.xx.2018-ci il tarixə qədər tələb etmək hüququ olmuşdur. İddiaçı isə qanunvericilikdə müəyyən edilmiş iddia müddətini ötürmüşdür. Hazırki iddia tələbi ilə bağlı iddiaçı tərəfindən iddia müddəti ötürüldüyü və onun tərəfindən iddia müddətinin tətbiqi ilə bağlı ərizə təqdim edildiyindən iddia təmin edilməməlidir. Bu səbəbdən, məkəmədən iddia müddəti tətbiq edilməklə iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə cavabdehin öncəki məhkəmə iclasında verdiyi izahatını, eləcə də cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsini nərərdən keçirib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, "xxxx" KB QSC ilə Cavabdeh arasında 05 fevral 2015-ci il tarixdə kredit verilməsi haqqında 1xx/xx/94327/15 saylı müqavilə bağlanmış və bank tərəfindən cavabdehə illik 22 % ödənilməsi şərti ilə 24 ay müddətinə 2.000 manat məbləğində kredit verilmişdir. İddiaçı həmin kredit müqaviləsinə istinad edərək, cavabdehin banka 611,49 manat əsas borc, 391,45 manat faiz, 1.362,48 manat cərimə, 181,12 manat gecikdirilmiş vaxt üçün hesablanmış faiz olmaqla, cəmi 2.546,54 manat borcu olduğuna dair iddia ərizəsi ilə məhkəməyə 13 dekabr 2023-cü il tarixdə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Mülki Məcəllənin 373.1-ci maddəsinə əsasən ümumi iddia müddəti on ildir. Mülki Məcəllənin 373.2-ci maddsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Mülki Məcəllənin 376-cı maddəsinə əsasən əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər üzrə də iddia müddəti keçir. Mülki Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İşin faktiki hallarından görünür ki, iddiaçı vaxtında iddia ərizəsi ilə məhkəməyə müraciət etməmiş, qanunla müəyyən olunmuş iddia müddətini üzürsüz səbəbdən ötürmüş, iddia müddəti başa çatdıqdan xeyli sonra iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, iddia müddətinin tətbiq edilməsi barədə məhkəməyə yazılı müraciət təqdim edildiyindən, hazırkı iş üzrə iddia müddəti keçdiyindən, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməlidir. Ödəniş tapşırığından görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 45 manat 47 qəpik məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçı LPO "xxxx" KB QSC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı «borc» tələbinə dair iddiası iddia müddəti tətbiq edilməklə rədd edilməlidir. Ödənilmiş 45 manat 47 qəpik dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı LPO "xxxx" KB QSC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı «borc» tələbinə dair iddiası iddia müddəti tətbiq edilməklə rədd edilsin. Ödənilmiş 45 manat 47 qəpik dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. HakimKamran Əsədov
Məhkəmə qərarları › İş №e-2(002)-421/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-421/2024
13.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver