Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(002)-57/2025 17.02.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məcidli Aysel Əli qızının katibliyi ilə, İddiaçı Cavabdeh hərəkətlərin qadağan edilməsi və qanunsuz maneələrin aradan qaldırılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh və 3-cü şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Qaradağ Rayon Su kanal İdarəsinə qarşı hərəkətlərin qadağan edilməsi və qanunsuz maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı vümayəndəsi və vəkili Nümayəndə1 məhkəməyə ərizə göndərərək iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etdi . Cavabdehlər Cavabdeh və 3-cü şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Qaradağ Rayon Su kanal İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, onlar məhkəmə iclasına gəlməmiş və işin mahiyyəti üzrə baxılmasını tələb etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Məhkəmə qeyd edilənləri, iddia ərizəsinin geri qaytarılması barədə ərizəni nəzərə alaraq hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİ: İddiaçı Cavabdeh və 3-cü şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Qaradağ Rayon Su kanal İdarəsinə qarşı hərəkətlərin qadağan edilməsi və qanunsuz maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi, ona əlavə edilmiş sənədlər və ödənilmiş 100 manat dövlət rüsumu İddiaçı geri qaytarılsın. Aparılmış 50 manat ekspertiza dəyəri İddiaçı və Cavabdeh müştərək qaydada tutularaq dövlət nəfinə ödənilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №e-2(002)-57/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №e-2(002)-57/2025
17.02.2025 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver