Məhkəmə qərarları › İş №e-2(002)-48/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-48/2025

07.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-48/2025 07.01.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi, X3 oğlunun katibliyi ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 10 fevral 2022-ci il tariхli, ******* nömrəli kredit müqaviləsinin məzmunundan görünür ki, kreditor borcalana bu müqavilədə nəzərdə tutulmuş qaydada 48 ay müddətinə, 18 faiz dərəcəsi ilə, 15000 manat məbləğində kredit məbləğini verir, borcalan götürdüyü kredit məbləğini müqavilə ilə şərtləşdirilmiş qaydada kreditora verməyi, həmin müqaviləyə 1 saylı Əlavədən əks etdirilmiş ödəniş cədvəlinə əsasən, Cavabdeh2 krediti 48 ay müddətinə hər ay 440.62 manat ödəməklə geri qaytarmağı öhdəsinə götürmüşdür.

2. İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 14 sentyabr 2022-ci il tariхli, ******* nömrəli kredit müqaviləsinin məzmunundan görünür ki, kreditor borcalana bu müqavilədə nəzərdə tutulmuş qaydada 48 ay müddətinə, 17 faiz dərəcəsi ilə, 8000 manat məbləğində kredit məbləğini verir, borcalan götürdüyü kredit məbləğini müqavilə ilə şərtləşdirilmiş qaydada kreditora verməyi, həmin müqaviləyə 1 saylı Əlavədən əks etdirilmiş ödəniş cədvəlinə əsasən, Cavabdeh2 krediti 48 ay müddətinə hər ay 230.84 manat ödəməklə geri qaytarmağı öhdəsinə götürmüşdür.

3. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli zaminlik müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə vahid kredit şərtlərinə əsasən bankdan kredit götürmüş Borcalan (Cavabdeh2) tərəfindən kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ya hissə-hissə icra edilməsi üçün məsuliyyəti zamin (Cavabdeh1) öz üzərinə götürmüşdür. Zamin kreditor qarşısında borc alanla birgə məsuliyyət daşıyır.

4. İddiaçı ASC tərəfindən borcluya ünvanlanmış xx.xx.2023-cü il tarixli pretenziya məktubu ilə onun müvafiq kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixinə Banka 576.53 manat məbləğini təşkil edən əsas və 295.60 manat məbləğini təşkil edən faiz borcu mövcuddur. Ödənişi həyata keçirilməyən borc məbləğini təşkil edən vəsaitə illik 18 faiz hesablanmaqdadır. 5 iş günü ərzində ödənişi həyata keçirilməyən 872.13 manat məbləğini təşkil edən vəsaitin ödənişini təmin edilsin. Qeyd edilən məbləği təşkil edən vəsaitin ödənişi tərəfindən təmin edilmədiyi təqdirdə Bank müqavilə üzrə qalıq borc məbləğini təşkil edən 10300.20 manat əsas və qanunvericiliklə hesablanması müəyyən edilmiş digər məbləğləri təşkil edən vəsaitin ödənilməsi ilə bağlı notariusun icra qeydi əsasında tam olaraq ödənilməsinin tələb edilməsi üçün notariat orqanına və ya iddia ərizəsi ilə məhkəməyə müraciət olunacaqdır.

5. İddiaçı ASC tərəfindən borcluya ünvanlanmış xx.xx.2024-cü il tarixli pretenziya məktubu ilə onun müvafiq kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixinə Banka 715.58 manat məbləğini təşkil edən əsas və 462.62 manat məbləğini təşkil edən faiz borcu mövcuddur. Ödənişi həyata keçirilməyən borc məbləğini təşkil edən vəsaitə illik 17 faiz hesablanmaqdadır. 5 iş günü ərzində ödənişi həyata keçirilməyən 1178.20 manat məbləğini təşkil edən vəsaitin ödənişini təmin edilsin. Qeyd edilən məbləği təşkil edən vəsaitin ödənişi tərəfindən təmin edilmədiyi təqdirdə Bank müqavilə üzrə qalıq borc məbləğini təşkil edən 6474.51 manat əsas və qanunvericiliklə hesablanması müəyyən edilmiş digər məbləğləri təşkil edən vəsaitin ödənilməsi ilə bağlı notariusun icra qeydi əsasında tam olaraq ödənilməsinin tələb edilməsi üçün notariat orqanına və ya iddia ərizəsi ilə məhkəməyə müraciət olunacaqdır.

6. İddiaçı tərəfindən təqdim edilmiş maliyyə arayışında göstərilir ki, Cavabdeh2 10 fevral 2022-ci il tariхli, ******* nömrəli kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixinə olan 10300.20 manat əsas borc üzrə, 1205.42 manat faiz borcu, cəmi 11505.62 manat borcu mövcuddur.

7. İddiaçı tərəfindən təqdim edilmiş maliyyə arayışında göstərilir ki, Cavabdeh2 14 sentyabr 2022-ci il tariхli, ******* nömrəli kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixinə olan 6474.51 manat əsas borc üzrə, 708.33 manat faiz borcu, cəmi 7182.84 manat borcu mövcuddur. İddia tələbi

8. İddiaçı ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli ******* saylı kredit müqaviləsinə əsasən Cavabdeh2 İddiaçı ASC-nin xeyrinə 10300.20 (on min üç yüz manat iyirmi qəpik) manat əsas, 1205.42 (bir min iki yüz beş manat qırx iki qəpik) manat faiz, cəmi 11505.62 (on bir min beş yüz beş manat altmış iki qəpik) manat, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli ******* saylı kredit müqaviləsinə əsasən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 birgə qaydada İddiaçı ASC-nin xeyrinə 6474.51 (altı min dörd yüz yetmiş dörd manat əlli bir qəpik) manat əsas, 708.33 (yeddi yüz səkkiz manat otuz üç qəpik) manat faiz, cəmi 7182.84 (yeddi min yüz səksən iki manat səksən dörd qəpik) manat borcun, həmçinin ödənilmiş 146.47 (yüz qırx altı manat qırx yeddi qəpik) manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddia ərizəsi belə əsaslandırılmışdır ki, Cavabdeh2 şəxsi (istehlak) məqsədləri üçün 48 (qırx səkkiz) ay müddətinə nağd şəkildə istifadə оlunmaqla 15000 (on beş min manat) manat məbləğində krеdit vеrilmiş və bununla bağlı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında xx.xx.2022-ci il tarixli ******* saylı Krеdit Müqaviləsi bağlanmışdır. Krеdit Müqaviləsinin şərtlərinə əsasən, Cavabdeh2 xx.xx.2024-cü il tarixinə əsas borcu 10300.20 (on min üç yüz manat iyirmi qəpik) manat, faiz borcu 1205.42 (bir min iki yüz beş manat qırx iki qəpik) manat təşkil edir. Cavabdeh2 şəxsi (istehlak) məqsədləri üçün 48 (qırx səkkiz) ay müddətinə nağd şəkildə istifadə оlunmaqla 8000 (səkkiz min manat) manat məbləğində krеdit vеrilmiş və bununla bağlı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında xx.xx.2022-ci il tarixli ******* saylı Krеdit Müqaviləsi bağlanmışdır. Krеdit Müqaviləsi üzrə öhdəliklərin icrasını təmin еtmək məqsədilə xx.xx.2022-ci il tarixli 1099986/30165 saylı Zaminlik Müqaviləsinə əsasən Cavabdeh2 Bank qarşısında öhdəlikləri tam yеrinə yеtirilənədək Cavabdeh1 ona zamin durmuşdur. Zaminlik Müqavilələrinin 1.1-ci bəndinə görə, Bоrcalan Bank qarşısında öz öhdəliklərini tam yеrinə yеtirənədək zaminlər, bоrcalan ilə birlikdə Bank qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. Krеdit Müqaviləsinin şərtlərinə əsasən Cavabdeh2 xx.xx.2024-cü il tarixinə əsas borcu 6474.51 (altı min dörd yüz yetmiş dörd manat əlli bir qəpik) manat, faiz borcu 708.33 (yeddi yüz səkkiz manat otuz üç qəpik) manat, cəmi 7182.84 (yeddi min yüz səksən iki manat səksən dörd qəpik) manat təşkil edir. Bоrcun ödənilməsi tələbi ilə cavabdehlərə dəfələrlə müraciət оlunmasına, tərəfindən məsələnin məhkəmədən kənar qaydada həll еdilməsi üçün mümkün оlan bütün tədbirlərin görülməsinə baхmayaraq, Cavabdeh2 götürdüyü bоrcun qaytarılması üçün hеç bir təşəbbüs göstərməmişdir. Cavabdehlərə göndərilmiş pretenziya (хəbərdarlıq) məktubları da cavabsız qalmışdır. Bununlа dа cavabdehlər, Krеdit Müqaviləsində nəzərdə tutulmuş öhdəliklərini yеrinə yеtirməmiş və еyni zаmаndа hеsаblаrа, mühаsibаt uçоtunа dəqiq və düzgün əməl еtmədiyindən Krеdit Müqaviləsi üzrə yаrаnmış bоrcun tələb еdilməsi zərurəti yаrаnmışdır. Hаl-hаzırdа cavabdehlərin xx.xx.2022-ci il tarixli ******* saylı Krеdit Müqaviləsinə əsаsən «Аzər – Türk Bаnk» Аçıq Səhmdаr Cəmiyyətinə оlаn əsаs və оnа hеsаblаnmış fаiz bоrcu 11505.62 (on bir min beş yüz beş manat altmış iki qəpik) manat, xx.xx.2022-ci il tarixli ******* saylı Krеdit Müqaviləsinə əsаsən «Аzər–Türk Bаnk» Аçıq Səhmdаr Cəmiyyətinə оlаn əsаs və оnа hеsаblаnmış fаiz bоrcu 7182.84 (yeddi min yüz səksən iki manat səksən dörd qəpik) manat təşkil еdir ki, bu bоrcun dа cavabdehlər tərəfindən ödənilməsi təmin еdilməlidir. Bütün bunları nəzərə alaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir.

10. İddiaçı tələbin hüququ əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 443.1, 445.1, 445.2.1, 449.4, 741-ci maddələrinə istinad etmişdir. İddia tələbinə etiraz və qarşılıqlı iddia verilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları

11. İddiaçı ASC məhkəmə ərizə ünvanlayaraq mülki işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir.

12. Cavabdeh2 işin məhkəmədə baxılmağa hazırlanması iclasında iştirak edərək borcunu ödəyə bilmədiyini, iddiaçı tərəfindən borcun məbləği düzgün hesablanmadığından iş üzrə ekspertiza keçirilməsini xahiş etmişdir.

13. Cavabdehlərə məhkəmə baxış iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin mövqeyi a)Tətbiq edilən hüquq:

10. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: xx.xx.2023-cü il tarixə qədər qüvvədə olan 739.1-ci maddəsinə görə, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. xx.xx.2023-cü il tarixə qədər qüvvədə olan 740.1-ci maddəsinə görə, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 743.1-ci maddəsinə əsasən, kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 424.2-ci maddəsinə əsasən, müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. 424.3-cü maddəsinə əsasən, müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 472.1-ci və 472.2-ci maddələrində müəyyən olunmuşdur ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

12. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarı:

13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. b) Əsaslandırma

14. İddia qismən əsaslıdır.

15. Belə ki, işin mübahisəsiz halları bundan ibarətdir ki, İddiaçı ASC-nin ilə Cavabdeh2 arasında bağlanılmış xx.xx.2022-ci il tarixli ******* nömrəli kredit müqaviləsinə əsasən iddiaçı cavabdehə 48 ay müddətinə, illik 18% dərəcəsi ilə 15000 manat və xx.xx.2022-ci il tarixli ******* nömrəli kredit müqaviləsinə əsasən iddiaçı cavabdehə 48 ay müddətinə, illik 17% dərəcəsi ilə 8000 manat məbləğində kredit vermişdir, cavabdeh isə həmin kreditləri 48 ay müddətində aylıq ödəniş etməklə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı müqavilələr üzrə öz üzərinə götürdüyü öhdəliyi icra etdiyi halda, digər tərəf olan Cavabdeh2 isə müqavilə üzrə götürdüyü öhdəliyi lazımınca icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada tam ödəməmişdir. Eyni zamanda, ikincikredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi digər Cavabdeh1 ilə zaminlik müqaviləsi bağlanılmış və o, kredit müqaviləsi üzrə öhdəliklərin icrası üçün birgə məsuliyyəti öz üzərinə götürmüşdür. Cavabdeh öhdəliyi icra etməmiş, iddiaçıya olan qalıq kredit borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Cavabdeh etiraz və etirazın əsaslarında dair sübutları təqdim etməmişdir. Bununla da müqavilənin şərtlərini pozmuşdur.

16. Məhkəmə iclasında Cavabdeh2 borc məbləği ilə razı olmadığını bildirdiyindən iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir.

17. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/8120 nömrəli ekspert rəyindən görünür ki, Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, təqdim edilmiş iş materiallarında öz əksini tapmış hesabdan çıxarış məlumatları, maliyyə arayışı məlumatları və tərəflər arasında imzalanmış xx.xx.2022-ci il tarixli, ******* nömrəli kredit müqaviləsinin qeyd olunan şərtləri əsas götürülməklə Cavabdeh2 İddiaçı ASC-ə sualda soruşulan tarixlərə olan əsas və faiz borcu aşağıdakı kimi müəyyən olunur, o cümlədən: xx.xx.2024-cü il (pretenziya məktubunun tarixinə) tarixə: əsas borc üzrə- 10312.68 manat, faiz borcu üzrə- 906.66 manat, xx.xx.2024-cü il (iddia ərizəsinin tarixinə) tarixə: əsas borc üzrə- 10312.68 manat, faiz borcu üzrə- 1190.66 manat. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, təqdim edilmiş iş materiallarında öz əksini tapmış hesabdan çıxarış məlumatları, maliyyə arayışı məlumatları və tərəflər arasında imzalanmış xx.xx.2022-ci il tarixli, ******* nömrəli kredit müqaviləsinin qeyd olunan şərtləri əsas götürülməklə Cavabdeh2 İddiaçı ASC-ə sualda soruşulan tarixlərə olan əsas və faiz borcu aşağıdakı kimi müəyyən olunur, o cümlədən: xx.xx.2024-cü il (pretenziya məktubunun tarixinə) tarixə: əsas borc üzrə- 6474.80 manat, faiz borcu üzrə- 540.48 manat, xx.xx.2024-cü il (iddia ərizəsinin tarixinə) tarixə: əsas borc üzrə- 6474.80 manat, faiz borcu üzrə- 708.65 manat. Məhkəmə ekspert rəyini işdə olan sənədlərlə birlikdə qiymətləndirərək mötəbər sübut kimi qəbul edir.

18. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, borcluya ünvanlanmış pretenziya məktubunda müqavilənin birtərəfli qaydada xitamı nəzərdə tutulmuşdur. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır.

19. Məhkəmə adı çəkilən Plenum Qərarının tələblərini nəzərə alaraq qeyd edir ki, həmin pretenziya məktubunda kreditor bankın iradə ifadəsi müqavilənin ləğvi barədə olduğundan, pretenziya məktubunun göndərilməsi tarixindən tərəflər arasında bağlanmış müqavilə ləğv edilmiş hesab edilməlidir.

20. Məhkəmə qeyd edilən halları, eləcə də cavabdehlər tərəfindən iddia tələbinə dair heç bir etiraz və etirazın əsaslarına dair heç bir sübutun məhkəməyə təqdim edilməməsini və cavabdehin kredit müqaviləsi üzrə yaranmış borcunun aşkar olduğunu nəzərə alaraq hesab edir ki, ekspert rəyi də nəzərə alınmaqla iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli ******* nömrəli kredit müqaviləsi üzrə əsas borc olaraq 10300.20 manat, faiz borcu olaraq 906.66 manat və xx.xx.2022-ci il tarixli ******* nömrəli kredit müqaviləsi üzrə əsas borc olaraq 6474.51 manat, faiz borcu olaraq 540.48 manat həddində iddia tələbi cavabdeh Yaıçın İsayevə qarşı qismən təmin edilməlidir.

21. Cavabdeh1 münasibətdə məhkəmə qeyd edir ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 14 sentyabr 2022-ci il tariхli, ******* nömrəli kredit müqaviləsinin təminatı olaraq bağlanmış zaminlik müqaviləsi üzrə birgə məsuliyyət daşyan zamin qismində çıxış etdiyindən, yalnız həmin müqavilə üzrə yuxarıda təmin edilən həddə Cavabdeh2lə birgə məsuliyyət daşıyır. Məhkəmə xərcləri

22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0-cı maddəsinə görə, işə baxılması ilə əlaqədar məsrəflərə aşağıdakılar daxildir: 115.0.1. şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;

23. İş materiallarından görünür ki, iddiaçı tərəfindən iddianın qiymətinə uyğun olaraq 175.09 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu halda məhkəmə hesab edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş rüsumun tələbin ödənilmiş hissəsinə uyğun olan 144,66 manat hissəsi cavabdehlərdən tutularaq iddiaçıya ödənilməli, 1,40 manat hissədə isə iddiaçıya aid edilməli, eyni zamanda iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 250 manat məsrəfin tələbin təmin edilmiş hissəsinə uyğun olaraq 240 manat hissəsi isə cavabdehdən, 10 manat hissəsi iddiaçıdan tutularaq dövlət büdcəsinə ödənilməlidir.

24. Bundan əlavə, “Dövlət rüsumu haqqında” Qanunun 114.1-ci maddəsinə əsasən, ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır: 114.1.1. qüvvədə olan qanunvericilik üzrə tələb edilən miqdardan artıq dövlət rüsumu ödənilərsə. Bu əsasla, məhkəmə qeyd edir ki, dövlət rüsumunun artıq ödənilmiş 29,03 manat hissəsi iddiaçıya geri qaytarılmalıdır. Nəticə

25. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh2 xx.xx.2022-ci il tarixli ******* nömrəli müqavilə üzrə 10300.20 manat məbləğində əsas borc və 906.66 manat məbləğində faiz borcu olmaqla, cəmi 11206.86 manat məbləğində borc, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada xx.xx.2022-ci il tarixli ******* nömrəli müqavilə üzrə 6474.51 manat məbləğində əsas borc və 540.48 manat məbləğində faiz borcu olmaqla, cəmi 7014.99 manat məbləğində borc tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Dövlət rüsumunun əvəzi olaraq birinci müqavilə üzrə tələbin ödənilmiş hissəsinə uyğun olan 123,62 manat Cavabdeh2, ikinci müqavilə üzrə tələbin təmin edilmiş hissəsinə uyğun olan 90,14 manat cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq iddiaçıya ödənilsin; dövlət rüsumunun 1,40 manat hissəsi iddiaçıya aid edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan, 250 manat məsrəfin 10 manat hissəsi İddiaçı ASC-dən, 240 manat hissəsi cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq dövlət büdcəsinə (Büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3; X1, VÖEN **********; Müxbir hesab: AZ41NABZ********************; SWİFT BİK CTREAZ22; MEM VÖEN **********; Hesab AZ34CTRE**********00********) köçürülsün. İş üzrə ödənilmiş 175.09 manat məbləğində dövlət rüsumunun artıq ödənilmiş hissəsi 29.03 manat hissəsi (mədaxil qəbzinin nömrəsi: **********, ödənişin təyinatı: Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi, Büdcə təsnifatı kodu: 142211, Büdcə səviyyə kodu: 1, Xəzinə hesabı: AZ17CTRE********************, ödəyicinin adı: İddiaçı ASC, VÖEN: **********) Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsi tərəfindən İddiaçı ASC-ə geri qaytarılsın. Qətnamədən tərəflərə rəsmi verildiyi gündən 1 (bir) ay müddətində, elektron qaydada, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Gülnar Aslanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar