Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-568/2025 23.04.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məcidli Aysel Əli qızının katibliyi, İddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin Cavabdeh qarşı müqavilə üzrə borcun tutulması barədə tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Kommersiya Bankı ASC Cavabdeh qarşı “müqavilə üzrə borcun tutulması” barədə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehvərəsə-Cavabdeh iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 3026 manat əsas borcu, 22.92 manat faiz üzrə borcu olmaqla, cəmi 3048.92 manat və dövlət rüsumu olaraq ödənilmiş 50.49 manat məbləğində vəsaitin tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(00)-568/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə sadələşdirilmiş icraat iddia icraatına keçirilmişdir. İddiaçı "xxxx" Kommersiya Bankı ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" KB ASC ilə X5 arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit xətti müqaviləsinə əsasən borcluya istehlak məqsədləri üçün 36 ay müddətinə, illik 23% ödəmək şərtilə 4400 manat məbləğində kredit verilmişdir. Borclu-mərhum X5 vəfat etdiyi müəyyən olduğundan ondan miras qalmış əmlaka dair vərəsəlik işinin açılıb-açılmaması haqqında məlumatın verilməsi ilə bağlı Bakı şəhəri 14 saylı notariat ofisinə məktubla müraciət olunmuşdur. Bakı şəhəri 14 saylı notariat ofisi məktub ilə X5 vəfat etməsi ilə əlaqədar cavabdeh-vərəsə Cavabdeh ərizəsi əsasında ona vərəsəlik işi açılmış və ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi müəyyən edilmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə 20 dekabr 2024 tarixinə "xxxx" KB ASC-yə 3026 AZN əsas borcu, 22.92manat faiz üzrə borcu olmaqla, cəmi 3048.92 AZN borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1.-ci maddəsinə əsasən “ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.2.-ci maddəsinə əsasən “qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən“ mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306.1.-ci maddəsinə əsasən “vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar”. 3 saylı Bakı «Asan xidmət» mərkəzində notariat ofisinin borcalanın hüquqi varisinin müəyyən edilməsinə dair banka göndərdiyi cavab məktubundan göründüyü kimi iddia qaldırdığı işlə bağlı cavabdeh-vərəsə Cavabdeh borclu mərhum X3 miras qalmış əmlaklarına qanun üzrə vərəsəlik hüququ əsasında sahib olublar. Yuxarıda qeyd olunan maddələrə əsasən cavabdeh-vərəsə Cavabdeh borclunun vərəsəlik hüququ əsasında hüquqlarına sahib olduğu kimi eyni zamanda onun öhdəliklərini də yerinə yetirməyə borcludurlar. Bu bankın cavabdehdən borclunun kreditor qarşısında olan öhdəliklərini tələb etmək hüququnu yaradır. İddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin nümayəndəsi ərizə göndərərək, məhkəmə baxış iclasının onun iştirakı olmadan keçirilməsini və iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq o məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmalıdır. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli Kredit müqaviləsinin surətindən görünür ki, iddiaçı "xxxx" Kommersiya Bankı ASC tərəfindən X4 36 ay müddətinə, illik 23% ödəmək şərtilə 4400 manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli maliyyə arayışın surətindən görünür ki, X3 3026 manat əsas, 22,92 manat faiz borcu olmaqla, cəmi 3048,92 manat məbləğində borcu vardır. İş materiallarına əlavə olunmuş Bakı şəhəri 14 saylı notariat ofisinin xx.xx.2024-cü il tarixli məktubunun surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə ölmüş X3 vərəsəsi, Bakı şəhəri, Müşfiqabad qəsəbəsi, ünvan 1 ünvanında qeydiyyatda olan xx.xx.1950-ci il təvəllüdlü Cavabdeh (AZE0*******, xx.xx.2004 Qaradağ RPİ, FİN:xxxxxxx. d/t:xx.xx.1950) adına, Bakı şəhəri 14 saylı notariat ofisində xx.xx.2023-cü il tarixdə. 2V- 271 reyestr nömrəsi və xx.xx.2023-cü il tarixdə 2V-290 reyestr nömrəsi ilə qeydiyyata alınaraq qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Miras əmlak DAEWOO MATİZ minik markalı 90RV983 qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsindən və X3 adına dəfn üçün hesablanmış 1284.81 manatdan ibarət olmuşdur. İş materiallarına əlavə olunmuş ünvan 2 ünvanlandığı xx.xx.2025-ci il tarixli 596 saylı məktubunun surətindən görünür ki, mülki iş üzrə yaranmış zərurətlə əlaqədar bildiririk ki, xx.xx.2023-cü il tarixdə, 2V-271 reyestr nömrəsilə və xx.xx.2023-cü il tarixdə, 2V-290 reyestr nömrəsilə qeydiyyatı aparılaraq, xx.xx.2023-cü il tarixdə vəfat etmiş X2 miras qalmış DAEWOO MATİZ MİNİK markalı, 90RV983 qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsinə və dəfn üçün ödənilən 1284.81 (min iki yüz səksən dörd manat 81 qəpik) manat müavinət məbləğinə dair Cavabdeh adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrdən başqa mərhumun adına digər əmlak aşkar edilməmiş və vərəsəlik hüququ haqqında şəhadətnamə verilməmişdir. İş materiallarına əlavə olunmuş Qaradağ RİH Başçısının Müşfiqabad Qəsəbə İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyindən məhkəmə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Orucova X1 rayonu Müşfiqabad qəsəbə, ev 4Q, mənzil 66 ünvanında yaşamır, harada yaşaması barədə məlumatları yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borcun tutulması ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı borcun tutulması məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində borcun tutulması borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1307-ci maddəsinə əsasən Mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 iyun 2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Borclunun ölümü zaminliyin xitamına səbəb olmur. Zaminin ölmüş borclunun kreditorları qarşısında məsuliyyətinin həddi miras əmlakın həcmi ilə məhdudlaşmır. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, eləcə də miras əmlakın həcmi vərəsələrə öhdəliyi icra etməyə imkan vermədikdə, zamin kreditor qarşısında tam məsuliyyət daşıyır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviriəsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iclasında müəyyən olundu ki, "xxxx" Kommersiya Bankı ASC ilə X5 arasında kredit müqaviləsi bağlanmış, X5 müqavilə üzrə öhdəlikləri yerinə yetirməyi öz öhdəsinə götürmüşdür. X5 xx.xx.2023-cü il tarixdə vəfat etmiş, X3 adına vərəsəlik işi açılmış və qanun üzrə vərəsəsi olan Cavabdeh qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Həmin şəhadətnamə ilə cavabdehə DAEWOO MATİZ MİNİK markalı, 90RV983 qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsinə və dəfn üçün ödənilən 1284.81 (min iki yüz səksən dörd manat 81 qəpik) manat müavinət miras qalmışdır.Məhkəmə tərəfindən siyahıya alınmalı olan başqa əmlakın olduğu müəyən edilməmişdir. Həmçinin iddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə 50,49 manat dövlət rüsumu ödənilmiş və həmin məbləği cavabdehdıən tələb etmişdir. Hazırda iddia tələbi əsaslı olduğundan təmin edildiyinə görə məhkəmə hesab edir ki, iddia tələbi dövlət rüsumuna dair hissədə də tələb olunan məbləğdə təmin edilərək, 50,49 manat dövlət rüsumu Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə qeyd edir ki, Cavabdeh mərhum X2 qalmış mirası qəbul etməsinə baxmayaraq onlara çatan miras payı həcmində miras qoyanın iddiaçı qarşısında olan öhdəlikləri icra etməmişdir. Bu səbəbdən, məhkəmə hesab edir ki, Cavabdeh iddiaçının xeyrinə iddia tələbi təmin edilməlidir. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi təmin edilməli, xx.xx.2023-cü il tarixdə ölmüş X3 vərəsəsi-Cavabdeh iddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin xeyrinə 3026 manat əsas borc, 22,92 manat faiz borcu olmaqla borca görə cəmi 3048,92 manat və 50,49(əlli manat qırx doqquz qəpik) manat ödənilmiş dövlət rüsumu tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh iddiaçı"xxxx" Kommersiya Bankı ASC-nin xeyrinə əsas borca görə 3026 manat, faiz borcuna görə 22,92 manat olmaqla, borca görə cəmi 3048,92(üç min qırx səkkiz manat doxsan iki qəpik) manat və 50,49(əlli manat qırx doqquz qəpik) manat ödənilmiş dövlət rüsumu tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qamət Əbilov
Məhkəmə qərarları › İş №e-2(002)-568/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-568/2025
23.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver