Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(002)-4675/2025 28.01.2026 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi ilə, İddiaçı “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ilə müraciət edərək, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanılıb, ərizənin ona əlavə edilmiş sənədlərlə birlikdə qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, Cavabdeh heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəni və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia aşağıdakılara görə baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Мülki Prosessual Мəcəlləsinin 259.0.11-ci maddəsinin tələbinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll edilməsini tələb etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ərizənin baxılmamış saxlanılması barədə ərizə verildiyindən, cavabdeh də işin mahiyyəti üzrə həll edilməsini tələb etmədiyindən, iddia baxılmamış saxlanılaraq, ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya qaytarılmalıdır. Məhkəmə həmçinin müəyyən etmişdir ki, iddiaçı tərəfindən məhkəməyə ərizə verilməsi ilə bağlı 34.67 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Аzərbaycan Respublikası Мülki Prosessual Мəcəlləsinin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Məhkəmə hesab edir ki, iddiaçı “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi baxılmamış saxlanılmalı, ərizə ona əlavə edilmiş sənədlər və ödənilmiş 30 manat dövlət rüsumu geri qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Аzərbaycan Respublikası Мülki Prosessual Мəcəlləsinin 259, 260, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddiası baxılmamış saxlanılsın. İş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu (mədaxil qəbzinin nömrəsi: **********69, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi, ödəyicinin adı: “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti, tarix: xx.xx.2025-ci il, ödəniş: rüsum) Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsi tərəfindən “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətiyə geri qaytarılsın. Qərardaddan qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. HAKİM: KAMRAN ƏSƏDOV
Məhkəmə qərarları › İş №e-2(002)-4675/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №e-2(002)-4675/2025
28.01.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver