Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-5/2025 08.09.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər X3, Cavabdeh2, Cavabdeh3 qarşı «kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və s.» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər X3, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı «kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və s.» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2018-ci il tarixli 256684-1-31734 №-li kredit müqaviləsinə əsasən 28 fevral 2022-ci il tarixə banka borclu olduğu 92.126,94 manat məbləğində əsas borc, 1.310,70 manat məbləğində faiz olmaqla, ümumilikdə 93.437,64 manat pul məbləğinin, 370,87 manat məhkəməyə müraciət etmək üçün və 45,00 manat ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş cəmi 415,87 manat məbləğində dövlət rüsumunun əvəzinin Cavabdeh2 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması; ipoteka predmetinin ilkin satış qiymətinin 105.000 manat məbləğində müəyyən edilməklə tutmanın bank qarşısında ipoteka ilə yüklü edilmiş Cavabdeh2 xüsusi mülkiyyət hüququ ilə məxsus olan ünvan 1 ünvanda ümumi sahəsi 105,2 m2, yaşayış sahəsi 65,0 m2, köməkçi sahəsi 40.2 m2 olan 2 mərtəbəli 4 otaqlı mənzilə yönəldilməsi; mənzilin açıq hərracdan satılması və satışdan əldə edilən vəsaitin İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi; mənzilə tutma yönəldildikdən və o satıldıqdan sonra ipoteka qoyan Cavabdeh2 və onunla birlikdə yaşayan ailə üzvləri - Cavabdeh3 və onun yetkinlik yaşına çatmayan övladları Cavabdeh5 və Cavabdeh4, həmçinin Cavabdeh1 yaşayış sahəsini ən gec bir ay ərzində tərk etmədikdə və yaşayış sahəsindən çıxmadıqda həmin şəxslərin mənzildən məcburi qaydada çıxarılmaları və mənzilin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh5 və Cavabdeh4 yetkinlik yaşına çatmadıqlarından, valideynləri (həmçinin iş üzrə cavabdeh) Cavabdeh2 onların qanuni nümayəndələri kimi işə cəlb edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2018-ci il tarixli 256684-1-31734 №-li kredit müqaviləsinə əsasən Cavabdeh2 ünvan 1 ünvanda yerləşən və mülkiyyət hüquqları Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 13 iyul 2012-ci il tarixdə verilmiş, qeydiyyat nömrəsi ********** olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* №-li çıxarışa əsasən müəyyən edilən daşınmaz əmlakın alınması məqsədi ilə illik 7 faiz hesablanması şərti ilə 300 ay müddətinə 96.000 manat məbləğində ipoteka krediti verilmişdir. X5, alıcı-ipoteka qoyan Cavabdeh2 və ipoteka saxlayan İddiaçı Açıq Səhmdar Cəmiyyəti aralarında bağlanılmış xx.xx.2018-ci il tarixli 256685-NEDVİJ-4836 №-li alğı-satqı və ipoteka müqaviləsinə əsasən satıcı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 13 iyul 2012-ci il tarixdə verilmiş, qeydiyyat nömrəsi ********** olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* №-li çıxarışa əsasən ona məxsus ünvan 1 ünvanda yerləşən daşınmaz əmlakı alıcı-ipoteka qoyanın mülkiyyətinə vermiş, alıcı-ipoteka qoyan isə bu müqavilə üzrə yaranmış hüquqa əsasən onunla kreditor-ipoteka saxlayan arasında bağlanmış xx.xx.2018-ci il tarixli 256684-1-31734 №-li kredit müqaviləsi üzrə yaranmış öhdəliyin icrasını təmin edilməsi məqsədi ilə kreditor-ipoteka saxlayana, yəni banka ipotekaya vermiş və bank qarşısında ipoteka ilə yüklü etmişdir (Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış - seriya RX № 1440928, qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: 24 dekabr 2018-ci il). Cavabdeh2 öz üzərinə götürdüyü kredit öhdəliklərini 01 iyul 2021-ci il tarixdən lazımınca icra etməmiş və nəticədə cavabdehin 28 fevral 2022-ci il tarixə banka 92.126,94 manat məbləğində əsas borc, 1.310,70 manat məbləğində faiz olmaqla, ümumilikdə 93.437,64 manat məbləğində borcu qalmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin tələbinə əsasən bu müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmək və onların pozulmasına yol verməmək kredit alanın vəzifəsidir. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə bank tərəfindən Cavabdeh2 xəbərdarlıq edilmişdir, lakin bundan sonra da qeyd olunan müqavilələrin şərtləri onun tərəfindən yerinə yetirilməmiş və öhdəliklər lazımınca icra edilməmişdir. Bundan əlavə, bank ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2018-ci il tarixli 256685-NEDVİJ-4836 №-li alğı-satqı və ipoteka müqaviləsinə əsasən borc alan kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə və ya lazımınca yerinə yetirmədikdə ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəltmək hüququ vardır. İddiaçı bank tələbin ipoteka ilə yüklü edilmiş əmlaka tutma yönəldilməsini və yaşayış sahəsinə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər yaşayış sahəsini ən gec bir ay ərzində tərk etməsini tələb etməkdə haqlıdır. Eyni zamanda nəzərə çatdırmaq istəyirlər ki, X1 və Monitorinqi Şöbəsi tərəfindən ipoteka predmetini yenidən qiymətləndirmiş və həmin əmlakın dəyəri xx.xx.2021-ci il tarixli ekspert rəyinə əsasən 105.000 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərməlidir. İddiaçının nümayəndəsi X4 məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehlərin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarına əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş: - № saylı hərbi hissə tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli 2263 saylı arayışdan görünür ki, Cavabdeh2 vergi və digər tutulmalar tutulduqdan sonra, aylıq pul təminatı 2.097 manat 81 qəpik məbləğindədir, digər ödənişlərdən il ərzində bir dəfə maddi yardım 508 manat və məzuniyyət pulu 400 manat məbləğindədir. - № saylı hərbi hissə tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli 2264 saylı arayışdan görünür ki, gizir Cavabdeh2 xx.xx.2007-ci il tarixdən Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdədir və xx.xx.2014-cü il tarixdən həmin həbi hissədə xidmətini davam etdirir. - xx.xx.2018-ci il tarixli 256684-1-31734 saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh2 ünvan 1 ünvanda yerləşən və mülkiyyət hüquqları Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 13 iyul 2012-ci il tarixdə verilmiş, qeydiyyat nömrəsi ********** olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* №-li çıxarışa əsasən müəyyən edilən daşınmaz əmlakın alınması məqsədi ilə illik 7 faiz hesablanması şərti ilə 300 ay müddətinə 96.000 manat məbləğində ipoteka krediti verilmişdir. - xx.xx.2018-ci il tarixli 04 saylı və ********* saylı ödəniş tapşırığından görünür ki, Cavabdeh2 Müğəllim oğlu və X8 arasında alğı-satqı müqaviləsinin həyata keçirilməsi üçün bankdan 96.000 manat ipoteka krediti ayrılmışdır. - xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 Müğəllim oğlunun xx.xx.2018-ci il tarixli 256684-1-31734 №-li kredit müqaviləsinə əsasən 28 fevral 2022-ci il tarixə banka 92.126,94 manat məbləğində əsas borc, 1.310,70 manat məbləğində faiz olmaqla, ümumilikdə 93.437,64 manat borcunun olduğu qeyd edilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/4909 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan banka ödənilmiş pul vəsaitlərinə dair cari hesabdan çıxarış məlumatlarına və 03 dekabr 2018-ci il tarixli 256684-1-31734 saylı kredit müqaviləsinin şərtlərinə əsasən cavabdehin borcu aşağıdakı kimi müəyyən edilir: xx.xx.2022-ci il tarixə (iddia tarixinə) borcu 93.490,02 manat olmaqla, əsas borc üzrə 92.333,74 manat, faiz üzrə 1.156,28 manat. Qeyd edilmişdir ki, iş materiallarında bank tərəfindən 03 dekabr 2018-ci il tarixli 256684-1-31734 saylı kredit razılaşması üzrə gündəlik hesablanan cərimə borcunun hesablanmasını əks etdirən hesabdan çıxarış məlumatları təqdim edilmədiyindən hazırki ekspertiza zamanı borcalana qeyd olunan kredit müqaviləsi üzrə cərimə hesablanmamışdır. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/1967 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatlarına və 03 dekabr 2018-ci il tarixli 256684-1-31734 saylı kredit müqaviləsinin şərtlərinə əsasən cavabdehin borcu aşağıdakı kimi müəyyən edilir: xx.xx.2022-ci il tarixə (iddia tarixinə) borcu 93.490,02 manat olmaqla, əsas borc üzrə 92.333,74 manat, faiz üzrə 1.156,28 manat. Qeyd edilmişdir ki, iş materiallarında bank tərəfindən 03 dekabr 2018-ci il tarixli 256684-1-31734 saylı kredit razılaşması üzrə gündəlik hesablanan cərimə borcunun hesablanmasını əks etdirən hesabdan çıxarış məlumatları təqdim edilmədiyindən hazırki ekspertiza zamanı borcalana qeyd olunan kredit müqaviləsi üzrə cərimə hesablanmamışdır. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İş materiallarında olan sənədlərdən göründüyü kimi, Cavabdeh2 yuxarıda qeyd olunan müqavilə üzrə İddiaçı ASC-dən kredit almış, ayrılmış kredit məbləğinin ödəniş planına əsasən qaytarılmasını təmin etməsinə dair bank qarşısında öhdəlik götürmüş, lakin ödənişləri vaxtıvaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir. xx.xx.2018-ci il tarixli 256685-NEDVİJ-4836 №-li alğı-satqı və ipoteka müqaviləsindən görünür ki, X5, alıcı-ipoteka qoyan Cavabdeh2 və ipoteka saxlayan İddiaçı Açıq Səhmdar Cəmiyyəti aralarında bağlanılmış bu müqaviləyə əsasən satıcı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 13 iyul 2012-ci il tarixdə verilmiş, qeydiyyat nömrəsi ********** olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* №-li çıxarışa əsasən ona məxsus ünvan 1 ünvanda yerləşən daşınmaz əmlakı alıcı-ipoteka qoyanın mülkiyyətinə vermiş, alıcı-ipoteka qoyan isə bu müqavilə üzrə yaranmış hüquqa əsasən onunla kreditor-ipoteka saxlayan arasında bağlanmış xx.xx.2018-ci il tarixli 256684-1-31734 №-li kredit müqaviləsi üzrə yaranmış öhdəliyin icrasını təmin edilməsi məqsədi ilə kreditor-ipoteka saxlayana, yəni banka ipotekaya vermiş və bank qarşısında ipoteka ilə yüklü etmişdir. xx.xx.2021-ci il tarixli girovların qiymətləndirilməsi və monitorinqi şöbəsinin ekspert rəyində qeyd olunmuşdur ki, ipoteka predmetinin dəyəri 105.000 manat həcmində müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, İddiaçı ASC Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin 4 saylı Abşeron rayonu üzrə Ərazi İdarəsindən ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin qeydə alınmasını xahiş etmişdir. xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, ünvan 1 ünvanda ümumi sahəsi 105,2 m2, yaşayış sahəsi 65,0 m2, köməkçi sahəsi 40.2 m2 olan 2 mərtəbəli 4 otaqlı mənzilinə tutmanın yönəldilməsi barədə bildiriş daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bundan başqa, iş materiallarına əlavə olunmuş: - "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli 40 saylı qiymətləndirmə hesabatından görünür ki, Cavabdeh2 məxsus olan ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 105,2 m2, yaşayış sahəsi 65,0 m2, köməkçi sahəsi 40,2 m2 olan 2 mərtəbəli, 4 otaqlı mənzilin xx.xx.2022-ci il tarixə likvid dəyəri 130.000 manat təşkil edir. Aparılmış qiymətləndirmənin xərci 300 manat təşkil edir. - "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli 092/VTB/23 saylı qiymətləndirmə rəyindən görünür ki, Cavabdeh2 məxsus olan ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 105,2 m2, yaşayış sahəsi 65,0 m2, köməkçi sahəsi 40,2 m2 olan 2 mərtəbəli, 4 otaqlı mənzilin 11 may 2023-cü il tarixə likvid dəyəri 137.000 manat təşkil edir. Aparılmış qiymətləndirmənin xərci 350 manat təşkil edir. - "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli EFY09-006/24 saylı ekspert rəyindən görünür ki, Cavabdeh2 xüsusi mülkiyyət hüququ ilə məxsus olan ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 105,2 m2, yaşayış sahəsi 65,0 m2, köməkçi sahəsi 40,2 m2 olan 2 mərtəbəli, 4 otaqlı mənzilin likvid dəyəri 26 sentyabr 2024-cü il tarixə 110.000 manat təşkil edir. Aparılmış tədqiqatın dəyəri 200 manat təşkil edir. Mülki Məcəllənin 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barədə girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Mülki Məcəllənin 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 34.1.1 və 34.1.2-ci maddələrinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. Mülki Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya və Mülki kollegiyalarının «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 59.4-cü maddəsinə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə 22 iyun 2023-cü il tarixli 02/2023 saylı qərardadında formalaşdırılmış hüquqi mövqeyə görə, tərəflər arasında ipoteka müqaviləsi 2018-ci il 28 dekabr tarixinədək bağlanmışdırsa, ipoteka qoyulmuş fərdi yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda «ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvlərinin və digər şəxslərin tutduqları yaşayış sahəsindən ən geci bir ay ərzində çıxarılmalarına dair» iddia tələblərinə mahiyyəti üzrə baxılmalıdır. Tərəflər arasında ipoteka müqaviləsi 2018-ci il 28 dekabr tarixindən sonra bağlanmışdırsa, ipoteka qoyulmuş fərdi yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda «ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvlərinin və digər şəxslərin tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmələrinə və qeydiyyatdan çıxarılmalarına dair» iddia tələbləri hissəsində iddia ərizəsinin icraata qəbulundan Mülki Prosessual Məcəllənin 153.1 və 153.2.1-ci maddələrinə əsasən imtina olunmalı, əgər iddia artıq icraata qəbul edilmişdirsə, Mülki Prosessual Məcəllənin 261.0 və 261.0.1-ci maddələrinə uyğun olaraq iş üzrə icraata həmin hissədə xitam verilməlidir. Təqdim olunmuş sənədlərdən göründüyü kimi, tərəflər arasında alğı-satqı və ipoteka müqaviləsi xx.xx.2018-ci il tarixdə, yəni 2018-ci il 28 dekabr tarixindən əvvəl bağlanmışdır. xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, iddiaçı pretenziya qaydasına riayət edərək, Cavabdeh2 Müğəllim oğlundan borcu ödəməsini tələb etmiş, əks təqdirdə müvafiq tələblərlə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. xx.xx.2022-ci il tarixli ********* saylı ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət olunması üçün 370,31 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2018-ci il tarixli 256684-1-31734 №-li kredit müqaviləsinə əsasən 28 fevral 2022-ci il tarixə mövcud olan 92.126,94 manat əsas borc, ekspert rəyinə əsasən 1.156,28 manat faiz olmaqla, cəmi 93.283,22 manat pul vəsaiti, ödənilmiş 370,87 manat dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 45,00 manat Cavabdeh2 İddiaçı ASC-nin xeyrinə tutulmalı; tələb üzrə tutma Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanda ümumi sahəsi 105,2 m2, yaşayış sahəsi 65,0 m2, köməkçi sahəsi 40.2 m2 olan 2 mərtəbəli 4 otaqlı mənzilə yönəldilməli; həmin mənzilin ilkin satış qiyməti 110.000 manat müəyyən edilməli; ipoteka predmeti açıq hərracda satılmalı; əldə olunan vəsait hesabına İddiaçı ASC-yə olan borc ödənilməli; borc ödənildikdən sonra artıq qalan məbləğ Cavabdeh2 qaytarılmalı; mənzilə tutma yönəldildikdən və satıldıqdan 1 ay sonra mənzil boşaldılsın və cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1, yetkinlik yaşına çatmamış Cavabdeh5 və Cavabdeh4 ilə birlikdə həmin mənzildən çıxarılmalıdırlar. 150 manat ekspertiza xərci Cavabdeh2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilməlidir. 300 manat qiymətləndirmə xərci Cavabdeh2 tutularaq "xxxx" MMC-nin təqdim etdiyi hesaba, 350 manat qiymətləndirmə xərci tutularaq "xxxx" MMC-nin təqdim etdiyi hesaba ödənilməlidir. 200 manat qiymətləndirmə xərci İddiaçı ASC-dən tutularaq "xxxx" MMC-nin təqdim etdiyi hesaba ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2018-ci il tarixli 256684-1-31734 №-li kredit müqaviləsinə əsasən 28 fevral 2022-ci il tarixə mövcud olan 92.126,94 manat əsas borc, ekspert rəyinə əsasən 1.156,28 manat faiz olmaqla, cəmi 93.283,22 manat pul vəsaiti, ödənilmiş 370,87 manat dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 45,00 manat Cavabdeh2 İddiaçı ASC-nin xeyrinə tutulsun. Tələb üzrə tutma Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanda ümumi sahəsi 105,2 m2, yaşayış sahəsi 65,0 m2, köməkçi sahəsi 40.2 m2 olan 2 mərtəbəli 4 otaqlı mənzilə yönəldilsin. Həmin mənzilin ilkin satış qiyməti 110.000 manat müəyyən edilsin. İpoteka predmeti açıq hərracda satılsın. Əldə olunan vəsait hesabına İddiaçı ASC-yə olan borc ödənilsin. Borc ödənildikdən sonra artıq qalan məbləğ Cavabdeh2 qaytarılsın. Mənzilə tutma yönəldildikdən və satıldıqdan 1 ay sonra mənzil boşaldılmalı və cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1, yetkinlik yaşına çatmamış Cavabdeh5 və Cavabdeh4 ilə birlikdə həmin mənzildən çıxarılsınlar. 150 manat ekspertiza xərci Cavabdeh2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilsin. 300 manat qiymətləndirmə xərci Cavabdeh2 tutularaq "xxxx" MMC-nin təqdim etdiyi hesaba, 350 manat qiymətləndirmə xərci tutularaq "xxxx" MMC-nin təqdim etdiyi hesaba ödənilsin. 200 manat qiymətləndirmə xərci İddiaçı ASC-dən tutularaq "xxxx" MMC-nin təqdim etdiyi hesaba ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kamran Əsədov
Məhkəmə qərarları › İş №e-2(002)-5/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-5/2025
08.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver