Məhkəmə qərarları › İş №e-2(002)-539/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-539/2023

27.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-539/2023 27.02.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Mirzəliyev Amil Rəfayıl oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, iddiaçı “X2 Azərbaycan” QSC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı “X2 Azərbaycan” QSC Cavabdeh qarşı borcun tutulması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1758,85 manat əsas kredit borcunun, 169,40 manat əsas məbləğə hesablanmış faiz borcunun, 4225,70 manat cərimənin, 2 manat müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borcun, habelə 5,50 manat cavabdehə bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xidməti xərclərinin, cəmi 6161,45 manat məbləğində borcun və iddia ərizəsi üçün dövlət büdcəsinə köçürülmüş 30 manat dövlət rüsumunun iddiaçı “X2 Azərbaycan” QSC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı “X2 Azərbaycan” QSC iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2012-ci il tarixdə “X2 Azərbaycan” QSC və Ömərov Eldar Sədrəddin oğlu arasında bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqavilə bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə görə, bank tərəfindən X1 Sədrəddin oğluna istehlak yönümlü 5000 manat məbləğində kredit kartı limiti ayrılmışdır. “X2 Azərbaycan” QSC müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini tam icra etsə də, X1 Sədrəddin oğlu kredit müqaviləsinin şərtlərini pozaraq kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin ödənilməsini kredit ayrılan vaxtdan mütəmadi olaraq gecikdirmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə “X2 Azərbaycan” QSC-yə xx.xx.2022-ci il tarixə 1758,85 manat əsas kredit borcu, 169,40 manat əsas məbləğə hesablanmış faiz borcu, 4225,70 manat cərimə, 2 manat müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borc, habelə 5,50 manat cavabdehə bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xidməti xərcləri, cəmi 6161,45 manat məbləğində borcu yaranmışdır. Sənədlərə əsasən Ömərov Eldar Sədrəddin oğlunun xx.xx.2016-cı il tarixində vəfat etməsi müəyyən edilmişdir. Vərəsəliyin müəyyən edilməsi ilə bağlı sorğu verilmiş və 3 Saylı Bakı Asan Xidmət Mərkəzinin notariat ofisinin cavabına əsasən Cavabdeh qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bu səbəbdən iddiaçı təşkilat iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Hazırda o, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş edir. İddiaçı “X2 Azərbaycan” QSC-nin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, işə iddiaçı təşkilatın səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsaslanaraq mülki işə iddiaçının səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə baxışı zamanı Cavabdeh izahat verərək bildirdi ki, X1 Sədrəddin oğlu onun atasıdır. İddiaçı bank ilə mərhum atası Ömərov Eldar Sədrəddin oğlu arasında xx.xx.2012-ci il tarixdə beş illik müddətə kredit müqaviləsi bağlanmışdır. Lakin atası xx.xx.2016-cı il tarixdə vəfat etmişdir və o, atasının vəfatı ilə bağlı 2016-cı ildə iddiaçı təşkilata məlumat vermiş və həmin vaxt bank əməkdaşının tələbi ilə atasının adından müəyyən ödənişlər etmişdir, bundan sonra bank tərəfindən ona qarşı heç bir tələb irəli sürülməmiş və onun tərəfindən heç bir ödəniş edilməmişdir. Bir daha qeyd edir ki, iddiaçı təşkilat atasının vəfatından və 2017-ci il tarixdə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən məlumatlı olmuşdur. Göründüyü kimi, müqavilənin icra müddəti xx.xx.2017-ci il tarixdə başa çatmış, bank isə iddia müddətini ötürdükdən sonra, müqavilə üzrə icra müddəti başa çatandan altı il sonra ona qarşı əsassız iddia qaldırmışdır. İddia müddətinin tətbiqi barədə məhkəməyə ərizə təqdim etmişdir və iddia müddəti ötürüldüyünə görə hazırda iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, aşağıdakı əsaslara görə iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2012-ci il tarixli bank hesabı, debet kartı, kredit karıt və zaminlik haqqında qarışıq müqavilənin surətindən görünür ki, “X2 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti ilə Ömərov Eldar Sədrəddin oğlu arasında bağlanmış xx.xx.2012-ci il tarixli müqavilənin 4.26-cı bəndinə əsasən, bu müqaviləyə əsasən bank 5 il müddətinə 5000 manat məbləğində kart sahibinə kredit kartı limiti (kredit xətti) açmışdır. İş materiallarında olan “X2 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin Ömərov Eldar Sədrəddin oğluna ünvanladığı xx.xx.2017-ci il tarixli bildirişin (pretenziyanın) surətindən görünür ki, “X2 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti ilə bağlanmış xx.xx.2012-ci il tarixli bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqaviləyə müvafiq olaraq ona **********385540 nömrəli kredit kartı verilmiş, həmin müqavilə üzrə bank qarşısında öhdəliklərini lazımi qaydada yerinə yetirmədiyinə və müqavilənin şərtlərini pozduğuna görə “X2 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti qarşısında hal-hazırda 1758,85 manat əsas kredit borcu, 169,40 manat əsas məbləğə hesablanmış faiz borcu, 19,12 manat cərimə, 2 manat müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borc olmaqla, cəmi 1949,37 manat məbləğində borcu yaranmışdır. İş materiallarında olan, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2017-ci il tarixli 091653 saylı yol qaiməsinin surətindən görünür ki, “X2 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin Ömərov Eldar Sədrəddin oğluna ünvanladığı xx.xx.2017-ci il tarixli bildiriş xx.xx.2017-ci il tarixdə Ömərov Eldar Sədrəddin oğlunun ünvanına təqdim olunarkən “alan şəxs vəfat edib, məktubu qəbul etmədilər” qeydi ilə banka geri qaytarılmışdır. İş materiallarında olan AZ-İ No 827560 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Ömərov Eldar Sədrəddin oğlu 19 noyabr 2016-cı il tarixdə Bakı şəhərində vəfat etmişdir. Bu barədə Qaradağ rayon Qeydiyyat şöbəsində ölüm haqqında akt qeydləri kitabında 22 noyabr 2016-cı il tarixində 548 nömrəsi ilə qeydiyyat aparılmışdır. İş materiallarında olan 3 saylı Bakı Asan Xidmət Mərkəzinin Notariat Ofisinin Notariusu tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, xx.xx.2016-cı il tarixdə vəfat etmiş Ömərov Eldar Sədrəddin oğlunun vərəsəsinə 3 saylı Bakı Asan Xidmət Mərkəzinin notariat ofisində xx.xx.2017-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. İş materiallarında olan 3 saylı Bakı Asan Xidmət Mərkəzinin Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2016-cı il tarixdə ölmüş Ömərov Eldar Sədrəddin oğlunun vərəsəsi Cavabdeh şəhadətnamə verilən miras əmlakdan tam pay almalıdır. İş materiallarında olan Ömərov Eldar Sədrəddin oğlunun “X2 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinə olan borcu ilə əlaqədar xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, “X2 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti ilə Ömərov Eldar Sədrəddin oğlu arasında bağlanmış müqaviləyə əsasən, Ömərov Eldar Sədrəddin oğlunun “X2 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinə 1758,85 manat əsas kredit borcu, 169,40 manat əsas məbləğə hesablanmış faiz borcu, 4225,70 manat cərimə, 2 manat müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borc, habelə 5,50 manat cavabdehə bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xidməti xərcləri olmaqla, cəmi 6161,45 manat məbləğində borcu vardır. Beləliklə, məhkəmə iclasında mülki iş üzrə sübutlara əsasən müəyyən edildi ki, iddiaçı ilə cavabdehin atası Ömərov Eldar Sədrəddin oğlu arasında xx.xx.2012-ci il tarixdə 5 (beş) il müddətinə kredit müqaviləsi bağlanmış, müqavilənin icra müddəti xx.xx.2017-ci il tarixdə başa çatmışdır. X1 Sədrəddin oğlu xx.xx.2016-cı il tarixdə vəfat etmiş, Cavabdeh xx.xx.2017-ci il tarixdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Cavabdehin izahatı ilə yanaşı iddiaçının özü tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2017-ci il tarixli 091653 saylı yol qaiməsinin surətindən də aydın olur ki, həmin vaxtdan iddiaçı bankın borcalanın vəfatından məlumatı olmuşdur. İddiaçının iddia ərizəsi xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia müddətinin keçməsi səbəbindən iddianın rədd edilməsini tələb etmişdir. Qeyd olunanlara və mülki qanunvericiliyin tələblərinə əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəf müqavilə üzrə icra müddətinin bitməsindən 5 (beş) ildən çox (eyni zamanda borcalanın vəfatından və mirasın açılmasından məlumatlı olduğu halda altı ildən çox) vaxt keçdikdən sonra iddia qaldırdığından və iddia müddətini ötürdüyündən, habelə cavabdeh tərəf məhkəməyə ərizə təqdim edərək iddia müddətinin keçməsi səbəbindən iddianın rədd edilməsini tələb etdiyindən iddia tələbi təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 376-cı maddəsinə əsasən, əsas tələb üzrə iddia müddəti keçdikdə, əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən, icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Həmin Məcəllənin 378-ci maddəsinə əsasən, öhdəlikdə şəxslərin dəyişilməsi iddia müddətinin və onun hesablanması qaydasının dəyişilməsinə səbəb olmur. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli Qərarına əsasən, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli Qərarına əsasən, vərəsələrin vərəsəlik şəhadətnaməsi almaması miras qoyanın kreditorlarının öhdəliklərin icrasının miras qalmış əmlak hesabına təmin edilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaq hüququnu məhdudlaşdırmır və kreditorların bu cür tələblərinə iddia icraatı qaydasında baxılmalıdır. Yuxarıda sadalanan hüquq normalarının tələblərinə və məhkəmə iclasında müəyyən edilən hallara əsasən məhkəmə bir daha qeyd etməyi zəruri hesab edir ki, kreditor 2017-ci ildən müqavilə üzrə icra müddətinin bitməsindən, borcalanın vəfatından və mirasın açılmasından məlumatlı olduğundan, habelə vərəsəlik şəhadətnaməsinin alınmaması məhkəmədə iddia qaldırmaq hüququnu məhdudlaşdırmadığından, iddia müddətinin tətbiqi qanuni və ədalətli hesab olunmalıdır. Bundan əlavə, məhkəmə iclasında müəyyən edildi ki, iddia təmin edilmədiyindən, dövlət rüsumu iddiaçıya aid edilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, mülki iş üzrə sübutlara və sadalanan hüquq normalarına əsasən məhkəmə müəyyən edir ki, iddia müddəti ötürüldüyündən, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı “X2 Azərbaycan” QSC-nin Cavabdeh qarşı borcun tutulması tələbi barədə iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar