Məhkəmə qərarları › İş №e-2(002)-549/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №e-2(002)-549/2025

18.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(002)-549/2025 18.02.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi, X3 oğlunun katibliyi ilə İddiaçının vəkili və nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdeh MMC-ə qarşı «müqavilədən əmələ gələn öhdəliklər» tələbinə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh MMC-ə qarşı iddia ərizəsi ilə Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, №AT/Prestij 01-0302 saylı, 25 may 2022-ci il tarixli “Qeyri-yaşayış sahəsinin təyin edilməsi haqqında” Niyyət razılaşması (ilkin müqavilə), №AT/Prestij 01- 0303 saylı, 25 may 2022-ci il tarixli “Qeyri-yaşayış sahəsinin təyin edilməsi haqqında” Niyyət razılaşması (ilkin müqavilə) və №AT/Prestij 01-0304 saylı, 25 may 2022-ci il tarixli “Qeyri-yaşayış sahəsinin təyin edilməsi haqqında” Niyyət razılaşması (ilkin müqavilə)na əsasən 9.000 (doqquz min) manat pul məbləğinin və dövlət rüsumu üçün ödənilmiş 110 (bir yüz on) manat pul məbləğinin, ümumilikdə 9.110 (doqquz min yüz on) manat pul məbləğinin ödənilməsi öhdəliyinin cavabdeh "xxxx" MMC-nin üzərinə qoyulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının vəkili və nümayəndəsi Nümayəndə məhkəmə iclasında izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında iştirak edərək, mülki işin məhkəmə aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsinə etirazı olmadığını bildirmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarının 24-cü bəndinə əsasən 11-ci bəndinə əsasən MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. ... Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. ...Həmçinin nəzərə alınmalıdır ki, fiziki şəxsin fərdi sahibkar kimi vergi orqanında uçota alınarkən göstərilən konkret fəaliyyət istiqamət (lər)i ilə deyil, qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətinin başqa növü ilə məşğul olması işin kommersiya məhkəməsinə aidiyyətini dəyişdirmir. Məhz bu baxımdan məhkəmə aidiyyəti qanunvericiliklə dəqiq müəyyən edilməli və bu norma məhkəmə vasitəsindən istifadə edən subyektlər üçün aydın olmalıdır. Məhkəmə aidiyyətinin qanunla dəqiq müəyyən edilməsi hər kəsin hüquq və azadlıqlarının məhkəmə təminatı hüququnun səmərəli həyata keçirilməsinə zəmanət yaradır. İddia ərizəsinin məzmunundan və məhkəmə sorğusuna əsasən əldə edilmiş məlumatlardan görünür ki, hazırkı tələb üzrə İddiaçı (VÖEN:**********) ilə Cavabdeh MMC (VÖEN: **********) tərəfin hər ikisi sahibkarlıq fəaliyyəti subyektləri olmaqla, mübahisə onların sahibkarlıq fəaliyyətləri ilə bağlı yaranan mübahisədir. Belə ki, Azərbaycan Respublikası İN yanında DVX 11 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, İddiaçı ********** VÖEN ilə xx.xx.2023-cü il tarixdə vergi uşotuna alınmışdır. Fəaliyyət növü “malların saxlanması və anbarlara yığılması üzrə fəaliyyəti”dir. Göründüyü kimi, hazırkı mülki iş üzrə tərəflər arasında yaranmış mübahisəli hüquq münasibəti məhz tərəflərin ayrı-ayrılıqda həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəlmişdir. Məhkəmə qeyd edilən halları əsas götürərək hesab edir ki, hazırkı mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 26,35, 45, 263-264-cü maddələrini rəhbər tutaraq QƏRARAALDİ: İddiaçı Cavabdeh MMC-ə qarşı «№AT/Prestij 01-0302 saylı, 25 may 2022-ci il tarixli “Qeyri-yaşayış sahəsinin təyin edilməsi haqqında” Niyyət razılaşmasına (ilkin müqavilə), №AT/Prestij 01-0303 saylı, 25 may 2022-ci il tarixli “Qeyri-yaşayış sahəsinin təyin edilməsi haqqında” Niyyət razılaşmasına (ilkin müqavilə) və №AT/Prestij 01-0304 saylı, 25 may 2022-ci il tarixli “Qeyri-yaşayış sahəsinin təyin edilməsi haqqında” Niyyət razılaşmasına (ilkin müqavilə) əsasən 9.000 manat pul məbləğinin və dövlət rüsumu üçün ödənilmiş 110 manat pul məbləğinin, ümumilikdə 9.110 manat pul məbləğinin cavabdehdən tutulması» tələbinə dair iddiası üzrə mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslər tərəfindən, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində, “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Gülnar Aslanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar