Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-47/2025 19.06.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi, X4 oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi Nümayəndə4, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı (X9 müstəqil tələb irəli sürməyən şəxs qismində cəlb edilmişdir) kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsi və tutmanın ipoteka qoyulmuş əmlaka yönəldilməsi barədə iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tariхli, 255İK/2018 nömrəli kredit müqaviləsinin məzmunundan görünür ki, kreditor borcalana bu müqavilədə nəzərdə tutulmuş qaydada 300 ay müddətinə, 8 faiz dərəcəsi ilə, 116000 manat məbləğində kredit məbləğini verir, borcalan götürdüyü kredit məbləğini müqavilə ilə şərtləşdirilmiş qaydada kreditora verməyi, həmin müqaviləyə 1 saylı Əlavədən əks etdirilmiş ödəniş cədvəlinə əsasən, Cavabdeh krediti 300 ay müddətinə hər ay 895.31 manat ödəməklə geri qaytarmağı öhdəsinə götürmüşdür.
2. "xxxx" ASC tərəfindən təqdim olunmuş xx.xx.2018-ci il tarixli ödəniş tapşırığına əsasən, Cavabdeh tərəfindən Bakı şəhəri, Xüsusi X1 hesabına 145000 manat pul köçürülmüşdür.
3. Sumqayıt şəhər “4” saylı Notariat Kontorunda bağlanılmış xx.xx.2018-ci il tarixli 255İK/2018 №-li alqı-satqı və ipoteka müqaviləsinə əsasən, X9 ünvan 1 ünvanda yerləşən və mülkiyyət hüquqları AR ƏMDK yanında DƏDRX-in Sumqayıt Ərazi İdarəsi tərəfindən 02 noyabr 2018-ci il tarixində verilmiş, qeydiyyat nömrəsi ********** olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ona məxsus daşınmaz əmlakı Cavabdeh mülkiyyətinə verir. Alıcı daşınmaz əmlakı bu müqavilə üzrə yaranmış hüquqa əsasən, onunla Kreditor arasında bağlanmış kredit müqaviləsi üzrə yaranmış öhdəliyin icrasının təmin edilməsi məqsədilə kreditora ipotekaya verir.
4. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X7 2 saylı Sumqayıt Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən, Sumqayıt şəhəri, Novxanı bağ massivi, 272 ünvanında yerləşən bağ evinə dair tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır.
5. "xxxx" ASC tərəfindən borcluya ünvanlanmış xx.xx.2024-cü il tarixli ipoteka predmetinə tutma yönəldilməsi barədə bildiriş məktubu ilə "xxxx" ASC-in Səbail filialı ilə Cavabdeh arasında bağlanmış 255İK/2018 nömrəli, xx.xx.2018-ci il tarixli Kredit müqaviləsinə əsasən Cavabdeh 300 ay müddətinə illik 8 faiz olmaqla, 116.000 manat məbləğində kredit ayrılmışdır. Kredit müqaviləsinin təminatı qismində "xxxx" ASC ilə Cavabdeh 255İK/2018 nömrəli, xx.xx.2018-ci il tarixli alqı-satqı və ipoteka müqaviləsi imzalanmışdır. 255İK/2018 nömrəli, xx.xx.2018-ci il tarixli Kredit müqaviləsinin təminatı kimi Cavabdeh arasında bağlanan xx.xx.2018-ci il tarixli alqı-satqı və ipoteka müqaviləsinə əsasən Cavabdeh məxsus Sumqayıt şəhəri, Novxanı bağ massivi, 272 nömrəli ünvanda yerləşən ümumi sahəsi 198.8 kv.m ibarət 272 nömrəli bağ evi (Qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2019-cu il , yüklü edilən əmlakın reyestr nömrəsi: **********901-11301) ipoteka ilə yüklü edilmişdir. Yuxarıda qeyd edilən kredit müqaviləsinin şərtlərinə uyğun olaraq kredit müqaviləsi üzrə verilmiş vəsait və ona hesablanmış faizlər tərəfindən ödənilməmişdir. “İpoteka haqqında Azərbaycan Respublikası Qanunu”nun 34cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə vəya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Qeyd edilənləri nəzərə alaraq, 255İK/2018 nömrəli, xx.xx.2018-ci il tarixli Kredit Müqaviləsinə Əlavədə (Kredit və ona hesablanmış faizlərin ödəniş cədvəlində) göstərilən qaydada ödəniş gününə gecikdirilən əsas borc və ona hesablanmış faiz borcunu yerinə yetirməyi xahiş edir. Öhdəlik 5 gün müddətində yerinə yetirilməyəcəyi təqdirdə tərəfindən ipoteka predmetlərinə tutmanın yönəldilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada dövlət qeydiyyatı orqanına müraciət ediləcəkdir.
6. "xxxx" ASC tərəfindən borcluya ünvanlanmış xx.xx.2024-cü il tarixli bildiriş məktubunda göstərilmişdir: ...tərəfindən müqavilədən irəli gələn öhdəlik vaxtında və lazımi qaydada icra edilmədiyindən, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildiriş daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bildirişlərin qeydə alınması üçün tərəfindən ümumilikdə 52.48 manat məbləğində rüsum və xidmət haqqı ödənilmişdir. Yuxarıda göstərilənlərə əsasən onun kredit müqaviləsi üzrə Banka xx.xx.2024-cü il tarixə 108098.43 manat əsas və ona hesablanmış 9127.7 manat faiz borcu mövcuddur. 255İK/2018 nömrəli, xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə əsasən ödənilməmiş kredit borcunun və tərəfindən ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş rüsumun tam şəkildə Banka ödənilməsini xahiş edir. Öhdəlik 3 gün müddətində yerinə yetirilməyəcəyi təqdirdə tərəfindən ipoteka predmetlərinə tutmanın yönəldilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada dövlət qeydiyyatı orqanına müraciət ediləcəkdir.
7. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən, Cavabdeh xx.xx.2018-ci il tariхli, 255İK/2018 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2024-ci il tarixinə olan 108098 manat əsas borc üzrə, ödənilməmiş faiz borcu üzrə 9121.7 manat, ödənilməmiş cərimə borcu üzrə 0 manat olmaqla cəmi 117220.13 manat borcu mövcuddur.
8. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2018-ci il tarixli 12/121 №-li arayışına əsasən ünvan 1-də qeydiyyatda heç kim yoxdur.
9. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışa əsasən, ümumi sahəsi 0.24 ha 198.8 m2 olan Sumqayıt şəhəri, Novxanı bağ massivi, 272 nömrəli bağ evi xüsusi mülkiyyət formasında X5 adına xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmışdır.
10. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışa əsasən, ümumi sahəsi 0.24 ha 198.8 m2 olan Sumqayıt şəhəri, Novxanı bağ massivi, 272 nömrəli bağ evi xüsusi mülkiyyət formasında Cavabdeh adına xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmışdır.
11. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 2 saylı Ərazi İdarəsinin **********91-11301 nömrəli xx.xx.2018-ci il tarixli Texniki Pasportdan görünür ki, Sumqayıt şəhəri, Novxanı bağ massiv, ev 272 ümumi sahəsi 0.24 ha torpaq sahəsi, 198.8 kv.metrdir.
İddia tələbi
12. İddiaçı "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh - iddiaçı "xxxx" ASC-nin xeyrinə 255İK/2018 nömrəli, xx.xx.2018-ci il tarixli Kredit müqaviləsinə əsasən əsas borc üzrə 108098.43 AZN, faiz borcu üzrə 9121.7 AZN olmaqla, cəmi 117220.13 AZN kredit məbləğində kredit borcunun, həmçinin ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş ümumilikdə 52.48 manat məbləğində rüsumun və xidmət haqqının, eyni zamanda 407.22 AZN dövlət rüsumu və 0.61 AZN xidmət haqqının tutulması, tutmanın ipoteka müqaviləsinə əsasən - Cavabdeh məxsus Sumqayıt şəhəri, Novxanı bağ massivi, 272 nömrəli ünvanda yerləşən ümumi sahəsi 198.8 kv.m ibarət 272 nömrəli bağ evinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiyməti müəyyən edilməklə, onun açıq hərracdan satılması, satışdan əldə olunan vəsaitin borca tutulması, həmçinin mənzil satıldıqdan sonra Cavabdeh mənzilə dair istifadə hüquqlarına xitam verilməsi, mənzili ən geci bir ay ərzində ailə üzvləri ilə birlikdə tərk etməsi, əks təqdirdə mənzildən məcburi qaydada çıxarılması, mənzilin boşaldılaraq təhvil verilməsi, ipoteka predmetinin satışından əldə olunacaq vəsait tələbləri ödəməyə kifayət etmədikdə qalan məbləğin Cavabdeh ümumi qaydada tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
13. İddiaçı bank tərəfindən iddia tələbini həcminin dəyişdirilməsi barədə ərizə təqdim edilərək, Cavabdeh iddiaçı "xxxx" ASC-in xeyrinə 255İK/2018 nömrəli xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 108098.43 AZN, ödənilməmiş faiz borcu üzrə 16088.02 AZN, cərimə borcu üzrə 222.58 AZN olmaqla cəmi 124409.03 AZN borc məbləği, ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsinə dair bildirişin qeydiyyata alınmasına dair ödənilmiş 52.48 AZN dövlət rüsumu və xidmət haqqının, ödənilmiş 414.41 AZN dövlət rüsumu və 1.01 AZN xidmət haqqının tutulması, tutmanın 255İK/2018 nömrəli, xx.xx.2018-ci il tarixli kredit müqaviləsinin təminatı kimi Cavabdeh ilə Bank arasında bağlanan xx.xx.2018-ci il trixli alqı-satqı və ipoteka müqaviləsinə əsasən Cavabdeh məxsus Sumqayıt şəhəri, Novxanı bağ massivi ünvanında 0.24 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 198.8 kv.m olan 272 nömrəli bağ evinə (Seriya RX, № 1451131, qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi xx.xx.2019-cu il, yüklü edilən əmlakın reyestr nömrəsi: **********91-11301) yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiyməti müəyyən edilməklə, onun açıq hərracdan satılması, satışdan əldə olunan vəsaitin borca tutulması, həmçinin mənzil satıldıqdan sonra Cavabdeh mənzilə dair istifadə hüquqlarına xitam verilməsi, mənzili ən geci bir ay ərzində ailə üzrləri ilə birlikdə tərk etməsi, əks təqdirdə mənzildən məcburi qaydada çıxarılması, mənzilin boşaldılaraq təhvil verilməsi, ipoteka predmetinin satışından əldə olunacaq vəsait tələbləri ödəməyə kifayət etmədikdə qalan məbləğin Cavabdeh ümumi qaydada tutularaq "xxxx" ASC-in xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
14. İddiaçı tərəfindən xx.xx.2025-ci il tarixli iddia tələbini həcminin dəyişdirilməsi barədə ərizə təqdim edilərək, Cavabdeh iddiaçı "xxxx" ASC-in xeyrinə 255İK/2018 nömrəli xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 108098.43 AZN, bildirişin göndərilmə tarixinə qədər ödənilməmiş faiz borcu üzrə 5961.19 AZN, bildirişin göndərilmə tarixindən sonra ödənilməmiş faiz borc üzrə 6215.66 AZN olmaqla cəmi 120275.27 AZN borc məbləği, ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsinə dair bildirişin qeydiyyata alınmasına dair ödənilmiş 52.48 AZN dövlət rüsumu və xidmət haqqının, ödənilmiş 414.41 AZN dövlət rüsumu və 1.01 AZN xidmət haqqının tutulması, tutmanın 255İK/2018 nömrəli, xx.xx.2018-ci il tarixli kredit müqaviləsinin təminatı kimi Cavabdeh ilə Bank arasında bağlanan xx.xx.2018-ci il trixli alqı-satqı və ipoteka müqaviləsinə əsasən Cavabdeh məxsus Sumqayıt şəhəri, Novxanı bağ massivi ünvanında 0.24 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 198.8 kv.m olan 272 nömrəli bağ evinə (Seriya RX, № 1451131, qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi xx.xx.2019-cu il, yüklü edilən əmlakın reyestr nömrəsi: **********91-11301) yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiyməti müəyyən edilməklə, onun açıq hərracdan satılması, satışdan əldə olunan vəsaitin borca tutulması, həmçinin mənzil satıldıqdan sonra Cavabdeh mənzilə dair istifadə hüquqlarına xitam verilməsi, mənzili ən geci bir ay ərzində ailə üzrləri ilə birlikdə tərk etməsi, əks təqdirdə mənzildən məcburi qaydada çıxarılması, mənzilin boşaldılaraq təhvil verilməsi, ipoteka predmetinin satışından əldə olunacaq vəsait tələbləri ödəməyə kifayət etmədikdə qalan məbləğin Cavabdeh ümumi qaydada tutularaq "xxxx" ASC-in xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
15. İddia ərizəsi belə əsaslandırılmışdır ki, məlum olduğu kimi "xxxx" ASC-nin Səbail filialı ilə borcalan Cavabdeh arasında bağlanmış 255İK/2018 nömrəli, xx.xx.2018-ci il tarixli Kredit müqaviləsinə əsasən borcalana 300 ay müddətinə illik 8 faiz olmaqla, 116 000 (yüz on altı min) manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə əsasən müəyyən edilmişdir ki, borcalan müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. 255İK/2018 nömrəli, xx.xx.2018-ci il tarixli Kredit Müqaviləsinin təminatı kimi Bankla Cavabdeh arasında bağlanılmış xx.xx.2018-ci il tarixli Alqı-satqı və ipoteka müqaviləsinə əsasən Cavabdeh məxsus Sumqayıt şəhəri, Novxanı bağ massivi ünvanında yerləşən ümumi sahəsi 198.8 kv.m ibarət 272 nömrəli bağ evi ipoteka ilə yüklü edilmişdir. Lakin borcalan müqavilədə nəzərdə tutulmuş qaydada krediti və ona hesablanmış faizləri Banka qaytarmayaraq müqavilə şərtlərini pozmuşdur. Kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilmədiyindən borcalana ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildiriş göndərilmiş və həmin bildiriş xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsində daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bildirişin qeydə alınması üçün tərəfindən ümumilikdə 52.48 manat məbləğində rüsum və xidmət haqqı ödənilmişdir. Yuxarıda adı çəkilən Kredit müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixinə cavabdehin əsas borc üzrə 108098.43 AZN, faiz borcu üzrə 9121.7 AZN olmaqla, cəmi 117220.13 AZN borcu mövcuddur. Kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsinin məhkəmədə kənar qaydada həll edilməsi məqsədilə Cavabdeh xx.xx.2024-cü il tarixində 6-2-22/2- 13831/2024 saylı xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq cavabdeh tərəfindən öhdəliklər yerinə yetirilməmişdir. Eyni zamanda tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 407.22 AZN dövlət rüsumu və 0.61 AZN bank xidmət haqqı ödənilmişdir. Bütün bunları nəzərə alaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir.
16. İddiaçı tələbin hüququ əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 427.3, 442, 443.1, 445.2.1, 448.1, 448.2, 462.1, 317.1, 319.1, 319.6-ci maddələri, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 34, 39.1, 39.3.3, 59.3, 59.4-cü maddəsinə istinad etmişdir.
17. İddia tələbinə etiraz və qarşılıqlı iddia verilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları
18. İddiaçının nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında iştirak edərək, iddia tələbini müdafiə etdi və bildirdi ki, cavabdeh borc məbləği ilə razıdır, iş uzun müddətdir ekspertizada olduğuna görə borc artmışdır. Asif evi cavabdehə satandır və ev Niyazinin adına qeydiyyatdan keçmişdir. Cavabdehə şifahi xəbərdarlıq edilib, 2 dəfə əmtəəşünaslıq ekspertizası olsa da, ikinci ekspert rəyi ilə razı deyildirlər. Birinci rəydə likvid dəyər 179,000 manat müəyyən edilmişdir. Digər qiymət şişirdilib. Ekspertizadə iş uzandığı üçün iddiaçı bank 5 faiz gecikdirilmə faizini tələb etmək hüququ yaranmışdır.
19. Cavabdeh məhkəmə iclasında iştirak edərək iddia tələbini qəbul etdiyini, ipoteka predmeti olan evin yerləşdiyi torpaq sahəsinin 1 “sot”unun hazırkı qiymətinin ən az 10000 manat olduğun, ikinci ekspert rəyi ilə razı olduğunu və həmin rəydəki qiymətin reallığı əks etdirdiyini bildirmişdir. İş üzrə ikinci ekspert rəyinin nəzərə alınmasını xahiş edərək iddianın təmin edilməsinə etiraz etmədiyini bildirmişdir.
20. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X8 məhkəmə baxış iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə müstəqil tələb irəli sürməyən üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin mövqeyi a) Tətbiq edilən hüquq:
21. Məhkəmə qeyd edir ki, tərəflər arasında xx.xx.2018-ci il tarixli kredit müqaviləsinin bağlanılmasından irəli gələn öhdəlik hüquq münasibətinə Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinin tələbinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 37-ci fəsli ilə bağlı 2023-cü il oktyabrın 1-dən əvvəl qüvvədə olan maddi hüquq normaları tətbiq olunmalıdır.
22. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 739.1 Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 740.1 Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2 Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. 742.2 Yüz on manatdan çox məbləğdə borclar üçün borc müqaviləsinin ləğv edilməsi haqqında xəbərdarlıq müddəti üç ay, daha az məbləğdə borclar üçün bir ay təşkil edir. Əgər borc üzrə faizlər şərtləşdirilməyibsə, borc alanın ləğvetməyə dair bildiriş vermədən də borcu qaytarmaq hüququ vardır. 743.1 Kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. 421.2 Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 424.2 Müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. 424.3 Müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır. 448.1 Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2 Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 269.7 Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. 317.1 Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. 317.2 satış “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.
23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 9.1 Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3 Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1 Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 106.1 İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 107 Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1 Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.2 Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
24. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarı: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır.
25. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu: 10.2 İpoteka müqaviləsi ipoteka qoyan və ipoteka saxlayan tərəfindən, habelə ipoteka qoyan borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanılır. İpoteka müqaviləsi notariat qaydasında təsdiqlənməlidir. 10.4 İpoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır. İpoteka müqaviləsi dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir. 34 İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi;ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; bu Qanunda nəzərdə tutulmuş digər hallarda. 36.1. İpoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, o cümlədən birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. 36.3 İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında 1 iş günü müddətində qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana göndərildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir. Qeydiyyat orqanı ərizəni onun verildiyi gün qəbul edir və bir nüsxəsini qeydiyyat orqanının səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiqləməklə ərizəçiyə qaytarır.
35. 39.1 İpoteka müqaviləsindən irəli gələn mübahisələrə məhkəmə ərizənin daxil olduğu gündən 1 ay müddətində baxır və həmin mübahisələrin həllinə dair qətnamə və ya qərardad çıxarır. Çıxarılan qərardan şikayət verildiyi halda, həmin şikayətə sonrakı instansiya məhkəmələrində ərizənin daxil olduğu gündən 1 ay müddətində baxılır və həmin işin həllinə dair qətnamə və ya qərardad çıxarılır.
36. 39.3.3 Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.
37. 41.1 İpoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. 59.3. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar.
26. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya və Mülki kollegiyaları “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.4-cü maddəsinə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə xx.xx.2023-cü il tarixli Qərardadı: Tərəflər arasında ipoteka müqaviləsi 2018-ci il 28 dekabr tarixinədək bağlanmışdırsa, ipoteka qoyulmuş fərdi yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda “ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvlərinin və digər şəxslərin tutduqları yaşayış sahəsindən ən geci bir ay ərzində çıxarılmalarına dair” iddia tələblərinə mahiyyəti üzrə baxılmalıdır.
27. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2024-cü il tarixli Qərarı: Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır.
28. Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair” 20 iyul 2020-ci il tarixli Qərardadı: “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir.
b) Əsaslandırma
29. İddia qismən əsaslıdır.
30. İşin mübahisəsiz halları bundan ibarətdir ki, "xxxx" ASC-nin ilə Cavabdeh arasında bağlanılmış kredit müqaviləsinə əsasən iddiaçı cavabdehə 300 ay müddətinə, illik 8% dərəcəsi ilə 116,000 manat məbləğində kredit vermişdir, cavabdeh isə həmin krediti 300 ay müddətində aylıq ödəniş etməklə qaytarmağı öhdəsinə götürmüşdür.
31. Kredit müqaviləsinin təminatı olaraq bankla Cavabdeh araında xx.xx.2018-ci il tarixli alqı-satqı və ipoteka müqaviləsi bağlanmış, sonuncuya məxsus Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən ümumi sahəsi 198,8 m2 olan 272 nömrəli bağ evi ipoteka ilə yüklü edilmişdir.
32. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı müqavilə üzrə öz üzərinə götürdüyü öhdəliyi icra etdiyi halda, borclu Cavabdeh müqavilə üzrə götürdüyü öhdəliyi lazımınca icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada tam ödəməmişdir. İşdə olan sənədlərdən aydın olur ki, cavabdeh öhdəliyi icra etməmiş, iddiaçıya olan qalıq kredit borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Bununla da müqavilənin şərtləri pozulmuşdur.
33. Kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilmədiyindən borcalana ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildiriş göndərilmiş və həmin bildiriş xx.xx.2024cü il tarixdə dövlət qeydiyyatına alınmışdır.
34. Müqavilədən irəli gələn öhdəliklərin vicdanla yerinə yetirilməsi, ilk növbədə, tərəflərin qanuni maraqlarına və mülki dövriyyənin sabitliyinə xidmət edir. Odur ki, cavabdehin müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozması Mülki Məcəllənin 421.2-ci maddəsinə əsasən bank tərəfindən kredit müqaviləsinin birtərəfli qaydada ləğv edilməsi üçün əsas yaratmışdır.
35. Belə ki, mülki qanunvericiliyə əsasən (MM 421.2) tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.
36. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli Qərarında göstərilən mövqeyə əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır.
37. Məhkəmə göstərilənləri nəzərə alaraq qeyd edir ki, bank tərəfindən borcluya ünvanlanmış xx.xx.2024-cü il tarixli pretenziya məktubunda kreditorun iradə ifadəsi bütün borcun tutulması və müqavilənin ləğvi barədə olmuş, beləliklə də, Mülki Məcəllənin 421.2ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş vermişdir.
38. Odur ki, pretenziya məktubunun göndərilməsi tarixindən tərəflər arasında bağlanmış müqavilə ləğv edilmiş hesab edilməlidir.
39. Həmin pretenziya məktubunda tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqavilə üzrə yaranmış 108098.43 manat əsas, 9121.7 manat faiz borcu olmaqla, cəmi 117220.13 manat borcunun ödənilməsi tələb edilmişdir.
40. Cavabdeh tərəfindən mübahisələndirilmədiyindən, borcun məbləği ilə bağlı mühasibatlıq ekspertizası təyin edilməmişdir.
41. İddiaçı bankın sonuncu iddia tələbində əsas borc 108098.43 manat; faiz borcu pretenziya bildirişinin göndərilməsinə qədər 5961.19 manat, pretenziya borcunun göndərilməsi tarixindən sonrakı ödənilməmiş 5% borcu olaraq 6215.66 manat tələb edilmişdir.
42. Göstərilənlərə əsasən, əsas və faiz borcu hissəsində məhkəmə iddia tələbinin təmin edilməsi qənaətinə gəlir.
43. İddia tələbinin pretenziya borcunun göndərilməsi tarixindən sonrakı ödənilməmiş 5% borcu olaraq 6215.66 manat hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, xx.xx.2024-cü il pretenziya məktubu tarixindən qətnamə çıxarılan tarixədək gecikmə günlərinin sayı 421 gün təşkil edir. Belə olan halda, 108098.43x5/100=5404.92; 5404.92/365x421=6234,168 manat təşkil edir.
44. Belə olan halda məhkəmə iddia tələbində qeyd edilən 5% borcu həddində də (6215.66 manat) iddianın təmin edilməsi qənaətinə gəlir.
45. Göstərilənlərdən əlavə, məhkəmədə tədqiq edilmiş sənədlər əsasında müəyyən edilmişdir ki, tərəflər arasında qeyd edilən kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi xx.xx.2018-ci il tarixli ipoteka müqaviləsi bağlanılmış, həmin müqvailəyə əsasən Cavabdeh məxsus olan Sumqayıt şəhəri, Novxanı bağ massivi, 272 nömrəli ünvanda yerləşən ümumi sahəsi 198.8 kv m ibarət 272 nömrəli bağ evi bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir.
46. Məhkəmədə tədqiq edilmiş sənədlər əsasında müəyyən edilmişdir ki, iddiaçı tərəfindən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən, ipoteka predmetinə tutmanın yönəldilməsi proseduruna əməl etmişdir. Borclu əsas öhdəlik üzrə faizlərin və əsas borcun ödənilməsi müddətlərini pozmuş, bununla da ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəldilməsi hüququ yaranmışdır. İddiaçı (ipoteka saxlayan) hazırda daşınmaz əşyanın satılmasını və müvafiq borc öhdəliyinin ipoteka predmetinin satışıdan əldə olunmuş vəsaiti hesabına ödənilməsini tələb edir. Bu halda, məhkəmə qeyd olunan halları nəzərə alaraq, ipoteka haqqında qanunvericiliyin tələblərini əsas götürərək, hesab edir ki, iddia tələbi borcun ipoteka predmetinə yönəldilməsi hissəsində də əsaslı olmaqla, təmin edilməlidir.
47. Bağlanmış ipoteka müqaviləsinə əsasən yüklü edilmiş bağ evinə yönəldilməsi hissəsində araşdırma aparılaraq müvafiq ekspertizalar təyin edilmişdir.
48. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/65xx-xx/6317 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına olunan bağ evinin ümumi sahəsinin 198.80 kv.m təşkil etdiyini nəzərə alaraq, Novxanı bağ massivi ünvanında yerləşən, ümumi sahəsi 198.8 kv.m olan 272 nömrəli bağ evinin hazırkı orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 198.800 manat (198.80 kv.m x 1000 man) məbləğində müəyyən olunur. Yuxarıda göstərilənləri nəzərə alaraq, 10% azalma əmsalı tətbiq edilməklə həmin bağ evinin hazırki orta bazar qiymətlərinə uyğun likvid dəyəri təqribən 179000 (198800-10%) manat məbləğində müəyyən edilir.
49. Yüklü edilən əmlak 0,24 ha torpaq sahəsi və 198,8 m2 ibarət bağ evindən ibarət olduğundan (********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli çıxarış) və qeyd edilən ekspert rəyində aparılmış tədqiqat üzrə bağ evinin yerləşdiyi torpaq sahəsi nəzərə alınmadığından, məhkəmə tərəfindən iş üzrə əlavə ekspertiza təyin edilmişdir.
50. "xxxx" MMC tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli UNİ/M 37-254/2025 nömrəli ekspert rəyində göstərilmişdir ki, ekspert qarşısında qoyulan 1-ci sual üzrə Sumqayıt şəhəri, Novxanı bağ massivi ünvanında yerləşən ümumi sahəsi 198.8 kv.m ibarət 272 nömrəli bağ evinin və yerləşdiyi 0.24 ha torpaq sahəsinin (Seriya RX 145131 nömrəli çıxarışa əsasən) real bazar qiyməti nəzərə alınmaqla likvid qiyməti 243000 manat təşkil edir.
51. Məhkəmə "xxxx" MMC tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli UNİ/M 37-254/2025 nömrəli ekspert rəyini işdə olan sənədlərlə birlikdə qiymətləndirərək mötəbər sübut kimi qəbul edir və mülki qanunvericliyin yuxarıda sadalanan tələblərinə əsasən hesab edir ki, iddia tələbi tutmanın ipoteka ilə yüklü edilən əmlaka yönəldilməsi hissəsində də təmin edilməsi və yüklü edilmiş əmlakın ilkin satış qiyməti (likvid dəyəri) 243.000 manat müəyyən edilməli, həmin əmlak açıq hərracdan satılaraq, satışdan əldə olunan vəsaitin borca tutulmalı; ipoteka predmetinin satışından əldə olunacaq vəsait tələbləri ödəməyə kifayət etmədikdə qalan məbləğin Cavabdeh ümumi qaydada tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməlidir.
52. Göstərilənlərdən əlavə, məhkəmə üçüncü şəxs qismində cəlb edilmiş X6 ipoteka predmeti olan əmlakın əslində onun mülkiyyətində olması ilə bağlı bildirdiklərinə münasibətdə məhkəmə aşağıdakıları qeyd edir.
53. Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə “Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 iyun 2022-ci il tarixli qərardadında qeyd olunur ki, o da vurğulanmalıdır ki, əqdə əsaslanan tələblər hüquqları əşya hüquqlarına söykənən iddialardan fərqləndirilməlidir. Məlum olduğu kimi əşya hüquqlarının qeydə alındığı daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası vardır (Mülki Məcəllə, maddə 140). Bu prezumpsiya, hüquq sahibini həmin qeydin esaslılığını sübut etmək yükündən azad edir. Eyni zamanda daşınar əşyanın sahibi haqqında ehtimal edilir ki, o əşyaya mülkiyyətçi hüququ ilə sahiblik edir (Mülki Məcəllə, maddə 166.1). Bununla belə, aidiyyəti şəxs tərəfindən həmin qanuni ehtimalların əksi iddia və sübut oluna bilər (band 54).
54. Odur ki, əşya hüququnun əsaslandığı qeydin mötəbərliyinə aidiyyəti şəxs tərəfindən yazılı tələb irəli sürülməklə etiraz edilmədiyi halda, məhkəmənin həmin qeydin əsasında duran əqdin etibarlılığını yoxlamaq vəzifəsi yaranmır. Əks yanaşma Mülki Məcəllənin qeyd olunan prezumpsiyaları nəzərdə tutan normalarına, reyestrin mötəbərliyinə qarşı etiraz hüququna dair 141.2-ci maddəsinə, habelə Mülki Prosessual Məcəllənin 5.1-ci maddəsində əks olunan dispozitivlik prinsipinə uyğun olmazdı (bənd 55).
55. Əksinə, hüququ pozulmuş şəxs iddiaçının əşya hüququnun mövcudluğunu müvafiq qaydada mübahisələndirdikdə (məsələn, reyestr qeydinin düzəldilməsi və ya qeydin hüquqi səbəbini təşkil edən əqdin etibarsız sayılması barədə tələb irəli sürüldükdə) məhkəmə əqdin etibarlılığını ümumi qaydada yoxlamaqla, nəticəsindən asılı olaraq əşya hüququna söykənən tələbi həll etməlidir. Bu halda həmin əqdlərin etibarlı olub-olmaması ilə bağlı mübahisə birdəfəlik həll olunmuş sayılır və belə iddianın yenidən qaldırılmasına yol verilmir (bǝnd 54).
56. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehin adına qeydə alınmış reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, üçüncü şəxsin möqeyi istiqamətində araşdırılma aparılmasına lüzum yoxdur.
57. Göründüyü kimi, üçüncü şəxsin bildirdiklərinin əksinə cavabdehin mübahisələndirilən torpaq sahəsi və bağ evi üzərində mülkiyyət hüququ qanuni əsaslarla mövcud olmaqla, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq ona çıxarış verilmiş, bu hüququn əsassız və ya qanunsuz olmasına dəlalət edən heç bir faktiki və ya hüquqi halın mövcudluğu müəyyən edilməmişdir.
58. Göstərilənlərdən əlavə, məhkəmə iddia tələbinin mənzil satıldıqdan sonra Cavabdeh ailə üzvləri ilə birlikdə mənzilə dair istifadə hüquqlarına xitam verilməsi və mənzili bir ay ərzində tərk etmələri, əks təqdirdə mənzildən məcburi çıxarılmaları hissəsinə münasibətdə məhkəmə ipoteka müqaviləsi xx.xx.2018-ci ildə bağlanıldığı üçün, “Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya və Mülki kollegiyaları “İpoeka haqqında” Azərbaycan Respublikası Qanununun 59.4-cü maddəsinə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” xx.xx.2023-cü il tarixli Qərardadına əsasən həmin məsələ üzrə məhkəmə araşdırma aparmışdır.
59. Məhkəmə qeyd edir ki, Cavabdeh ailə üvlərinin kimləri ehtiva etməsi barədə tələb dəqiqləşdirilmədiyindən, ailə üzvlərinə aid hissədə iddia tələbi baxılmamış saxlanılmışdır.
60. Cavabdeh mənzildən istifadə hüququna xitam verilməsi hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, mənzilin açıq hərracdan satışıdan sonra cavabdehin mülkiyyət hüququna xitam veriləcəyi üçün onun tərkib hissəsi olan istifadə hüququ da sonlanmış olacaqdır.
61. Odur ki, iddida tələbi Cavabdeh ipoteka predmeti olan mənzili mənzili bir ay ərzində tərk etməsi, əks təqdirdə mənzildən məcburi çıxarılması və mənzilin boşaldılaraq təhvil verilməsi hissəsində təmin edilməlidir.
Məhkəmə xərcləri
62. İddiamı tələbində 414,41 manat dövlət rüsumu, 1,01 manat xidmət haqqı və ipoteka bildirişinin qeydə alınması rüsumu olaraq 52.48 manat pul vəsaitinin ona ödənilməsini tələb etmişdir.
63. Məhkəmə bununla bağlı aşağıdakı qanun normalarına istifad edir.
64. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 107 Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0 İşə baxılması ilə əlaqədar məsrəflərə aşağıdakılar daxildir: 115.0.1. şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər. 119.1 Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 119.2 iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.
65. İş materiallarından görünür ki, iddiaçı tərəfindən iddianın qiymətinə uyğun olaraq 414.41 manat məbləğində dövlət rüsumu və 1,01 manat xidmət haqqı ödənilmişdir. İddianın təmin edilməsini və MPM-in 119.2-ci maddəsinin tələblərini nəzərə alaraq, məhkəmə hesab edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 414.41 manat məbləğində dövlət rüsumu, 52.48 manat ipoteka bildirişinin qeydə alınması rüsumu və 1,01 manat xidmət haqqı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
66. MPM-in 107 və 119.2-ci maddələrinin tələblərini nəzərə alaraq, məhkəmə hesab edir ki, mülki iş üzrə Məhkəmə Ekspertiza Mərkəzinin apardığı, xx.xx.2024-cü il tarixli ekspertiza tədqiqatının dəyəri olan 60 manat məsrəf cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.
67. Bununla yananşı, mülki iş üzrə "xxxx" MMC tərəfindən keçirilmiş xx.xx.2025-ci il tarixli ekspertiza tədqiqatının dəyəri olan 300 manat rüsum cavabdehdən tutularaq "xxxx" MMC-in hesabına ödənilməldir.
Nəticə
68. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2018-ci il tarixli kredit müqaviləsi yaranmış 108098.43 manat məbləğində əsas borcu, 5961.19 manat məbləğində bildirişin göndərilmə tarixinə qədər ödənilməmiş faiz borcu olmaqla, 6215.66 manat bildirişin göndərilmə tarixindən sonra ödənilməmiş faiz borcu üzrə cəmi 120275.27 manat məbləğində borc pul vəsaiti, ödənilmiş 414.41 manat məbləğində dövlət rüsumu və 1.01 manat xidmət haqqı, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 52.48 manat dövlət rüsumunun və xidmət haqqının tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməli, cavabdehdən tutulmalı olan borcun məbləği ipoteka predmeti olan Cavabdeh məxsus Sumqayıt şəhəri, Novxanı bağ massivi, 272 nömrəli ünvanda yerləşən ümumi sahəsi 198.8 m2 ibarət, 272 nömrəli bağ evinə yönəldilməli; həmin daşınmaz əmlakın satışı açıq hərrac yolu ilə realizə edilməli, ipoteka predmeti olan Cavabdeh məxsus Sumqayıt şəhəri, Novxanı bağ massivi, 272 nömrəli daşınmaz əmlakın (0.24 ha torpaq 198.8 kv.m ibarət bağ evinin) ilkin likvid satış qiyməti 243000 manat müəyyən edilməli, həmin daşınmaz əmlakın satışından əldə edilmiş vəsait hesabına borc ödənildikdən sonra artıq pul vəsaiti qalarsa, həmin vəsait Cavabdeh verilsin. Həmin daşınmaz əmlakın satışından əldə edilmiş vəsait borcun ödənilməsi üçün kifayət etmədikdə, qalıq borcun məbləği Cavabdeh tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin, iddia qalan hissədə təmin edilməməlidir.
69. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq
QƏT ETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2018-ci il tarixli kredit müqaviləsi yaranmış 108098.43 manat məbləğində əsas borc, 5961.19 manat məbləğində faiz borcu, 6215.66 manat pretenziya bildirişinin göndərilmə tarixindən sonra ödənilməmiş faiz borcu olmaqla, cəmi 120275.27 manat məbləğində pul vəsaiti; ödənilmiş 414.41 manat məbləğində dövlət rüsumu və 1.01 manat xidmət haqqının, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 52.48 manat dövlət rüsumunun əvəzi tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. Cavabdeh tutulmalı olan borcun məbləği ipoteka predmeti olan Cavabdeh məxsus, Sumqayıt şəhəri, Novxanı bağ massivi, 272 nömrəl ünvanda yerləşən ümumi sahəsi 198.8 m2 dən ibarət, 272 nömrəli bağ evinə yönəldilsin. Həmin daşınmaz əmlakın satışı açıq hərrac yolu ilə realizə edilsin. İpoteka predmeti olan Cavabdeh məxsus Sumqayıt şəhəri, Novxanı bağ massivi, 272 nömrəli daşınmaz əmlakın (0.24 ha torpaq, 198.8 m2 bağ evi) ilkin likvid satış qiyməti 243.000 manat müəyyən edilsin. Həmin daşınmaz əmlakın satışından əldə edilmiş vəsait hesabına borc ödənildikdən sonra artıq pul vəsaiti qalarsa, həmin vəsait Cavabdeh verilsin. Həmin daşınmaz əmlakın satışından əldə edilmiş vəsait borcun ödənilməsi üçün kifayət etmədikdə, qalıq borcun məbləği Cavabdeh tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş xx.xx.2024-cü il tarixli ekspertiza tədqiqatının dəyəri olan 60 manat məsrəf Cavabdeh tutularaq dövlət büdcəsinə (Büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3; X3, VÖEN **********; Müxbir hesab: AZ41NABZ**********0000003944; SWİFT BİK CTREAZ22; MEM VÖEN **********; Hesab AZ34CTRE********************) köçürülsün. İş üzrə "xxxx" MMC tərəfindən keçirilmiş, xx.xx.2025-ci il tarixli ekspertiza tədqiqatının ümumi dəyəri olan 300 manat məbləğində işə baxılması ilə əlaqədar məsrəf Cavabdeh tutularaq "xxxx" MMC-in hesabına (VÖEN: **********, Hesab № AZN: AZ77AHB400600C**********4218, Bank: "xxxx" ASC Bravo 3 filialı, VÖEN: **********, Müxbir hesab: AZ37NABZ013501**********1944, filialının kodu: 201296; SWİFT kod: AHBAZ2XXXX) ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, elektron məhkəmə informasiya sistemi və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Gülnar Aslanova