Məhkəmə qərarları › İş №e-2(002)-4329/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-4329/2025

14.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-4329/2025 14.01.2026 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı «vəfat etmiş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsədən tutulması» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı «vəfat etmiş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsədən tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixli BPM**********51 saylı kredit müqaviləsi üzrə 1.680,83 manat əsas borc, 19,30 manat faiz olmaqla, cəmi 1.700,13 manat pul vəsaiti, ödənilmiş 37,01 manat dövlət rüsumu və 0,4 manat xidmət haqqının Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" ASC-nin «Qaradağ» filialı ilə X5 arasında xx.xx.2019-cu il tarixli BPM**********51 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən X4 22 ay müddətinə 2.000 manat kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. X1 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Bakı şəhəri 8 saylı Notariat ofisi tərəfindən verilmiş məlumata əsasən mərhum X3 xx.xx.2020-ci il tarixdə vəfat etməsi ilə əlaqədar vərəsələrin dairəsinin müəyyənləşdirilməsi üçün Cavabdeh Dəyanət oğlunun ərizəsi əsasında xx.xx.2021-ci il tarixdə vərəsəlik işi açılmışdır. Maliyyə arayışına əsasən Cavabdeh Dəyanət oğlunun xx.xx.2019-cu il tarixli BPM**********51 nömrəli kredit müqaviləsinə əsasən nağd kredit borcu üzrə banka ödənilməmiş 1.680,83 manat əsas borcu və 19,30 manat faiz qalmışdır. Cavabdeh mərhum X2 vərəsəsi kimi müəyyən olunmasına baxmayaraq "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliklərini bu günədək tam şəkildə yerinə yetirməmişdir. İddiaçının nümayəndəsi X6 məhkəməyə ərizə göndərərək, üzürlü səbəbdən məhkəmə iclasına gələ bilmədiyini qeyd etmiş, mülki işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə qeyd edilən ərizəni nəzərə alaraq mülki işə iddiaçının nümayəndəsinin işitrakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə, cavabdehin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, "xxxx" ASC-nin «Qaradağ» filialı ilə X5 arasında bağlanmış xx.xx.2019-cu il tarixli BPM**********51 nömrəli kredit müqaviləsinə əsasən borcalan X4 17 % ödəmək şərti ilə 22 ay müddətinə 2.000 manat məbləğində kredit verilmişdir. xx.xx.2020-ci il tarixli AZ-İİ seriyalı ölüm haqqında şəhadətnamədən görünür ki, X5 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində beyin ödemindən vəfat etmişdir. Bu barədə Bakı şəhəri Nəsimi rayon Qeydiyyat şöbəsi tərəfindən 15 may 2020-ci il tarixdə müvafiq akt qeydləri kitabında 227 saylı akt qeydi aparılmışdır. Bakı şəhəri 8 saylı Notariat ofisinin 07 sentyabr 2025-ci il tarixli 1096 saylı məktubundan görünür ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş mərhum X3 oğlu Cavabdeh Dəyanət oğlu vərəsələrin dairəsinin müəyyənləşdirilməsi üçün notariat ofisinə müraciət etmiş və 13/2021 nömrəli vərəsəlik işi açılmışdır. xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2019-cu il tarixli BPM**********51 nömrəli kredit müqaviləsinə əsasən nağd kredit borcu üzrə banka ödənilməmiş 1.680,83 manat əsas borc və 19,30 manat faiz olmaqla, 1.700,13 manat borc mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 iyun 2018-ci il tarixli qərarında təsbit olunmuş hüquqi mövqeyə görə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. İşin faktiki hallarından göründüyü kimi, vəfat etmiş borcalanın varisi olan cavabdeh mirası qəbul etməsinə baxmayaraq, ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Xəbərdarlıq məktubundan görünür ki, "xxxx" ASC pretenziya qaydasına riayət edərək, cavabdehdən qeyd olunan məbləği ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 31,01 manat dövlət rüsumu və 0,4 manat xidmət (bank xidməti) haqqı ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, xx.xx.2019-cu il tarixli BPM**********51 saylı kredit müqaviləsi üzrə 1.680,83 manat əsas borc, 19,30 manat faiz olmaqla, cəmi 1.700,13 manat pul vəsaiti, ödənilmiş 37,01 manat dövlət rüsumu və 0,4 manat xidmət haqqı Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2019-cu il tarixli BPM**********51 saylı kredit müqaviləsi üzrə 1.680,83 manat əsas borc, 19,30 manat faiz olmaqla, cəmi 1.700,13 manat pul vəsaiti, ödənilmiş 37,01 manat dövlət rüsumu və 0,4 manat xidmət haqqı Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar