Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-527/2023 10.02.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Mirzəliyev Amil Rəfayıl oğlunun katibliyi ilə, iddiaçı “X7 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbi barədə iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı “X7 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh qarşı borcun tutulması tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 499,51 manat əsas kredit borcunun, 48,81 manat əsas məbləğə hesablanmış və ödənilməmiş faiz borcunun, 1195,93 manat cərimənin, 4 manat məbləğində müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borcun, 5,50 manat müqavilə öhdəliklərini pozduğuna görə cavabdehə bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xidməti xərclərinin, cəmi 1753,75 manat məbləğində borcun və iddia ərizəsi üçün dövlət büdcəsinə köçürülmüş 37,53 manat dövlət rüsumunun iddiaçı “X7 Azərbaycan” QSC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı “X7 Azərbaycan” QSC iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2012-ci il tarixdə “X7 Azərbaycan” QSC və Paşayev Elçin Paşa oğlu arasında bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqavilə bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə görə bank tərəfindən borcalan Paşayev Elçin Paşa oğluna istehlak yönümlü 500 manat məbləğində kredit limiti ayrılmışdır. “X7 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini tam icra etsə də, borcalan Paşayev Elçin Paşa oğlu kredit müqaviləsinin şərtlərini pozaraq kreditin əsas məbləğini və ona hesablanmış faizlərin ödənilməsini kredit ayrılan vaxtdan mütəmadi olaraq gecikdirmişdir. Bu barədə borcalana dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq o, öhdəliklərini lazımi qaydada icra etməmişdir. Sənədlərə əsasən Paşayev Elçin Paşa oğlunun xx.xx.2017-ci il tarixində vəfat etməsi müəyyən edilmişdir. Vərəsəliyin müəyyən edilməsi ilə bağlı iddiaçı təşkilat tərəfindən sorğu verilmiş, 8 saylı Notariat Ofisinin cavabına əsasən Cavabdeh qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Cavabdeh borcalanın vərəsəlik hüququ əsasında hüquqlarına sahib olduğu kimi, onun öhdəliklərini də yerinə yetirməyə borcludur. Bu isə bankın cavabdehdən kreditor qarşısında olan öhdəliklərin yerinə yetirilməsini tələb etmək hüququnu yaradır. Bu səbəbdən də iddiaçı təşkilat məcburiyyət qarşısında qalaraq iddia tələbi ilə məhkəməyə müraciət etmişdir və iddia tələbinin təmin olunmasını xahiş edir. Lakin Cavabdeh üzərinə düşən öhdəlikləri pozmuşdur. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə “X7 Azərbaycan” QSC-yə 499,51 manat əsas, 48,81 manat faiz, 1195,93 manat cərimə, 4 manat müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borc, 5,50 manat müqavilə öhdəliklərini pozduğuna görə cavabdehə bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xidməti xərcləri, cəmi 1753,75 manat məbləğində borcu yaranmışdır. Ona görə də iddia tələbi ilə məhkəməyə müraciət edilmişdir. Cavabdeh Azərbaycan Respublikası MPM-nin 284-5.1 və 284-5.2-ci maddələrinə əsasən ona göndərilmiş rəsmi bildirişlə bağlı müəyyən edilmiş qaydada iddiaya qarşı hər hansı əsaslandırılmış yazılı etiraz bildirməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 284-5-ci maddəsinə əsasən, iddia ərizəsinə təqdim edilmiş sənədlər əsasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab edir. Məhkəmə, iş materiallarında olan sübutları tədqiq edərək belə qənaətə gəlir ki, aşağıdakı əsaslara görə iddia əsaslı hesab edilərək təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2012-ci il tarixli bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqavilənin surətindən görünür ki, “X7 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti ilə Paşayev Elçin Paşa oğlu arasında bağlanmış xx.xx.2012-ci il tarixli müqaviləyə əsasən iddiaçı təşkilat tərəfindən Paşayev Elçin Paşa oğluna 500 manat məbləğində kredit limiti verilmişdir. İş materiallarında olan Paşayev Elçin Paşa oğlunun “X7 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinə olan borcu ilə əlaqədar xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, “X7 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti ilə Paşayev Elçin Paşa oğlu arasında bağlanmış müqaviləyə əsasən cavabdehin “X7 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinə 499,51 manat əsas borcu, 48,81 manat faiz borcu, 1195,93 manat məbləğində cərimə, 4 manat məbləğində müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borc, 5,50 manat müqavilə öhdəliklərini pozduğuna görə cavabdehə bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xidməti xərcləri, cəmi 1753,75 manat məbləğində borcu vardır. İş materiallarında olan AZ-İ No 844856 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Paşayev Elçin Paşa oğlu 20 yanvar 2017-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. Bu barədə Qaradağ rayon Qeydiyyat şöbəsində ölüm haqqında akt qeydləri kitabında qeydiyyat aparılmışdır. İş materiallarında olan Bakı şəhəri 8 saylı notariat ofisi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2017-ci il tarixdə ölmüş Paşayev Elçin Paşa oğlunun qanun üzrə vərəsələri Cavabdeh, X2, X1 və X3 miras əmlakdan hər biri 1/8 hissədə pay almalıdırlar. Şəhadətnamə verilən miras əmlak Azərbaycan Beynəlxalq Bankının Xətai filialının xx.xx.2017-ci il tarixli XAT-2037 nömrəli məktubuna əsasən AZ12İBAZ******************** saylı hesab üzrə 3746,30 manat pul vəsaitindən ibarətdir. Məhkəmə iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək müəyyən edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən, icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Sadalanan hüquq normalarının tələblərinə əsasən məhkəmə müəyyən edir ki, borclu iddiaçı təşkilatdan aldığı kredit üzrə əsas borcu və faiz borcunu iddiaçıya ödəmək öhdəliyinin daşıyıcısı olmuş, lakin həmin borcu tam ödəmədən vəfat etmişdir. Cavabdeh isə borclunun vərəsəsi kimi miras əmlakı qəbul etmiş, lakin borclunun bank qarşısında olan öhdəliyini yerinə yetirməmişdir. Buna görə də əsas borc, faiz borcu, müqavilə ilə müəyyən edilmiş xərclər və komissiyalar üzrə borc tələbləri barədə iddia əsaslı hesab olunmalıdır. Lakin hesablanmış cərimə hissəsində iddia qismən əsassız hesab olunmalıdır. Belə ki, müqavilədə cərimənin hesablanması qaydası yüksək həddə müəyyən edilmiş, cavabdehin maddi vəziyyəti nəzərə alınmamış, eyni zamanda iddia tələbi müqavilə üzrə icra müddəti başa çatandan uzun müddət sonra irəli sürülməklə cərimə məbləğinin əsassız şişirdilməsinə şərait yaradılmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə müəyyən edilmiş yüksək dəbbə pulunu azalda bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Odur ki, məhkəmə tərəflərin əmlak mənafelərini, əsas borc məbləğini nəzərə alaraq cərimə tələbinin azaldılmasını və 40 manat həddində təmin olunmasını ağlabatan və ədalətli hesab edir. Məhkəmə iddianın dövlət rüsumunun və poçt xidməti xərclərinin tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, dövlət rüsumu ilə bağlı tələb qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220, 284-1 - 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 499,51 manat əsas borc, 48,81 manat faiz borcu, 40 manat cərimə, 4 manat müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borc, 5,50 manat bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xidməti xərcləri, cəmi 597,82 manat məbləğində pul vəsaiti və 13 manat dövlət rüsumu tutularaq iddiaçı “X7 Azərbaycan” QSC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Hüseynov
Məhkəmə qərarları › İş №e-2(002)-527/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-527/2023
10.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver