Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-50/2023 11.05.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızının sədrliyi, Məhkəmə iclasının katibi Məcidli Aysel Əli qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı « borcun ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi » tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 60662,83 (altmış min altı yüz altmış iki manat səksən üç qəpik) manat – bundan 49513,98 (qırx doqquz min beş yüz on üç manat doxsan səkkiz qəpik) manat əsas, 11055,42 (on bir min əlli beş manat qırx iki qəpik) manat faiz, 93,43 (doxsan üç manat qırx üç qəpik) manat cərimə borcunun və ödənilmiş 272,39 (iki yüz yetmiş iki manat otuz doqquz qəpik) manat dövlət rüsumunun Cavabdeh1 tutulması, - tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus Sumqayıt şəhəri, Qızıl qum məhəlləsi, 3 saylı evin 12 saylı mənzilinə yönəlməsi, - yuxarıdakı əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakın açıq hərracda satılması, - satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh1 tutulması, - ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra cavabdehlər Cavabdeh1 və Cavabdeh2 həmin evdən çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş etdi. İddia iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 129.LN.1501.291217.00001 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 300 (üç yüz ay) ay müddətinə illik 8.00 (səkkiz) faiz ödənilmək şərti ilə 50000 (əlli min) manat məbləğində kredit verilmişdir. Tərəflər arasında imzalanmış xx.xx.2017-ci il tarixli, 129.CL.261217.00001/b saylı İpoteka müqaviləsinə əsasən verilmiş kreditin təminatı kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2018-ci il tarixli, RX seriyalı ******* nömrəli Çıxarışına əsasən tam mülkiyyət hüququ üzrə Cavabdeh1məxsus Sumqayıt şəhəri, Qızıl qum məhəlləsi, ev 3, 12 saylımənzil ipotekaya qoyulmuşdur. Kredit müqaviləsinin 2-ci bəndinə əsasən cavabdeh müqavilədə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi yerinə yetirməmiş və Banka olan kredit üzrə borcunu ödəməmişdir. Kredit müqaviləsinin 3.1.6-cı bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Bank tərəfindən Cavabdeh1 borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına, habelə **********294 saylı xx.xx.2021-ci il tarixli bildirişin göndərilməsinə baxmayaraq, cavabdehlər Banka heç bir cavab verməmiş və kredit borcunun Banka qaytarılmasını təmin etməmişlər. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, Cavabdeh1 həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi Cavabdeh1 tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2021-ci il tarixinə Cavabdeh1 kredit üzrə cəmi borcu 60662,83 (altmış min altı yüz altmış iki manat səksən üç qəpik) manat təşkil edir. Bundan 49513,98 (qırx doqquz min beş yüz on üç manat doxsan səkkiz qəpik) manat əsas, 11055,42 (on bir min əlli beş manat qırx iki qəpik) manat faiz, 93,43 (doxsan üç manat qırx üç qəpik) manat cərimə borcu təşkil edir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 34.1.3-cü maddəsinə və tərəflər arasında bağlanılmış İpoteka müqaviləsinin 8.1-ci bəndinə əsasən Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Qeyd edilən hüquq normalarının tələblərinə uyğun olaraq ipoteka predmetinə tutmanın yönəldilməsi tədbiri kimi Bank tərəfindən “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 36.2-ci maddəsinn tələblərinə uyğun olaraq ipoteka qoyanlara bildiriş göndərilmiş və həmin bildirişlərin müvafiq qaydada Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətində qeydiyyatdan keçirilməsi təmin edilmişdir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh1 xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iddianı qəbul etdiyini, iddiaçı bankdan kredit pul aldığını və hal-hazırda ipoteka predmeti olan evin satılıb borc pulun tutulmasına etiraz etmədiyini bildirmişdir. Cavabdeh1 xx.xx.2022-ci il tarixli məhkəmə iclasında iddianın etirafı barədə ərizə təqdim edərək iddia tələbini qəbul etdiyini və 49513,98 manat əsas, 11055,42 manat faiz borcunun olduğunu bildirmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsi ilə eyni zamanda işin faktiki hallarını araşdıraraq, iddiaçı tərəfin izahatlarını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş bağlanmış xx.xx.2017-ci il tarixli, 129.LN.1501.291217.00001 nömrəli kredit müqaviləsindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh1 300 ay müddətinə illik 8 faiz ödəmək şərti ilə 50000 manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2017-ci il tarixli müqaviləyə əlavədən görünür ki, Cavabdeh1 iddiaçıya 300 ay müddətinə hər ay 385,91 manat pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2017-ci il tarixli, 129.CL.261217.00001/b alğı-satqı və ipoteka müqaviləsindən görünür ki, Cavabdeh1 (alıcı və ipoteka qoyan) kredit müqaviləsi üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə, mülkiyyətində olan Sumqayıt şəhəri, Qızıl qum məhəlləsi, 3 saylı evin 12 saylı mənzili (ipoteka saxlayan) İddiaçı ASC-nin xeyrinə yüklü etmişdir. Müqavilənin 1.4-cü bəndinə əsasən həmin mənzil 85000 manat dəyərində qiymətləndirilmişdir.Həmin müqavilənin 3-cü bəndindən görünür ki, qanunvericiliklə nəzərdə tutulmuş hallar baş verdikdə ipoteka predmetinə tutma yönəldilməsi nəzərdə tutulmuşdur. İş materiallarında əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş və lazımı qaydada təsdiq edilmiş Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrinın RX seriyalı 1209817nömrəli çıxarışdan görünür ki, Sumqayıt şəhəri, Qızıl qum məhəlləsi, 3 saylı evin 12 saylı mənzili mülkiyyət hüququ yüklü edilən şəxs Cavabdeh1, xeyrinə hüquq yüklü edilən hüquqi şəxs isə İddiaçı ASC-dir. İş materiallarında əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş RX seriyalı ******* nömrəli Çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, Qızıl qum məhəlləsi, 3 saylı evin 12 saylı mənzili Cavabdeh1 adına qeydiyyata alınmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş 15 sentyabr 2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 borcu aşağıdakı kimidir: - cəmi 60662,83 manat – bundan 49513,98 manat əsas, 11055,42 manat faiz, 93,43 manat cərimə borcu. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş bildiriş (xəbərdarlıq) məktubundan görünür ki, ləğv prosesində olan İddiaçı ASC pretenziya qaydasına riayət edərək, Cavabdeh1 borcu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin surətindən görünür ki, Cavabdeh1 və Cavabdeh2 məhkəmə qaydasında ipoteka predmetinə tutmanın yönəldulməsi barədə xəbərdar edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş "xxxx" MMC-nin 11 aprel 2023-cü il tarixli LP-043/2023 nömrəli rəyindən görünür ki, Sumqayıt şəhəri, Qızıl qum məhəlləsi, 3 saylı evin 12 saylı mənzilinin real bazar dəyəri – 96000 manat (qərardadın 1-ci sualı üzrə), likvid dəyəri – 87500 manat (qərardadın 2-ci sualı üzrə) təşkil edir. Aparılmış tədqiqatın dəyəri 300 manat təşkil etmişdir. İş materiallarına əlavə edilmiş ödəniş qəbzinin surətindən görünür ki, məhkəməyə iddia ərizəsinin təqdim olunması üçün 271,98 manat və iddianın təmin tədbiri üçün 50 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq normaları: AR Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1 maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 319.1-ci maddəsinə görə əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 34.1-ci maddələrinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi, 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 59.3.-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, iş üzrə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.5-ci maddəsində göstərilən hallar – iddianın qismən etirafının qanuna zidd olması və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozması kimi hallar müəyyən edilmədiyindən, ilkin iddia üzrə cavabdehin ilkin iddianın qismən etirafı barədə ərizəsi məhkəmə tərəfindən qəbul edilməli, ilkin iddia həmin hissədə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinin tələbinə görə, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmənin mövqeyi: Beləliklə, işdə olan sübutlarla müəyyən olunmuşdur ki, bağlanmış xx.xx.2017-ci il tarixli, 129.LN.1501.291217.00001 nömrəli nömrəli kredit müqaviləsinə əsasən Ləğv prosesində olan İddiaçı ASC tərəfindən Cavabdeh1 300 ay müddətinə illik 8 faiz ödəmək şərti ilə 50000 manat məbləğində kredit verilmiş, xx.xx.2017-ci il tarixli müqaviləyə əlavədən görünür ki, Cavabdeh1 iddiaçıya 300 ay müddətinə hər ay 381,95 manat pulu ödəməyi öhdəsinə götürmüşdür. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi 27 dekabr 2017-ci il tarixli alğı-satqı və ipoteka müqaviləsindən görünür ki, Cavabdeh1 kredit müqaviləsi üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə, mülkiyyətində olan Sumqayıt şəhəri, Qızıl qum məhəlləsi, 3 saylı evin 12 saylı mənzili kredit verən Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə yüklü etmişdir. Cavabdeh1 kredit müqaviləsi şərtlərini pozaraq və ödəniş cədvəli üzrə dövri olaraq ödəməli olduğu kreditin və faizlərin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş və nəticədə kredit alanın banka borcu yaranmışdır. Sadalanan xüsusatlara və qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri banka qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Buna baxmayaraq o, öhdəliyini lazımınca icra etməmiş, krediti və ona hesablanmış faizləri müqavilədə nəzərdə tutulan müddətdə ödəməli olduğu halda, cədvəl üzrə ödənişləri dayandırmışdır. Belə olduğu halda məhkəmə hesab edir ki, kredit müqaviləsinə əsasən borcun tutulması barədə iddia tələbi təmin edilməli, həmçinin borcun ödənilməsi məqsədilə tutma ipoteka ilə yüklü edilmiş, daşınmaz əmlaka tutma yönəldilməli və həmin mənzil açıq hərracdan satılaraq, əldə olunan vəsait hesabına borc ödənilməlidir. «İpoteka haqqında» Azərbaycan Respublikasının Qanununun 39.3.3-cü maddəsinin məhkəmənin ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətinin göstərməli olmasına dair müddəalarını nəzərə alaraq məhkəmə hesab edir ki, ipoteka predmetinin ilkin satış qiyməti ekspertiza rəyi ilə müəyyən olunmuş likvid qiyməti yəni 87500 manat müəyyən olunmalıdır. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 59.3.-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Buna görə də məhkəmə hesab edir ki, ipoteka predmeti satıldıqdan 1 ay sonra cavabdeh Sumqayıt şəhəri, Qızıl qum məhəlləsi, 3 saylı evin 12 saylı mənzili boşaltmalıdır. Həmçinin məhkəmə dəbbə pulunun tutulmasına dair iddia tələbini araşdıraraq hesab edir ki, həmin hissədə iddia tələbi qismən təmin edilməlidir. Belə ki, həmin tələb tərəflər arasında bağlanmış müqavilədən irəli gəlir. Bununla belə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq məhkəmə hesab edir ki, xx.xx.20217-ci il tarixli kredit müqavilə üzrə 50 manat məbləğində dəbbə pulunun tutulması ədalətli olmaqla yanaşı, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri qorunmuş olur, həmçinin əsas pul ilə yanaşı, müvafiq olaraq müqaviləyə görə 50 manat məbləğində dəbbə pulunun tutulması iddiaçıya dəymiş real zərəri kompensasiya edir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 272,39(271,98 dövlət rüsumu və 40 qəpik xidmət haqqı) manat məbləğində dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 271,86 manat məbləğində dövlət rüsumu və 40 qəpik dövlət rüsumunun ödənilməsi üçün xidmət haqqı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə xx.xx.2017-ci il tarixli, 129.LN.1501.291217.00001 saylı kredit müqaviləsinə əsasən 49513 (qırx doqquz min beş yüz on üç) manat 98(doxsan səkkiz) qəpik əsas, 11055 (on bir min əlli beş) manat 42(qırx iki) qəpik faiz, 50(əlli) manat cərimə borcu olmaqla cəmi 60619(altmış min altı yüz on doqquz) manat 40(qırx) qəpik borc və iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq ödənilmiş 271(iki yüz yetmiş bir) manat 86(səksən altı) qəpik dövlət rüsumu, 40 qəpik dövlət rüsumunun ödənilməsi üçün xidmət haqqı Cavabdeh1 ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulmalı, tələb üzrə tutma Cavabdeh1 mülkiyyətində olan Sumqayıt şəhəri, Qızıl qum məhəlləsi, 3 saylı evin 12 saylı mənzilinə yönəldilməli, həmin ev açıq hərracdan satılmalı, evin ilkin satış qiyməti 87500 manat həddində müəyyən edilməli, açıq hərrac keçirildikdən sonra əldə edilən vəsait hesabına ümumi borc məbləği Ləğv prosesində olan İddiaçı ASCnin xeyrinə ödənilməli, bankın tələbləri ödənildikdən sonra qalan məbləğ Cavabdeh1 qaytarılmalı, evin satışından əldə edilmiş vəsait borcun tam ödənilməsi üçün yetərli olmadıqda qalan borc məbləğ Cavabdeh1 tutularaq Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməli, cavabdehlər tərəfindən ev boşaldılmalıdır. İddia qalan hissədə rədd edilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 xx.xx.2017-ci il tarixli, 129.LN.1501.291217.00001 saylı kredit müqaviləsinə əsasən 49513 (qırx doqquz min beş yüz on üç) manat 98(doxsan səkkiz) qəpik əsas, 11055 (on bir min əlli beş) manat 42(qırx iki) qəpik faiz, 50(əlli) manat cərimə borcu olmaqla cəmi 60619(altmış min altı yüz on doqquz) manat 40(qırx) qəpik borc və iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq ödənilmiş 271(iki yüz yetmiş bir) manat 86(səksən altı) qəpik dövlət rüsumu, 40 qəpik dövlət rüsumunun ödənilməsi üçün xidmət haqqı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulsun. xx.xx.2017-ci il tarixli, 129.LN.1501.291217.00001 saylı kredit müqaviləsinə əsasən tələb üzrə tutulma ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus Sumqayıt şəhəri, Qızıl qum məhəlləsi, 3 saylı evin 12 saylı mənzilinə yönəldilsin. Həmin mənzil açıq hərracdan satılsın. Mənzilin ilkin satış qiyməti 87500(səksən yeddi min beş yüz) manat həddində müəyyən edilsin. Açıq hərrac keçirildikdən sonra əldə edilən vəsait hesabına xx.xx.2017-ci il tarixli, 129.LN.1501.291217.00001 saylı kredit müqaviləsi üzrə 60619 (altmış min altı yüz on doqquz) manat 40(qırx) qəpik borc məbləği İddiaçı ASC-yə ödənilsin. Bankın tələbləri ödənildikdən sonra qalan məbləğ Cavabdeh1 qaytarılsın. Evin satışından əldə edilmiş vəsait xx.xx.2017-ci iltarixli, 129.LN.1501.291217.00001 saylı kredit müqaviləsi üzrə 60619 (altmış min altı yüz on doqquz) manat 40(qırx) qəpik borc məbləğinin tam ödənilməsi üçün yetərli olmadıqda qalan borc məbləğ Cavabdeh1 tutularaq İddiaçı ASC–yə ödənilsin. İpoteka predmeti olan əmlaka tutma yönəldikdə əmlak satıldıqdan sonra cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Sumqayıt şəhəri, Qızıl qum məhəlləsi, 3 saylı evin 12 saylı mənzilindən çıxarılsınlar. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 300(üç yüz) manat məbləğində məhkəmə xərci Cavabdeh1 tutularaq"xxxx"MMC-yə (VÖEN:**********, Bank: "xxxx" ASC Yasamal filialı, Kod: 512565, VÖEN: **********(bankınVÖENİ),H/h:AZ30AZRT********************,M/h:AZ02NABZ********************, SWİFT: AZRT AZ 22) ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Həşimova
Məhkəmə qərarları › İş №e-2(002)-50/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-50/2023
11.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver